Məhkəmə qərarları › İş №1(003)-250/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-250/2024

23.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-250/2024 23.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Südçülük sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan zavodun arxa hissəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, oradan bir ədəd 104 dioganal ekran “Grundig” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1200 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsində yaşadığı evin qarşısında saxladığı “Fiat” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 1 ədədinin dəyəri 150 manat olmaqla 2 ədəd 300 manat dəyərində "xxxx" markalı mobil telefonu, 600 manat pul vəsaitini, 1 ədəd Kapital Bank ASC-yə məxsus, 1 ədəd Unibanka məxsus Leo kartı gizli olaraq talayıb, həmin kartlarla Binə qəsəbəsində yerləşən “Oba” adlı marketdə elektron daşıyıcılardan istifadə etməklə 17 manat dəyərində alış-veriş edib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 917 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, maddi durumu pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlanan zavodun arxa hissəsində yerləşən mənzillərdən birində işıq yanmadığını görüb, evdə heç kəsin olmadığını başa düşmüş, evin plastik pəncərəsini əli ilə açıb evə daxil olmuş, divara asılmış “Grundig” markalı televizoru oğurlamışdır. Bundan sonra həmin televizoru Sabunçu bazarında 120 manat müqabilində satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdən çıxıb Binə qəsəbəsi istiqamətində Köhnə Bazar yoluna çıxmışdır. Orada məhəllələrin birində dayanmış “Fiat Doblo” markalı avtomaşını görüb, avtomaşından oğurluq etmək qərarına gəlmişdir. Avtomaşının qapıları bağlı, yalnız arxa yük yerinin qapısı açıq olmuşdur. Həmin yerdən avtomaşına daxil olmuş, sürət göstəricisinin üzərinə qoyulmuş əl cüzdanının içərisindən 2 ədəd bank kartını, sonradan isə maşının əl saxlanc yerindən 2 ədəd mobil telefonu götürüb getmişdir. Oğurladığı telefonlardan biri qırıq olduğu üçün evə qoymuş, digərini isə telefon təmir mağazasına vermişdir. Kartlardan isə “Oba” adlı marketdə alış-veriş etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Binə qəsəbəsində təsadüfən Cavidi görmüş, ona birlikdə mağazaya getməyi təklif etmişdir. Onlar birlikdə mağazaya getmiş və oğurladığı kartların özünə məxsus olduğunu həm Cavidə, həm də mağazada işləyən kassirə demişdir. Oradan siqaret, enerji içkisi və vafli alıb, oğurladığı kartla ödəniş etmişdir. Bir gün sonra, xx.xx.2023-cü il tarixdə qapının bərk döyüldüyünü görüb, narahat olmuş və evdən mətbəx bıçağı götürüb qapını açanda Cavid olduğunu görmüş, hirsindən onun yaxasından sıxmış və gecənin bu vaxtı hansı səbəbə qapısına gəldiyini soruşmuşdur. Cavid isə oğurluq etdiyi Fiat markalı avtomobili ona göstərmiş və həmin şəxslərin onun arxası ilə gəlib oğurluq etdiyi əşyaları qaytarmasını tələb etdiklərini bildirmişdir. Mağazadan çıxandan sonra kartları mağazanın yaxınlığında olan daşın üzərinə qoymuşdur ki, kimsə tapıb sahibinə qaytarsın. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat adlı zavodun arxa hissəsində yerləşən nömrəsiz fərdi yaşayış evi ona məxsusdur. xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində özünə məxsus mənzilə baş çəkən zaman oğurluq hadisəsi baş verdiyini aşkar edib, Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə məlumat vermişdir. Belə ki, naməlum şəxs və ya şəxslər ona məxsus Binə qəsəbəsi, Bakavtomat adlı zavodun arxa hissəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərədən daxil olaraq, evin içərisində divara asılmış 1 ədəd 1200 manat dəyərində 104 dioqanal “Grundig” markalı televizoru oğurlamışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, özünə məxsus etibarnamə əsasında idarə etdiyi “Fiat” markalı ** TP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Bakı şəhəri, Binə qəsəbəsi, M.Ə.Sabir küçəsi 45 saylı fərdi yaşayış evinin qarşısında saxlamışdır. Səhər saatlarında maşından oğurluq edilməsini aşkar etmişdir. Belə ki, ona məxsus “Fiat” markalı avtomaşından 1 ədədinin dəyəri 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 2 ədəd "xxxx" markalı mobil telefon, 600 manat pul vəsaiti və 2 ədəd bank kartı oğurlanmışdır. Həmin kartlardan biri "xxxx" ASC-yə, digəri isə "xxxx" ASC-yə məxsus “Leo” kartları olmuşdur. xx.xx.2023-cü il tarixdə “Oba” adlı marketdə alış-veriş müqabilində ona məxsus Kapital bank kartından 10 manat, Leo bank kartından isə 7 manat məxaric olması barədə telefonuna məlumat gəlmişdir. O, dərhal “Oba” adlı mağazaya gəlmiş, həmin mağazada onu müştəri kimi tanımışlar. Orada olan zaman kassada oturan adını bilmədiyi oğlan kartla alış-verişin Cavid və Elməddin adlı şəxslər tərəfindən edildiyini, onların həmin kartın ailə üzvlərinə məxsus olduğunu demələrini bildirmişdir. O, Cavidin telefon nömrəsini tapıb ona zəng vurmuş, oğurluq etmələrini deyib, polisə məlumat vermək istəmədiyini bildirərək, oğurluq etdikləri əşyaları geri qaytarmalarını tələb etmişdir. Cavid isə oğurluq hadisəsindən məlumatının olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Cavidə görüşmək təklif etmiş, Cavid də etiraz etməyib, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Oba” adlı mağazanın qarşısına gəlmişdir. Maşınından oğurluq hadisəsinin baş verdiyini, oğurluq nəticəsində 600 manat pul vəsaitinin, 2 ədəd telefonun, 2 ədəd kartın oğurlandığını, onların həmin kartlardan “Oba” adlı mağazada alış-veriş etdiklərini bildirib, oğrulanmış pulu və digər əşyaları tələb etmişdir. Cavid bir daha oğurluq hadisəsində iştirakının olmadığını deyərək, həmin kartların Elməddin adlı şəxsdə olduğunu, onun alış-veriş etdiyini, bu barədə məlumatsız olduğunu, onu da Elməddinin mağazaya dəvət etdiyini bildirmişdir. O, Cavidlə birlikdə Elməddinin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan fərdi yaşayış evinə getmişlər. O, maşında əyləşmiş, Cavid isə düşüb qapını döymüşdür. Cavid qapını təxminən 10 dəqiqə döyəndən sonra Elməddin qapını açmış və dərhal Cavidin yaxasından tutub onu divara sıxmışdır. Cavid isə onun maşınını göstərib nəsə deyəndən sonra Elməddin əlində bıçaqla onun istiqamətimə gəlmişdir. O, Elməddinin ona bıçaqla xəsarət yetirəcəyindən qorxduğu üçün maşını işə salıb oradan uzaqlaşmışdır. Oğurlanmış əşyaların qayıtmadığını görüb, “102” xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 917 manat ziyan dəymiş və hal-hazıradək ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx.xx.2023cü il tarixdə, saat 09 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Su təsərrüfatı yaşayış massivi, Ə.lsazadə küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında dayanan zaman təsadüfən tanışı Elməddini görmüşdür. Elməddin onunla birlikdə mağazaya getməyi təklif etmişdir. O, etiraz etməmiş və birlikdə Bakı şəhəri, Xəzər rayonu, Su təsərrüfatı yaşayış massivində fəaliyyət göstərən “Oba” adlı marketə getmişlər. Elməddin kassaya yaxınlaşıb, 2 qutu “Winston” siqareti, 2 ədəd “Full” enerji içkisi almışdır. Bundan başqa mağazada işləyən 1 qıza və 1 oğlana əlavə 2 ədəd “Full” enerji içkisi alıb özündə olan kartla ödəniş etmişdir. Kassada işləyən işçi kartın kimə məxsus olduğunu soruşmuş, o, da eyni sualı Elməddinə vermişdir. Elməddin kartın ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Onlar birlikdə mağazadan çıxıb yaşadıqları evin yaxınlığına getmişlər. Təxminən 10 dəqiqə söhbət edib ayrılmışlar. Bir gün sonra, yəni saat 23 radələrində mobil telefonuna bir nəfər zəng vurub, adı ilə ona müraciət edərək, oğurlanmış kartların sahibi olduğunu bildirmişdir. O, hansı kartlardan söhbət getdiyini soruşmuş, həmin şəxs “Oba” adlı marketdə alış-veriş etdikləri kartları soruşduğunu bildirmişdir. O, Elməddinin siqaret, enerji içkisi və vafli aldığı kartların oğurluq olduğunu artıq başa düşmüşdür. Həmin şəxs onunla görüşməyi təklif etmiş, o da etiraz etməyib onunla Bakı şəhəri, Xəzər rayonu, Su təsərrüfatı yaşayış massivində fəaliyyət göstərən “Oba” adlı marketin qarşısında görüşmüşdür. Həmin şəxs ona oğurlanmış pulu, telefonu və kartları qaytarmağını təklif etmiş, o, isə heç bir şey oğurlamadığını bildirmişdir. Həmin şəxs ona bildirmişdir ki, əgər oğurluq etməmişdirsə, oğurluq edən şəxsin evini göstərsin. O, da həmin şəxsə Elməddinin evini göstərmişdir. Birlikdə həmin evə gedərək Elməddinin yaşadığı evin qapısını döymüş, Elməddin təxminən 7-8 dəqiqə sonra qapını açmış, qapını açan kimi onun yaxasından tutub divara sıxmış, qapını gecənin bu vaxtı döyməsinə irad bildirmişdir. Lakin ona hər hansı şəkildə xəsarət yetirməmişdir. O, adını sonradan bildiyi Ağa adlı şəxsin “Fiat” markalı avtomobilini göstərmiş, oğurluq elədiyi əşyalarının arxası ilə onunla birlikdə gəldiyini demişdir. Elməddin əlində olan bıçaqla həmin maşın istiqamətinə getmişdir. Ağa adlı şəxs Elməddinin əlində bıçaq görüb, maşını sürüb getmişdir. O, da həmin yerdən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 gğstərdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində fəaliyyət göstərən “Yaşıl aptek”lə üzbəüz telefon aksessuarları və təmiri mağazasını işlədir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı şəkildə münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Elməddin onun işlədiyi mağazaya gəlmiş və bir ədəd "xxxx" markalı mobil telefonu verib, enerji yığmadığını demişdir. O, da həmin telefonu təmir üçün götürmüşdür. Lakin telefon bərpa olunmamışdır. Bir gün sonra polis əməkdaşları gələrək Elməddinin təqdim etdiyi mobil telefonun oğurluq olduğunu bildirmişlər. O, bu barədə məlumatının olmadığını, Elməddinin telefonu özünə aid bir əşya kimi təmir etmək üçün verdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat zavodunun arxa hissəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evdə Zərərçəkmiş şəxs1 baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanının qarşısında dayanmış olan “Fiat” markalı nəqliyyat vasitəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Maddi sübutlara baxış və götürülmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan aydın olur ki, Rəhimov X5 Ağa Həsən oğlundan oğurladığı "xxxx" markalı mobil telefonları təqdim etmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o, CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-25/2024 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla o, cəzasını çəkmiş hesab edilmişdir; - Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-25/2024 nömrəli məktubundan müəyyən olunur ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-25/2024 nömrəli hökmü xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(003)-970/2024 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “08 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilmiş və o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il müddətinə azaldılmış və o, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsindən dərhal azad olunmuşdur. Həmin qərar üzrə verilmiş göstərişdən aydın olur ki, xx.xx.2024-cü il tarixli 7(003)- 970/2024 nömrəli qərar 15.082024-cü il tarixində qanuni qüvvəsini almışdır; - xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, X3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3- 16-16/2- 9/7654/2023 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd Vyetnam istehsalı "xxxx" markalı, “SM-J530FM/DS” model mobil telefonun yuxarıda göstərilən xüsusiyyətləri (üst korpusu zədəli, ayrılmış vəziyyətdə və arxa gövdəsində batıqlar, cızıqlar, boya qopuqları olmaqla) nəzərə alınmaqla - 20,00 manat; -01 ədəd “Samsung A03” markalı mobil telefon 100 manat. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrarən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunması ilə bağlı həmin məhkumluğu cinayətin residivini yaratmır. Eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)- 25/2024 nömrəli hökmündən əvvəl törədildiyindən CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(010)-25/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 il 16 gün üddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli, eyni zamanda həmin hökm üzrə təyin edilərək çəkilmiş 02 il 16 gün azadlıqdan məhrumetmə cəzası qəti cəza müddətinə hesablanmalı (CM-66.5), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməli (CPM 198.1), maddi sübut kimi tanınmış 02 ədəd "xxxx" markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təyin edilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilərək çəkilmiş 02 (iki) il 16 (on altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 11 (on bir) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 02 (iki) ədəd "xxxx" markalı mobil telefonların Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 28 saat vaxta görə 168 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar