Məhkəmə qərarları › İş №1(003)-250/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-250/2022

21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-250/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri Təqsirləndirilən şəxs2 xx xxxx 1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 fevral 2022ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin qapısını açar vasitəsi ilə açma yolu ilə həyətə, oradan da, evə qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsində yerləşən pilləkənin altında divara bərkidilmiş vəziyyətdəki “Nobella” markalı kombini söküb taksi vasitəsi ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə yerləşən evə apararaq zərəçəkmiş şəxsə 1500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evinin qapısını açar vasitəsi ilə açma yolu ilə həyətə, oradan da, evə qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsində yerləşən pilləkənin altında divara bərkidilmiş vəziyyətdəki “Nobella” markalı kombini söküb taksi vasitəsi ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni sahədə yerləşən evə apararaq zərəçəkmiş şəxsə1500 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs evində usta olaraq iş gördüyündən onu 4 ay olar ki, tanımışdır. Fuaddan ona qalan 1015 manat borcunu dəfələrlə telefonla əlaqə saxlayıb istəsə də, müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. O, da Fuada pulun müqabilində evindən nəsə götürəcəyini demişdir. Bundan sonra Fuad telefonu söndurmüşdür. 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs2 zəng edərək onunla bir yerə getməsini demişdir. Azad onunla razılaşaraq bir müddət sonra taksi ilə gəlmiş və birlikdə taksi ilə Mərdəkan qəsəbəsində yerləşən Fuada məxsus evə gəlmişlər. Qardaşı Azad gəlmə səbəbini soruşduqda Fuadın evində olan kombini söküb apacaqlarını demişdir. Azadla birlikdə onda olan açar vasitəsi ilə evin həyətinə, orada da, evə daxil olmuşlar. Pilləkənin altında olan kombini sökərək taksiyə qoyaraq yaşadıqları Binə qəsəbəsindəki evinə aparmışlar. Tutulduqdan sonra qardaşı kombi aparatını qaytarmışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs evində qardaşı Şölət ilə birlikdə usta işləmişlər. Fuadın onlara 1015 manat borcu qaldığından qardaşı dəfələrlə pulunu istəsə də, pulunu verməmişdir. O, da Fuada pulun müqabilində evindən nəsə götürəcəyini demişdir. Bundan sonra Fuad telefonu söndurmüşdür. 20 fevral 2022-ci il tarixdə, saat 22 radələrində qardaşı Şölət ona zəng edərək onunla bir yerə getməyi təklif etmişdir. O, qardaşı ilə razılaşaraq taksi sifariş etmiş və taksi ilə qardaşını götürdükdən sonra Mərdəkan qəsəbəsində yerləşən Fuada məxsus evə gəlmişlər. Qardaşından ora nə üçün gəldiklərini soruşmuş, qardaşı isə Fuadın evində olan kombini söküb apacaqlarını demişdir. Qardaşı Şölət özündə olan açarla qapını açmış və onlar həyətə, orada da, evə daxil olmuşlar. Pilləkənin altında olan kombini sökərək taksiyə qoymuşlar və Binə qəsəbəsində yaşadıqları evə aparmışlar. Qardaşı tutulduqdan sonra o, kombini təhvil vermişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən aşağı həddə cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləri törətdikləri cinayət əməlində özlərinin etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mərdəkan qəsəbəsində müxtəlif yerlərdə ev tikintisi və satışı ilə məşğul olur. Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən fərdi yaşayış evində ay yarım olar ki, təmir işləri başa çatmışdır. Həmin vaxt onun evində Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 usta kimi işləmiş və onların pulunu tam olaraq ödəmişdir. 20 fevral 2022-ci il tarixdə, saat 15 radələrində həmin evə baş çəkib yaşadığı evə qayıtmışdır. Lakin axşam saat 24 radələrində həmin ünvana yenidən gedərkən 2 ay əvvəl 4000 manata aldığı “Nobella” markalı kombinin oğurlandığını aşkar edib DİN-nin 102 xidmətinə məlumat vermişdır. Hadisə yerinə polis əməkdaşları gəlmiş baxış keçirdikdən sonra 1-ci Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra polisdən məlumat vermişlər ki, qonşuluqda olan kameralardan müəyyən olunmuşdur ki, iki nəfər şəxs ona məxsus evdən kombini söküb aparmışlar. O, həmin şəxslərin Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs2 olduğunu görüb polislərə bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən onlara qarşı şikayət və tələbinin olmadığını, onlara cəza verilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid göstərdi ki, ona məxsus “Daewoo” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 20 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrostansiyasının yanından Xəzər rayonu Binə qəsəbəsinə getmək üçün sifariş almış və sifariş əsasında həmin şəxsi Binə qəsəbəsinə gətirmişdir. O, Binə qəsəbəsində növbəti sifarişi gözləyən zaman saat 21 radələrində Binə qəsəbəsindən Mərdəkan qəsəbəsi istiqamətinə sifariş almışdır. Həmin ünvandan sərnişinləri götürən zaman həmin şəxslərdin biri H.Aslanovdan götürdüyü şəxs olmuş və yanında başqa bir nəfər olmuşdur. O, həmin şəxsləri Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən ünvana gətirmiş və onları orada gözləmişdir. Həmin şəxslər qapını açaraq bir həyətə daxil olmuşlar və 5-6 dəqiqə sonra əllərində kombi gətirərək avtomobilin yük yerinə yerləşdirmişlər. Daha sonra həmin şəxsləri Binə qəsəbəsi yeni sahədə götürdüyü ünvana geri qaytarmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli, 9/1787 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Nobella” markalı kombinin istifadədə olması nəzərə alınaraq 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1500,00 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1983-cü ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 18 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 28 fevral 2022 ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 26 fevral 2022-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 02 iyun 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, atasının, anasının və bacısının xəstə olduğunu, evlərinin bir müddət əvvəl tam olaraq yandığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarınə əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 15 aprel 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 ədəd “Nobella” markalı kombi aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut 01 ədəd “Nobella” markalı kombi aparatının saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 təqsirləndirilən şəxs X3 istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, vəkil Müdafiəçi2 təqsirləndirilən şəxs X3 məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X1, 60 (altmış) manat məbləğində vəsait vəkil Müdafiəçi2 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla, ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 4 (dörd) ay 25 (iyirmi beş) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 00:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Nobella” markalı kombi aparatının saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs1 ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1, X1 və Müdafiəçi2 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar