Məhkəmə qərarları › İş №1(003)-239/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-239/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-239/2020 26.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində hərbiləşdirilmiş mühafizə idarəsində növbə rəisi vəzifəsində işləyən, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi 3 saylı Zeytun sovxozu ev 42-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu K.Kərimov küçəsi ev 15 mənzil 64də yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(003)-402/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək on beş gün müddətə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona xx xxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki,2010-ci ilin əvvəllərində “xxxxxxx” ASCdən **-HT-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobili ayda 700,00 (yeddi yüz) ABŞ dolları ödəmək şərti ilə kreditə götürmüş və ilkin ödəniş kimi banka 6000,00 (altı min) ABŞ dolları məbləğində pul ödəniş etmişdir. Həmin vaxtdan sonra doqquz ay kredit borcunu ödəmiş və bundan sonra maddi imkanı zəif olduğuna görə kredit borcunu ödəyə bilmədiyi üçün 2010-cu ilin axırlarında həmin avtomobili avtomobillərin satışı ilə məşğul olan Heydər adlı şəxsə 5000,00 (beş min) manata satmışdır. Heydər ilə aralarında olan razılaşmaya əsasən avtomobilin qalan kredit borcunu ödəməyi sonuncu öz öhdəsinə götürmüş və banka gedərək müvafiq sənədlərə imza atmışdır. Həmin vaxtdan bir neçə il keçəndən sonra 2013-cü ilin qış aylarında o, idarə etdiyi avtomobillə Bakı şəhərində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə zamanı qarşı tərəfə maddi ziyan vurmuşdur. Dəymiş maddi ziyana görə məhkəmə tərəfindən onun adına olan əmlakın üzərinə həbs qoyulandan sonra onu Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə dəvət etmişlər. Orada onun adına olan “xxxxxxx” ASC-dən kreditə götürdüyü **-HT-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobili Heydərin Ağaməşədi adlı şəxsə satması və icra məmurları tərəfindən həmin avtomobilin sonuncunun əlindən alınaraq dayanacağa yerləşdirilməsi ona məlum olmuşdur. Həmin vaxt Ağaməşədi ondan avtomobilin kreditinə görə banka ödədiyi məbləği tələb etmiş, o isə sonuncuya həmin avtomobili Heydərin satdığını və avtomobilə görə ödədiyi məbləği sonuncudan istəməsini bildirərək Heydər ilə Ağaməşədinin aralarında alqı-satqı rəsmiləşdirilərkən iştirak etmədiyini və bundan heç bir məlumatı olmadığını bildirmişdir. 2015-ci ilin axırlarında ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə baxışında iştirak etməkdən ötrü bildiriş göndərilmiş və məhkəmədə olarkən bilmişdir ki, Ağaməşədi ona və Heydərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağaməşədinin iddia ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsi tərəfindən Heydərdən 4000,00 (dörd min) ABŞ dolları məbləğində pulun və ondan 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulun alınaraq Ağaməşədiyə ödənilməsinə dair xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnamə çıxarılmışdır. Bir müddət işsiz olduğu üçün məhkəmə qətnaməsindən sonra borclu olduğu məbləğdən Ağaməşədiyə 3400,00 (üç min dörd yüz) manat məbləğində ödəniş etmiş, qalan məbləği tam ödəyə bilməmişdir. Hazırkı məhkəmə iclasının gedişində isə Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı - 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulu (ödəniş günü manata olan məzənnə ilə manatla - 53907,00 (əlli üç min doqquz yüz yeddi) manat) nağd şəkildə tamamilə ödəyərək onunla barışmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etmişdir. Bununla bağlı aralarında xx xxxxxx 2020-ci il tarixdə müvafiq Saziş tərtib edilərək notarial qaydada təsdiqlənmiş və məhkəməyə təqdim edilmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 2010-ci ilin noyabr ayının 25-də sosial şəbəkələrdə avtomobillərin satışı ilə maraqlanarkən sosial şəbəkədə satışda olan 2010-cu il istehsalı, ağ rəngli, **-HT-*** dövlət qeydiyyat nişanlı, “KİA Optima” markalı avtomobili bəyənmiş və həmin gün orada olan mobil telefon nömrəsinə zəng edərək avtomobilin sahibi kimi özünü təqdim edən X4 ilə görüşmüşdür. Heydər qeyd olunan avtomobilin özünə məxsus olduğunu, lakin bankda başqa bir şəxsin adına kreditə götürüldüyünü bildirmişdir. O, avtomobilə baxandan sonra Heydərə ilkin ödəniş kimi 4000,00 (dörd min) ABŞ dolları məbləğində pulu ödəyərək yerdə qalan məbləği isə “xxxxxxx” ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Krediti tam ödədikdən sonra həmin avtomobil alqı-satqı yolu ilə onun adına sənədləşdirilməli idi. xx xxxxxx 2010-cu il tarixdə Heydər Məmmədov Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda onun adına baş etibarnamə verəndən sonra avtomobili ona təhvil vermişdir. Beləliklə, o, aldığı avtomobil üçün “xxxxxxx” ASC-yə avtomobilin sahibi Təqsirləndirilən şəxs adına olan 33196,00 (otuz üç min yüz doxsan altı) ABŞ dolları məbləğində kredit borcunu hər ay 693,00 (altı yüz doxsan üç) ABŞ dolları ödəməklə dörd il ərzində, yəni 2014-cü ilin mart ayı daxil olmaqla 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulu ödəmişdir. 2014-cü ilin mart ayının 18-də onu Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə dəvət etmişlər və orada icra məmuru tərəfindən həmin avtomobil ondan alınaraq dayanacağa yerləşdirilmişdir. O, bunun səbəbini icra məmurundan soruşmuş, icra məmuru ona bildirmişdir ki, avtomobilin sahibi Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyi üçün hadisə zamanı digər şəxsə 5795,00 (beş min yeddi yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmuş və vurduğu ziyanın ödənilməsindən ötrü məhkəmə qərarının icra olunması ilə əlaqədar avtomobil hərraca çıxarılaraq satılıb tələbkara dəymiş maddi ziyan ödənilməlidir. Bununla əlaqədar olaraq, o, Heydərdən ona verdiyi 4000,00 (dörd min) ABŞ dolları məbləğində pulu və Ramildən isə onun yerinə ödədiyi kredit borcunu - yəni 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dollarını tələb etmişdir. Həmin şəxslər ona olan borclarını ödəmədikləri üçün, o, çıxılmaz vəziyyətdə qalaraq hər ikisinə qarşı 2015-ci ilin axırlarında aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən X2 4000,00 (dörd min) ABŞ dolları məbləğində və Təqsirləndirilən şəxs isə 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsinə dair xx xxxxxx 2015-ci il tarixli, 2(004)- 7289/2015 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Heydər ona borclu olduğu 4000,00 (dörd min) ABŞ dolları məbləğində pulu tam olaraq ödəmişdir. Ramil isə borclu olduğu 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulu (ödəniş günü manata olan məzənnə ilə manatla - 53907,00 (əlli üç min doqquz yüz yeddi) manat) hazırkı məhkəmənin gedişində nağd şəkildə tamamilə ödəyərək onunla barışmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etmişdir. Bununla bağlı aralarında xx xxxxxx 2020-ci il tarixdə müvafiq Saziş tərtib edilərək notarial qaydada təsdiqlənmiş və məhkəməyə təqdim edilmişdir. Hazırda onun Ramildən heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bütün bunların nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 31710,00 (otuz bir yeddi yüz on) ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs ödəməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə, görülmüş tədbirlər nəticə vermədiyindən, borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 3(003)-402/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq, borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən, barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru üzrə stajoru Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdi. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcu könüllü ödənilməsinə dair bildirişdən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati xəta haqqında xx xxxxxxx 2019-cu il tarixli, 3(003)-402/2019 saylı qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)- 7289/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İs materiallarından görünür ki, ibtidai istintaq zamanı Əliyev X1, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində hərbiləşdirilmiş mühafizə idarəsində növbə rəisi vəzifəsində işləyərək aylıq əmək haqqı 400,00 (dörd yüz) manat təşkil etdiyi halda icra tələbini tam şəkildə ödəməyə maddi imkanının olmasına baxmayaraq, cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində puldan 3400,00 (üç min dörd yüz) manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan və xx xxxxxx 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş Sazişdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs borclu olduğu 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulu (ödəniş günü manata olan məzənnə ilə manatla - 53907,00 (əlli üç min doqquz yüz yeddi) manat) nağd çəkildə tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları məbləğində pulu (ödəniş günü manata olan məzənnə ilə manatla - 53907,00 (əlli üç min doqquz yüz yeddi) manat) aldığı üçün Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi olmayacağını öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etdiyini, buna görə də onun ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını göstərdi, bununla əlaqədar təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin Qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 31710,00 (otuz bir min yeddi yüz on) ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə manatla - 53907,00 (əlli üç min doqquz yüz yeddi) manat) maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs tamamilə ödənilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsinin tam icra edilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2015-ci il tarixli, 2(004)-7289/2015 saylı qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar