Məhkəmə qərarları › İş №1(003)-248/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-248/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-248/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 27 avqust 1985-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xızı rayonu, Yeni Yaşma ərazi dairəsi, Yeni Yaşma kəndində qeydiyyatda olan və yaşamış, Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni xalis çəkisi - 1,007 qram dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini əldə edib daşıyaraq özünə məxsus ərzaq məhsullarını yığılan sellofan paketdəki 992 qram düyü məhsulunun tərkibinə qarışdırmaqla gizlədərək saxlamışdır. 24 yanvar 2022-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus və qardaşı Şahid4 Aloksat oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan 992 qram düyü məhsulunun tərkibinə qarışdırılmış 01 ədəd bükümdə qeyd olunan çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 2021-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhərində tanımadığı şəxsdən 30 manat pula 01 büküm metamfetamin alıb bir hissəsini Xızı rayonu, Yeni Yaşma kəndində yaşadığı evdə istifadə etmiş, bir hissəsini isə düyünün tərkibinə qatmışdır. Həmin ünvanda yerləşən ona və atasına məxsus evlər ayrı olsa da, evlər bir həyətdə yerləşir. Lakin sonradan Sumqayıt şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən tutulduğundan metamfetamini istifadə edə bilməmişdir. 3 saylı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə ağrıları olduğundan qardaşından evində olan əşyalarını, eləcə də ərzaqlarını gətirməsini xahiş etmişdir. Lakin qardaşına düyünün tərkibində metamfetamin olduğunu deməmişdir. 24 yanvar 2022-ci il tarixdə qardaşı Şahid4 onun üçün sovqat gətirərkən 3 saylı İstintaq Təcridxanasında nəzarətçilər tərəfindən keçirilən baxış zamanı sovqatda olan düyünün tərkibindəki metamfetamin aşkar olunmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 Nəzarət şöbəsinin nəzarətçisi vəzifəsində işləyir. 24 yanvar 2022-ci il tarixdə, saat 17:10 radələrində axtarış otağında dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs qardaşı Şahid4 Aloksat oğlunun gətirdiyi sovqata baxış keçirilərkən sellofan paketdəki düyüyə qarışdırılmış kristal şəkilli narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Şahid4 həmin maddədən məlumatı olmadığını demişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 Nəzarət şöbəsinin nəzarətçisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid4 Aloksat oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Seymur ilə bir həyətdə ayrı-ayrı evlərdə yaşayırlar. 23 yanvar 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasında saxlanılan qardaşı Seymurla telefon ilə danışarkən evində olan əşyaları və ərzaq məhsullarını təcridxanaya gətirməsini xahiş etmişdir. O, da Seymurun evindən dediyi əşyaları götürüb 24 yanvar 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına getmişdir. Orada sovqata baxış zamanı sellofan paketdəki düyünün tərkibinə qarışdırılmış ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Nəzarətçilər həmin maddənin narkotik vasitəyə bənzər maddə olduğunu bildirmişlər. Lakin o, Seymura məxsus əşyaların içərisində narkotik vasitə olmasından məlumatı olmadığını demişdir. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində göstərmişdir ki, 3 saylı İstintaq təcridxanasında təsərrüfat briqadasında saxlanılır. 24 yanvar 2022-ci il tarixdən, saat 17:10 radələrində onun, digər hal şahidinin və nəzarətçilərin iştirakı ilə təcridxanada həbsdə saxlanılan Təqsirləndirilən şəxs qardaşı Şahid4 Aloksat oğlu tərəfindən gətirilmiş sovqata baxış zamanı sellofan paketdəki düyüyə qarışdırılmış narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. 06 iyun 2022-ci il tarixdə məhkəməyə Şahid3 ərizəsi daxil olmuşdur. Ərizədə istintaqa zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2022-ci il tarixli, 6/473 nömrəli arayışından görünür ki, “təqqiqata təqdim edilmiş üzərində «...həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs qardaşı vət.Şahid4 Aloksat oğlunun gətirdiyi sovqatda olan...» və.s qeydli kağız paketdəki 01 ədəd polietilen torbaya qablaşdırılmış 992 qram çəkidə düyü məhsulunun tərkibində ümumi təmiz çəkisi 1,007 qram psixotrop maddə metamfetamin müəyyən edildi. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir”. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,957 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2022-ci il tarixli, 6/710 nömrəli rəyindən görünür ki, “təqqiqata təqdim edilmiş üzərində «...həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs qardaşı vət.Şahid4 Aloksat oğlunun gətirdiyi sovqatda olan...» sözləri olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 0,957 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir”. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,907 qram qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji Mərkəzi Publik hüquqi şəxsin 31 mart 2022-ci il tarixli, 1494 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 04 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 27 avqust 1985-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs - Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 dekabr 2011-ci il tarixli qərarı ilə cəzası 6 ilə endirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1120 saylı Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 07 noyabr 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 10 ma 2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 07 noyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, əməlini etiraf etməsini və səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hazırki əməli Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarından əvvəl törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumununun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti cəzası təyin edilməli və cəzasının əvvəli 07 noyabr 2021-ci il tarixdən hesab edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi N.Şirinovun 11 aprel 2022-ci il tarixli qərarından görünür ki, Şahid4 Aloksat oğlunun gətirdiyi sovqatdan aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,907 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Şahid4 Aloksat oğlunun gətirdiyi sovqatdan aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,907 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 190,90 (yüz doxsan manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt, Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkil X2, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla o, qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 07 noyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Şahid4 Aloksat oğlunun gətirdiyi sovqatdan aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminin ekpertizadan sonrakı qalığı 0,907 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə 190,90 (yüz doxsan manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X2 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar