Məhkəmə qərarları › İş №1(003)-25/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-25/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-25/2024 09.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1986-ci ildə Astara rayonunda anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Astara rayonu, Şahağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni yaşayış massivi, fərdi evdə yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs2 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək üç dəfə olmaqla vahid niyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq həmin torpaq sahəsindən 01 ədəd su ötürücüsü (kaçalka), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su ötürücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir tullantılarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2480 (iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs2 və X1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hüseynov küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq orada olan saxlanc yerindən 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) mühərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su mühərriki, dəyəri 100 manat olan 32-lik su mühərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqilini, həyətdən isə dəyəri 300 manat olan “ZİL” markalı yük avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 80 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat olan 50 metr uzunluğunda dəmir borunu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs2 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq həmin torpaq sahəsindən 01 ədədinin dəyəri 30 manat olan 5 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, 01 ədədinin dəyəri 150 manat olan 05 ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıq, 01 ədədinin dəyəri 200 manat olan 04 ədəd 90x180 sm ölçüdə dəmir qapı, 01 metrinin dəyəri 10 manat olan ümumilikdə 150 metr uzunluğunda 75 mm-lik dəmir boru, 01 metrinin dəyəri 5 manat olan 150 metr uzunluğunda armatur və 01 metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda dəmir uqolnik, dəyəri 40 manat olan 5 metr uzunluğunda alüminium borunu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 5190 (beş min yüz doqsan) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs1 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək üç dəfə olmaqla vahid niyyətlə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq həmin torpaq sahəsindən 01 ədəd su ötürücüsü (kaçalka), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su ötürücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir tullantılarını gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 2480 (iki min dörd yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs1 və X1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Hüseynov küçəsi, ev 19-da yaşayan Zərərçəkmiş şəxs2 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq orada olan saxlanc yerindən 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) mühərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su mühərriki, dəyəri 100 manat olan 32-lik su mühərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqilini, həyətdən isə dəyəri 300 manat olan “ZİL” markalı yük avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 80 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat olan 50 metr uzunluğunda dəmir borunu gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təkrarən o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4, Təqsirləndirilən şəxs1 və X5 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək xx.xx.2022-ci il tarixdə ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə qanunsuz daxil olaraq həmin torpaq sahəsindən 01 ədədinin dəyəri 30 manat olan 5 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, 01 ədədinin dəyəri 150 manat olan 05 ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıq, 01 ədədinin dəyəri 200 manat olan 04 ədəd 90x180 sm ölçüdə dəmir qapı, 01 metrinin dəyəri 10 manat olan ümumilikdə 150 metr uzunluğunda 75 mm-lik dəmir boru, 01 metrinin dəyəri 5 manat olan 150 metr uzunluğunda armatur və 01 metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda dəmir uqolnik, dəyəri 40 manat olan 5 metr uzunluğunda alüminium borunu gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 5190 (beş min yüz doqsan) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, avqust ayında Anarla birlikdə Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə bir dəfə qanunsuz daxil olaraq həmin torpaq sahəsindən yalnız dəmir qırıqları (xırda metal) götürmüşdür. O, Zərərçəkmiş şəxs1 evinə yalnız bir dəfə daxil olmuşdur. Dekabr ayında anası rəhmətə getdiyinə görə o, evində olmuşdur. O, Zərərçəkmiş şəxs2 məxsus evə daxil olmamışdır. Belə ki, ibtidai istintaqda ona qarşı təzyiq, işgəncə olduğuna görə etiraf etmək məcburiyyətində qalmışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, iyulavqust aylarında Məmməgrəhimlə birlikdə Zərərçəkmiş şəxs1 məxsus Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən həyətinə yalnız bir dəfə daxil olaraq, oradan metal qırıntıları (dəmir tullantıları) götürmüşdür. O, dekabr ayında Rafailin həyətinə daxil olmamış, eləcə də Zərərçəkmiş şəxs2 məxsus evə daxil olmamışdır. Belə ki, ibtidai istintaqda ona qarşı təzyiq, işgəncə olduğuna görə etiraf etmək məcburiyyətində qalmışdır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zirə qəsəbəsi, yeni yaşayış massivində özünə məxsus torpaq sahəsi var, dörd tərəfi hasarlıdır və dəmir giriş qapısı da var, həmin torpaq sahəsi fərdi ev tikintisi üçün nəzərdə tutulmuşdur, tikinti olaraq orada yalnız 5-11 metr ölçüdə qaraj tikmişdir, lakin orada yaşayış yoxdur. Faktiki yaşadığı evin həyətində lazımsız əşyalarını aparıb orada saxlayır. Uzun illərdir ki, həmin torpaq sahəsi onun istifadəsindədir, lakin heç bir oğurluq hadisəsi baş verməmişdir, ona görə də həmin yeri etibarlı bilib əşyalarını orada saxlamışdır. İşi və səhəti ilə əlaqədar olaraq hər gün ora gedə bilmir, arada vaxt tapıb həmin torpaq sahəsinə gedir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə gedən zaman hər bir əşyalar yerində olmuş, növbəti dəfə, yəni xx.xx.2022-ci il tarixdə ora gedib görmüşdür ki, orada saxladığı bəzi əşyaları oğurlamışdır. Belə ki, həyətin hər bir yerinə baxış keçirmiş və müəyyən etmişdir ki, dəyəri 300 manat olan 01 ədəd su ötürücüsü (kaçalka), 01 ədədinin dəyəri 30 manat olan 55 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, ümumi dəyəri 60 manat olan 02 ədəd 75 mm-lik 5 metr uzunluğunda dəmir boru, 01 ədədinin dəyəri 200 manat olan 02 ədəd su sanosu (su ötürücünün üstündə olan) və dəyəri 70 manat olan 200 kq dəmir metalları oğurlanmışdır. Bundan sonra o, Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 2480 (iki min dörd yüz səksən) manat maddi ziyan dəymişdir. Sonradan o, səhətində olan problemlərlə bağlı əməliyyat olunmuş və bir müddət torpaq sahəsinə gedə bilməmişdir. xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə gedib yenə də aşkar etmişdir ki, oradan oğurluq olmuşdur. Belə ki, həyəti gəzib nəzər yetirmiş və məlum olmuşdur ki, 01 ədədinin dəyəri 30 manat olan 5 ədəd 0,5x3 metr ölçüdə dəmir setka, 01 ədədinin dəyəri 150 manat olan 05 ədəd pəncərə üçün nəzərdə tutulmuş dəmir barmaqlıq, 01 ədədinin dəyəri 200 manat olan 04 ədəd 90x180 sm ölçüdə dəmir qapı, 01 metrinin dəyəri 10 manat olan ümumilikdə 150 metr uzunluğunda 75 mm-lik dəmir boru, 01 metrinin dəyəri 5 manat olan 150 metr uzunluğunda armatur və 01 metrinin dəyəri 10 manat olan 120 metr uzunluğunda dəmir uqolnik, dəyəri 40 manat olan 5 metr uzunluğunda alüminium boru oğurlanmışdır. Sonuncu dəfə oğurlanmış əşyalarının dəyərini hesablamış və müəyyən etmişdir ki, ümumilikdə ona 5190 manat dəyərində maddi ziyan dəymişdir. Hər iki oğurluq hadisəsi nəticəsində isə ona ümumilikdə 7670 (yeddi min altı yüz yetmiş) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, döngə 8, ev 19-da ailəsi ilə birlikdə yaşayır. Zirə qəsəbəsi, yeni yaşayış massivində özünə məxsus əvvəllər fəaliyyət göstərən istixanası var. Təxminən 3 ildir ki, həmin istixana fəaliyyət göstərmir. Buna baxmayaraq mütəmadi olaraq həmin istixanaya gedib nəzarət edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə orada olmuş və həmin gün hər bir əşyaları öz yerində olmuşdur. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə həmin istixanaya getmiş və görmüşdür ki, istixananın yerləşdiyi həyətdə tikdiyi saxlanc yerinin taxta qapısı açıq vəziyyətdədir. O, həmin qapını sonuncu dəfə oradan çıxanda açarla bağlamışdır. Belə ki, içəri daxil olub görmüşdür ki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd mancanaq (kaçalka) mühərriki, 01 ədədinin dəyəri 200 manat olan 03 ədəd 50-lik su mühərriki, dəyəri 100 manat olan 32-lik su mühərriki və dəyəri 50 manat olan təmir alətləri, 01 metrinin dəyəri 1 manat olan 200 metr uzunluğunda elektrik naqili, 01 metrinin dəyəri 3 manat olan 100 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Bundan sonra həyətə nəzər yetirmiş və aşkar etmişdir ki, həyətdə olan ona məxsus dəyəri 300 manat olan ZİL markalı yük avtomobilinin reduktoru, 01 metrinin dəyəri 5 manat olan 80 metr uzunluğunda dəmir uqolnik, 01 metrinin dəyəri 7 manat olan 50 metr uzunluğunda dəmir boru oğurlanmışdır. Bundan sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə gedib oğurluq barədə ərizə ilə müraciət etmişdir. İlkin müraciətində ona dəymiş maddi ziyanı təxminən 1000-1500 manat qeyd etmişdir, lakin sonradan dəqiq hesablamış və məlum olmuşdur ki, oğurluq hadisəsi nəticəsində ona 2900 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməsə də o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onları bağışlamışdır. Onun onlara qarşı şikayəti və tələbi yoxdur, cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid4 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanıyır. Belə ki, Təqsirləndirilən şəxs2 əmisi oğludur, Balamirzə isə Astara rayonunda onunla eyni kənd sakinidir. 2022-ci ilin dekabr ayının əvvəllərində hava qaralana yaxın saatlarda Zirə qəsəbəsində yaşayan Etibar adlı şəxsə məxsus torpaq sahəsinin yaxınlığından keçmişdir. Həmin torpaq sahəsində əvvəllər istixana fəaliyyət göstərmiş, özü də həmin torpaq sahəsinin yaxınlığında yaşayır. Oradan keçən zaman görmüşdür ki, bir yük avtomobili gəlir, ona çatanda əvvəl tanıdığı Məmmədrəhim və Balamirzə həmin yük avtomobilindədirlər. Onlar onun yanında avtomobili saxlamışlar və avtomobildən düşmüşlər. Daha sonra Məmmədrəhim ona yaxınlaşmış və Famil ondan yük avtomobili ilə gəlməyinin səbəbini soruşduqda Məmmədrəhim bildirmişdir ki, “bir nəfər üçün iş görmüşük pulunu verməyib, əvəzinə bizə dəmir metallar vermişdir ki, biz də onları satıb pula çevirək, həmin dəmirləri bu, həyətə yığmışıq”. Bundan sonra Famil görmüşdür ki, Anar və Elnur da həmin həyətdədir. Həmin dəmir metalların yüklənməsində hətta özü də onlara köməklik etmişdir. Qeyd etmişdir ki, oğurlanmış əşyaların içərisində yadında qalanı dəmir borular, iki ədəd su ötürücünün mühərriki, mis elektrik naqilləri və digər dəmir metalları olmuşdur. Onlar həmin əşyaları yük avtomobilinə yükləmişlər, sonra Anar və Elnur piyada getmişlər, Məmmədrəhim və Balamirzə isə həmin yük avtomobilinə minib və ona da demişlər ki, “sən də bizimlə gəl”. O, da həmin yük avtomobilinə minib onlarla birlikdə getmişdir. Onlar Zirə qəsəbəsində metal qəbulu ilə məşğul olan Azad adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getmişlər. Ora çatanda Məmmədrəhim və Balamirzə avtomobildən düşüb dəmir metalları Azada satmışlar, bundan sonra isə mühərrikləri satmaq üçün Zirə qəsəbəsində metal qəbulu ilə məşğul olan Vüsal adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə getmişlər. Ora çatan zaman Məmmədrəhim ona demişdir ki, “çox yorğunam, həm də belim ağrıyır”, xahiş etmişdir ki, Famil düşsün və mühərrikləri Azada və Vüsala satsın, Vüsal nəsə soruşanda desin ki, özünə məxsusdur. Beləlikə Famil avtomobildən düşüb Vüsala yaxınlaşıb bildirmişdir ki, avtomobilin yük yerində iki ədəd su mühərriki var, özlərinə məxsusdur və satmağa gətirmişlər. Vüsal da tərəzidə həmin mühərrikləri çəkmiş və pulunu vermişdir. Famil Vüsaldan aldığı pulu Məmmədrəhimə vermişdir. Famil onların oğurluq etmələrindən şübhələnmişdir, ona görə də axıra kimi onlarla getmişdir ki, görsün onlar oğurladıqları metalları kimə və hara satırlar. Onlardan ayrılan kimi 1-ci PŞ-nin əməkdaşı olan Şəhriyar zəng edib məlumat verdiyini bildirmişdir. Bundan sonra bir neçə gün keçmiş və məlum olmuşdur ki, onlar həmin gün Etibarın həyətindən oğurluq etmişlər və sonra da hərəsi bir yerdə gizlənmişlər. Oğrluqda istifadə olunan yük avtomobilinin markasını dəqiq bilməsə də, lakin Qazel markalı yük avtomobilinə oxşar yük avtomobili olmuş, o, sürücünü tanımamışdır. Dəmir metallar və mühərriklər satıldıqdan sonra ona hər hansı bir məbləğdə pul verilməmişdir. Məhkəmə iclasında Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi Şəhərcikdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Qala qəsəbəsi Zirə yolunun sol tərəfində yerləşən metal qəbulu məntəqəsində işləyir. Əvvəllər tanıdığı Famil adlı şəxs 2022-ci ilin dekabr ayının əvvəllərində onun işədiyi metal qəbulu məntəqəsinə gəlmiş və iki ədəd su mühərrikini satmaq istədiyini bildirmişdir. Onun yanında üzdən tanıdığı, lakin sonradan adlarını bildiyi əslən Astara rayonundan olan Mirzə kimi tanıdığım və əslən Zirə qəsəbəsindən olan Rəhim kimi tanıdığı şəxslər də gəlmişdir. Əvvəlcə Famil ona yaxınlaşmış və bildirmiş ki, bu mühərriklər onlara məxsusdur və satırlar. O, Famildən həmin mühərriklərin oğurluq olub-olmamasını soruşmuş, lakin Famil təkrar bildirmişdir ki, mühərriklər özlərinə məxsusdur, oğurluq deyil. O, da Famili əvvəllər tanıdığına görə inanıb həmin mühərrikləri qəbul etmişdir. Həmin mühərrikləri dəmir metalı kimi tərəzidə çəkmiş, çəkisinə uyğun onlara pul vermişdir. Onların həmin mühərriklərin oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. Məhkəmə iclasında Şahid3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsində yerləşən metal qəbulu məntəqəsində işləyir. O, Zirə qəsəbəsində yaşayan Elnur, Məmmədrəhim, Anar və Balamirzə adlı şəxsləri tanıyır. Onların hər biri ona dəfələrlə dəmir, mis və alüminium metallarını gətirib satmışlar. 2022-ci ilin təxminən sentyabr ayından etibarən onlar ona qeyd etdiyi metalları gətirib satmışlar. O, özündə olan dəftərdə aldığı metalların kim tərəfindən gətirildiyi barədə qeydlər etmişdir. Onlar hər dəfə ona metalları gətirəndə həmin metalların oğurluq olub-olmamasını soruşmuş, onlar isə ona demişlər ki, gətirdikləri metallar özlərinə məxsusdur və pula ehtiyacları olduğuna görə satırlar. Dəftərdə Anarın adını “Talış Anar” kimi, Balamirzənin adını “Mirzə” kimi yazmışdır, bəzən onlardan iki nəfər birlikdə gəlirdilər, o zaman hər iki nəfərin də adını dəftərində qeyd etmişdir. Onların həmin metalları oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. İbtidai istintaq zamanı Şahid1 bildirmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Musabəyov küçəsi, ev 66-da ailəsi ilə birlikdə yaşayır. Xəzər rayonu, Zirə qəsəbəsində metal qəbulu məntəqəsində işləyir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzdən tanıdığı, lakin sonradan adlarını bildiryim əslən Astara rayonundan olan Anar və əslən Zirə qəsəbəsindən olan Məmmədrəhim adlı şəxslər ona 2022-ci ilin dekabr ayı ərzində 2-3 dəfə dəmir metalları, yəni dəmir boru, dəmir uqolniklər və dəmir parçaları gətirib satmışlar. Qeyd etmişdir ki, onlar həmin dəmir uqolnik və boruları kəsilmiş vəziyyətdə gətirmişlər, gətirdikləri metallara uyğun onlara pul vermişdir. Özü metal qəbulu məntəqəsinin içərisində olduğuna görə hansı avtomobillə gətirdiklərini görməmişdir, lakin hissə-hissə həyətə gətirib ona vermişlər. Onlar həmin dəmir metalları ona satanda demişlər ki, özlərinə məxsusdur, həyətlərindən yığmışlar, pula ehtiyacları olduğundan yığıb gətirib satırlar. O, da onlara inanıb həmin dəmir metalları qəbul etmişdir. Onların həmin dəmir metallarını oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 610/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 23/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaq müddətinin sonunadək 20 gün, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 522/2021 saylı xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)- 664/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)-17/2020 saylı 14 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilmiş, Təqsirləndirilən şəxs2 üzərindən məhkumluq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 63/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 64/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün olmaqla xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməsə də o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onları bağışlamışdır. Onun onlara qarşı şikayəti və tələbi yoxdur, cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-nə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və kürək nahiyəsində qızartılar aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-nə gətirilən vaxt onun üstünə baxış keçirilmiş və sağ ayağının baldır nahiyəsində əzilmiş qızartılar aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinmiş və CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci və 36-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-200/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (iki) gün hesablanmaqla ona təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN PX 15 saylı CÇM-nin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xəzər RM-nin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami RM-nin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilib. Qeyd:Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4 bəndi ilə cəzası Bakı şəhəri Nizami RM-nin qərarı ilə 06 ay azaldılıb və Təqsirləndirilən şəxs1 cəza müddəti 1 ilə endirilib. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş, CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 600 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinmiş və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 03 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş 01 ay 12 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda özlərini məhkəmə istintaqı zamanı qismən təqsirli bilmiş, lakin onların həmin ifadələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə vermələri özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar olaraq yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayətinin və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, Təqsirləndirilən şəxs1 münasibətdə ağırlaşdıran halların olmasını, Təqsirləndirilən şəxs2 münasibətdə ağırlaşdıran halları olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-200/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 digər cinayət işi üzrə 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı n və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-200/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzaçəkmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 8 metr uzunluğunda 75 mm-lik 02 ədəd dəmir borular Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı ( 180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 300 (üç yüz)manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 (102 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 114 (bir yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-200/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 digər cinayət işi üzrə 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 30 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli 14 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 8 metr uzunluğunda 75 mm-lik 02 ədəd dəmir borular Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı ( 180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 300 (üç yüz)manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 (102 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 114 (bir yüz on dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar