Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-25/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, subay, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsində fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmamış, subay, natamam orta təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 4 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 mart 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 60 manat dəyərində olan 1 ədəd qaldırıcını, 15 manat dəyərində olan 50 metr uzunluğunda izolyasıya borusunu, 30 manat dəyərində olan 1 ədəd elektrik şitini, ümumilikdə 120 manat dəyərində olan 40 ədəd elektrik keçəcəyini, ümumilikdə 20 manat dəyərində olan 50 ədəd plastik boru dirsəklərinin, 20 manat dəyərində 1 ədəd dəmir çəkici, 10 manat dəyrində 1 ədəd su tərəzisini götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə ümumilikdə 275 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq evin elektrik xəttinin suvaqaltı çəkilmiş 4 mm-lik mis metaldan olan, ümumilikdə 2000 manat dəyərində naqillərini çıxarıb götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə eyni miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2021-ci il tarixdə saat 03 radələrində Heydər Əliyev prospektinin “Hava limanı” körpüsündən şəhər mərkəzi istiqamətində təxminən 700-800 metr aralıdakı hissəsində yerləşən dövlət əhəmiyyətli Bakı şəhər İcra hakimiyyəti "xxxx" elektrik şəbəkə müəssisəsinin balansında olan işıq dirkələrini enerji ilə təmin edən“NYY4” 25 mm-lik mis kabelin 3005 manat dəyərində olan 120 metr uzunluğunda hissəsini özləri ilə gətirdikləri kəlbətin vasitəsilə kəsib götürməklə gizli olaraq talayaraq zərər çəkmiş hüquqi şəxsə eyni miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 may 2021ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin zirzəməsinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 450 manat dəyərində 300 metr uzunluğunda mis metaldan olan naqili və ümumi dəyəri 135 manat olan 3 ədəd, aliminium metaldan olan profilləri götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə ümumilikdə 585 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2021ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan suvaqaltı çəkilmiş dəyəri 450 manat olan 300 metr uzunluğunda mis metaldan olan naqilləri, 150 manat dəyərində 1 ədəd laqondanı, 150 manat dəyərində 1 ədəd preparatoru, 50 manat dəyərində 1 ədəd dreli, 200 manat dəyərində 1 ədəd boru birləşdirən ütünü götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2021ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd preparatoru, hər biri 150 olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd laqondanı, 1 metri 0,70 manat olmaqla ümumi dəyəri 350 manat olan 500 metr uzunluğunda mis metal naqilləri gizli yolla talamaq istəyərkən ev sahibi tərəfindən yaxalandıqlarına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 mart 2021-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 60 manat dəyərində olan 1 ədəd qaldırıcını, 15 manat dəyərində olan 50 metr uzunluğunda izolyasıya borusunu, 30 manat dəyərində olan 1 ədəd elektrik şitini, ümumilikdə 120 manat dəyərində olan 40 ədəd elektrik keçəcəyini, ümumilikdə 20 manat dəyərində olan 50 ədəd plastik boru dirsəklərinin, 20 manat dəyərində 1 ədəd dəmir çəkici, 10 manat dəyrində 1 ədəd su tərəzisini götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə ümumilikdə 275 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 mart 2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq evin elektrik xəttinin suvaqaltı çəkilmiş 4mm-lik mis metaldan olan, ümumilikdə 2000 manat dəyərində naqillərini çıxarıb götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə eyni miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2021-ci il tarixdə saat 03 radələrində Heydər Əliyev prospektinin “Hava limanı” körpüsündən şəhər mərkəzi istiqamətində təxminən 700-800 metr aralıdakı hissəsində yerləşən dövlət əhəmiyyətli Bakı şəhər İcra hakimiyyəti "xxxx" elektrik şəbəkə müəssisəsinin balansında olan işıq dirkələrini enerji ilə təmin edən “NYY4” 25 mm-lik mis kabelin 3005 manat dəyərində olan 120 metr uzunluğunda hissəsini özləri ilə gətirdikləri kəlbətin vasitəsilə kəsib götürməklə gizli olaraq talayaraq zərər çəkmiş hüquqi şəxsə eyni miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 may 2021ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin zirzəməsinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 450 manat dəyərində 300 metr uzunluğunda mis metaldan olan naqili və ümumi dəyəri 135 manat olan 3 ədəd, aliminium metaldan olan profilləri götürməklə gizli olaraq talayaraq, zərər çəkmiş şəxsə ümumilikdə 585 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2021ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan suvaqaltı çəkilmiş dəyəri 450 manat olan 300 metr uzunluğunda mis metaldan olan naqilləri, 150 manat dəyərində 1 ədəd laqondanı, 150 manat dəyərində 1 ədəd preparatoru, 50 manat dəyərində 1 ədəd dreli, 200 mant dəyərində 1 ədəd boru birləşdirən ütünü götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2021ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus yeni inşa edilmiş fərdi yaşayış evinin həyətə açılan pəncərəsini açıb içəri qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd preparatoru, hər biri 150 olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd laqondanı, 1 metri 0,70 manat olmaqla ümumi dəyəri 350 manat olan 500 metr uzunluğunda mis metal naqilləri gizli yolla talamaq istəyərkən ev sahibi tərəfindən yaxalandıqlarına görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına cəhd edilməsi ilə bağlı cinayət əməllərini o, digər Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Lakin, ittiham aktında qeyd edilən digər epizod üzrə oğurluqdan xəbəri yoxdur. Həmin epizodu etiraf etmələri üçün onlara təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına cəhd edilməsi ilə bağlı cinayət əməllərini o, digər Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmişdir. Lakin, ittiham aktında qeyd edilən digər epizod üzrə oğurluqdan xəbəri yoxdur. Həmin epizodu etiraf etmələri üçün onlara təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, və yetkinlik yaşına çatmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Buzovna qəsəbəsi, Çiləgər massivində təmirdə olan 2 mərtəbəli evi vardır. Özü həmin evinə mütəmadi olaraq gedib baş çəkmişdir. 07.03.2021-ci il tarixdə evinə getmiş hər şeyin yerində olduğunu görmüşdür. Lakin, bir ay sonra yəni 07.04.2021ci il tarixdə saat 08 radələrində yenidən həmin evə gedərkən evin 1-ci mərtəbədəki qonaq otağının pəncərəsinin açıq olduğunu görmüş, evə daxil olarkən aşkar etmişdir ki, bir müddət əvvəl oraya qoyduğu 1 ədəd dəyəri 60 manat olan qaldırıcı, hər metri 0,30 manat olmaqla ümumilikdə 15 manat olan 50 metr uzunluğunda izolyasiya borusu, 1 ədəd dəyəri 30 manat olan elektirik şiti, hər birinin dəyəri 3 manat olmaqla ümumilikdə 120 manat dəyərində 40 ədəd elektrik keçəcəyi, hər birinin dəyəri 0,40 manat olmaqla ümumilikdə 20 manat dəyərində 50 ədəd plastik boru dirsəkləri, 1 ədəd dəyəri 20 manat olan dəmir çəkic, 1 ədəd dəyəri 10 manat olan su tərəzisi yerində yoxdur. Dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq əşyalarının oğurlanması barədə məlumat verdikdən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və evə baxış keçirdikdən sonra o, Xəzər RPİ-nin 2-ci PBnə ərizə ilə müraciət etmişdir. Beləliklə də evindən yuxarıda göstərilən əşyalarının oğulanması nəticəsində ona 275 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 17.03.2021-ci iltarixdə Buzovna qəsəbəsi, Albalı küçəsində tikilməkdə olan 3 mərtəbəli evinə getmiş, orada qoyduğu tikinti materiallarının və alətlərin yerində olduğunu yoxlayıb getdikdən sonra növbəti dəfə 25.03.2021-ci il tarixdə saat 16:30 radələrində anası Firəngiz Cəfərova ilə birlikdə həmin evə gələrkən həyətə daxil olduqda evin qapısının sol tərəfində yerləşən plastik pəncərənin açıq olduğunu görmüşdür. Həmin pəncərədən içəri baxdıqda isə evin içində olan elektirik naqillərinin yerində olmadığını görüb dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Sonra şəxsi işi əlaqədar olaraq oradan getdiyinə görə hadisə yerinə gəlmiş polis əməkdaşları anasının iştirak ilə hadisə yerinə baxış keçirmiş, həmin hadisə ilə bağlı ərizəni də anası vermişdir. Evindən oğurlanmış naqillərin ümumi dəyəri 1000 manat olduğuna görə ona həmin həmin miqdarda maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yeni yaşayış massivində həyəti daş hasarlı olan, kürsülü fərdi yaşayış evi tikdirmiş, ev istismara hazır olsa da bəzi tamamlama işləri aparıldığına görə orada yaşayış olmamışdır. Vaxtaşırı isə həmin evə gedib nəzarət etmişdir. Sonuncu dəfə 11.08.2021-ci il tarixdə oraya gedərkən görmüşdür ki, evin zirzəmisinin həyətə açılan, plastik materialdan olan nəfəsliyi açılmışdır. Sonra o, evə daxil olmuş nəfəsliyi açılmış zirzəmiyə keçərkən oraya qoymuş olduğu 300 metr uzunluğunda topa halında olan 4 mm-lik naqil və aliminium metaldan olan 3 ədəd profillərin yerində olmadığını görmüşdür. Bununla da həmin nəfəsliyi naməlum şəxs və ya şəxslərin açıb, oradan zirzəmiyə daxil olduğunu və oradan göstərilən naqillər ilə profilləri götürdüklərini başa düşmüşdür. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək evindən oğurluq olması barədə məlumat vermiş və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları oraya gələrək hadisə yerinə baxış keçirdikdən sonra evindən olan oğurluq hadisəsi barədə rəsmi ərizə vermişdir. Evindən oğurlanmış naqilləri bir metrini 1,5 manatdan olmaqla 450 manata 3 ədəd profillərin hər birini isə 45 manatdan olmaqla 135 manata aldığına görə də oğurluq nəticəsində ona cəmi 585 manat maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 09.05.2021-ci il tarixdə saat 20 radələrinədək oğlu Şahid1 və kürəkəni Şahid2 ilə ona məxsus olan, Bakı şəhəri Zəxər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış sahəsindəki, yeni tikdirdiyi 2 mərtəbəli fərdi yaşayış evində təmir quraşdırma işləri aparandan sonra özünün hazırda yaşadığı başqa ünvandakı evinə getmiş, ertəsi gün yəni 10 may 2021-ci il tarixdə saat 16 radələrində həmin şəxslərlə birlikdə evinə gələrkən, orada saxladığı müxtəlif inşaat materialları və tikinti alətlərinin arasından dəyəri 450 manat olan 300 metr uzunlğunda mis metaldan olan naqillərin, 150 manat dəyərində 1 ədəd laqondanın, 150 manat dəyərində 1 ədəd preparatorun, 50 manat dəyərində 1 ədəd drelin, 200 manat dəyərində 1 ədəd boru birləşdirən ütünün oğurlandığını görmüşlər. Onlar göstərilən əşyaları oğurlayan şəxslərin digər əşyaları da oğurlamağa gələ biləcəklərini nəzərə alaraq onları yaxalamaq məqsədi ilə saat 22 radələrinədək orada gözləmiş, göstərilən saatda iki nəfər şəxsin həyətə daxil olaraq evin giriş qapısının yanındakı pəncərədən içəri daxil olduqlarını gördükdə Vüsal ilə Oruc bu şəxsləri tutub saxlamışlar. Sonra onların verdiyi məlumata əsasən hadisə yerinə Xəzər RPİ-nin 2-ci PŞnin əməkdaşları gəlmiş və həmin şəxsləri PŞ-nə aparmışlar. Orada məlum olmuşdur ki, evinə oğurluğa girmək istəyən şəxslərdən biri 18 yaşlı Təqsirləndirilən şəxs1, digəri isə16 yaşlı Təqsirləndirilən şəxs2dur. Həmin şəxslər bir gün əvvəl də onun evinə gedib yuxarıda göstərilən əşyalarını oğurlamışdır. Beləliklə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 onu evindən birinci dəfə oğurladıqları əşyaların dəyəri 1000 manat olmaqla ona eyni minqdarda ziyan vurmuş, evindən oğurlamağa cəhd etdikləri əşyalar 350 manat dəyərində 1 ədəd preparator, hər biri 150 olmaqla ümumilikdə 300 manat dəyərində 2 ədəd laqonda, 1 metri 0,70 manat olmaqla ümumi dəyəri 350 manat olan 500 metr uzunluğunda mis metal naqillərdən ibarət olmaqla ümumi dəyəri 1000 manat təşikl edir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, 05.04.2021-ci il tarixdə saat 16 radələrində hüquqşünası olduğu Bakı şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisəsinin balansında olan, Bakı şəhəri, Heydər Əliyev prospektinin Hava limanı körpüsündən təxminən 700-800 metr şəhər istiqamətindən aralıda, yolun orta hissəsindəki işıq dirəklərinin enerji ilə təmin edən 120 metr uzunlğunda “NYY4” 25 mm-lik mis tərkibli kabelin oğurlanması barədə məlumat daxil olduqdan sonra, şəbəkənin əməkdaşları hadisə yerinə getmiş məlumatın təsdiq olunduğunu görmüşlər. Sonra həmin kabel aliminium tərkibli kabellə əvəz olunmuşdur. 120 metr uzunluğunda mis tərkibli kabelin ümumi dəyəri 3005 manat təşkil etməkldə, baş vermiş oğurluq nəticəsində təmsil etdiyi hüquqi şəxsə eyni miqdarda maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş hüquqi şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində mal qəbul edən işləmişdir. Hər gün məntəqəyə müxtəlif şəxslər müxtəlif əlvan metallar gətirib satırlar. Hazırki iş üzrə təqsirləndirilən şəxsləri tanımır, onlardan metal qəbul etməmişdir. İbtidai istintaq dövründə vermiş olduğu ifadəsini oxumadan imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisəsinin balansında olan, Bakı şəhəri, Heydər Əliyev prospektinin Hava limanı körpüsündən təxminən 700-800 metr şəhər istiqamətindən aralıda, yolun orta hissəsindəki işıq dirəklərinin yanından taksi ilə keçən zaman həmin ərazidə işığın olmadığını görmüş, maşından düşüb həmin yerə baxış keçirərkən, dirəklər arası məsafəni enerji ilə təmin edən 120 metr uzunlğunda “NYY4” 25mm-lik mis tərkibli kabelin oğurlanmasını aşkar edib idarəyə məlumat vermişdir. Sonra şəbəkənin əməkdaşları hadisə yerinə gəlmiş məlumatın doğru olunduğunu görmüşlər. Sonra həmin elektrik naqili aliminium tərkibli kabellə əvəz olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ərazidə yoxlama işləri onun öhdəliyindədir. Dərhal oğurluq barədə məlumat vermişdir.120 metr uzunluğunda olan elektrik naqili əməkdaşlar tərəfindən dəyişdirilmişdir. Elektrik naqilində həmişə elektrik cərəyanı olur. 120 metr uzuluğunda olan elektrik naqili dəyişdirilən zaman həmin top şəklində olan elektrik naqili çox ağır olmuş, 4 nəfər işçi qaldırıb yolun digər hissəsinə gətirmişdir. 2 nəfər həmin 120 metr uzunluğu olan elektrik naqilini qaldıra bilməz. Hazırki iş üzrə təqsirləndirilən şəxslərin fiziki cəhətdən həmin 120 metr uzunluğu olan elektrik naqilini qaldırması demək olar ki mümkün deyildir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 25.05.2021-ci il tarixli tələbnamədən görünür ki, 27.07.2003-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 15.02.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2005-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. İş materiallarında olan 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı Ruhan Adilbəyli tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına cəhd edilməsi hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərərçəkmiş şəxslərin ifadəsinə, Şahid1 və Şahid2 ifadəsinə, iş materiallarında olan və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına cəhd edilməsi hissəsində cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına cəhd edilməsi hissəsində törədilməsi tam sübuta yetir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 1 epizod yəni, zərər çəkmiş hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisinə məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan zərər çəkmiş hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisinə məxsus 05 aprel 2021-ci il tarixdə saat 03 radələrində Heydər Əliyev prospektinin “Hava limanı” körpüsündən şəhər mərkəzi istiqamətində təxminən 700-800 metr aralıdakı hissəsində yerləşən dövlət əhəmiyyətli işıq dirkələrini enerji ilə təmin edən “NYY4” 25-mm-lik mis kabelin oğurlanması hissəsində təqsirləndirilən şəxslər həmin kabeli oğurlamadığını bildirmişlər. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxslərin ifadəsindən - Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsindən - Şahid3 və Şahid4 ifadələrindən - İfadənin yerində yoxlanılması haqqında protokollardan Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayəti üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər vermiş olduğu ifadələrində həmin oğurluq hadisəsinin onlar tərəfindən törədilmədiyini, bu cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfində onlara təzyiq və təsir edildiyini qeyd etmişlər. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş hüquqi şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, zərər çəkmiş hüquqi şəxs iş üzrə marağı olan şəxsdir və o, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi ona məlum deyildir, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid3 ifadəsinə qiymət verərkən bildirir ki, Şahid3 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı oxşar məzmunlu ifadələr vermiş, belə ki, o, hər iki ifadəsində oğurluq hadisəsini müəyyən etdiyini, bu barədə müəssisəyə məlumat verdiyini, həmin oğurlanmış 120 metrlik elektrik naqili müəssisənin əməkdaşları tərəfindən dəyişdiyini qeyd etmişdir. Lakin, məhkəmə istintaqı zamanı verilmiş sualara cavab olaraq bildirmişdir ki, həmin elektrik naqilində həmişə eletrik cərəyanı olmuş, 120 metrlik elektrik naqilinin çəkisi çox ağır olmuş, müəssisənin əməkdaşları tərəfindən dəyişdirilən zaman 4 nəfər işçi tərəfindən qaldırılaraq yolun əks tərəfinə daşınılmışdır.Həmçinin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən 120 metrlik həmin elektrik naqilinin qaldırılmasının mümkün olmamasını qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid4 ifadəsinə qiymət verərkən bildirir ki, Şahid4 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı oxşar məzmunlu ifadələr verdiyini, lakin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin kompyuter vasitəsi ilə yazıldığını, həmin ifadəni isə oxumadam imza atdığını bildirmişdir. İttiham aktında və Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində hazırki iş üzrə təqsirləndirilən şəxslərdən məftillər və yandırılmış mis naqillər aldığı qeyd edilmişdir. Lakin, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsləri tanımadığını, onlardan heç vaxt metal, məftil və ya yandırılmış naqil almadığını qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhəmmməd oğlunun ifadəsinin yerində yoxlanılması haqqında 01.06.2021-ci il tarixli protokollarına qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhəmmməd oğlu ifadələrində qeyd etdiyi oğurluq cinayətinin yerini göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məhəmmməd oğlu həmin epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən onlara təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən onlara göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxslərin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərərçəkmiş hüquqi şəxsin, şahidlər Şahid3 və Şahid4 ifadələri, ifadənin yerində yoxlanılması haqqında 01.06.2021-ci il tarixli protokolların Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X4 məxsus əmlakların oğurlanmasına aid hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05.04.2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qabaqcadan əlbir olub bir qrup şəxs halında Heydər Əliyev prospektinin “Hava limanı” körpüsündən şəhər mərkəzi istiqamətində təxminən 700-800 metr aralıdakı hissəsində yerləşən dövlət əhəmiyyətli işıq dirkələrini enerji ilə təmin edən “NYY4” 25mm-lik mis kabelin 3005 manat dəyərində olan 120 metr uzunluğunda hissəsini özləri ilə gətirdikləri kəlbətin vasitəsilə kəsib götürməklə gizli olaraq talayaraq zərər çəkmiş hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisinə ümumilikdə 3005 manat maddi ziyan vurmaqla oğurluq etmələrinə dair epizod sübut olunmadığından ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Belə ki, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittiham üzrə zərər çəkmiş hüquqi şəxs Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" Elektrik Şəbəkə müəssisinə məxsus elektrik naqilinin oğurlanması hissəsində təqsirləri sübuta yetirilmir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmamış, onların əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrinin tərkib əlamətləri vardır və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəməsini, həmin zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, həmin Məcəllənin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 dəymiş ziyanı ödəməsini, həmin zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.1-ci madəsinə əsasən “Başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü madəsinə əsasən “Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, təqsirləndirilən şəxslərin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 aprel 2021-ci il tarixdə saat 03 radələrində Heydər Əliyev prospektinin “Hava limanı” körpüsündən şəhər mərkəzi istiqamətində təxminən 700-800 metr aralıdakı hissəsində yerləşən dövlət əhəmiyyətli Bakı Şəhər İcra hakimiyyəti "xxxx" elektrik şəbəkə müəssisəsinin balansında olan işıq dirəklərini enerji ilə təmin edən “NYY4” 25-mm-lik mis kabelin 3005 manat dəyərində olan 120 metr uzunluğunda hissəsini özləri ilə gətirdikləri kəlbətin vasitəsilə kəsib götürməklə gizli olaraq talayaraq zərər çəkmiş hüquqi şəxsə 3005 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmələrinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər yaşayış sahəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, ümumilikdə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-25/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-25/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver