Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-245/2023 02.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Rostov Vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 07:50 radələrində etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2107” markalı **- BV-*** qeydiyyat nömrəli avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində Buzovna-Zuğulba istiqamətində yolun soldan 2-ci zolağı ilə saatda 90-100 km sürətlə hərəkətdə olarkən «X4» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağı ilə onun hərəkəti istiqamətində 90-100 km/saat sürətlə hərəkətdə olan zaman «X4» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola keçən piyada X2 avtomobilin qabaq hissəsi ilə vuraraq sonuncuya sağ budun geniş əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin hematoması, hər iki göz qapaqlarının qançırı, sol göz almasının ağlı qişasının qansıması, sol gözaltı nahiyyənin, sağ və sol dirsək nahiyyəsinin, sağ və sol budun, sağ və sol baldırın qançırları, burunun və alt çənənin, döş qəfəsinin ön-arxa səthinin aşağı üçdə birindən qarın və bel nahiyyələrini əhatə etməklə geniş ölçülü dairəvi sürtünmə xarakterli sıyrıqları, ağır travmatik və hemorragik şokla müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, burun sümüyünün qapalı sınığı, alt çənə sümüyünün qapalı sınığı, qapalı onurğa stünu - boyun fəqərələri onurğa beyni travması, Vİ-Vİİ boyun fəqərələrinin qapalı, yerdəyişən sınıqları, döş sümüyünün orta üçdə birinin qapalı sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİ, İX və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük və arxa qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ və sol qalça və qasıq sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ və sol said sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ və sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları, daxili qanitirmə ilə nəticələnmiş ağciyərlərin və qaraciyərin cırılmaları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, etirafedici ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi ev 14-də ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində velosiped təmiri ilə məşğul olub ailəsin dolandırır. Hər gün uşaqlarını Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbə dərsə aparır. xx.xx.2022-ci il tarixdə səhər saat 07:50 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-BV-*** qeydiyyat nömrəli minik avtomobili ilə uşaqlarını məktəbə apararkən Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, Buzovna-Zuğulba şossesi, Zuğulba qəsəbəsi istiqamətində soldan ikinci zolaqda hərəkətdə olarkən avtomobillər üçün nəzərdə tutulmuş Buzovna tuneli adlanan yeraltı tunelə təxminən 100-150 metr qalmış tuneldən sonra sağ tərəfə, yəni məktəb yoluna dönmək üçün qarşısında hərəkətdə olan markasını xatırlamadığı avtomobilin arxasından çıxıb sağ tərəfə, yəni soldan üçüncü zolağa manevr etmiş, bu zaman saatda 90-100 km/saat sürətlə hərəkətdə olmuşdur. Manevr etdikdən sonra üçüncü zolaqda görmüşdür ki, bir nəfər piyada qadın yolu sağdan sola doğru keçmək istəyir və keçə bilmədiyi üçün geri çəkilir. Bu anda piyadanı görmüş və istəmişdirki, dördüncü zolağa manevr etsin ki, piyadanı vurmasın, lakin hadisədən yan keçə bilməmişdir. Piyadanı görəndə artıq aralarında 7-8 metr məsafə olmuşdur. Əyləcə basmağına baxmayaraq həmin qadını idarə etdiyi avtomobilin orta hissəsi ilə vurmuş və piyada ondan sol tərəfdəki zolağa düşmüşdür. Ayağı əyləcdə olduğu vəziyyətdə avtomobili yolun sağ tərəfinə çəkmiş və tunelin üstündə yolun sağ kənarında saxlamışdır. Tez düşüb həmin piyadaya yaxınlaşmışdır. Bu zaman tras tədbiri olduğu üçün yaxınlıqda olan polis əməkdaşları və yoldan keçən şəxslər də yaxınlaşmışlar. Halı pisləşdiyinə görə onu yaxına buraxmamışlar, kənara kəçib ona su vermişlər. Bir neçə dəqiqədən sonra görmüşdür ki, vurduğu piyadanı onun avtomobil saxladığı yerə, yəni tunelin üstünə gətirib yolun sağ kənarında, baryerin yanında yerdə uzatmışlar. Bundan sonra digər polis əməkdaşları da gəlmişlər. Orada kimsə TTYS-na məlumat vermişdir, ona görə də TTYSnın həkim briqadası gəlmişdir. Onlar gəldikdən sonra yaralı piyadaya baxan kimi onun artıq öldüyünü bildirmişlər. Bundan sonra hadisənin necə baş verdiyini polis əməkdaşlarına izah etmiş və hadisə yerini göstərdikdən sonra Xəzər RPİ-nə dəvət edilmişdir. “Piyadanı əvvəlcədən görürdünüzmü” sualına cavab olaraq bildirmişdir ki, tuneldən sonra sağ tərəfə dönəcəyi üçün sağa dönmə işarəsini vermiş və qarşısındakı avtomobilin arxasından sağ tərəfə çıxan anda həmin piyadanı görmüşdür. Əyləcə basmağına baxmayaraq avtomobili saxlaya və hadisədən yan keçə bilməmiş, nəticədə piyadanı vurmuşdur. Hadisə zamanı havanın işıqlı vaxtı olmuş, artıq səhər açılmış, yağmurlu və dumanlı olmamış, yəni açıq hava olmuşdur. Hadisə zamanı hadisənin şahidi idarə etdiyi avtomobildə bacısı Zülfiyyə, bacısının 10 yaşlı oğlu və özünün 9 yaşlı oğlu olmuşdur. Sonradan yaxınlıqda xidmətdə olan polis əməkdaşları və ətrafda yoldan keçən şəxslər toplaşmışlar. Onları yoldan keçən şəxslər olduğundan onları tanımadığını bildirmişdir. Hadisə zamanı özü və idarə etdiyi avtomobildə olan sərnişinlər xəsarət almadığını, hadisədən əvvəl spirtli içki qəbul etmədiyini, bundan başqa ümumiyyətlə spirtli içki qəbul etmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, qəza ondan asılı olmayan səbəblərdən baş vermiş, əməlindən peşmandır, zərərçəkmişin hüquqi varisinə dəymiş ziyanı tam ödəmiş və ona qarşı şikayət və tələbi yoxdur. Bütün bunların nəzərə alınmasını xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Əliyeva Hicran Vaqif qızı göstərdi ki, hal-hazırda Bakı şəhəri, Elşad Bünyadov küçəsi ev 9-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. X3 anasıdır. Anası da onlarla birlikdə yaşamışdır. X6 Bakı şəhəri, Səbail rayonu ərazisində camaçırxanada işləmişdir. Hər gün anası səhər tezdən evdən çıxıb avtobuslarla işə gedib axşam saat təxminən 22 radələrində evə gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 07:30 radələrində evdən çıxmışdır. O, anasını yol salmış və yenidən yatmışdır. Təxminən saat 09:15 radələrində qonşular ona anasının yolu keçmək istəyərkən maşının vurduğu barədə xəbər vermişlər. O, tez küçəyə qaçmış və görmüşdür ki, küçədə heç bir hadisə və adamlar yoxdur, yolun digər tərəfində polis avtomobili dayandığını görmüş və həmin polis avtomobilinə yaxınlaşıb onlardan səhər saatlarında həmin yolda yol nəqliyyat hadisəsi baş verib-verməməyi soruşmuşdur. Polis əməkdaşları ona bildirmişlər ki, səhər saat təxminən 07:50 radələrində bir qadını avtomobil vurmuşdur, həmin qadın aldığı xəsarətlərdən vəfat etmişdir, sonra onu Mərdəkan qəsəbəsindəki morqa aparmışlar. H.Əliyeva da bundan sonra evə getmiş və evdəkilərə xəbər vermişdir. Ondan sonra ailə üzvləri ilə birlikdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən morqa getmişlər. Anasının meyidi orada olmuşdur, anasının meyidini oradan çıxardıb dəfn olunması üçün aparmışlar. xx.xx.2023-cü il tarixli ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. İbtidai istintaq şahid qismində dindirilən Şahid göstərdi ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Musayev küçəsi ev 14-də ailəsi ilə birlikdə yaşayır. Atasının evinin həyəti böyük olduğuna görə onun evi də həmin həyətdədir. 10 yaşlı oğlu Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbdə oxuyur. Qaraşı Ruslanın da 9 yaşlı oğlu həmin məktəbdə oxuduğuna görə hər gün qardaşı onları səhər vaxtı məktəbə aparır. Bəzən özü də onlarla gedir. xx.xx.2022-ci il tarixdə səhər tezdən qardaşı öz oğlu ilə birlikdə özünün VAZ 2107 markalı **-BV-*** qeydiyyat nömrəli minik avtomobili ilə onu və oğlunu götürüb məktəbə yola düşmüşlər. X7 rayonu, Buzovna qəsəbəsi ərazisində, Buzovna-Zuğulba şossesi, Zuğulba qəsəbəsi istiqamətində avtomobili yolun soldan ikinci zolağında hərəkətdə olarkən avtomobillər üçün nəzərdə tutulmuş Buzovna tuneli adlanan yeraltı tunelə təxminən 100-150 metr qalmış tuneldən sonra sağ tərəfə, yəni məktəb yoluna dönmək üçün qarşısında hərəkətdə olan markasını xatırlamadığı avtomobilin arxasından çıxıb sağ tərəfə, yəni soldan üçüncü zolağa manevr etmişdir. Bu zaman o, hansı sürətlə hərəkət etdiyini bilməmişdir. Üçüncü zolaqda görmüşdür ki, bir nəfər piyada qadın yolu sağdan sola doğru keçmək istəyir və keçə bilmədiyi üçün geri çəkilir. Ruslan ani olaraq avtomobili sağ tərəfə manevr etmiş, bu zaman artıq aralarında 7-8 metr məsafə olmuşdur. Ruslan həmin piyadanı keçə bilmədiyinə görə avtomobilin qabaq hissəsi ilə onu vurmuş və piyada onlardan sol tərəfə düşmüşdür. O və uşaqlar avtomobilin içərisində qorxduğundan qışqırmış və Ruslan avtomobili yolun sağ tərəfinə çəkib körpünün üstündə saxlamışdır. Onlar həyəcanlı vəziyyətdə avtomobildən düşmüşlər, uşaqlar qorxdurğundan o, uşaqların yanında qalmış, Ruslan isə piyadaya yaxınlaşmışdır, lakin Ruslan çox həyəcanlı olduğundan orada sonradan toplaşan şəxslər onu yaxına buraxmamışlar. Dərhal polis əməkdaşları yaxınlaşaraq piyadanı yolun sağ kənarına çəkmişlər. Orada kimsə TTYS-na zəng vurub məlumat verdikdən sonra həkimlər gəlmişlər və həmin piyadaya baxdıqdan sonra onun artıq öldüyünü bildirmişlər. Şahid qohumlarına zəng edib hadisə yerinə çağırmışdır, qohumlar gəldikdən sonra onu və uşaqları evə aparmışlar. Hadisə zamanı avtomobildə heç kim xəsarət almamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş yol-nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto-cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Bakı-Zuğulba şosesi, Zuğulba qəsəbəsi istiqamətində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 24 oktyabr 2022-ci il tarixli 2/26038 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 01 noyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 160 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1955-ci il təvəllüdlü X1 meyitinin məhkəmə-tibb ekspertizasına və laborator müayinələrin nəticələrinə əsasən, hadisə haqda məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Мərhum E.A.Əliyevanın meyitində aşkar edilmiş xəsarətlər — sağ budun geniş əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin hematoması, hər iki göz qapaqlarının qançırı, sol göz almasının ağlı qişasının qansıması, sol gözaltı nahiyyənin, sağ və sol dirsək nahiyyəsinin, sağ və sol budun, sağ və sol baldırın qançırları, burunun və alt çənənin, döş qəfəsinin ön-arxa səthinin aşağı üçdə birindən qarın və bel nahiyyələrini əhatə etməklə geniş ölçülü dairəvi sürtünmə xarakterli sıyrıqları, ağır travmatik və hemorragik şokla müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, burun sümüyünün qapalı sınığı, alt çənə sümüyünün qapalı sınığı, qapalı onurğa stünu — boyun fəqərələri onurğa beyni travması, Vİ-Vİİ boyun fəqərələrinin qapalı, yerdəyişən sınıqları, döş sümüyünün orta üçdə birinin qapalı sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ, Vİİ, İX və sağ İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük və arxa qoltuqaltı xətt üzrə qapalı, yerdəyişən sınıqları, sağ və sol qalça və qasıq sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ və sol said sümüklərinin qapalı, yerdəyişən sınığı, sağ və sol baldır sümüklərinin qapalı, yerdəyişən sınıqları, daxili qanitirmə ilə nəticələnmiş ağciyərlərin və qaraciyərin cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2.Mərhum E.A.Əliyevanın ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur (məhkəmə-histoloji müayinə aktı N 2117, xx.xx.2022). 3.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum E.A.Əliyevanın meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. 4.Mərhum E.A.Əliyevanın meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı N3944/K, xx.xx.2022). İş materiallarında olan ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Əliyeva Hicran Vaqif qızı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxsa qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 19 dekabr 2022-ci il tarixli 8/3087 saylı ekspert rəyindən görünür ki,
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə “X4n” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimu hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətdən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X4” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan qərardan görünür ki, 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərəçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmadığın Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2107” markalı **-BV-*** qeydiyyat nömrəli avtomobil R. Mirzəyevə təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Əliyeva Hicran Vaqif qızına dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2107” markalı **-BV-*** qeydiyyat nömrəli avtomobil R. Mirzəyevə təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Əliyeva Hicran Vaqif qızına dəymiş maddi ziyanın tam ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev