Məhkəmə qərarları › İş №1(003)-239/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-239/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-239/2022 02.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsnun iştirakı ilə, xx.xx.1974-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla, xeyli miqdarda, 79564 manat dəyərində müxtəlif adda zərgərlik məmulatlarını əynindəki gödəkçəsinin ciblərində, büzqalterində və əl çantasında yerləşdirərək 8 dekabr 2021-ci il tarixdə saat 20 radələrində TK 335 saylı Bakı- İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xəzər rayonu inzibati ərazisində yerləşən “Terminal-1” X5 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin vaxtı qeyd edilən zərgərlik məmulatları gömrük yoxlaması zamanı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 20 ilə yaxındır ki, Türkiyə Respublikasının İstanbul şəhərində yaşayır və orada türk vətəndaşı ilə ailəlidir. Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İstanbul şəhərində qızıl-zinət əşyalarının satışı mağazası açmaq qərarına gəldiyini və bu məqsədlə Türkiyə Respublikasından Azərbaycan Respublikasına hər səfəri zamanı özü üçün qızıl-zinət əşyaları aldığını və aldığı özünə məxsus qızıl məmulatlarını orada satmaq istəyində olduğunu bildirmişdir. 08 dekabr 2021-ci il tarixində Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getmək üçün Heydər Əliyev adına Azərbaycan X5na gəlmişdir. Hava Limanının gediş zalına daxil olaraq ilk öncə əl yüklərini zalda olan rentgen qurğusuna yerləşdirmiş, özü isə metalaxtaran dedektordan keçmişdir. O, detekordan keçdikdən sonra rentgen qurğusunda keçən əşyalarını götürüb gedən zaman gömrük əməkdaşı onu saxlayaraq üzərində və əl yüklərində gömrük orqanına bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı əşyanın olub-olmamasını soruşmuş, belə əşyalar olduğu təqdirdə onları təqdim etməyini təklif etmişdir. Bundan sonra o 3 ədəd qolbağı qollarından, 1 cüt sırğanı qulaqlarından çıxararaq təqdim etmişdir. Ardınca gömrük əməkdaşı ona bundan başqa üzərində bəyan olunası əşyalar olub-olmadığını soruşmuşdur bu zaman o əynindəki büzqalterin altından sellofan paketin içərisində olan 4 ədəd sırğa-üzük-kulon dəstini, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəstini, 1 cüt sırğanı və 1 ədəd kulonu, əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd sırğa-üzük dəstini, 1 sırğanı və 1 ədəd üzüyü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs qara rəngli əl çantasında olan əşyaların gömrük əməkdaşının tələbindən sonra çantanın içərisindəki 1 ədəd yaxa sancağını, həmin çantanın içərisində olan pul kisəsindən 3 ədəd sırğa-üzük dəstini, 1 cüt sırğanı, 1 ədəd üzüyü və 1 ədəd sırğanı və çantanın içində olan kosmetik çantasından isə 2 cüt sırğanı, 1 ədəd sırğa-üzük dəstini çıxararaq təqdim etmişdir. Həmin qızıl-zinət məmulatlarının elektron tərəzi vasitəsilə çəkisi ölçülərək zərgərlik məmulatlarının çəkisinin təxminən 520 qram olduğu məlum olmuşdur. Gömrük əməkdaşları tərəfindən zərgərlik məmulatlarına hal şahidlərinin iştirakı ilə protokol əsasında qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs dindirmə zamanı verdiyi ifadəsində qızıl-zinət əşyalarının özünə məxsus olduğunu, lakin həmin qızılların ona məxsus olmasını təsdiq edən hər hansı sənəd və ya şəklin mövcud olmadığını bildirmişdir. O, əvvəllər zərgərlik məmulatlarının alqı-satqısı ilə məşğul olmadığını, Azərbaycan Respublikasında valideynlərinin yaşadığı üçün Respublika ərazisinə tez-tez səfər etdiyini bildirmişdir. Zərgərlik məmulatlarını fərqli vaxtlarda aldığı səbəbindən onların dəyərlərini bilməmiş, həmin qızılların özünə aid olduğu üçün respublika ərazisini tərk etmək istəyərkən elektron, şifahi, nə də yazılı formada bəyan etməyə ehtiyac duymadığını bildirmişdir. Həmçinin hava limanının müxtəlif yerlərinə gömrük qaydaları ilə bağlı məlumatlandırıcı lövhələrin yerləşdirilməsinə baxmayaraq onlara daha öncə fikir vermədiyini söyləmişdir. O, zərgərlik məmulatlarının miqdarının çoxluğu ilə bağlı olaraq oğurlanmasından ehtiyat etdiyini və bu məqsədlə onların bir qismini gizlətdiyini söyləmişdir. Təqsirləndirilən şəxs əvvəllər özü ilə Azərbaycan Respublikasından bu formada əşya və eyni zamanda zərgərlik məmulatlarını ölkə ərazisinə gətirməmişdir. O, həmin zərgərlik məmulatlarını gömrük nəzarətindən keçirmək üçün hər hansı bir şəxsin kömək etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçənədək aşkar edilmiş zərgərlik məmulatlarını Türkiyəyə aparmağı barədə hər hansı gömrük əməkdaşına yazılı və şifahi olaraq məlumat verməmiş və gömrük nəzarətini keçdikdən sonra gömrük əməkdaşı ondan soruşduqda ona bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona minimum həddə cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, X4 Aeroportunun T1 Terminalında 08 dekabr 2021-ci il tarixdə növbədə olduğu zaman xidməti vəzifəsini yerinə yetirərkən saat 20 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zonasına daxil olmuş, müvafiq qanunvericiliyə əsasən elektron və ya yazılı formada mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən, saxlanılmış və otağa dəvət olunmuşdur. Sonuncunun üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əvvəlcədən gömrük orqanına şifahi, elektron və kağız üzərində yazılı formada bəyan etmədiyi hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 3 ədəd qolbağı qollarından, 1 cüt sırğanı qulaqlarından çıxarıb təqdim etmişdir. Bundan sonra ona üzərində olan digər malları təqdim etməsi təklif edilmiş oda sinəsindən büzqalterin altından sellofan paketin içərisində olan gömrük nəzarətindən gizlədilmiş 4 ədəd sırğa-üzük-kulon dəstini, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəstini, 1 cüt sırğanı və 1 ədəd kulonu, əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd sırğa-üzük dəstini, 1 sırğanı və 1 ədəd üzüyü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əl çantasında olan əşyaları təqdim etməsi təklif edilmiş və sərnişin qara rəngli əl çantasının içindən 1 ədəd yaxa sancağını, çantanın içərisində olan pul kisəsinin içindən 3 ədəd sırğaüzük dəstini, 1 cüt sırğanı, 1 ədəd üzüyü və 1 ədəd sırğanı, çantanın içində olan kosmetik çantasından isə 2 cüt sırğanı, 1 ədəd sırğa-üzük dəstini çıxarıb təqdim etmişdir. Zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və çəkisinin təxminən 520 qram olduğu müəyyən olunmuşdur. Şəxsi yoxlama zamanı onun üzərindən zərgərlik məmulatlarından başqa qanunvericiliklə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Zərgərlik məmulatları qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 08 dekabr 2021-ci il tarixində iş yerində olarkən, saat 20:10 radələrində bir nəfər gömrük əməkdaşı ona yaxınlaşaraq sərnişinin əşyalarına yoxlama aparılması zamanı hal şahidi qismində iştirak etməyi təklif etmiş, oda razılığını bildirərək aeroportun 1-ci terminalının uçub getmə zalında yerləşən gömrüyün yoxlama otağına gəlmişdir. Gömrük əməkdaşı orada duran və əvvəllər tanımadığı bir şəxsi təqdim edərək, həmin şəxsin TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu, onun əşyalarına yoxlama aparılacağını bildirmişdir. Gömrük əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrinin nədən ibarət olduğunu izah etmişdir. Yoxlama zamanı, gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan 3 ədəd qolbağı qollarından, 1 cüt sırğanı qulaqlarından çıxarıb təqdim etmişdir. Bundan sonra ona üzərində olan digər malları təqdim etməsi təklif edilmiş və oda sinəsindən büzqalterin altından sellofan paketin içərisində olan 4 ədəd sırğa-üzük-kulon dəstini, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəstini, 1 cüt sırğanı və 1 ədəd kulonu, əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd sırğa-üzük dəstini, 1 sırğanı və 1 ədəd üzüyü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əl çantasında olan əşyaları təqdim etməsi təklif edilmiş, oda qara rəngli əl çantasının içindən 1 ədəd yaxa sancağını, çantanın içərisində olan pul kisəsinin içindən 3 ədəd sırğaüzük dəstini, 1 cüt sırğanı, 1 ədəd üzüyü və 1 ədəd sırğanı, çantanın içində olan kosmetik çantasından isə 2 cüt sırğanı, 1 ədəd sırğa-üzük dəstini çıxarıb təqdim etmişdir. Zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və çəkisinin təxminən 520 qram olduğu müəyyən olunmuşdur. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən zərgərlik məmulatlarından başqa qeyri-qanuni əşyalar aşkar edilməmişdir. Aşkar olunan əşyalar zərfə qablaşdırılmış və protokol əsasında götürülmüşdür. Bu haqda tərtib edilən protokol ucadan oxunmuş, şəxs sənədlərin düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında Şahid3 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X4 Aeroportunun T1 Terminalında 08 dekabr 2021-ci il tarixdə növbədə olduğu zaman xidməti vəzifəsini yerinə yetirərkən saat 20 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zonasına daxil olmuş, müvafiq qanunvericiliyə əsasən elektron və ya yazılı formada mütləq qaydada bəyan etməli olduğu əşyaları əvvəlcədən gömrük orqanına təqdim etməmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən, saxlanılmış və otağa dəvət olunmuşdur. Sonuncunun üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. O, əvvəlcədən gömrük orqanına şifahi, elektron və kağız üzərində yazılı formada bəyan etmədiyi hər birinin üzərində müxtəlif ölçülü qaşlar olan qızıla bənzər metaldan hazırlanmış 3 ədəd qolbağı qollarından, 1 cüt sırğanı qulaqlarından çıxarıb təqdim etmişdir. Bundan sonra ona üzərində olan digər malları təqdim etməsi təklif edilmiş oda sinəsindən büzqalterin altından sellofan paketin içərisində olan gömrük nəzarətindən gizlədilmiş 4 ədəd sırğa-üzük-kulon dəstini, 1 ədəd sırğa-üzük-kulon-qolbaq dəstini, 1 cüt sırğanı və 1 ədəd kulonu, əynindəki gödəkçənin ciblərindən isə 4 ədəd sırğa-üzük dəstini, 1 sırğanı və 1 ədəd üzüyü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əl çantasında olan əşyaları təqdim etməsi təklif edilmiş və sərnişin qara rəngli əl çantasının içindən 1 ədəd yaxa sancağını, çantanın içərisində olan pul kisəsinin içindən 3 ədəd sırğaüzük dəstini, 1 cüt sırğanı, 1 ədəd üzüyü və 1 ədəd sırğanı, çantanın içində olan kosmetik çantasından isə 2 cüt sırğanı, 1 ədəd sırğa-üzük dəstini çıxarıb təqdim etmişdir. Zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və çəkisinin təxminən 520 qram olduğu müəyyən olunmuşdur. Şəxsi yoxlama zamanı onun üzərindən zərgərlik məmulatlarından başqa qanunvericiliklə qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Zərgərlik məmulatları qablaşdırılaraq hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüşdür. İş materiallarına əlavə edilmiş “şəxsi yoxlama aparılması haqqında” 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, video görüntülərə və fotoşəkillərə baxdıqda məlum olmuşdur ki, 8 dekabr 2021-ci il tarixdə saat 20 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xəzər rayonu inzibati ərazisində yerləşən “Terminal-1” X5 gömrük postuna daxil olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən saxlanılmış və şəxsi yoxlama zamanı üzərindən və əl çantasından gömrük orqanına bəyan etmədiyi 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla, xeyli miqdarda, 79564 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 31.01.2022-ci il tarixli, 9/8965 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla müxtəlif adda zərgərlik məmulatlarının 08.12.2021-ci il tarixə orta bazar qiyməti ümumilikdə təxminən 79564 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 01.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsnun məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş maddi sübutun təhvil verilməsi haqqında 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 08 dekabr 2021-ci il tarixində, saat 20:00 radələrində TK 335 saylı Bakı-İstanbul aviareysı ilə gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi 520,53 qram olan zərgərlik məmulatlarını saxlanc üçün qəhvəyi rəngli zərfə qablaşdırılmış və Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqat obyekti üçün nəzərdə tutulmuş 61 №-li dördkünc ştampı ilə möhürlənmiş vəziyyətdə saxlanc məqsədilə Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat İdarəsi İŞ-nin müstəntiqi, gömrük xidməti baş leytenantı Anar Hacıyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 206.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 08 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 18.92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla, xeyli miqdarda, 70564 manat dəyərində müxtəlif adda zərgərlik məmulatları cinayətin predmeti olduğundan 11 mart 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınması və Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsində saxlanılması nəzərə alınmışdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla ümumi dəyəri 79564 manat olan müxtəlif adda zərgərlik məmulatlarına münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.01.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmetinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxsnu ifrat yükə məruz qoyacaqdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsində saxlanılan bəyan edilməmiş 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla ümumi dəyəri 79564 manat olan müxtəlif adda zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında, yəni 31825,60 (otuz bir min səkkiz yüz iyirmi beş manat altmış qəpik) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsində saxlanılan bəyan edilməmiş 18,92 qram 750 əyarlı, 501,61 qramının sarı rəngli hissəsinin metalı 750 əyarlı, qara-gümüşü rəngli hissəsinin metalı 585 əyarlı ümumilikdə 520,53 qram olmaqla ümumi dəyəri 79564 manat olan müxtəlif adda zərgərlik məmulatları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar