Məhkəmə qərarları › İş №1(003)-241/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-241/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-241/2020 12.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Balandin küçəsi ev 42-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu yeni tikili fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ciiltarixdəsaat 01 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu Binə qəsəbəsində yerləşən mağazaya plastik pəncərənin şüşəsini sındırma yolu ilə qanunsuz daxil olaraq mağazada olan tərəzinin altından 400 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxx 2020-ci il tarixdə saat 02 radələrində yaşayış sahəsi olan Zərərçəkmiş şəxs3 məxsus Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yaşayış sahəsində yerləşən fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq daxil olub evdən 500 manat nağd pul, 600 manat dəyərində geyim dəsti, 01 ədəd 500 manat dəyərində “Rolex” markalı qol saatı, 01 ədəd dəyəri 80 manat olan “Chanel” markalı ətir, 01 ədəd dəyəri 50 manat olan “Siemens” markalı ütü, 01 ədəd dəyəri 100 manat olan “Siemens” markalı saç feni, 01 ədəd 30 manatdəyərində istifadə olunmuş “Geepas” markalı ət çəkən aparat, 01 ədəd 250 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı “AH502” modellinoutbookvə 01 ədəd 15 manat dəyərində istifadə olunmuş “Fujitsu” markalı noutbooka məxsus cərəyan qidalandırıcını gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 2125 (iki min yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundanbaşqa, Təqsirləndirilən şəxs təkrarən xx xxxxx 2020-ci il tarixdə saat 02 radələrində saxlanc yeri olan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən təmirsiz yeni tikiliyə pəncərəni açma yolu ilə qanunsuzdaxilolaraqevdən 01 ədəd 30 manat dəyərində istifadə olunmuş “Makita” markalı “DF330DWE” modellidreli, 01 ədəd 130 manat dəyərində perafaratoru, 01 ədəd 60 manat dəyərində laqondanı, 01 ədəd 60 manat dəyərində gidraforu və ümumi dəyəri 70 manat olan kleyləri, laqonda ağızlıqlarını, “Duracell”daşlarını gizli yolla talayaraq zərər çəkmişə ümumilikdə 350 (üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, maddi durumu pis olduğundan oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə gecə saat 01 radələrində Xəzər rayonu Binə qəsəbəsində yerləşən meyvə mağazasının bağlı olduğunu görmüş və oradan oğurluq etmək üçün mağazanın plastik qapısını yerdən götürdüyü daş parçası ilə sındıraraq içəriyə daxil olub sağ tərəfdə olan stolun üstündəki tərəzinin altından 400 manat nağd pulu götürüb oradan uzaqlaşmışdır. Həmin pulları o, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə gecə saat 02 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində yaşadığı evə bitişik olan evə oğurluq etmək üçün keçmişdir. Həmin evə oğurluq üçün yaşadığı evdən nərdivan gətirmiş və evin ikinci mərtəbəsinə çıxıb əvvəl mətbəxin pəncərəsindən içəriyə daxil olmaq istəmişdir. Lakin mətbəxin pəncərəsi sınsa da pəncərəni aça bilməmiş və digər pəncərəni əli ilə itələyərək içəriyə daxil olmuşdır. Oradan o, yataq otağında olan şifonerin içərisində dəsmalların altından 500 manat nağd pul, həmin şifonerin içərisindən 01 cüt ayaqqabı və müxtəlif geyim əşyaları götürmüşdür. Yataq otağında şıfonerin içərisindən 01 ədəd qol saatı, 01 ədəd ətir, digər otaqdan şifonerin içərisindən 01 ədəd ütü və 01 ədəd saç fenini, mətbəxdən isə ətçəkən maşın və 01 ədəd noutbook komputeri götürmüşdür. Bundan sonra oğurladığı əşyaları yaşadığı evin arxasında olan əl damında gizlətmiş, həmin günün səhəri 01 ədəd qol saatını, 01 ədəd ətri, 01 ədəd ütünü, saç fenini və geyim əşyalarını Binə qəsəbəsində tanımadığı bir şəxsə öz evinin şəxsi əşyaları olduğunu, ehtiyaca görə satdığını deyərək ümumilikdə 90 manata satmışdır. Həmin əşyalardan noutbook, ayaqqabı və ətçəkən maşın polis əməkdaşları tərəfindən gizlətdiyi yerdən götürülmüşdür. Oğurladığı 500 manat nağd pulu və əşyaları satıb əldə etdiyi pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təkrarən xx xxxxx 2020-ci il tarixdə gecə təxminən saat 03 radələrində yaşadığı Binə qəsəbəsində Cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən həyət evlərinin araları ilə piyada hərəkət edərkən həyət qapısı olmayan yeni tikilmiş, qapısıpəncərəsi olan bir ev onun diqqətini çəkmişdir. Həmin həyətə daxil olmuş və evdə heç kimin yaşamadığına əmin olmuşdur. Evin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur, evin arxa tərəfinə keçib nəfəsliyin plastik pəncərəsini itələyib əli ilə açmış və həmin nəfəslikdən içəri daxil olmuşdur. Evin içərisində bir ədəd drel, laqonda, perafarator, su nasosu ilə birlikdə gidraforu, kleyləri, laqonda ağızlıqlarını, batereykaları oğurlayıb əvvəlcə pəncərədən çölə atmışdır. Daha sonra isə girdiyi qayda ilə evdən çıxmış və oğurladığı əşyaları aparıb yarım tikili olan yerdə gizlətmişdir. Səhəri gün həmin əşyalardan laqondanı, perefaratoru, su nasosunu və digər avadanlıqları tanımadığı şəxsə ümumilikdə 300 manata satmış, dreli isə yaşadığı evin həyətində gizlətmişdir. Həmin drel polis əməkdaşları tərəfindən götürülmüşdür. İlk dəfə törətdiyi bu əməllərdən peşman olaraq zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onlarla barışmışdır. Hazırda zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Xətai rayonu Babək prospekti ev 90 mənzil 32-də qeydiyyatla yaşasa da, Xəzər rayonu Binə qəsəbəsi Cəzaçəkmə müəssisəsinin yaxınlığında yeni sahədə ev inşa etdirmişdir. Evdə hazırda təmr işləri gedir, evin həyət qapısı olmasa da, pəncərələri, pəncərənin dəmir barmaqlıqları və qapısı vardır. xx xxxxx 2020-ci il tarixdə həmin evə baş çəkmək üçün gəlmişdir. Evin giriş qapısını açıb evə daxil olmuş və içəridə olan təmir-tikinti alətlərinin yerində olmadığını görmüşdür. Ona məlum olmuşdur ki, evin içərisində olan bir ədəd 50 manat dəyərində drel, bir ədəd 130 manat dəyərində peraparator, bir ədəd 60 manat dəyərində laqonda, bir ədəd 60 manat dəyərində gidrafor və sonradan aşkar etdiyi ümumi dəyəri 70 manat olan ana-bala kleyləri, laqonda ağızlıqları, “Duracell” daşları naməlum şəxslər tərəfindən pəncərədən evə daxil olma yolu ilə oğurlanmışdır. Bu barədə dərhal DİN “102” zəng xidmətinə məlumat vermiş və bir qədər keçmiş oraya polis əməkdaşları gələrək hadisə yerini müayinə etdikdən sonra protokol tərtib edib fotoşəkillər çəkmiş və həmin protokol tərəfindən imzalanmışdır. Ona ümumilikdə 370 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs Cavid ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Cavidə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsində meyvə mağazası işlədir. Həmin mağazanı o, hər gün saat 00 radələrində bağlayıb səhərlər 09 radələrində açır. xx xxxx 2020-ci il tarixdə yenə saat 00 radələrində meyvə mağazasını bağlayıb evinə getmişdir. Həmin gün gecə, yəni xx xxxx 2020-ci il tarixdə saat 02:30 radələrində mağazaya baş çəkmək üçün getmiş və mağazanın plastik pəncərəsinin şüşəsinin sındırıldığını görüb bu barədə dərhal DİN “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Mağazada yerləşən tərəzinin altından ona məxsus 400 manat nağd pul oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs Cavid ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Cavidə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən RəhimovKamranYelxanoğlu göstərdi ki, Xəzər rayonu Binə qəsəbəsində ona məxsus ikimərtəbəli yaşayış evi vardır və o, anasıiləbirlikdə həmin evdə yaşayır. xx xxxx 2020-ci il tarixdə o və anası Novruz bayramı ilə əlaqədar olaraq Lənkəran rayonuna getmişlər. xx xxxx 2020-ci il tarixdə isə onlar rayondan Bakı şəhərinə gəlmişlər. xx xxxx 2020-ci il tarixdə onlar evə girərkən ikinci mərtəbənin plastik pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu və evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. O, dərhal polisə zəng vuraraq hadisə barədə məlumat vermişdir. xx xxxx 2020-ci il tarixdə rayonda olarkən bəzi sənədlər ona lazım olduğu üçün dayısı oğlu Bəhruza evin açarlarını göndərmişdir və həmin tarixdə Bəhruz evdə olarkən evdə hər şeyin qaydasında olduğunu bildirmişdir. Hesab edir ki, oğurluq hadisəsi xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan müddət ərzində baş vermişdir. Evdən yataq otağında olan şifonerin içərisində dəsmalların altından 500 manat nağd pul, ona məxsus 600 manat dəyərində geyim dəsti, 01 ədəd 500 manat dəyərində “Rolex” markalı qol saatı, 01 ədəd dəyəri 80 manat olan “Chanel” markalı ətir, 01 ədəd dəyəri 50 manat olan “Siemens” markalı ütü, 01 ədəd 100 manat olan “Siemens” markalı saç feni, 01 ədəd dəyəri 100 manat olan ətçəkən maşın, 01 ədəd dəyəri 600 manat olan “Fijutsu” markalı noutbook komputeri oğurlanmışdır. Ümumilikdə ona 2530 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs Cavid ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Cavidə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/660-9/1028 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadə olunmuş “Fujitsu” markalı “AH502” modelli noutbook - 250 manat; 01 ədəd istifadə olunmuş “Fujitsu” markalı noutbooka məxsus cərəyan qidalandırıcısı - 15 manat; 01 ədəd istifadə olunmuş “Geepas” markalı ət çəkən aparat - 30 manat; 01 ədədistifadəolunmuş “Makita” markalı “DF330DWE” modellidrel - 30 manat; 01 ədəduzunmüddətistifadədəolmuş, üzərində markalanmasına dair heç bir məlumat olmayan istifadəyə yararsız vəziyyətdə olan kişi ayaqqabısı - (qiymətsiz). Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, əldə olunmuş 01 ədəd“Fujitsu”markalınoutbook, 01 ədəd“Gerpas” markalıətçəkənmaddi sübut kimi tanınmmış və zərçəkmiş şəxs RəhimovKamranYelxanoğluna qaytarılmışdır. İş materiallarından görünür ki, əldə olunmuş 01 ədəd“Makita” markalıdrelmaddi sübut kimi tanınmış və zərərçəkmiş şəxs MehdiyevSeymurAfdandiloğluna qaytarılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs hazırda onlara dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmışdır, buna görə də onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və xx xxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İşmateriallarındaolanAzərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları araşdıraraq və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu yeni tikili fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Maddi sübut – zərərçəkmiş şəxs RəhimovKamranYelxan oğluna məxsus 01 ədəd“Fujitsu”markalınoutbookun, 01 ədəd“Gerpas” markalıətçəkənin sahibinə qaytarılması nəzərəalınmalıdır. Maddi sübut – zərərçəkmiş şəxs MehdiyevSeymurAfdandiloğluna məxsus 01 ədəd“Makita” markalıdrelin sahibinə qaytarılması nəzərəalınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) iki gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxozu yeni tikili fərdi yaşayış evi ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut – zərərçəkmiş şəxs RəhimovKamranYelxan oğluna məxsus 01 ədəd “Fujitsu”markalı noutbookun, 01 ədəd“Gerpas” markalı ət çəkənin sahibinə qaytarılması nəzərə alınsın. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Makita” markalı drelin sahibinə qaytarılması nəzərəalınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar