Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-239/2023 08.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seşilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus hasarlanmış torpaq sahəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən başı ilə bir dəfə sonuncuun çənəsindən zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sol gözaltı nahiyənin, burunun sıyrıqları, sağ bazunun qançırları, alt çənənin hematoması ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən qəsdən sağlamlığa Yüngül zərərvurma xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, onu hər kəs qəsəbə ərazisində “İlkin” adı ilə tanıyır. O, Zərərçəkmiş şəxs yanında uzun müddət işləmiş, İbadət onun müdiri olmuş, sonradan işdə yaranmış problemlərə görə işdən çıxmışdır. İbadət 2022-ci ilin təxminən iyun ayında onun vasitəsi ilə Yafdum adlı şəxsin Türkan qəsəbəsində yerləşən 0.05 ha torpağını 2500 manata almış, İbadət 2500 manat pulu ona verdikdən sonra o da Yafduma həmin pulu vermişdir. Bundan bir müddət sonra İbadət həmin yerdən əlavə 0.02 ha topaq sahəsi almaq üçün ona müraciət etmiş, o da bu barədə Yafdumla 1100 manata razılaşmış və pulu hissə-hissə verəcəyini bildirmişdir. İlkin olaraq 450 manat beh vermiş, daha sonra qalan pulu hissə-hissə ona verirmiş, o da öz növbəsində Yafduma çatdırırmış. Sonradan İbadət pulun bir hissəsini vermədiyindən həmin torpaq sahəsinə gedərək orada İbadətdən tələb etmişdir ki, torpaq sahəsindən çıxsın, torpaq onundur. İbadət Yafduma demişdir ki, torpaq sahəsinin onlarda sənədləri varsa onlarla razıdır, əgər yoxdursa onunla əyri-əskik danışmasınlar. Sonra onlar birlikdə oradan getmişlər. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Yafdum yenə də həmin torpaq sahəsinə getmək istədiyini demiş və birlikdə torpaq sahəsinə getmişlər. Yafdum yenədə İbadətə demişdir ki, torpaq sahəsindən çıxsın, İbadət isə əli ilə onu göstərib qışqıra-qışqıra pulu ona verdiyini demişdir. O, ani bir məqamda İbadətin bu hərəkətinə əsəbiləşib başı ilə İbadətin çənəsinə zərbə vurmuş və İbadət arxa-arxaya gedib ayağı ağaca ilişib yıxılmışdır. Hadisə zamanı orada Yafdum, Ələkbər, o və İbadət olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmiş, hadisə zamanı həmin yerə kənar şəxslər toplaşmamış, orada başqa heç kim olmamışdır. Əməlini etiraf edir və peşmançılıq çəkir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsində hamı “İlkin” kimi tanıyır. Rayizin vasitəsi ilə təxminən 5 ay əvvəl, yəni 2022-ci ilin təxminən iyun ayında Yafdum adlı şəxsin Türkan qəsəbəsində yerləşən 0.05 ha topağını 2500 manata almış və həmin pulu qonşuları Seyid adlı şəxsin yanında Rayizə vermişdir. Bundan sonra o, topaq sahəsini təmizləyərək təxminən avqust ayında tikinti işlərinə başlamışdır. Daha sonra həmin yerdən əlavə 0.02 ha topaq sahəsi almaq üçün Rayiz ilə 1100 manata razılaşmış və ilkin olaraq 450 manat beh vermişdir. Qalan pulu isə 5 dəfəyə, hissə-hissə olmaqla Rayizə vermişdir. Rayiz onunla "xxxx" MMC-də mühafizəçi işləmiş, o, Rayizin müdiri olmuşdur. Rayiz işinə laqeyd yanaşdığı üçün işdən çıxarılmışdır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində o, həmin topaq sahəsində işləyən zaman Rayiz bir neçə nəfərlə oraya gəlmiş, həmin şəxslər torpağın sahibləri olduqlarını bildirmiş və onu oradan çıxaracaqları ilə hədələmişlər. O, həmin şəxslərə torpaq sahəsinin onlarda sənədləri varsa onlarla razı olduğunu demiş, əgər yoxdursa onunla əyri-əskik danışmamalarını bildirmişdir. Sonra onlar getmişlər. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, topaq sahəsində işləyən zaman Rayiz həyətə daxil olub ondan həyətdən çıxmağını tələb etmişdir. Həmin vaxt onun yanında Ələkbər və qardaşı Yafdum olmuşdur. Buna görə aralarında mübahisə yaranmışdır. Hadisə zamanı Rayiz kəllə ilə bir dəfə onun çənə nahiyəsindən başı ilə zərbə vurmuşdur. Zərbənin təsirindən o, arxaya doğru getmiş və ayağı ağaca ilişərək yıxılmışdır. Daha sonra hadisə yerinə gəlmiş qonşular və orada işləyən ustalar onları ayırmışlar. Rayiz ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir, törətdiyi əməlinə görə ona müvafiq cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Rayizin vasitəsi ilə Zərərçəkmiş şəxs torpaq sahəsi satmış, lakin həmin torpaq sahəsinin pulunun müəyyən qalıq hissəsi İbadətdə qalmışdır. O, düşünmüşdür ki, torpağı İbadətdan geri alsın, çünki pulu tam ödəmirmiş. Buna görə də əsəbiləşib 18 oktyabr 2022-ci il tarixdə həmin torpaq sahəsinə getmiş və İbadətə demişdir ki, onun torpaq sahəsində tikinti aparmasın və oranı tərk etsin. İbadət isə cavab olaraq ona demişdir ki, “sənin hər hansı bir sənədin varsa sən deyənlə razıyam, əks halda mənimlə kobud danışma”. Həmin anda onların yanında olan Rayiz anidən başı ilə İbadətin çənəsinə zərbə vurmuş və mübahisə yaranmışdır, İbadət zərbənin təsirindən arxaya gedib yerə yıxılmışdır. Onlar Rayizi sakitləşdirib oradan uzaqlaşmışlar. Həmin mübahisə hasara alınmış torpaq sahəsində olmuşdur, orada kənar şəxslər olmamışdır. Sonradan İbadət həmin torpaq sahəsinin qalıq hissəsini tam olaraq ona ödəmiş və torpaq sahəsi artıq İbadətə məxsusdur, həmin torpaq sahəsi ilə bağlı onun İbadətdən şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, qardaşı Yafdum tanışı Rayizin vasitəsi ilə İbadətə torpaq sahəsi satmış, lakin həmin torpaq sahəsinin pulunun müəyyən qalıq hissəsi İbadətdə qalmışdır. Yafdum da əsəbiləşib İbadəti torpaq sahəsindən çıxarmaq üçün 18 oktyabr 2022-ci il tarixdə ora getmişlər. X6 bildirmişdir ki, torpaq sahəsindən çıxsın, İbadət uca səslə qışqıraraq torpaq sahəsinin pulunun çox hissəsini Rayizə verdiyini, xırda bir hissəsinin qaldığını demiş, Rayiz də həmin pulu aldığını və Yafduma verdiyini etiraf etmişdir. Lakin anidən Rayiz başı ilə İbadətin çənəsinə zərbə vurub yerə yıxmışdır. Onlar onu sakitləşdirib oradan uzaqlaşmışlar. Sonradan İbadət həmin torpaq sahəsinin qalıq hissəsini tam olaraq Yafduma ödəmiş və torpaq sahəsi artıq İbadətə məxsusdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 1440 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər sol gözaltı nahiyənin, burunun sıyrıqları, sağ bazunun qançırları, alt çənənin hematoması ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olarki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. İş materiallarında olan və 26 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum edilmiş, 12 iyun 2018-ci il tarixdə cərimə cəzasını ödədiyindən qeydiyyatdan çıxarılmış, barəsində Xəzər RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə araşdırılan ********* saylı iş üzrə icraata 16 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi böyük ictimai təhlükə törətməyən əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 15 iş saatına görə 90,00 (doxsan) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat, X2 isə 3 iş saatına görə 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 90,00 (doxsan) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi 60,00 (altmış) manat, X2 isə 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 168,00 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-239/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-239/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver