Məhkəmə qərarları › İş №1(003)-247/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-247/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-247/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 yanvar 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanusuz daxil olaraq oradan hər birinin dəyəri 500 manat təşkil edən 2500 manat dəyərində 05 ədəd dəmir qapını, hər birinin dəyəri 100 manat təşkil edən 400 manat dəyərində 4 ədəd 3x4 metr ölçülü dəmir listi, hər birinin dəyəri 2 manat təşkil edən 100 manat dəyərində 50 ədəd 1 metr uzunluğunda armaturu, hər birinin dəyəri 100 manat olan 300 manat dəyərində 03 ədəd pəncərə üçün arka karkası gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2022-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan hər metrinin dəyəri 3 manat təşkil edən 210 manat dəyərində 70 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar massivində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan hər metrinin dəyəri 3 manat təşkil edən 210 manat dəyərində 70 metr uzunluğunda elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq sayğacdan evə çəkilmiş hər bir metrinin dəyəri 3 manat olan 90 manat dəyərində 30 metr uzunluğunda elektrik naqilini, evin divarlarına çəkilmiş vəziyyətdə olan hər metrinin dəyəri 0,80 manat olan 160 manat dəyərində 02 bağlama, yəni 200 metr uzunluğunda «Aknur kablo 1x4mm» yazısı olan göy rəngli elektrik naqilini yerindən dartıb çıxarmaqla, eləcə də həmin evdən istifadə olunmamış hər metrinin dəyəri 0,80 manat olan 160 manat dəyərində 02 bağlama, yəni 200 metr uzunluğunda «Aknur kablo 1x4mm» yazısı olan göy rəngli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq 2 sahəsində yerləşən yaşayış sahəsi olan yeni tikilmiş evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq həyətdə yerləşən evin plastik pəncərəsini açmaqla evə daxil olub divarlara çəkilmiş hər metrinin dəyəri 0,80 manat olan 240 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Aknur kablo 1x4mm» yazısı olan göy rəngli elektrik naqilini, hər metrinin dəyəri 0,60 manat olan 180 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Yıldız kablo 1x2,5mm» yazısı olan sarı rəngli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 420 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 04 yanvar 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt ikimərtəbəli həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdə yerləşən 5 ədəd dəmir qapı, dəmir list, armaturlar və pəncərə üçün armaturdan düzəlmiş karkas arkalar diqqətini cəlb etdiyindən həmin əşyaları oğurlamağı dəqiqləşdirmişdir. Bu məqsədlə həmin əşyaları hissə-hissə həyətin giriş qapsının yaxınlığına daşıyıb həyətdən çölə çıxartmışdır. Daha sonra həmin əşyaları həmin evdən bir qədər kənara daşıyıb səhərin açılmasını gözləmişdir. Hava işıqlaşandan sonra yola tərəf gedib oradan keçən tanımadığı və dövlət qeydiyyat nişanı yadında qalmayan «Qazel» markalı avtomobilin sürücüsünə yaxınlaşıb yükünün olduğunu və daşımaq lazım olduğunu bildirib oğurladığı əşyaların yanına gətirmişdir. Həmin əşyaları qeyd olunan «Qazel» markalı avtomobilə yükləyib Sabunçuda yerləşən «Rus Bazarı» deyilən yerə aparmış və «Qazel»in sürücüsünə 30 manat xidmət haqqı verib yola salmışdır. Qeyd olunan əşyaları isə «Rus bazarı»nda tanımadığı şəxslərə satıb əldə etdiyi 400 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 07 fevral 2022-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar massivində yerləşən başqa bir həyət evinin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdən işıq sayğacından evə çəkilmiş qalın elektrik naqilini kəsib özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan sonra 07 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar massivində yerləşən başqa bir həyət evinin də həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdən işıq sayğacından evə çəkilmiş qalın elektrik naqilini kəsib özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərinin hamısını çöllük sahədə yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə ümumilikdə 80 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 08 fevral 2022-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmışdır. Həmin vaxt iki mərtəbəli həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olmuşdur. Həmin həyətdən işıq sayğacından evə çəkilmiş qalın elektrik naqilini kəsib özü ilə gətirdiyi kisəyə yığmışdır. Daha sonra həyətdə yerləşən evə birinci mərtəbəsindəki plastik pəncərəni vintaçanla açıb daxil olmaqla evin birinci və ikinci mərtəbəsindən divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüşdür. Eləcə də evdə olan 2 top elektrik naqilini də götürüb özü ilə gətirdiyi həmin kisəyə yığaraq gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərinin hamısını çöllük sahədə yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə ümumilikdə 120 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 09 fevral 2022-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmışdır. Həmin vaxt iki mərtəbəli həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə açıq darvaza yerindən keçməklə daxil olmuşdur. Həmin həyətdə yerləşən evə birinci mərtəbəsindəki plastik pəncərəni vintaçanla açıb daxil olmaqla evin birinci və ikinci mərtəbəsindən divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürərək özü ilə gətirdiyi kisəyə yığıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərinin hamısını çöllük sahədə yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə ümumilikdə 30 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 03 yanvar 2022-ci il tarixdə, saat 21:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 04 yanvar 2022-ci il tarixdə, saat 10:00 radələrində yenidən həmin ünvana gəlib həyətə daxil olarkən məlum olmuşdur ki, evin həyətində olan hər birinin dəyəri 500 manat təşkil edən 2500 manat dəyərində 05 ədəd dəmir qapını, hər birinin dəyəri 100 manat təşkil edən 400 manat dəyərində 4 ədəd 3x4 metr ölçülü dəmir listi, hər birinin dəyəri 2 manat təşkil edən 100 manat dəyərində 50 ədəd 1 metr uzunluğunda armaturun, hər birinin dəyəri 100 manat olan 300 manat dəyərində pəncərə üçün arka karkasını oğurlanmışdır. Belə ki, həyətə qanunsuz daxil olan naməlum şəxs qeyd olunan ünvandan həmin əşyaları oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3300 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 06 fevral 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 07 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində yenidən həmin ünvana gələrkən ona məlum olmuşdur ki, evin həyətinə daxil olan naməlum şəxs və ya şəxslər həyətdən ümumi dəyəri 500 manat olan 70 metr uzunluğunda 6-lıq elektrik naqilini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 06 fevral 2022-ci il tarixdə axşam saatlarında evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 07 fevral 2022-ci il tarixdə, saat 18:30 radələrində yenidən həmin ünvana gələrkən ona məlum olmuşdur ki, evin həyətinə daxil olan naməlum şəxs və ya şəxslər həyətdən ümumi dəyəri 500 manat olan 70 metr uzunluğunda 6-lıq elektrik naqilini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsi, yeni yaşayış sahəsində yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 2022-ci ilin yanvar ayının sonlarında həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 09 fevral 2022-ci il tarixdə, saat 21:00 radələrində yenidən həmin ünvana gələrkən ona məlum olmuşdur ki, evin həyətinə daxil olan naməlum şəxs və ya şəxslər elektrik sayğacından evə gələn iki damarlı hər bir metrinin dəyəri 15 manat olan 450 manat dəyərində 30 metr uzunluğunda 10-luq elektrik naqilini oğurlamışdır. Daha sonra həmin həyətdə olan evə baxarkən məlum olmuşdur ki, evə plastik pəncərəni açmaqla daxil olan naməlum şəxs və ya şəxslər evin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə və evdə olan istifadə olunmamış 2 bağlama elektrik naqilini oğurlamışdır. Oğurlanmış həmin elektrik naqilləri ümumilikdə 4 bağlama olmuşdur. Həmin elektrik naqilləri 4 mm-lik olmuş, hər bağlamasını 70 manata olmaqla ümumilikdə 280 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 730 manat məbləğində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq-2 yaşayış sahəsində yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 08 dekabr 2021-ci il tarixdə, saat 20:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 09 dekabr 2021-ci il tarixdə, saat 10:00 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açıb içəri daxil olmaq istəyərkən evin giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərənin açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs və ya şəxslər evin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə oğurlayıb çıxıb getmişdir. Oğurlanmış elektrik naqilləri ümumilikdə 6 bağlama olmuşdur. Beləki həmin elektrik naqillərinin 3 bağlaması 2,5 mm-lik, 3 bağlaması isə 4 mm-lik olmuşdur. 2,5 mm-lik elektrik naqilinin hər bağlamasını 45 manata olmaqla ümumilikdə 135 manata, 4 mm-lik elektrik naqilinin hər bağlamasını 55 manata olmaqla 165 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 300 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022ci il tarixli, 9/1053 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki,

1. 1 ədəd üzəri izolyasiyalı, ağ rəngli, 2 damarlı ümumi diametri 1,7 sm diametrli, 2x6 mm, mis tərkibli elektrik naqilin – 1 metri 3,0 manat;

2. 1 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm sözləri olan 93 sm uzunluğunda, üzəri izolyasiyalı, mis tərkibli elektrik naqilin - 1 metri 0,80 manat;

3. 1 ədəd sarı rəngli üzərində «Yıldız Kablo» 1x2,5 mm sözləri olan 26 sm uzunluğunda, üzəri izolyasiyalı, mis tərkibli elektrik naqilin - 1 metri 0,60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25.02.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş Məmmədov X4 Rayon Məhkəməsinin 14.01.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 120 saat müddətinə ictimai işlər cəzası təyin olunmuşdur. Əzizbəyov Rayon Məhkəməsinin 12.06.2003-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 28.01.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 28.03.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 23.10.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin 26.04.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 15.01.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 10.04.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 20.10.2017-ci il tarixli 816 VQD saylı qanunu tətbiq edilərək, AR CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, AR CM-nin 177.2.3 və 177.2.3-cü maddələri 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 14.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 10.02.2022-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 11.02.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10.02.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri isə nəzərə alınmışdır. İş materiallarında olan 11.02.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq hadisəsi yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 10.02.2022-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli, 2 damarlı elektrik naqili, 01 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqili, 1 ədəd sarı rəngli üzərində «Yıldız Kablo» 1x2,5 mm yazısı olan elektrik naqili nümunələri götürülmüşdür. İş materiallarında olan 11.04.2022-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər cinayət işi üzrə əldə olunmuş 01 ədəd ağ rəngli, 2 damarlı elektrik naqili, 01 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqili, 01 ədəd sarı rəngli üzərində «Yıldız Kablo» 1x2,5 mm yazısı olan elektrik naqili nümunələrinə baxış keçirtmişlər və zərər çəkmiş şəxs X5 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin evindən oğurlanmış naqildən olduğunu bildirdi. Belə ki, 1 bağlama, yəni 100 metr uzunluğunda göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin oğurlanmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd ağ rəngli, 2 damarlı elektrik naqilinin evindən oğurlanmış naqildən olduğunu bildirdi. Belə ki, evindən 70 metr uzunluğunda həmin elektrik naqilindən oğurlanmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd ağ rəngli, 2 damarlı elektrik naqilinin evindən oğurlanmış naqildən olduğunu bildirdi. Belə ki, evindən 70 metr uzunluğunda həmin elektrik naqilindən oğurlanmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd ağ rəngli, 2 damarlı elektrik naqilinin, 01 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin evindən oğurlanmış naqillərdən olduğunu bildirdi. Belə ki, 4 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 400 metr uzunluğunda göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin oğurlanmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin, 01 ədəd sarı rəngli üzərində «Yıldız Kablo» 1x2,5 mm yazısı olan elektrik naqilinin evindən oğurlanmış naqillərdən olduğunu bildirdi. Belə ki, 3 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 300 metr uzunluğunda göy rəngli üzərində «Aknur Kablo» 1x4 mm yazısı olan elektrik naqilinin, 3 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 300 metr uzunluğunda göy rəngli üzərində «Yıldız kablo» 1x2,5 mm yazısı olan elektrik naqilinin oğurlanmasını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 10.04.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs 20.10.2017-ci il tarixli 816 VQD saylı qanunu tətbiq edilərək, AR CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, AR CM-nin 177.2.3 və 177.2.3-cü maddələri 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 14.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 01 ədəd üzəri izolyasiyalı, ağ rəngli, 2 damarlı ümumi diametri 1,7 sm olan, 2x6 mm ölçülü, mis tərkibli elektrik naqilinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan üzərində “Aknur Kablo” 1x4 mm yazısı olan üzəri izolyasiyalı, mis tərkibli elektrik naqili və 1 ədəd üzərində “Yıldız Kablo” 1x2,5 mm yazısı olan üzəri izolyasiyalı, mis tərkibli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut olan 01 ədəd üzəri izolyasiyalı, ağ rəngli, 2 damarlı ümumi diametri 1,7 sm olan, 2x6 mm ölçülü, mis tərkibli elektrik naqilinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın . Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan üzərində “Aknur Kablo” 1x4 mm yazısı olan üzəri izolyasiyalı, mis tərkibli elektrik naqili və 1 ədəd üzərində “Yıldız Kablo” 1x2,5 mm yazısı olan üzəri izolyasiyalı, mis tərkibli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs5 qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saata görə 30 (otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar