Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-24/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(003)-454/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzası tamamilə toplanılmala ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN-nin PX- nin 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2023-cü il tarixdə saat 18:00-dan 31 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 1 ədəd dəyəri 150 manat olan ət çəkən maşını, 1 ədəd dəyəri 140 manat olan şirə çəkən maşını, 1 ədəd dəyəri 80 manat olan blender dəsti, 1 ədəd dəyəri 50 manat olan mikser, 1 ədəd dəyəri 80 manat olan elektriklə işləyən termos- samovar, 1 ədəd dəyəri 20 manat olan ləpəçəkən, 1 ədəd dəyəri 150 manat olan tozsovuran, 1 ədəd dəyəri 130 manat olan ütü, 1 ədədi 25 manat olmaqla 2 ədəd ümumi dəyəri 50 manat olan saç fenləri, 1 ədəd 25 manat dəyəri olan salat doğrayan, 60 manat dəyəri olan bıçaq dəsti, 1 dəsti 20 manat olmaqla 4 dəst dəyəri 80 manat olan sini, 1 dəsti 37 manat 50 qəpik olmaqla 4 dəst 150 manat dəyərində meyvə qabları, 140 manat dəyərində 1 ədəd su qızdırıcısı, 80 manat dəyərində 1 ədəd hidrofor, 1 ədəd 70 manat dəyərində elektrik tənzimləyici (stabilizator), 1 ədədi 10 manat olmaqla 4 ədəd 40 manat dəyərində aboy kleyi, 1 ədədi 50 manat olmaqla 2 ədəd dəyəri 100 manat olan adyal, 1 dəsti 45 manat olmaqla ümumi qiyməti 180 manat dəyərində olan 4 dəst yorğan üzlüyü, 200 manat dəyərində hamam can dəsmalları dəsti, 230 manat dəyərində əl-üz dəsmalları dəsti, 50 manat dəyərində çay dəsmalları dəsti, 1 ədəd 200 manat dəyərində taxt üstü üzlük, 3 cüt dəyəri 51 manat olan qadın ayaqqabıları, 6 ədəd dəst formada dəyəri 100 manat olan oyuncaq ayılar və həyat yoldaşıma məxsus 100 manat qiymətində 1 dəst qadın paltarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2706 (iki min yeddi yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixdə saat 10:00-a qədər olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu yaşayış sahəsində yerləşən bağ evinə qanunsuz olaraq daxil olub oradan bir ədəd 800 manat qiymətində “LG” markalı televizoru və bir ədəd 700 manat qiymətində “LG” markalı DVD aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2023-cü il tarixdə gecə saatlarında X9 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən evinə qanunsuz olaraq daxil olub oradan 1 topu 100 metr olmaqla 60 manat təşkil edən və ümumi qiyməti 180 manat olan 3 top elektrik kabelini, 1 metri 1 manat 75 qəpik olan və ümumi qiyməti 40 manat təşkil edən 70 metr uzunluğunda televizor kabelini, 1 metri 1 manat 40 qəpik təşkil edən 100 metr uzunluğunda və ümumi qiyməti 140 manat olan enli elektrik naqilini, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 400 manat 20 ədəd plastik boruları, 30 manat dəyərində 1 ədəd dəmir manqalı və 1 ədədi 35 manat olmaqla ümumi qiyməti 70 manat olan 2 ədəd tavan əqrəblərini gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyun 2023-cü il tarixdən 16 iyul 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub oradan 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 750 manat olan 05 ədəd xalçaları, 01 ədəd 150 manat qiymətində su qızdırıcısını, 01 ədəd 40 manat qiymətində qaz sobasını, 01 ədəd 80 manat qiymətində hamam duşunu, 01 ədəd 500 manat qiymətində soyuducu matorunu, 100 manat qiymətində qab-qacaq dəstini, 01 ədəd 50 manat qiymətində piltəni, 01 ədəd 70 manat qiymətində ət maşını, 100 manat qiymətində yorğan örtüyü dəstini, 1 ədədi 129 manat olmaqla ümumi qiyməti 387 manat olan 3 ədəd şalvarları, 1 ədədi 89 manat olmaqla ümumi qiyməti 178 manat olan 2 ədəd jaketləri, və 1 ədədi 89 manat olmaqla ümumi qiyməti 178 manat olan 2 ədəd köynəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 2.583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12:32-dən həmin gün saat 15:47-yə dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, bakavtomat adlanan ərazidə yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin qonaq otağında küncə qoyulmuş boş ayaqqabı qutusunun içərisində olan pul qabından 440 manat pulu, digər bir boş ayaqqabı qutusunun içərisində olan, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat təşkil edən 2 ədəd qızıl üzüklərin və 1 ədədinin qiyməti 800 manat olmaqla ümumilikdə 1600 manat təşkil edən 02 ədəd qızıl boyunbağının, 1 ədəd 50 manat qiymətində ütünün, 1 ədəd 30 manat qiymətində saçqırxan maşının, 1 ədəd 10 manat qiymətində telefon adapterinin, 01 ədəd 5 manat qiymətində kəlbətinin və 01 ədəd 3 manat qiymətində divar kağızı bıçağının gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin həyətindən 01 ədəd 800 manat qiymətində idman velosipedini, və həyətdəki kombi otağından 01 ədəd 100 manat qiymətində dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 iyul 2023-cü il tarixdə saat 23:00-dan həmin gün saat 23:30-a qədər olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evinə qanunsuz olaraq daxil olub evin yataq otağındakı paltar dolabının yuxarı gözündə olan mücrünün içərisindən 01 ədəd 200 manat qiymətində qızıl boyunbağını, 01 ədəd 200 manat qiymətində qızıl klonu, 300 manat qiymətində bir cüt qızıl sırğanı, 01 ədəd 100 manat qiymətində qızıl qolbağı və 200 manat qiymətində bijuteriya dəstini, daha sonra mücrünün yanında olan pul kisəsinin içərisində olan 80 manat pulu, həmçinin daxılın içərisində olan 70 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1150 (min yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2023-cü il tarixdə təqribən gecə saatlarında yerli əhalinin və ya bir çox insanın təbii qaza tələbatını ödəmək üçün neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin bir hissəsində - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala- Pirallahı yolunun sağında (39 T 427135; ******* koordinatlarda) yerləşən 1487 saylı neft quyusuna yeni çəkilmiş “X14” MMC-yə məxsus ictimai əhəmiyyətli 453 metr uzunluğunda hava elektrik xəttini kəsib gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X14” MMC-yə ümumilikdə 630 (altı yüz otuz) manat, 05 (beş) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi 14 avqust 2023-cü il tarixdə saat təqribən 01:45-də Zərərçəkmiş şəxs1 Vəliəhd oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Lerik” marketə qanunsuz olaraq daxil olub marketin içərisindəki piştaxtanın arxasında olan rəfdən 730 manat pul, həmçinin rəfdə olan 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 299 manat olan 115 ədəd “ Maqna” markalı siqaret, 1 ədədi 3 manat 20 qəpik olmaqla ümumi qiyməti 320 manat olan 100 ədəd “Rothmans” markalı siqaret, 1 ədədi 2 manat 80 qəpik olmaqla ümumi qiyməti 252 manat olan 90 ədəd “ Vant” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 130 manat olan 50 ədəd “ Arqo” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 260 manat olan 100 ədəd " Veqas” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 286 manat olan 110 ədəd “Prima” markalı siqaret və 1 ədədi 1 manat olmaqla ümumi qiyməti 4 manat olan 4 ədəd plombir markalı dondurma, həmçinin 1 ədədi 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 3 manat olan 2 ədəd litrlik fanta içkiləri, təxminən 5 manatlıq “priyanik” adlı şirniyyatı və 10 manatlıq “şəki halvası” adlı şirniyyatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Vəliəhd oğluna ümumilikdə 2156 (iki min yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,467 qram təşkil edən və 01 ədəd şəffaf sellofana bükülmüş formada narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış,xx.xx.2023-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında oğurluq etməkdə şübhəli bilindiyi üçün yaxalanıb Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı vət. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibində olan 01 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,467 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, bir epizd üzrə özünü təqsirli bilir. Lerik marketdən oğurluq etmişdir. Oranın da sahibi İxtiyar adlı şəxsdir. 54 manat pul, 6 blok siqarət olmuşdur. 2800 manatlıq siqaret salafana necə yerləşdirilə bilər. Giriş-çıxış görüntüləri vardır. Bundan sonra onu tutub şöbəyə aparmışdırlar. Ondan sonra bütün epizodları üstünə atmışdırlar. Əməliyyatçılar onu şantaj edərək, işini ağırlaşdıracaqlarını bildirmişlər. MMC-yə məxsus əmlakı oğurlamamış, həmçinin və digər şəxslərin evlərindən oğurluq etməmişdir. Əməliyyatçılar İntiqam və Zaur maklerdirlər. Velosiped oğurluğu etmək onun şəxsiyyətinə uyğun deyildir. Lerik marketdə kamerada görüntüsü olduğu kimi, digər oğurluqlar barədə sübutlar təqdim etsinlər. Məcbur olub sənədlərə imza etmişdir. Rəis Mirbağır ona yalvarmışdır ki, oğurluqları üstünə götürsün. Qadın paltarı oğurlamağı şəxsiyyətinə sığışdırmır. Bundan başqa ifadəsində göstərmişdir ki, avqust ayında tutulmuş, həmin vaxta kimi telefon işlətmişdir. Yaşadığı ünvan Binə sovxoz ərazisidir. Anten məlumatları vardır. Təkcə Lerik marketdən oğurluq etmişdir. Digər oğurluq hadisələrindən xəbəri yoxdur. Narkotiki də cibinə qoymuşdurlar. 16 avqustda tutulmuşdur. Əməliyyatçı İntiqam və Zaur ona psixoloji təsir edərək, narkotiki cibinə qoymuşlar. Bu qədər oğurluqları törətmək üçün ona kömək lazımdır. Hadisədən qabaq evində olmuşdur. Latın qrafikası ilə yazıb-oxuya bilmir. Kiril əlifbası ilə yazıb-oxuya bilir. Oxumamış bütün sənədlərə imza etmişdir. Nə yazılmasından xəbəri olmamışdır. xx.xx.2023-cü ildə sabaha yaxın oğurluq etmişdir. Həmin marketdən 56 manat pul və 6-7 blok siqaret oğurlamışdır. Onu şöbədə döyməmişdirlər. CM-in 234.4.3-cü maddəsi ilə tutulmaqdan qorxduğu üçün ittihamı qəbul etmək məcburiyyətində qalmışdır. Daha sonra ifadəsində göstərmişdir ki, həqiqətən üzərindən narkotik vasitə aşkar olunmuşdur. İbtidai istintaqda video görüntüdə olan və üzərində çıxması görsənən narkotik vasitə ona məxsusdur. Təqsirləndirilən şəxs son sözündə oğurluq etmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli zidiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, 09 may 2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs6 məxsus Binə qəsəbəsində yerləşən evin plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuş və evdən 01 ədəd ətçəkən maşını, 01 ədəd şirəçəkən maşını götürərək evin qarşısına çıxmış və taksi sifariş verərək Sabunçu qəsəbəsində yerləşən bazara getmiş, həmin əşyaları bazarda tanımadığı şəxsə hazırda tam dəqiq xatırlaya bilmədiyi qiymətə satmışdır. Bundan başqa bildirmişdir ki, 11 may 2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs5 məxsus Binə qəsəbəsində yerləşən evin plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuş və evdən 01 ədəd “LG” markalı televizoru və 01 ədəd “LG” markalı DVD apartını götürərək evin qarşısına çıxmış və taksi sifariş verərək Sabunçu qəsəbəsində yerləşən bazara getmiş, həmin əmlakları bazarda tanımadığı şəxsə ümumilikdə 600 manata satmışdır. Bundan başqa bildirmişdir ki, 2023-cü ilin may ayının təxminən ortalarında axşam saatlarında adı ona sonradan məlum olan X9 məxsus olan Binə qəsəbəsi, Atçılıq massivində yerləşən yaşayış olmayan təmirsiz evə daxil olaraq oradan təxminən 300 metr uzunluğunda naqil, təxminən 70 metr uzunluğunda televizor naqili, ölçüsünü dəqiq xatırlamadığı enli elektrik naqilini, müxtəlif ölçülü bir neçə ədəd tam dəqiq sayını bilmədiyi plastik boruları, 01 ədəd dəmir manqalı və iki ədəd tavan əqrəblərini oğurlamışdır. Daha sonra səhəri gün həmin əşyaların hamısını gəlir əldə etmək məqsədi ilə hazırda dəqiq xatırlamadığı metal qəbulu məntəqəsinə ümumilikdə 60 manata satmışdır. Bundan başqa bildirmişdir ki, 30 iyun 2023-cü il tarixdə təxminən gecə saat 01 radələrində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs8 məxsus Binə qəsəbəsində yerləşən evin plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuş və evdən 05 ədəd xalçanı, 01 ədəd su qızdırıcısını, 01 ədəd qaz sobasını, və 01 ədəd hamam duşunu götürərək evin qarşısına çıxmış və taksi sifariş verərək Sabunçu qəsəbəsində yerləşən bazara getmiş, həmin əmlakları bazarda tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Binə qəsəbəsi yeni sahədə yerləşən adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs2 adlı şəxsin nömrəsiz ev ünvanına hasardan keçmə yolu ilə daxil olaraq evin plastik pəncərəsini sıxaraq açıb evə daxil olmuş və evdən 2 ədəd pul kisəsindən təxminən 440 manata yaxın pul, 2 ədəd qızıl üzük, 2 ədəd cüt qızıl sırğa oğurlamışdır, Oğurladığı əşyaları Binə qəsəbəsində tanımadığı şəxslərə xatırlamadığı qiymətə satıb şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, 27 iyul 2023-cü il tarixdə təxminən gecə saat 02 radələrində adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs7 məxsus Buzovna qəsəbəsində yerləşən evin hasarından aşmaqla həyətə daxil olmuş və evin həyətindən 01 ədəd idman velosipedini və həyətdə olan saxlanc yerində yerləşən 01 ədəd dreli götürərək evin qarşısına çıxmış və taksi sifariş verərək Sabunçu qəsəbəsində yerləşən bazara getmiş, həmin əmlakları bazarda tanımadığı şəxslərə ümumilikdə 500 manata satmışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs4 məxsus olan Binə qəsəbəsi yeni sahədə yerləşən evə plastik pəncərəni açma yolu ilə daxil olaraq oradan 150 manat pul, 01 ədəd boyunbağı, 01 ədəd qolbaq, 01 ədəd klon və 01 cüt sırğa oğurlamışdır. Oğurladığı pulu xərcləmiş, qızıl əşyalarını isə Binə qəsəbəsində tanımadığı şəxslərə satıb şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında olan elektrik dirəklərində asılmış, lakin elektrik cərəyanı olmayan aliminum olan təxminən 150 metr uzunluğunda elektrik naqilini hissəhissə kəsib oğurlayaraq Binə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə hazırda xatırlamadığı qiymətə satıb əldə etdiyi gəliri şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən Lerik marketə gəlib həmin mağazanın ağ rəngli plastik qapısını təpiklə vurub açmış və daha sonra içəri daxil olaraq piştaxtanın üzərinə çıxıb oradan kassa olan yerə keçmiş və daha sonra süyürməni çəkib orada olan 56 manat pulu götürmüş və bundan başqa sellofan torba götürərək orada olan siqaretlərdən 1 blok “Maqna”, 1 blok “Arqo”, 1 blok “Vant” və 4 ədəd adını bilmədiyi dondurma, 2 ədəd litirlik Fanta içkisi və “priyannik” adlı və şəki halvasına oxşar şirniyat götürüb marketdən çıxmışdır. Daha sonra tanımadığı taksi ilə Suraxanı rayonuna getmişdir. Suraxanı rayonunda olarkən pulları xərcləmişdir, siqaretləri isə adlarını bilmədiyi yeni tanış olduğu şəxslərə pay vermiş, fantanı içib, şirniyyatları isə yemişdir. Bundan başqa bildirmişdir ki, təxminən 4 il olar ki, narkotik maddənin müxtəlif növündən təbii yol ilə istifadə edir. Həmin narkotik vasitəni isə adətən Suraxanı qəsəbəsindən adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün alır. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən bir büküm narkotik maddə olan heroini 10 manata almışdır. Aldığı narkotik maddəni əynində olan göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin binasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmişdir. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində saxladığı, içərisində kakos kimi tanıdığı maddə olan şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan bir ədəd bükümü təqdim etmişdir. Sonradan bükülü açılmış və həmin şəffaf rəngli sellofana bükülmüş halda olan kakos aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə kakos kimi tanıdığı narkotik maddədir. Həmin maddəni xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyim şəxsdən bir bükümünü 10 manata şəxsi istifadəm üçün aldığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 244 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmək istəmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X11 bildirmişdir ki, oğurluğun nə vaxt olmasını hazırda xatırlamır. Şunurlar, kanalizasiya torbalarına oxşar torpaları oğurlanmışdır. Həmin evdə yaşayış yoxdur. Səhər evə gedəndə elektrik kabellərinin oğurlandığını görmüşdür. Evə pəncərədən girilmişdir. Əmoğlusu polis zəng vurub məlumat verməmişdir. Təqsirləndirilənin ifadəsinin yrində yoxlanılması üçün gətirilməsini bilmir. Amma kimsəni gətirmişdirlər. Amma zahiri görünüşü yadında deyildir. Bir nəfəri evə gətirmişlər, qapıdan evi göstərib çıxıb getmişdir. Təqsirləndirilən şəxsi daha əvvəllər görməmişdir. Evdə yaşayış yoxdur. Oğrulanan əşyalar evin içərisində olmuşdur. Ona 860 manat ziyan dəymişdir. Şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona ziyanla bağlı ödəniş olmamışdır. 2 ədəd qızıl üzük, 1 ədəd sep, məişət əşyaları, 440 manat pul oğurlanmışdır. Ümumilikdə ona dəyən zərər 2538 manat təşkil edir. Oğurluq baş verən günü rayona getmək üçün 12:32-də evdən çıxmış, 15:32-də qonşu ona zəng zəng edərək evin qapısı açıq olduğunu bildirmişdir. Evə qayıtmışdır. Darvazadan girib, evin plastik qapısını açaraq evə daxil olunmuşdur. Evə gələndə polis əməkdaşları gəlmiş, əl izləri götürülmüşdür. 1 ay ərzində bir neçə nəfər evə gətirilmişdir. Təhqiqatçı və 2 nəfər polis əməkdaşı ilə birlikdə Samiri evə gətirmişlər. Şübhələndiyi qonşuları olmuş, onların əl izləri götürülmüş, lakin təsdiqi tapılmamışdır. Samir əlini qaldırmış və şəkili çəkilmişdir. Samirə hardan oğurluq etmisən yerini göstər barədə sual verilməmişdir. Polis istiqaməti özü göstərmişdir. Yaşadığı əraziyə 3 girişdən ibarət olan küçə var, hər üçündə də kamera vardır. Həmin görüntülərdən şəxsi müəyyən etmələrini bilmir. Həmin şəxsi qabaqcadan görməmişdir. Ev bir otaqlı olmuşdur. Digər otaqlar təmirsizdir və qapıları bağlı vəziyyətdə olmuşdur. Ziyan ödənməmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, 2023-cü ilin may ayında oğurluq olub. İttihamda qeyd olunanlar hamısı düzgündür. Evdə yaşamırlar. Ailə üzvləri rayonda qalır. Özü Qarabağda qulluq edir. Evə təmir işləri görmək üçün gəlmişdir. Yolda olanda qohumu zəng etmişdir ki, evdən oğurluq olmuşdur. Onlar polisə zəng etmişlər. Məzuniyyə gəldiyi günü bilmişdir ki, oğruluq olmuşdur. 2 dəfə məzuniyyətə gəlmişdir. May ayı ərzində 2 dəfə gəlmişdir. Oğurluğu aşkarladığı vaxtı dəqiq bilmir. Evə pəncərədən girilmişdir. Polis əl izlərini götürmüşdür. Məhlənin girişində və çıxışında kameralar olmuşdur. Qonşunun və küçənin kameraları olmuşdur. Evdən bu qədər oğurluq etmək bir nəfərin bacaracağı şey deyildir. Polisdən əl izlərini, kamera görüntülərini soruşanda, ona heç bir məlumat verilməmişdir. Qonşudan kameradan görüntüsünün götürülb-götürülməməsini bilmir. Qonşunu da tanımadağından soruşmamışdır. Ona dəyən ziyan ödənilmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirmişdir ki, 2500 manat dəyərində soyuducu matoru və sair əşyaları oğurlanmışdır. xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə evə olmamışdır. Təqsirləndirilən evə gətirilməmişdir. 102 xidmətinə özü məlumat vermişdir. Polislər əl izlərini götürmüşdür. Əl izləri barədə ona məlumat verilməmişdir. Təqsirləndiriləni görməmişdir. Məhlədə kamera vardır və evin görüntüsünü apara bilir. Əvvəl gündən evdə yaşamamış, əşyaları evə yığmışdır. Nizami rayonunda yaşayır, 1-2 aydan bir evə baxış keçirir. Evində kamera yoxdur, ancaq evin yaxınlığında kamera vardır. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, evdən televizor, DVD oğurlanmışdır. Evdən 10 günün içində 3 dəfə oğurluq edilmişdir. 1-ci dəfə heçnə oğurlanmamışdır, ona görə şikayət etməmişdir. 2-ci dəfə mator oğurlanmışdır, polisə məlumat vermişdir. 3-cü dəfədə digər əşyalar oğurlanmışdır. Onda da polisə məlumat verməmişdir. Oğuruq olunan günlərdə anasıgildə olmuşdur. Təqsirləndirilən şəxs onun evinə gətirilməmişdir. Ziyan ödənilməmişdir. Əl izi götürülmüşdür. Əl izi ilə bağlı məlumat ala bilməmişdir. Oğurluqlardan sonra evə kamera quraşdırmışdır. Evindən aralıda kamera vardır. Polislərədə kameraları göstərmişdir. Şəxsi əvvəllər görməmişdir. Evə birinci dəfə oğurluğa girilən 1-2 gün sonra izlərdən görmüşdür ki, evə oğuru girmişdir. 2-ci dəfə giriləndə isə evin soyuducusunun içərisində nə varsa hamısını çölə çıxartmışdır. Müşahidə kameraları barədə polisə məlumat vermişdir. 2 evi vardır. Oğurluq olunan ev ona məxsusdur. Ev qışda boş olur, yayda isə yaşayış olur. 12 ildən çoxdur ki, həmin evdə yaşayır. Dəyən zərər ödənilməmişdir. Şikayətçidir və oğurluq edən şəxsin müəyyən edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, tarixi yadında deyil, ancaq hadisə baş verən axşam 22 radələrində ailəsi ilə birlikdə Binədə yerləşən “Araz” marketə getmişlər. Təxminən yarım saatdan sonra yəni saat 23:30-da evə qayıdan zaman qapını açıb içəri daxil olmuşlar. İçəri daxil olan zaman yataq otağının pəncərəsinin açıq olduğunu və pəncərə torunun tərsinə çevrildiyini görmüşlər. Daha sonra şkafın üzərində olan pul daxılının içərisinin boş olduğunu görmüşlər. Dərhal polisə məlumat vermişdir. Şübhələndiyi kimsə yoxdur. Samiri onun evinə gətirmişdirlər. Polislərlə birlikdə otağa getmişlər. Özü isə otağa girməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Onada inandırıcı deyil ki, Samir onları tanımadığı halda iki mərtəbəli evdən bir az balaca evinə nərdivan qoyub pəncərədən daxil olmaqla otaqdan oğurluq etmişdir. Şəxsi əvvəlcədən tanımamışdır. Evlərinin ətrafında və ya yaxınlığında kamera yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, qardaşı ilə birlikdə mağazanı işlədirlər. Qardaşı mağazanı bağlayıb getmişdir. O, mağazanı açmış, kassaya baxdıqda 730 manat pulun kassada olmadığını görmüş, qardaşına mağazanın qıfılının qırılması barədə məlumat vermişdir. Dərhal sonra isə polisə zəng edərək məlumat vermişdir. Sonra polislər gəlmiş, birlikdə kameraya baxış keçirtmişdir. Videogörüntüdən görnür ki, Samir qıfılı qırıb, içəri idmançı kimi daxil olur, cibindən 2 ədəd salafan çıxarıb siqaretləri içərisinə götürüb aparmışdır. Nə qədər siqarət götürməsini polisə təqdim etmişdir. Ümumilikdə ona 2130 manat dəyərində zərər dəymişdir. 5 dənə kamera vardır. 730 manat pul oğurlanmışdır. Kassanı açıb götürmüşdür. Kassanı tamamilə boşaltmışdır. Dondurma və 2 litirlik fanta götürmüşdür. Əvvəllər Samirlə heç bir zaman ədavəti olmamışdır. Əvvəllər qardaşı ilə Samirin münasibətləri pis olmuş, qardaşına bıçaq çəkmiş, lakin şikayətçi olmamışdır. Dəymiş ziyanı ödəməmiş və dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 3-4 ildir ki, Binə qəsəbəsində metal qəbulu ilə məşğuldur. Samir 70 manatlıq, sonra isə 80 manatlıq dəmir və sair metal əşyaları satmışdır. Samiri görmüşdür. 2 dəfə gəlmişdir. May və avqust aylarında gəlmişdir. Ancaq dəmir və məftil gətirmişdir. Ondan oğurluq olubolmamasını soruşmuş, o isə özünə məxsus olmasını demişdir. Adətən mal gətirib verən şəxslərin şəxsiyyət vəsiqəsini vəsiqəsini telefona çəkmiş, qeydiyyat jurnalına qeydiyyat aparmışdır. Bu şəxslə bağlı heç bir qeydiyyat aparmamışdır. May və avqust aylarında gəlmişdir. Birinci dəfə yanmış halda manqal, 2-ci dəfə isə yanmış kabellər gətirmişdir. O, həyətində yararsız olduğu əşyaları gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 Talib oğlu bildirmişdir ki, 16 avqust 2023-cü il tarixdə 3-cü PŞ-nin əməkdaşı Şahid1 Mürsəl oğlu ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında saxlayaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirmiş, baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilmişdir. Saxlanan zaman üzərini yoxlamamışlar, yolda şifahi söhbət zamanı Samir narkoti vasitələrdən istifadə etdiyini demişdir. Baxış keçirilən zaman video çəkiliş olmuş, çəkiliş zamanı narkotik vasitəni təqdim etmişdir. Şəxsə qarşı hər hansı bir təzyiq olunmamışdır. Oğurluq hadisəsi onun saxlanılmasından 2 gün qabaq olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Mürsəl oğlu bildirmişdir ki, 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri Binə qəsəbəsində yerləşən “Lerik” marketdən oğurluq hadisəsi baş vermişdir. Həmin oğurluq hadisəsinə görə Təqsirləndirilən şəxs şübhəli olması səbəbində onun saxlanılması istiqamətində tədbirlər görülmüşdür. Sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Sabunçu Rayon İcra Hakimiyyətinin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçiriln zaman şalvarının sağ yan cibindən narkotiki çıxarıb təhvil vermişdir. Üzərindən çıxan narkotik vasitə müvafiq olaraq sənədləşdirilmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəmə iclasına gəlməmiş və məhkəməyə xx.xx.2024-cü il tarixli teleqram ünvanlayaraq məhkəmə iclasında səhəti ilə əlaqədar iştirak edə bilmədiyini, təqsirləndirilən şəxsdən şikayətinin olmadığını, ancaq ona dəyən zərərin ödənilmədiyini bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə keçən müddət ərzində naməlum şəxslər tərəfindən yaşadığı evin həyətindən daxil olaraq həyətdə ona məxsus 01 ədəd 800 manat qiymətində idman velosipedinin, həyətdəki kombi otağından 01 ədəd 100 manat qiymətində drelin oğurlandığını aşkar etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin naməlum şəxs evin plastik pəncərəsindən evə daxil olsa da, evdən hər hansı bir əşya oğurlamamışdır. Məhkəməyədək icraat zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş X12 məhkəmə iclaslarında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadədən görünür ki, "X14” MMC-də böyük hüquq məsləhətçisi vəzifəsində işləyir. “X14” MMC-nin neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin bir hissəsində - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağında (39 T 427135; ******* koordinatlarda) yerləşən 1487 saylı neft quyusuna yeni çəkilmiş 151 metr uzunluğunda hava elektrik xəttinin xx.xx.2023-cü il tarixdə naməlum şəxslər tərəfindən kəsilib oğurlanması faktı aşkar edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə MMS-nin həmin əraziyə nazərət edən əməkdaşları həmin faktı aşkar edərək “X14” MMC-nin rəhbərliyinə məlumat vermişlər. Məlumat əsasında MMC-nin məsul əməkdaşları həmin əraziyə baxış keçirmiş, oğurluq faktı təsdiqini tapmış və bu barədə akt tərtib edilmişdir. Aşkar edilmişdir ki, “X14” MMC-nin 471 saylı PQ-dən 1487 saylı neft quyusuna gələn 6 kv-luq hava elektrik xəttində yenidənqurma işləri ilə əlaqədar olaraq 4 dirək arasında quraşdırılmış 90 kq (453) metr çəkidə AS-50 tipli çılpaq naqil oğurlanmışdır. Aparılmış hesablamalarla məlum olmuşdur ki, baş vermiş oğurluq nəticəsində “X14” MMC-yə 630 (altı yüz otuz) manat 05 (beş) qəpik maddi ziyan dəymişdir. Bundan başqa qeyd etmişdir ki, “X14” MMC saziş əsasında SOCAR şirkətindən torpaq icarəyə götürüb həmin torpaqlarda neft və qaz əməliyyatları aparır. Belə ki, çıxarılan neft socar şirkətinə, təbii qaz isə əhaliyə paylanması üçün Binə qəsəbəsində yerləşən qazpaylayıcı məntəqəyə verilir. Həmin məntəqədən isə Binə qəsəbəsinin bir qismi təbii qazla təmin olunur. Həmçinin MMC-nin məktubunda kəsilmiş elektrik xəttinin 151 metr olduğu görünsə də, əslində bir xəttin uzunluğu 151 metrdir. 3 xəttin ümumi uzunluğu isə 453 metr təşkil edir. Yəni 630 manat 05 qəpik maddi ziyan 3 xəttin ümumi uzunluğu olan 453 metr elektrik xəttinin oğurlanması nəticəsində yaranmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/4401 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘‘Azərbaycan Respublikası DİN Arayışlar üçün №244” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza" və digər ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,467 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. -Məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı X17 tərəfindən Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X10, Xəzər RPİ-nin 3-cü PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid2 və 8 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqda şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli, toz şəkilli, spesifik iyə malik maddə olan bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda o, təqdim etdiyi bükülünün narkotik maddə heroin olduğunu, xx.xx.2023-cü il tarixdə Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir bükümünü 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətə malik olduğundan qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə əhəmiyyətə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. -Məhkəməyədək icraat dövründəAzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalist Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4080/2023 saylı məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, yeni sahədə yerləşən, X5 bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 05 dəqiqə 16 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısının sorğu-sualı əsasında şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim edir və özü barəsində iştirakçılara məlumat verir. Videogörüntünün 01:18-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün 01:29-cu saniyəsindən etibarən əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Videogörüntünün 01:35-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilir. Baxış zamanı bükümün içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə aşkar edilir. Videogörüntünün 01-ci dəqiqəsinin 40-cı saniyəsindən etibarən bu barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini deyir. Daha sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Lerik” marketə qanunsuz olaraq daxil olub oğurluq etdiyini səmimi şəkildə etiraf edir. Videogörüntünün 03:19-cu saniyəsindən etibarən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Videogörüntünün 03:42-ci saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü 01 ədəd zərfdə qablaşdırır. Videogörüntünün 04:22-ci saniyəsindən etibarən təhiqiqatçı “Lerik” marketdən etdiyi oğurluq əməlindən başqa hər hansı bir oğurluq əməlinin olub-olmaması barədə şübhəli şəxsə sual verərkən şübhəli şəxs Təqsirləndirilən şəxs başqa ərazilərdən də oğurluq etdiyini səmimi şəkildə etiraf edir. Videogörüntünün 04:48-ci saniyəsindən etibarən müdafiəçi şübhəli şəxsə aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin ona aid olubolmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olubolmamasını soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə narkotik vasitənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirir. Videogörüntünün 05-ci dəqiqəsinin 10-cu saniyəsindən etibarən təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X28 Ambulator X1 xx.xx.2023-cü il tarixli 5749 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 02 dəqiqə 48 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən arıq bədən quruluşlu uzunboylu bir nəfər şəxs mağazanın içərisinə daxil olub tütün məmulatlarının və kassanın olduğu piştaxtaya yaxınlaşaraq kassadan pul və sellofanın içərisində bir qədər tütün məmulatları götürür və həmçinin mağazada olan digər rəflərə yaxınlaşaraq ərzaq məhsulları götürür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan və marketə girən arıq bədən quruluşlu, uzunboylu həmin şəxsin özü olduğunu və həmin marketin də Binə qəsəbəsi ərazisində yerləşən "Lerik” market olduğunu və oraya oğurluq etmək niyyəti ilə daxil olduğunu səmimi şəkildə etiraf etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X17 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən “Lerik” marketdən oğurladığını, xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində adı ona sonradan məlum olan X6 məxsus Binə qəsəbəsində yerləşən evdən oğurladığını, Binə qəsəbəsində Zərərçəkmiş şəxs5 evindən 01 ədəd televizor və 01 ədəd DVD markalı aparatı oğurladığını, Binə qəsəbəsi Atçılıq massivində X9 məxsus evdən müxtəlif ölçülü elektrik naqilləri, 01 ədəd dəmir manqal və 2 ədəd tavan əqrəblərini oğurladığını, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Binə qəsəbəsində yerləşən evin içərisindən 05 ədəd xalça, 01 ədəd su qızdırıcısı, 01 ədəd qaz sobası və 01 ədəd hamam duşunu oğurladığını, xx.xx.2023-cü il tarixdə Binə qəsəbəsində Zərərçəkmiş şəxs2 evindən 02 ədəd pul kisəsindən 440 manat pul, 2 ədəd qızıl üzük və 2 cüt qızıl sırğa oğurladığını bildirmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-40/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-527/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 16 noyabr 2023-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək uzadılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-11/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtiadi istintaq müddətinin sonuna kimi, yəni 11 fevral 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələri ilə yeni ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(003)-44/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni 02 mart 2024-cü il tarixədək uzadılmışdır. -Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 111-ci maddəsinin 1-ci hissəsi 23-1 əsasən əməyə mütləq cəlb olunmaqla 0 il azadlıqdan şərti məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 221.2.2, 221.3, 66.3 maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 185.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, Suraxanı Rayon Məhkəməsinin 15.0.2014-cü il tarixli hökmü ilə CM-nin 185.1, 69.3-cü maddələrinə əsasən 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 22.3, 66.5-ci maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsinə əsasən 1000 manat cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(003)-341/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 may 2016-cı il tarixdən 16 iyun 2016-cı il tarixə qədər həbsdə, 16 iyun 2016-cı il tarixdən 23 sentyabr 2016-cı il tarixə qədər “ev dustaqlığı”nda saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş 4000 manat məbləğində cərimə cəzası yüngülləşdirilməklə üzərində qəti olaraq 1000 manat cərimə cəzası saxlanılmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(003)-454/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1000 manat miqdarında cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin olunmuş cəza ilə tamamilə toplanılmaqla, ona qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat miqdarında cərimə cəzasının təyin edilməsi qərara alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-37/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1- ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1000 (bir min) manat məbləğində cərimə cəzasının ödənilməmiş hissəsi olan 792,02 manat cərimə cəzası hazırki hökmlə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə o, qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına və 792,02 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 792,02 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təyin edilmiş 1000 (bir min) manat cərimə cəzasının ödənilməmiş 792,02 manatının müstəqil icra olunması, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2495/2024 saylı qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-37/2024 nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasının artırılması və Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət) 02 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin 16 avqust 2023-cü il tarixdən hesablanması, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-14/2024 saylı qərarından görünür ki, “8 Noyabr-Zəfər Günü münasibət ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)- 454/2016 saylı, 18 noyabr 2016-cı il tarixli hökmünə əsasən təyin edilmiş 1000 manat miqdarda cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X7 ərizəsindən görünür ki, o, həmin ərizədə ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbinin olmadığını, həmçinin cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, o, dəymiş zərərini tələb etdiyini, həmçinin cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, dəymiş zərərini tələb etdiyini, həmçinin cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan yalnız özgənin əmlakını gizli olaraq talamaq məqsədi 14 avqust 2023-cü il tarixdə saat təqribən 01:45-də Zərərçəkmiş şəxs1 Vəliəhd oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Lerik” marketə qanunsuz olaraq daxil olub marketin içərisindəki piştaxtanın arxasında olan rəfdən 730 manat pul, həmçinin rəfdə olan 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 299 manat olan 115 ədəd “ Maqna” markalı siqaret, 1 ədədi 3 manat 20 qəpik olmaqla ümumi qiyməti 320 manat olan 100 ədəd “Rothmans” markalı siqaret, 1 ədədi 2 manat 80 qəpik olmaqla ümumi qiyməti 252 manat olan 90 ədəd “ Vant” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 130 manat olan 50 ədəd “ Arqo” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 260 manat olan 100 ədəd " Veqas” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumi qiyməti 286 manat olan 110 ədəd “Prima” markalı siqaret və 1 ədədi 1 manat olmaqla ümumi qiyməti 4 manat olan 4 ədəd plombir markalı dondurma, həmçinin 1 ədədi 1 manat 50 qəpik olmaqla ümumi qiyməti 3 manat olan 2 ədəd litrlik fanta içkiləri, təxminən 5 manatlıq “priyanik” adlı şirniyyatı və 10 manatlıq “şəki halvası” adlı şirniyyatı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 Vəliəhd oğluna ümumilikdə 2156 (iki min yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi və istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,467 qram təşkil edən və 01 ədəd şəffaf sellofana bükülmüş formada narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışması epizodları sübuta yetirilmişdir. Belə olan halda təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş digər ittihamlarla bağlı hissələr ona veriliş ittihamdan çıxarılmalı, həmin hissələr çıxarıldığı üçün isə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3, və 234.1-ci maddələrinə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 may 2023-cü il tarixdə saat 18:00-dan 31 may 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan 1 ədəd dəyəri 150 manat olan ət çəkən maşını, 1 ədəd dəyəri 140 manat olan şirə çəkən maşını, 1 ədəd dəyəri 80 manat olan blender dəsti, 1 ədəd dəyəri 50 manat olan mikser, 1 ədəd dəyəri 80 manat olan elektriklə işləyən termos- samovar, 1 ədəd dəyəri 20 manat olan ləpəçəkən, 1 ədəd dəyəri 150 manat olan tozsovuran, 1 ədəd dəyəri 130 manat olan ütü, 1 ədədi 25 manat olmaqla 2 ədəd ümumi dəyəri 50 manat olan saç fenləri, 1 ədəd 25 manat dəyəri olan salat doğrayan, 60 manat dəyəri olan bıçaq dəsti, 1 dəsti 20 manat olmaqla 4 dəst dəyəri 80 manat olan sini, 1 dəsti 37 manat 50 qəpik olmaqla 4 dəst 150 manat dəyərində meyvə qabları, 140 manat dəyərində 1 ədəd su qızdırıcısı, 80 manat dəyərində 1 ədəd hidrofor, 1 ədəd 70 manat dəyərində elektrik tənzimləyici (stabilizator), 1 ədədi 10 manat olmaqla 4 ədəd 40 manat dəyərində aboy kleyi, 1 ədədi 50 manat olmaqla 2 ədəd dəyəri 100 manat olan adyal, 1 dəsti 45 manat olmaqla ümumi qiyməti 180 manat dəyərində olan 4 dəst yorğan üzlüyü, 200 manat dəyərində hamam can dəsmalları dəsti, 230 manat dəyərində əl-üz dəsmalları dəsti, 50 manat dəyərində çay dəsmalları dəsti, 1 ədəd 200 manat dəyərində taxt üstü üzlük, 3 cüt dəyəri 51 manat olan qadın ayaqqabıları, 6 ədəd dəst formada dəyəri 100 manat olan oyuncaq ayılar və həyat yoldaşıma məxsus 100 manat qiymətində 1 dəst qadın paltarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 2706 (iki min yeddi yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2023-cü il tarixdə saat 21:00-dan xx.xx.2023-cü il tarixdə saat 10:00-a qədər olan müddət ərzində Zərərçəkmiş şəxs5 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu yaşayış sahəsində yerləşən bağ evinə qanunsuz olaraq daxil olub oradan bir ədəd 800 manat qiymətində “LG” markalı televizoru və bir ədəd 700 manat qiymətində “LG” markalı DVD aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 may 2023-cü il tarixdə gecə saatlarında X9 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən evinə qanunsuz olaraq daxil olub oradan 1 topu 100 metr olmaqla 60 manat təşkil edən və ümumi qiyməti 180 manat olan 3 top elektrik kabelini, 1 metri 1 manat 75 qəpik olan və ümumi qiyməti 40 manat təşkil edən 70 metr uzunluğunda televizor kabelini, 1 metri 1 manat 40 qəpik təşkil edən 100 metr uzunluğunda və ümumi qiyməti 140 manat olan enli elektrik naqilini, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 400 manat 20 ədəd plastik boruları, 30 manat dəyərində 1 ədəd dəmir manqalı və 1 ədədi 35 manat olmaqla ümumi qiyməti 70 manat olan 2 ədəd tavan əqrəblərini gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyun 2023-cü il tarixdən 16 iyul 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs8 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub oradan 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 750 manat olan 05 ədəd xalçaları, 01 ədəd 150 manat qiymətində su qızdırıcısını, 01 ədəd 40 manat qiymətində qaz sobasını, 01 ədəd 80 manat qiymətində hamam duşunu, 01 ədəd 500 manat qiymətində soyuducu matorunu, 100 manat qiymətində qab-qacaq dəstini, 01 ədəd 50 manat qiymətində piltəni, 01 ədəd 70 manat qiymətində ət maşını, 100 manat qiymətində yorğan örtüyü dəstini, 1 ədədi 129 manat olmaqla ümumi qiyməti 387 manat olan 3 ədəd şalvarları, 1 ədədi 89 manat olmaqla ümumi qiyməti 178 manat olan 2 ədəd jaketləri, və 1 ədədi 89 manat olmaqla ümumi qiyməti 178 manat olan 2 ədəd köynəkləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 2.583 (iki min beş yüz səksən üç) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 12:32-dən həmin gün saat 15:47-yə dək olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, bakavtomat adlanan ərazidə yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin qonaq otağında küncə qoyulmuş boş ayaqqabı qutusunun içərisində olan pul qabından 440 manat pulu, digər bir boş ayaqqabı qutusunun içərisində olan, 1 ədədinin qiyməti 200 manat olmaqla ümumi qiyməti 400 manat təşkil edən 2 ədəd qızıl üzükləri və 1 ədədinin qiyməti 800 manat olmaqla ümumilikdə 1600 manat təşkil edən 02 ədəd qızıl boyunbağının, 1 ədəd 50 manat qiymətində ütünü, 1 ədəd 30 manat qiymətində saçqırxan maşını, 1 ədəd 10 manat qiymətində telefon adapteri, 01 ədəd 5 manat qiymətində kəlbətinin və 01 ədəd 3 manat qiymətində divar kağızı bıçağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2538 (iki min beş yüz otuz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs7 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub evin həyətindən 01 ədəd 800 manat qiymətində idman velosipedini, və həyətdəki kombi otağından 01 ədəd 100 manat qiymətində dreli gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 31 iyul 2023-cü il tarixdə saat 23:00-dan həmin gün saat 23:30-a qədər olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsində yerləşən evinə qanunsuz olaraq daxil olub evin yataq otağındakı paltar dolabının yuxarı gözündə olan mücrünün içərisindən 01 ədəd 200 manat qiymətində qızıl boyunbağını, 01 ədəd 200 manat qiymətində qızıl klonu, 300 manat qiymətində bir cüt qızıl sırğanı, 01 ədəd 100 manat qiymətində qızıl qolbağı və 200 manat qiymətində bijuteriya dəstini, daha sonra mücrünün yanında olan pul kisəsinin içərisində olan 80 manat pulu, həmçinin daxılın içərisində olan 70 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1150 (min yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa təkrar olaraq özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2023-cü il tarixdə təqribən gecə saatlarında yerli əhalinin və ya bir çox insanın təbii qaza tələbatını ödəmək üçün neft və qaz əməliyyatlarının aparılması məqsədi ilə ayrılmış sənaye təyinatlı torpaq sahələrinin bir hissəsində - Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala- Pirallahı yolunun sağında (39 T 427135; ******* koordinatlarda) yerləşən 1487 saylı neft quyusuna yeni çəkilmiş “X14” MMC-yə məxsus ictimai əhəmiyyətli 453 metr uzunluğunda hava elektrik xəttini kəsib gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs “X14” MMC-yə ümumilikdə 630 (altı yüz otuz) manat, 05 (beş) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etməsi öz təsdiqini tapmamışdır. Ona görə də həmin hissələr ona verilmiş ittihamdan xaric edilməlidir. Yuxarıda qeyd olunmuş epizodların itihamdan xaric olunması ilə bağlı məhkəmə qeyd edir ki, həmin oğurluq əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi üçün ibtidai istintaq orqanı tərəfindən iş materillarına hər hansı bir sübut əlavə edilməmiş, işin məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilməsinə əsas isə yalnız özünün ibtidai istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Digər maddələrlə verilmiş ittiham isə öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. İbtidai istintaq və məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid ifadəsində Təqsirləndirilən şəxs iki dəfə olmaqla ona 70-80 manatlıq dəmir məftil, metal, manqal və sair əşyaları gətirib verdiyini bildirsə də, həmin gətirilmiş əşyaların konkret olaraq nələrdən ibarət olması, nə vaxt gətirilməsi, təqsirləndirilən şəxsə verilmiş ittihamda göstərilən və təqsirləndirilən şəxsin gizli olaraq oğurladığı göstərilən əmlaklarla əlaqəsinin olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, şahid Nurəddin Xənəhmədovun ifadəsinin Təqsirləndirilən şəxs təqsiri olduğunu təsdiq edən sübut kimi qiymətləndirilməsi mümkün deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən “Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(003)-454/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə ona təyin edilmiş 1000 manat cərimə cəzası tamamilə toplanılmala ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1000 manat cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.5-ci bəndi tətbiq edilməklə sonuncu ona təyin olunmuş 1000 manat cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtarsa da, hazırkı cinayət əməlininin törədildiyi vaxt ona təyin edilmiş cərimə cəzası icra olunmadığı üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən “az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə” məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır”. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən “Əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı 14 avqust 2023-cü il tarixdə saat təqribən 01:45-də Zərərçəkmiş şəxs1 Vəliəhd oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən “Lerik” marketə 2156 (iki min yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etməməsi, onun yalnız 54 manat məbləğində pul və 6 blok siqarət oğurlamasına dair ifadəsinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir və hesab edir ki, həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və əldə edilmə halları şübhə doğurmayan, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan sübutların məcmusu ilə tam olaraq təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,417 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-37/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2495/2024 nömrəli qərarı ilə artırılaraq 02 (iki) il 06 (altı) ay müddətində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 16 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,417 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işinin materiallarında olan 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X19 tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-24/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-24/2025
05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver