Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-24/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs 12 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsində təbii qazdan qeyri-qanuni istifadə edənlərə qarşı tədbir görmək üçün qaz xətlərinə və sayğaclara baxış keçirib reyd edən “Azəriqaz” İB-nin əməkdaşlarından Zərərçəkmiş şəxs ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 3, ev 1 ünvanında yerləşən yaşayış sahəsinin daxili şəbəkəsində aşkar etdiyi sayğacdan kənar rezin boru vasitəsilə çəkilmiş qaz xəttini yerində protokollaşdırıb rəsmiləşdirmək istəyərkən, o, maneçilik etməklə, Zərərçəkmiş şəxs müvafiq sənədlər tərtib etməsinə imkan verməyib xidməti vəzifələrinin icrasından çəkindirmək məqsədi ilə sonuncuya yumruq zərbələri endirib, sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid alt çənə sümüyünün yerdəyişməyən sınığı xəsarəti yetirərək hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 28 mart 2022-ci il tarixdə, saat 17:10 radələrində yaşadığı evdə olarkən arvadı evə daxil olaraq bir nəfər şəxsin hasara çıxaraq mobil telefonla həyəti çəkdiyini demişdir. O, küçəyə çıxaraq həmin şəxsin kim olmasını soruşmuş, o isə Xəzər rayon Qaz idarəsinin əməkdaşı olduğunu və adının Daşqın olmasını demişdir. Ondan telefonla çəkiliş aparmasının səbəbini soruşmuş, həmin şəxs isə qaz xəttinə qanunsuz birləşməni çəkdiyini demişdir. Bundan sonra aralarında münaqişə baş vermiş və digər 2 nəfər qaz idarəsinin əməkdaşları da, onlara yaxınlaşmışlar. Çəkiliş aparan şəxs onunla kobud danışdığına görə qardaşı Tərlan onlara yaxınlaşaraq onları sakitləşdirmək istəmişdir. Bundan sonra qonşuları Şahid6, Şahid7 və Şahid5 səs-küyə gələrək onları sakitləşdirməyə çalışmışlar. Münaqişə zamanı qardaşı Tərlan Daşqının sifət nahiyəsindən əli ilə itələmişdir. Lakin o, Daşqının sifətindən yumruqla vurmamışdır. Məhkəmədən heç bir xahişinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xəzər rayon Qaz idarəsinin Binə qəsəbəsi üzrə nəzarətçi vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə, saat 17 radələrində Binə qəsəbəsi, R.Əşrəfov küçəsində mühəndis Şahid2 və Şahid1 ilə birlikdə qaz xətlərinə və sayğaclarına baxış keçirən zaman abonent Təqsirləndirilən şəxs evinin qarşısından keçən küçə xəttinə qanunsuz olaraq sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar etmişlər. O, AKT-a əlavə olunması üçün mobil telefonla qanunsuz birləşməni çəkərkən Təqsirləndirilən şəxs küçəyə çıxmışdır. O, Məcidə «Azəriqaz» İB-nin əməkdaşı olduğunu və qanunsuz qaz xəttini aşkar etdiyini demişdir. Buna baxmayaraq Məcid heç bir səbəb olmadan onunla mübahisə edərək qardaşı Tərlanı çağırmışdır. Həmin vaxt Şahid1 və Şahid2 da, onun yanında olmuşlar. Təqsirləndirilən şəxs ona şər-böhtan ataraq demişdir ki, “sən mənim həyətimi mobil telefonunla çəkib həyətimə baxırsan.” O isə Məcidə izah etmişdir ki, “mən həyəti yox, qanunsuz çəkdiyin birləşməni telefonumla çəkirəm.” Buna baxmayaraq Məcid qardaşı gəldikdən sonra daha da, aqressivləşərək yumruqla onun sifətindən vurmuşdur.. Bundan sonra orada olan şəxslər Məcidi sakitləşdirmişlər. Sonra o, əməkdaşlarla avtomobilə oturub oradan uzaqlaşmışlar. Bir qədər sonra çənəsi ağrıdığından 3-cü Polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş, daha sonra isə xəstəxanaya müraciət etmişdir. Hadisə nəticəsində çənəsi sındığı üçün əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona cəza verilməsini istəmədiyini və işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyin bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Xəzər rayon Qaz İdarəsinin Binə qəsəbəsi üzrə mühəndisi vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə, saat 17 radələrində Binə qəsəbəsi, R.Əşrəfov küçəsində tabeliyində olan çilingər Zərərçəkmiş şəxs və mühəndis Şahid2 ilə birlikdə qaz xətlərinə və sayğaclarına baxış keçirən zaman abonent Təqsirləndirilən şəxs qanunsuz olaraq sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsi ilə təbii qazdan istifadə etdiyi məlum olmuşdur. Həmin xətti rezin boru vasitəsi ilə çəkmişdir. Zərərçəkmiş şəxs AKT-a əlavə olunması üçün telefonla qanunsuz birləşməni çəkərkən Təqsirləndirilən şəxs küçəyə çıxaraq Daşqının üzərinə gəlmiş və sonuncu ilə mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs qanunsuz etdiyi əməldən özünü sığortalamaq üçün əməkdaşları Zərərçəkmiş şəxs şər böhtan ataraq demişdir ki, “sən mənim həyətimi mobil telefonunla çəkib həyətimə baxırsan”. Daşqın isə Məcidə izah etmişdir ki, “mən həyəti yox, qanunsuz çəkdlar gəlmişlər. O, Nicat və qonşular Məcidi Daşqından kənarlaşdırıb hadisə yerindən uzaqlaşmışlar. Daşqın çənə nahiyəsinin ağrımasını desə də, həmin vaxt xəsarət aldığını bilməmişlər. Sonradan Daşqın bildirmişdir ki, hadisə zamanı Məcid yumruqla onun çənəsindən vurmuşdur. Lakin o, Məcidin Daşqının sifət nahiyəsinə yumruqla vurmasını görməmişdir. İstintaq zamanı ifadəsi komputer vasitəsi ilə yazılmış, o isifadəsi ilə tanış olmadan imza etmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs ilə eyni küçədə yaşayır. 28 mart 2022-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdə olarkən küçədən səs-küy səsləri gəlmişdir. Həmin vaxt Məcidin arvadı evə zəng edərək Məcidin tanımadığı şəxslə mübahisə etdiyini demişdir. O, evdən küçəyə çıxmış və qardaşının darvazanın qarşısında bir nəfər mülki geyimdə olan tanımadığı şəxs mübahisə etdiyini görmüşdür. O, yaxınlaşıb onları sakitləşdirməyə çalışmışdır. Bu zaman həmin şəxs Azəriqaz İB-nin işçisi olduğunu və səlahiyyətlərinin olmasını demişdir. Səs-küyə Azəriqaz İB-nin digər əməkdaşları və qonşular yığılmışlar. Mübahisə vaxtı qardaşı Azəriqaz İB-nin işçisi olan Daşqına nə üçün həyətin hasarına çıxaraq telefon vasitəsilə həyəti çəkdiyini soruşmuşdur. Daşqın isə yüksək səslə demişdir ki, “mən sahə rəisiyəm və mənim səlahiyyətim vardır, istədiyim hər bir həyəti çəkə bilərəm, mən adi işçi deyiləm, amma hasara çıxmamışam, məni hasarda görmüsənsə, sübut et ki, görmüsən”. Bu vaxt o, əsəbləşib Daşqının çənəsindən əli ilə möhkəm itələmişdir. Lakin qardaşı Daşqını yumruqla vurmamışdır. Suallara cavab olaraq bildirmişdir ki, o, istintaq zamanı sərbəst ifadə vermiş və ifadəsini oxuyub imza etmişdir, ifadə verərkən ona hər hansı təzyiq olmamışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərdi ki, 2009-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş və həmin nikahdan bir qız övladı vardır. 28 mart 2022-ci il tarixdə, saat 17 radələrində evin həyətində paltar sərdiyi vaxt bir nəfər şəxsin həyət darvazasının üzərinə çıxaraq telefonla həyətin şəkillərini çəkdiyini görüb bu barədə ərinə demişdir. Məcid həyətə çıxaraq həmin şəxsin kim olduğunu soruşmuş, lakin həmin şəxs cavab vermədiyi üçün küçəyə çıxmışdır. Sonradan adının Daşqın olduğunu bildiyi şəxs özünü “Azəriqaz” işçisi kimi təqlim edərək evə qanunsuz qaz xətti çəkildiyini demişdir. O, küçəyə çıxmamış və hər hansı mübahisənin baş verməsini görməmişdir. Sonra Məcid evə daxil olarkən ondan nə baş verdiyini soruşmuş, o isə heç nə baş vermədiyini demişdir. Suallara cavab olaraq bildirmişdir ki, o, istintaq zamanı sərbəst ifadə vermiş və ifadəsini oxuyub imza etmişdir, ifadə verərkən ona hər hansı təzyiq olmamışdır. Lakin o, istintaq zamanı ittiham aktında qeyd olunduğu kimi ifadə verməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qapı bir qonşudur. 28 mart 2022-ci il tarixdə, saat 17-18 radələrində işdən evə qayıtdığı vaxt küçədə səs-küy eşitmişdir. Həmin vaxt Məcid küçədə “Azəriqaz” İB-nin əməkdaşları ilə yüksək səslə söhbət etdiyindən onları sakitləşdirməyə çalışmışdır. Mübahisə vaxtı ona məlum olmuşdur ki, “Azəriqaz” İB-nin Daşqın adlı əməkdaşı Məcidgilin evində qaz xəttinə baxış keçirərkən darvazaya qalxaraq mobil telefon vasitəsilə həyəti çəkmiş, Məcidin arvadı isə bu barədə Məcidə dediyi üçün Məcidlə Daşqın arasında mübahisə yaranmışdır. Daşqın qanunsuz çəkilmiş qaz xəttini telefonu ilə çəkdiyini demişdir. Mübahisə zamanı Məcidlə Daşqın əlbəyaxa olmuşlar. Lakin kiminsə kimi vurmasını görməmişdir. Orada olan şəxslərlə Məcidlə Daşqını ayırmışlar. Sonradan eşitmişdir ki, mübahisə zamanı Məcid Daşqının sifət nahiyəsindən yumruqla vurmuşdur. Məhkəmə iclasında şahidlər Şahid6 və Şahid7 Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 11 aprel 2022-ci il tarixli, 320 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – alt çənə sümüyünün yerdəyişməyən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Həmin rəydə göstərilmişdir ki, hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin məktubundan görünür ki, 12 avqust 1989cu il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin məktubundan görünür ki, 12 avqust 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən həmin xəstəxanada müalicədə olmayıbdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 12 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs oğlnun məhkumluğu barədə əməliyyat sorğu katrotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Şahid3 ifadəsində qardaşı Məcidin Daşqını yumruqla vurmamasını bildirməsinə şübhə ilə yanaşır və o, hissədə onun ifadəsini həqiqətə uyğun hesab etmir. Belə ki, o, istintaq zamanı Məcidin Daşqını yumruqla vurduğunu bildirmişdir. Eyni zamanda məhkəmədə istintaq zamanı sərbəst ifadə verdiyini və ifadəsini oxuyub imza etdiyini, ifadə verərkən ona hər hansı təzyiq olmadığını qeyd etmişdir. Məhkəmə Şahid4 ifadəsində əri Məcidin evə daxil olarkən ondan nə baş verdiyini soruşan zaman Məcidin heç nə baş vermədiyini deməsinə şübhə ilə yanaşır və o, hissədə onun ifadəsini həqiqətə uyğun hesab etmir. Belə ki, o, istintaq zamanı Məcidin Daşqını yumruqla vurmasını görmədiyini, lakin sonradan Məcidin Daşqını mübahisə zamanı əsəbləşib bir dəfə sifət nahiyəsindən yumruqla vurduğunu deməsini bildirmişdir. Eyni zamanda məhkəmədə ittiham aktında qeyd olunduğu kimi ifadə vermədiyini bildirsə də, suallara cavab olaraq istintaq zamanı sərbəst ifadə verdiyini və ifadəsini oxuyub imza etdiyini, ifadə verərkən ona hər hansı təzyiq olmadığını demişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 09 may 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 09 may 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 09 may 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi2 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-24/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-24/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver