Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-24/2024 19.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş, orta təhsilli, evli, işləməyən, Masallı rayonu Xıl kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,376 qram maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Xəzər RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən bilavasitə şübhə yarandığından Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən “Favorit” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİnin 2-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,376 qram narkotink vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,309 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində Xəzər RPİ-nin 2-cü PŞnin əməkdaşlarının keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivi ərazisində yerləşən “Nihad” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,309 qram narkotink vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmuşdur. 8 ildir ki, çəkmək yolu ilə narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Favorit” marketin yaxınlığında olan zaman üç nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona özünü təqdim etməyi demişlər. O, da şəxsiyyəti barədə polis əməkdaşlarına məlumat verdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirmiş və onu 2-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman polis əməkdaşları üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demişlər. Sonra isə hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Üzərinə baxış keçirlməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Sonra isə polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan goy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində 01 ədəd narkotik vasitə (kakos) olan büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən xx.xx.2022-ci il tarixdə 15 manat ödəməklə şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki və ya psixoloji təsir olmamışdır. Məhkəmədən əməlini səmimi etiraf edib peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Bundan başqa, o, elan edilmiş ittihamın ikinci epizodu üzrə özünü təqsirli bilməmişdir. Belə ki, elan edilmiş ittihamın ikinci epizodu üzrə ona qarşı psixoloji təsir olunmuş, ya bu epizodu ya da küllü miqdarı etiraf etməsi təklif olunmuşdur. Bu səbəbdən də o, bu epizodu seçmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, “Gəncə” təndirinin yanında səsküy olduğuna görə ora yaxınlaşmışlar. Şəxs özünü normal aparmadığına görə onu 2-ci PŞ-nə dəvət etmişlər. Orada o, səmimi etiraf etdi ki, narkotik maddə qəbul edir və üzərində də var. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, “Gəncə” təndirinin yanında səs-küyə yaxınlaşmışlar, daha sonra şəxs digər şəxslə əlaqəyə girmək üçün başqa istiqamətə yollanmış, onlar da o, istiqamətə getmişlər. O, 2-ci PŞ-də axtarış baxışda iştirak etmişdir. Onlar ona qarşı təziq və ya təsir göstərməmişlər. O, dedi ki, narkotik maddəni tanımadığı şəxsdən götürmüşdür. Sonda onu “Almarketin” qarşısında saxlamışlar, tam dəqiq yadında deyil amma təxminən gecə 12-14 arasında saxlamışlar. Şəxs “Favorit” marektin yanından “Almarketin” istiqamətinə getmişdir. Onun kiminlə görüşdüyünü bilmirlər. Şəxs özünü şübhəli aparırdı. Şəxs Favorit marketin qarşısı, birinci bina, postun arxasında yüksək səslə danışırdı. Onlar onu saxlamışlar və nəyə görə söyüş söydüyünü soruşmuşlar. Şəxs cavab olaraq bildirdi ki, bir nəfər şəxslə görüşməlidir, onlar da ona “get” demişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri, polis sıravisi Şahid5 ifadəsində göstərmişdir ki, tədbir zamanı səs-küy olduğuna görə əməkdaşlar Qoşqara yaxınlaşmışlar. Qoşqar özünü şübhəli apardığına görə onu bölməyə gətirmişlər. O, Qoşqarın tutlmasında iştirak etməmiş, bölməyə gələnə yaxın iştirak etmişdir. Polis əməkdaşları ona “Favorit” marketin yanında yaxınlaşmışlar. Onun üzərinə bölmədə axtarış baxış keçirilmişdir. Orada o da iştirak etmişdir. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı təzyiqvə təsir olmamışdır. O, hadisəni görməmiş, eşitmişdir. əməkdaşlar onu “Favorit”in yanında saxladıqlarını, elə oradan da götürdüklərini bildirmişlər. O, bir postda xidmət apardıqlarına görə ibtidai istintaqda elə ifadə vermişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri polis kiçik serjantı Şahid4 ifadəsində göstərmişdir ki, onlar şəxsi “Favorit”in arxa tərəfində saxlamışlar. O, səs-küy saldığına görə ona yaxınlaşmış və şəxsin normal olmadığını görmüşlər. Onlar onun üstünü yoxlamışlar. Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs “Almarket”ə doğru taksi ilə getmişdir. İlkin olaraq onu onlar yoxlamışlar və üstündən heç nə çıxmamışdır. Daha sonra şəxs maşınla getmiş, orada da onu saxlamışlar, üstünü yoxlamışlar və üstündən çıxmışdır. Şəxsin üzərinə baxış keçirtmək üçün səlahiyyətləri yoxdur, təlimata uyğun şübhəli şəxs bölməyə təhvil verilməlidir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X7 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayının axırları, 31 əməliyyat məlumatı daxil olmuş, Qoşqar adlı şəxsin narkotik maddənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanması ilə bağlı əməliyyat qrupu yaradılmışdır və Şahid2 ilə birlikdə əraziyə yollanmışdır, orada bir qədər müşahidələr keçirdikdən sonra Qoşqar adlı şəxsin narkotik vasitənin istifadəçisi kimi müşahidə etmişlər. Həmin şəxsi polis idarəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Rəhbərliyə müraciət etdikdən sonra işin aparılması İlqar İsmayılova həvalə olunmuşdur. Xidməti otaqların birində vəkil Sərxan Məmmədovun, onun və Çingizin iştirakı il videoçəkiliş vasitəsi ilə Qoşqarın üzərinə baxış keçirilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Baxış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində bir ədəd siqaretin gümüşü rəng kağızına bükülmüş büküm təqdim etmişdir. Qoşqar bildirmişdir ki, həmin maddəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10-15 manata almışdır. Həmin maddə qablaşdırılmış, dairəvi möhürlə möhürlənmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Qoşqarı Buzovna qəsəbəsi Albalılıq massivi “Nihad” marketin qarşısında, təxminən 19 radələrində saxlanılmışdır. Ondan başqa orada bölmənin əməliyyat müvəkkili Şahid2 olmuşdur. Ona qarşı hər hansı təziq və təsir göstərilməmişdir. Təqsirləndirilən şəxsə verilən çarpaz suala cavab olaraq bildirmişdir ki, onu 31 oktyabr tarixində sahə müvəkkili saxlamış, bu şəxsi ilk dəfədir görmüşdür. Həmin vaxt onun üzərində heç nə çıxmamış, lakin bölmədə ona bildirmişlər ki, onsuzda 234.1-dir, fərq etmir...bu ittihamı qəbul etməsə külli miqdarla rəsmiləşdiriləcək. Üzərinə baxış keçirilən zaman da bu şəxsi görməmişdir. Onu bu şəxs saxlamamışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X7 təkrar dindirilən zaman bildirmişdir ki, Təqsirləndirilən şəxsı 2022-ci ilin 31 oktyabr ayında saxlamışlar, Çingizlə birlikdə olmuşlar, Nihad marketin yaxınlığnda təxminən axşam 19 radələrində saxlamışlar, 050 *** ** ** onun telefon nömrəsidir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Füzuli ifadəsində göstərmişdir ki, ki, təxminən 2022-ci ilin oktyabr ayının 31-də Qoşqar adlı şəxsin narkotik maddənin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanması ilə bağlı əməliyyat qrupu yaradılmış və Cavid Qürbətovla birlikdə əraziyə yollanmışdır, orada bir qədər müşahidələr keçirdikdən sonra Qoşqar adlı şəxsin narkotik vasitənin istifadəçisi kimi müşahidə etmişlər. Həmin şəxsi polis idarəsinə dəvət etmişlər. O, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. İşin aparılması İlqar İsmayılova həvalə olunmuşdur. Xidməti otaqların birində vəkilin, onun və Cavidin iştirakı il videoçəkiliş vasitəsi ilə Qoşqarın üzərinə baxış keçirilmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı bir ədəd siqaretin gümüşü rəng kağızına bükülmüş büküm təqdim etmişdir. Qoşqar bildirmişdir ki, həmin maddəni Sabunçu rayonu Maştağa qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10-15 manata almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar Qoşqarı “Nihad” marketin qarşısında, təxminən 19 radələrində saxlanılmışdır. Həmin vaxt o, Cavidlə olmuş, başqa şəxs və ya sahə müvəkkili iştirak etməmişdir. Nihad market Favorit marketlə üzbə üzədür, bölmə ilə arası 1-1,5 km-dır. Onun üzərində baxış 7-8 radələrində şöbədə keçirilmişdir. Təqsirləndirilən şəxsə verilən çarpaz suala cavab olaraq bildirmişdir ki, onu sahə müvəkkili Rəsul saxlamış, o, Rəsulla bölməyə getməkdən imtina etdiyinə görə PPX-nın əməkdaşları çağırılmışdır. O, bu şəxsi ilk dəfədir görmüş, Çingiz orada olmamışdır. Həmin vaxt onun üzərində heç nə çıxmamışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə şahid Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Füzuli oğlu təkrar dindirilən zaman bildirmişdir ki, 055 414 85 23 onun istifadəsində olan telefon nömrəsidir. O, telefonunu evində də qoya bilər, onu başqa 2-3 nömrəsi də var, Kürdəxanı onun yaşayış ünvanıdır. Həmin gün bütün gün işdə olması barədə dəqiq bilmir, olan bilər iş növbəsindən sonra tədbirdə olsun. Onun telefonundan evdəkilər də istifadə edə bilər. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6325 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs ...” sözləri olan 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,259 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə qərardan və protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6104 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N-193” möhür əksi, “... Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,376 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,376 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,326 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 127/2019 saylı xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 08 yanvar 2019-cuil tarixdən 10 yanvar 2019-cu il tarixə qədər iki gün həbsdə saxlanıldığı müddət ona təyin edilmiş bir il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 316/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7623 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Bəşirov X4 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə cəzası şərti mal.vah.3000 mis.məbləğində cərimə CMnin 69.4-cü maddəsi nəzərə alınmaqla cəzadan azad olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 01 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarında olan təqsirləndirilən şəxs barəsində yeni ittihamlar elan edilməsi barədə qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamlar elan rfilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 51/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş 15 saylı CÇM-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər RM-nin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib ARCM-nin 234.1 maddəsi ilə 1 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd: AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4 bəndi ilə cəzası Bakı şəhəri Nizami RM-nin qərarı ilə 06 ay azaldılıb və Təqsirləndirilən şəxs cəza müddəti 1 il 03 aya endirilib. Məhkəmə iclasında şəxsi axtarış, baxış və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokol tədqiq edilmiş və müəyyən edilmişdir ki, şəxsi axtarış 20:25-də başlanılmış, 20:50-də qurtarmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılması Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Füzuli oğlu və Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X5 iştirakı ilə keçirilmişdir. Halbuki, Azercell və Bakcell MMC-dən daxil olmuş anten məlumatlardan müəyyən edilmişdir ki, C.Qürbətovun istifadəsində olan 050 383 83 74 mobil nömrənin geolokasiyası həmin günü saat 20:27-də Qala qəsəbəsi, saat 20:55-də isə Binəqədi rayonu, E.ünvan 1 ünvanını göstərmişdir. Həmçinin Şahid2 istifadəsində olan 055 414 85 23 mobil nömrənin geolokasiyası həmin günü 19:01-dən 20:48-dək Sabunçu rayonu Kürdəxanı-Maştağa dairəsi Məhəmmədli kəndi Ə.Məlikov küçəsi, 20:51-dən 21:50-dək ünvan 2 ünvanını göstərmişdir. Beləliklə də Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Füzuli oğlu və Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru X1 gedən şəxsi axtarış, baxış və götürmədə iştirak etmədiyi məlum olmuşdur. İnsan Hüquqlarının və X3 Haqqında xx.xx.1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma ilə törədildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın birinici epizodu üzrə cinayətin törədilməsində Təqsirləndirilən şəxs oğlunun təqsirliliyi özünün etirafedici ifadəsindən başqa, şahidin ifadələri, işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifini düzgün hesab etsə də, onun əməlinin həmin ittihamın 2-ci epizodu, yəni Təqsirləndirilən şəxs 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu üzrə tövsifini düzgün hesab etmir və həmin epizod ittihamdan xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ittihamın ikinci epizodu üzrə, yəni Təqsirləndirilən şəxs 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində birinci epizod üzrə cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (birinci epizod üzrə) göstərilən cinayət əməlini törətməsi – Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma özünün etirafedici, şahid ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşmançılıq çəkməsini, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu ümumi ittihamdan xaric edilməlidir. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,259 qram (təmiz çəkisi 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroindən tədqiqatda 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi) olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddə heroin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan 0,259 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,326 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 110,00 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81,00 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (180 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin aşkar edilərək götürülməsi epizodu ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,259 qram (təmiz çəkisi 0,309 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroindən tədqiqatda 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi) olan kustar üsulla hazırlanmış narkotik maddə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddə heroin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,259 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,326 qram olan kustar üsulla hazırlanmış narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 110,00 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81,00 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayevin barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (180 manat) və məhkəmə baxışı (180 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-24/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-24/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver