Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-243/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Qapanlı ərazi dairəsi, Qapanlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun 2022-ci il tarixdən 07 iyul 2022-ci il tarixədək olan müddət ərzində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağında olan dolabdakı «Qurani-Kərim» kitabının arasından 100 manat nağd pulu və həmin dolabdakı əl çantasının içərisində olan, 1 ədədi 250 manat olmaqla ümumi qiyməti 1.000 manat olan 4 ədəd qızıl üzükləri və 1 ədəd 1500 manat qiymətində komplekt qızıl sırğa dəstini gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 2600 (iki min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək olan müddət ərzində X11 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə yataq otağının plastik pəncərəsini açmaqla qanunsuz daxil olub orada olan şkafın içərisindəki 5.000 manat nağd pulu, ümumi qiyməti 3.000 manat təşkil edən və tərkibində 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd boyunbağı və 01 ədəd qızıl klon olmaqla komplekt dəst formasında olan qızıl-zinət əşyalarını, dəyəri 250 manat təşkil edən 01 ədəd qol saatını və ümumi qiyməti 300 manat təşkil edən və tərkibində müxtəlif kosmetik məhsullar olmalqa “Loreal” firmasına məxsus kosmetika dəstini gizli olaraq talayıb zərərçəkmiş X11 ümumilikdə 8.550 (səkkiz min beş yüz əlli) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 iyul 2022-ci il tarixdə, saat 08:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən yaşayış sahəsi olan fərdi evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub yataq otağından 1 dəsti 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 dəst çexolu, 1 dəsti 25 manat olmaqla ümumi qiyməti 100 manat olan 4 dəst mələfəni, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 80 manat olan 04 ədəd hamam dəsmallarını, 01 ədəd 60 manat qiymətində olan süfrəni, 1 ədədi 7 manat olmaqla ümumi qiyməti 35 manat olan 5 ədəd üz dəsmallarını, 50 manat qiymətində olan 1 ədəd “Redmi 9A” markalı mobil telefonu, 50 manat nağd pulu və 30 manat qiymətində olan bir ədəd üzqırxan maşını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 525 ( beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 avqust 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağında yerləşən qırmızı rəngli sandığın içərisindən 400 manat nağd pul və birinin qiyməti 35 manat olmaqla iki ədəd 70 manat dəyərində bujiteriya üzüklərini və ümumi qiyməti 500 manat təşkil edən və tərkibində bir ədəd qaşlı qızıl üzük, bir cüt sadə yumru qızıl sırğa və bir ədəd qızıl zəncir boyunbağı olan komplekt qızıl dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 970 (doqquz yüz yetmiş ) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağında olan paltar dolabındakı qırmızı rəngli, villur parçalı, ürək formasında olan qızıl-zinət əşyalarının saxlandığı qabı açaraq oradan 01 ədəd 300 manat qiymətində olan qədimi Rusiya istehsalı olan qızıl üzüyü və ümumi qiyməti 1800 manat təşkil edən və tərkibində 1 ədəd üzərində “N” hərfi formasında brilyant qaş olan qızıl üzük və üzərində brilyant qaş olan 01 cüt qızıl sırğa olmaqla komplekt qızıl dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 2.100 (iki min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağında olan sandığın içərisindəki 1 ədədi 200 manat olmaqla ümumi qiyməti 800 manat təşkil edən 4 ədəd qızıl üzükləri, 300 manat qiymətində olan bir cüt qızıl sırğanı, 1 ədədi 200 manat olmaqla ümumi qiyməti 400 manat təşkil edən 2 ədəd qızıl qolbağı və 1 ədəd 500 manat qiymətində qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərəsinin önündə olan dəmir barmaqlığı çıxarıb plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq yataq otağında yerləşən şkafın içində olan 100 manat nağd pulu və 300 manat qiymətində bir ədəd qızıl klonu, həmçinin yataq otağındakı rəfin üzərində olan 30 manat qiymətində parfumeriyanı gizli olaraq talayıb zərərçəkmiş X3 ümumilikdə 430 (dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub yataq otağında yerləşən dolabın içərisindəki paltarların arasında olan və ümumilikdə 951 (doqquz yüz əlli bir) manat təşkil edən nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin iyul ayının ilk günlərində təxminən saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Badam bağları yaşayış sahəsində yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt işıqları sönülü suvaqsız ikimərtəbəli həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra isə həyətdə olan nərdivanı evin ikinci mərtəbəsində yerləşən plastik pəncərənin önünə söykəyərək plastik pəncərəni vintaçanla açmaqla oradan evin yataq otağına daxil olmuşdur. Evdə olan əşyaları axtarıb evin yataq otağında olan şkafdakı kitabın arasından 100 manat pul, 01 cüt qızıl sırğa və 04 ədəd qızıl üzük oğurlayıb gəldiyi kimi də oradan çıxıb uzaqlaşmışdır. Bundan sonra 2022-ci ilin iyul ayının əvvəllərində təxminən saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt işıqları sönülü olan birmərtəbəli həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra isə həyətdə yerləşən evə yaxınlaşıb plastik pəncərəsini özündə olan vintaçanla açmaqla evə daxil olmuşdur. Evdə olan əşyaları axtarıb evin yataq otağında olan şkafdan təxminən 5.000 manat pul, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl klon, 01 ədəd qol saatı və kosmetik əşyalar oğurlayıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan sonra 2022-ci ilin iyul ayının sonlarında təxminən səhər saat 08:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt qapısı bağlı həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra isə həyətdə yerləşən evə yaxınlaşıb plastik pəncərəsini özü ilə olan vintaçanla açmaqla evə daxil olmuşdur. Evdə olan əşyaları axtarıb oradan üzqırxan aparat, mələfələr, hamam və əl-üz dəsmalları, süfrə, «Redmi» markalı mobil telefon və 50 manat nağd pul oğurlayıb özü ilə gətirdiyi torbaya yığıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan sonra 2022-ci ilin avqust ayının ilk günlərindən birində təxminən saat 15:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzib yenə də oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt qapısı bağlı həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə yerləşən birmərtəbəli kürsülü evin giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açmaqla evə daxil olmuşdur. Həmin evin yataq otağında olan qırmızı rəngli sandığın içərisindən 400 manat pul, 02 ədəd bjuteriya üzük, qızıl üzük, qızıl sırğa və sep(boyunbağı) oğurlayıb özü ilə götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan bir gün sonra 2022-ci ilin avqust ayının ilk günlərində təxminən saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən evlərin arası ilə piyada gəzib yenə də oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt qapısı bağlı həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə yerləşən evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açmaqla evə daxil olmuşdur. Həmin evin yataq otağında olan dolabın içərisindəki qızıl qabından 02 ədəd qızıl qadın üzüyü və 01 cüt qızıl sırğa götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan başqa avqust ayının sonlarında saat 11 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzib yenə də oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt qapısı bağlı həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə yerləşən evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açmaqla evə daxil olmuşdur. Həmin evin yataq otağında olan sandığın içərisindən 01 ədəd qızıl boyunbağı, iki ədəd qızıl qolbağı, bir cüt qızıl sırğa və dörd ədəd qızıl üzükləri oğurlayıb özü ilə götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin qızıl-zinət əşyalarını isə bir neçə gün sonra həminki qaydada «Moskva» univermağının yaxınlığında tanımadığı şəxsə hazırda xatırlaya bilmədiyi məbləğdə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış sahəsində yerləşən evlərin arası ilə piyada gəzib oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt pəncərəsi küçəyə olan birmərtəbəli həyət evi diqqətini cəlb etdiyindən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra qeyd olunan evin küçəyə olan pəncərəsinə yaxınlaşıb pəncərənin önündə olan dəmir barmaqlığı yerdən tapdığı dəmir parçası ilə sındıraraq yerindən çıxartmışdır. Daha sonra isə özündə olan vintaçanla (atvorka) həmin plastik pəncərəni açaraq oradan evə daxil olmuşdur. Evin yataq otağındakı şkafdan 100 manat pul, bir ədəd qızıl klon, eləcə də şkafın üzərində olan parfümeriyanı oğurlayıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Parfümeriya ona lazım olmadığından yadında qalmayan yerdə zibilliyə tullamışdır. Qızıl klonu isə «Moskva» univermağının yaxınlığında tanımadığı şəxsə 100 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının sonlarında təxminən saat 12:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzib yenə də oğurluq etmək üçün münasib yer axtarmışdır. Həmin vaxt qapısı bağlı həyət evi diqqətini cəlb etdiyindən hasardan aşaraq həmin evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə yerləşən birmərtəbəli qırmızı rəngli evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla açmaqla evə daxil olmuşdur. Həmin evin yataq otağında olan şkafdan 951 manat pulu oğurlayıb özü ilə götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı qismən ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19:00-dan xx.xx.2022-ci il saat 09:10-a qədər olan müddət ərzində naməlum şəxslər ona məxsus olan həyət evinin plastik pəncərəsindən içəri daxil olaraq yataq otağından 1 dəsti 40 manat olmaqla ümumi qiyməti 120 manat olan 3 dəst çexolu, 1 dəsti 25 manat olmaqla ümumi qiyməti 100 manat olan 4 dəst mələfəni, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 80 manat olan 04 ədəd hamam dəsmallarını, 01 ədəd 60 manat qiymətində olan süfrəni, 1 ədədi 7 manat olmaqla ümumi qiyməti 35 manat olan 5 ədəd üz dəsmallarını, 50 manat qiymətində olan 1 ədəd “Redmi 9A” markalı mobil telefonu, 50 manat nağd pulu və 30 manat qiymətində olan bir ədəd üzqırxan maşını oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X12 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 10:40-dan saat 14:50-ə qədər olan müddət ərzində o işdə, ailə üzvləri isə yas mərasimində olarkən naməlum şəxs və ya şəxslər ona məxsus olan həyət evinin plastik pəncərəsindən içəri daxil olaraq yataq otağındakı dolabın içərisində paltarların arasına qoyduğu ümumilikdə 951 manat nağd pulu oğurlamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində evdən çıxaraq işə getmişdir. Həmin gün saat 19 radələrində evə qayıdan zaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra evin içinə daxil olmuş və girərkən evin əşyalarının dağıdıldığını görmüşdür. Evdən oğurluq olduğunu bilib dərhal pulunu yoxlamışdır. Evin yataq otağındakı qırmızı rəngli sandıqdan 400 manat pul və birinin qiyməti 35 manat olmaqla iki ədəd 70 manat dəyərində bujiteriya üzük oğurlandığını müəyyən etmişdir. Bundan sonra DİN-in 102 zəng xidmətinə məlumat vermişdir. Polis əməkdaşları evə gələrək baxış keçirmişlər. O polis əməkdaşlarına 470 manat dəyərində əmlakının oğurlandığını bildirmişdir. Polis əməkdaşları getdikdən sonra müəyyən etmişdir ki, həmçinin onun ümumi qiyməti 500 manat təşkil edən və komplekt formada olmaqla bir ədəd qaşlı qızıl üzük, bir cüt sadə yumru qızıl sırğa və bir ədəd qızıl zəncir boyunbağısı oğurlanmış və beləliklə ona həmin oğurluq nəticəsində 970 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, “Socar”-ın Təhlükəsizlik İdarəsində mühafizəçi vəzifəsində işləyir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində ”mədən yolu” kimi tanınan ərazidə özünə məxsus bir mərtəbəli fərdi yaşayış evi vardır. O yeddi ildən çoxdur ki, həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. 03 avqust 2022-ci il tarixdə saat 19:30-da ailə üzvləri ilə birlikdə qeyd edilən fərdi yaşayış evindən çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Albalı” marketin yaxınlığında olan məscidə getmişlər. Həmin gün saat 23:15-də yaşadıqları evə qayıtmışlar. O evə daxil olduqda müəyyən etmişdir ki, ona məxsus fərdi yaşayış evinin plastik pəncərəsini açmaq yolu ilə naməlum şəxs və ya şəxslərin evə daxil olub evin yataq otağında olan paltar dolabındakı qırmızı rəngli villur parçalı ürək formasında olan qızıl-zinət əşyalarının saxlandığı qabı açaraq oradan 01 ədəd 300 manat qiymətində olan qədimi Rusiya istehsalı olan qızıl üzük və ümumi qiyməti 1800 manat təşkil edən, komplekt dəst formada olmaqla üzərində N hərfi formalı brilyant qaş olan bir ədəd qızıl üzük və üzərində brilyant qaş olan 01 cüt qızıl sırğanın oğurlandığını aşkar etmişdir. Digər otaqlarda olan əşyalar isə dağınıq vəziyyətdə olmuş, lakin digər otaqlardan heçnə götürülməmişdir. O da dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 09:00-da ailəsi ilə birlikdə evdən çıxaraq yas mərasiminə getmiş və Saat 13:40-da yaşadığı evə qayıtmışdır. Qayıdarkən məlum olmuşdur ki, mətbəxin pəncərəsini sıxıb sındırıb açmaqla evin içərisinə daxil olan naməlum şəxs və ya şəxslər yataq otağında olan sandığın içərisindəki 1 ədədi 200 manat olmaqla ümumi qiyməti 800 manat olan 4 ədəd qızıl üzükləri, 300 manat qiymətində olan bir cüt qızıl sırğanı, 1 ədədi 200 manat olmaqla ümumi qiyməti 400 manat olan 2 ədəd qızıl qolbağı və 1 ədəd 500 manat qiymətində qızıl boyunbağını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 2.000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsiylə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə şəxsi işləri ilə bağlı saat 10:00-da evdən çıxmışdır. Saat 12:45-də evə qayıtdıqda aşkar etmişdir ki, çölə baxan pəncərənin dəmir barmaqlığı yerindən çıxarılıb, ev isə dağınıq vəziyyətdədir. Evin içərisinə baxış keçirən zaman yataq otağında şkafın içində olan 100 manat pulun və uşağına aldığı 300 manat qiymətində bir ədəd qızıl klonun və həmçinin rəfin üzərində olan təxminən 30 manat qiymətində parfumeriyanın oğurlandığını aşkar etmişdir. Daha sonra bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib polisə məlumat vermişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə Naxçıvan şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:00-da Buzovna qəsəbəsi, Badam Bağları massivində yerləşən fərdi evinə gəldikdə naməlum şəxs və ya şəxslər tərəfindən evin plastik pəncərəsindən içəri daxil olaraq yataq otağında olan dolabın içərisində olan “Qurani-Kərim” kitabının arasından 100 manat pul, dolabdakı əl çantasının içərisində olan, 1 ədədi 250 manat olmaqla ümumi qiyməti 1000 manat olan 4 ədəd qızıl üzük və 1 ədəd 1500 manat qiymətində komplekt qızıl sırğa dəstinin oğurlanmasını aşkar etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X13 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X7 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, xəzər rayonu, Binə qəsəbəsi, Açılıq yaşayış massivində yerləşən evində olmadığı müddət ərzində yəni 07 iyul 2022-ci il tarixdən 16 iyul 2022-ci il tarixədək olan müddət ərzində həmin evə yataq otağının plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs və ya şəxslər orada olan şkafın içərisindəki 5.000 manat nağd pulu, ümumi qiyməti 3.000 manat təşkil edən, komplekt dəst formasında olan 01 cüt qızıl sırğa, 01 ədəd qızıl üzük, 01 ədəd boyunbağı və 01 ədəd qızıl klonu, dəyəri 250 manat təşkil edən 01 ədəd qol saatını və ümumi qiyməti 300 manat təşkil edən “Loreal” firmasına məxsus kosmetika dəsti məhsullarını oğurlamışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 8.550 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 011-8877-1222 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yaşayan Zərərçəkmiş şəxs2 evindən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1984-cü ildə Şəmkir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Şəmkir rayonunda doğulmuş Atamov X8 Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 333.1, 333.4, 66.3 və 68.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Fizuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 333.4 və 67-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1268 saylı “Əfv” fərmanına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işinin tövsif olunması barədə qərardan görünür ki, 02 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işinin materialları AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 02 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-515/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin materiallarının və cinayət işi üzrə əməlin tövsif olunması barədə qərardan görünür ki, 19 noyabr 2022-ci il tarixdə ********* saylı cinayət işinin materialları AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 19 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək – 02 ay 12 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə olunmuş 12 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs X7 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu əməli etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarada ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslər ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-243/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-243/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver