Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-24/2022 05.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1985-ci il təvəllüdlü və yetkinlik yaşına çatmış olmaqla 2021-ci ilin iyul ayının əvvəllərində təxminən saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində tərbiyə etmək vəzifəsi daşıdığı aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxaraq seksual xarakterli hərəkətlər etməsi, bundan başqa onun xx.xx.1985-ci il təvəllüdlü və yetkinlik yaşına çatmış olmaqla 2021-ci ilin iyul ayının 10-da təxminən saat 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində dənizin içərisində tərbiyə etmək vəzifəsi daşıdığı aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döşlərini üzmək öyrətmək adı ilə əlləri ilə paltarın üstündən tutub sıxaraq təkrarən seksual xarakterli hərəkətlər etməsi, bundan başqa onun xx.xx.1985-ci il təvəllüdlü və yetkinlik yaşına çatmış olmaqla 2021-ci ilin iyul ayının sonunda təxminən saat 20 radələrində ünvan ünvanda yerləşən yaşadığı evin mətbəxində tərbiyə etmək vəzifəsi daşıdığı aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döşlərini paltarın üstündən tutub sıxaraq təkrarən seksual xarakterli hərəkətlər etməsi, bundan onun xx.xx.1985-ci il təvəllüdlü və yetkinlik yaşına çatmış olmaqla 02 avqust 2021ci il tarixdə təxminən saat 18 radələrində ünvan ünvanda yerləşən yaşadığı evin yataq otağında tərbiyə etmək vəzifəsi daşıdığı aralarındakı yaş fərqi iki ildən çox olan on altı yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs çarpayının üzərinə yıxaraq boynunu öpmüş, əllərini əynində olan paltarın altına salaraq döşlərinə sığal çəkib təkrarən seksual xarakterli hərəkətlər emişdir. Həmin hərəkətlərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsnin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosesual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs doğma atası kimi qəbul etməsini, Təqsirləndirilən şəxs ona qarşı çimərlikdə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmədiyi üçün onun pis fikirdə olmasını düşünmədiyini göstərmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə evdə olan zaman atalığının ona qarşı etdiyi hərəkətləri anladığı üçün ona qarşı sərt mövqe bildirmiş və bıçaqla özünə qəsd etmək istəmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, atalığı Təqsirləndirilən şəxs 9 yaşından 11 yaşınadək olam müddət ərzində dəfələrlə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bir dəfə natamam formada təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs onu hədələdiyi üçün qorxmuş və buna görə heç kimə bu barədə hər hansı bir söz deməmişdir.Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 479 saylı rəyində göstərilmişdir ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Onun qızılıq pərdəsinin tamlığı pozulmamışdır. Anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Arxa keçəcək nahiyədə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Lakin tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı iz qalmırsa bunu məhkəmə-tibbi yolla müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “rektal həssaslıq testinin” nəticəsinə dair X2 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tibbi sənəddən məlum olur ki, Zərərçəkmiş şəxs müayinə edilən zaman zəif anal təzyiqi aşkar edilmişdir.Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində Zərərçəkmiş şəxs öz doğma övladlarından ayırmadığını, onun tərbiyəsi ilə də məşğul olmasını göstərmişdir. O, ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs uşaq yaşlarından ərəb əlifbası ilə yazmağı, Quran oxumağı öyrətmiş, ona da öz doğma övladlarına göstərdiyi qayğı ilə yanaşmışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, özü evdə olmadığı vaxt digər uşaqlarla birlikdə Məryəmi də Təqsirləndirilən şəxs tapşırmış, uşaqların tərbiyəsi ilə bağlı olan məsələlərlə birlikdə məşğul olmuşlar. Göründüyü kimi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs tərbiyəsi ilə təkcə onun anası Qanuni nümayəndə deyil, faktiki olaraq ögey atası Təqsirləndirilən şəxs da məşğul olmuş, həmin vəzifələri yerinə yetirmişdir. Belə olan halda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlində daha ağır cinayətin, yəni CMnin 153.3-cü maddəsinin tərkibi əlamətləri müəyyən edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə 07 iyun 2022-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən xitam verilməsi və ona Azərbaycan Respublikası CM-nin 125 və 150.3.3-cü maddələri ilə ittiham irəli sürülməsindən ötrü iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə zərərçəkmiş tərəfin nümayəndəsi həmçinin Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş vəsatətlərin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 verilmiş vəsatətlərin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Məhkəmə verilmiş vəsatəti müzakirə edib, tərəflərin həmin vəsatətə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, hazırkı cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Məhkəmə zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş vəsatətə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası CPMin 318.2-ci maddəsinin dispozisiyasından göründüyü kimi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Lakin məhkəmə hesab edir ki, hazırki iş üzrə zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində 06 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Xəzər rayon Məhkəməsinin 07 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 avqust 2021-ci il tarixdən hesablanmışdır. 13 sentyabr 2021-ci il tarixdə isə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsindən həmin Məcəllənin 153.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham elan edilmişdir. 30 sentyabr 2021-ci il tarixdə cinayət işi üzrə ittiham aktı tərtib edilmiş, 05 oktyabr 2021-ci il tarixdə isə cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilk olaraq ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli AR CM-in 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. AR CPM-in 218.2.2-ci maddəsinə əsasən az ağır cinayətlər üzrə ibtidai istintaq cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra qurtarmalıdır. Bu səbəbdən onun barəsində məhkəmənin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin ibtidai isitinataqın gedişində cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.3-cü maddəsindən həmin Məcəllənin 153.1-ci maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli AR CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 159.1-ci maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti işin mürəkkəbliyi ilə əlaqədar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 (bir) aydan, az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 4 (dörd) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması əlavə araşdırılmanın aparılması və aparılmış istintaqın materiallarına yenidən baxılması ilə bağlı olduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84, 307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinun müddəti 01 (bir) ay müddətinə yəni 05 avqust 2022-ci il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş cinayət işinin icraatına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət təmin edilməsin. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-24/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-24/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver