Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-242/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci ildə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Zərdab şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 mart 2022-ci il tarixdə, saat 14 radələrində müvəqqəti olaraq yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, fərdi nömrəsiz bağ evinin həyətindən ümumi dəyəri 2250 manat təşkil edən 1 metri 25 manat olan 6 metr uzunluğunda 15 ədəd dəmir borunu, ümumi dəyəri 1440 manat təşkil edən 1 metri 20 manat olan 12 ədəd 6 metrlik dəmir boruları, ümumi dəyəri 360 manat təşkil edən 36 metr ölçüdə 3 metrlik dəmir boruları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs 4050 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3 il olar ki, anası ilə birlikdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Abşeron küçəsində yerləşən bağ evinin həyətində olan 2 otaqlı tikilidə yaşamaqla həmin bağa və həyətdə yerləşən villaya nəzarət etmişlər. Həmçinin Zərərçəkmiş şəxs məxsus 2 ədəd itə də, baxmışlar. Buna görə ona hər ay 100 manat maaş vermişdir. Onun və anasının əlavə gəlirləri olmamış və həmin vəsait hesabına dolanmışlar. Çörək almağa pulu olmadığı üçün 12 mart 2022-ci il tarixdə anası Sevincə həyətdə olan 3 ədəd çürük və lazımsız borunu Sabirdən icazə alıb aparıb satmaq istədiyini demişdir. Anası isə etiraz etmiş və işləri ilə bağlı evdən çıxıb getmişdir. Anası evdə olmayanda küçədən keçən metal yığan «VAZ» markalı göy rəngli avtomobilə 3 ədəd borunu 70-72 manat pula satmışdır. Həyətdə başqa borular olsa da, onlar istifadəyə yararlı olduğundan onlara toxunmamışdır. Avtomobil həyətdən çıxarkən anası 3 ədəd borucu maşında olduğunu görüb iradını bildirmişdir. O isə Sabirdən icazə aldığını demişdir. Lakin anası ona inanmadığından ev sahibi Sabirə zəng vurub deyəcəyini bildirmişdir. Bir neçə gün sonra polis əməkdaşları onu saxlamışlar. Dəmir boruları satdığı şəxslərə boruların oğurluq olmasını deməmiş və həmin şəxsləri tanımır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə 3 ildən çoxdur ki, həyətindəki tikilidə qalaraq həyətə baxırlar. Azər həyətə baxmadığı üçün anasına Azərin həyətə gəlməməsini demişdir. Sonuncu dəfə Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən bağ sahəsində 2022-ci ilin yanvar ayında olmuşdur. Mart ayının 12-də Azərin anası Sevinc zəng vuraraq oğlu Azərin həyətdən boruları apardığını demişdir. O, səhərisi günü həyətə gələndə Sevinc Azərin həyətdə olan borulardan «VAZ» markalı avtomobil ilə gələn şəxslərə satdığını demişdir. O, həyətə baxanda müəyyən etmişdir ki, həyətdən 1 metri 25 manat olmaqla cəmi 2250 manat dəyərində 6 metr uzunluğunda 15 ədəd dəmir boru, 1 metri 20 manat olmaqla cəmi 1440 manat dəyərində 12 ədəd 6 metrlik dəmir boru və ümumi dəyəri 360 manat 36 metr olan 3 metrlik dəmir borular oğurlanmışdır. Həmçinin Azər dəmirləri oğurlamaq üçün 500 manat dəyərində təndiri dağıtmışdır. Ümumilikdə oğurluq nəticəsində 4050 manat, təndirin dağılması nəticəsində isə 500 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, ona cəza verilməsini istəmədiyini bildirdi və mülki iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, dolanışığı pis olduğundan 3 il olar ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində oğlu Azər ilə birlikdə yaşayır. Aylıq 100 manat müqabilində qalıb bağa və bağda olan 2 ədəd itə baxmışlar. 12 mart 2022-ci il tarixdə, saat 11 radələrində oğlu Azər çörək almaqlara pulları olmadığından həyətində olan yararsız borulardan aparıb satmaq istədiyini bildirmişdir. O isə Azərə etirazını bildirmişdir. O, evdən çıxıb getmiş, günorta evə gələndə evin həyətində tünd göy rəngli «VAZ» markalı avtomaşın görmüşdür. Həmin maşının dam hissəsində 1 ədəd böyük boru, yük yerində isə 2 ədəd kiçik boru olduğunu görmüşdür. O, Azərdən nə üçün boruları satdığını soruşmuş, Azər isə ev sahibi Zərərçəkmiş şəxs məlumat verdiyini demişdir. Buna baxmayaraq o, ev sahibinə zəng edib Azərin boruları satdığını demişdir. Bundan 1 həftə sonra ev sahibi gəlmiş və oğlu Azərin 3 ədəd borunu satdığını demişdir. Bir neçə gün sonra polis əməkdaşları Azəri tutmuşlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 05 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 2002-ci ildə Zərdab şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini qismən etiraf etməsini, atasının vəfat etməsini, anasının onun himayəsində olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə də, məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Rüstəm İsmayılovun 01 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilərək saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs mülki iddia verərək 4550 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Zərərçəkmiş şəxs mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək mülki iddiadan imtina etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul olunaraq mülki iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X1, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni yaşayış massivi ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs 4550 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X1 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-242/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-242/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver