Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-250/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Xızı rayonu, Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 87-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbirstanlıqda qəbirqazan işlədiyi halda atası üçün qəbir yeri götürmək istəyən Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında özünü həmin qəbirstanlığın qəbir yeri verən məsul şəxsi kimi təqdim edib 650 manat məbləğində pul verdiyi halda ona qəbir yeri qazdırıb hazırlatdıracağına dair yalan vəd verib həmin yeri göstərməklə inandırdıqdan sonra Zərərçəkmiş şəxs həmin vaxt üzərində ödəmək üçün nağd pul olmadığını bilib pulunu alıb ələ keçirtmək məqsədilə onun ***-***-**-** saylı mobil telefon nömrəsinə mesajlaşma yolu ilə özünün istifadəsində olan “Kapital Bank”a aid 4169 7388 7315 9580 bank kart hesab nömrəsini istifadəsində olan ***-***-**-** telefon nömrəsindən göndərməklə həmin hesaba 19 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 150 manat məbləğində pulu köçürtdürməklə Zərərçəkmiş şəxs alıb, 20 aprrel 2024-cü il tarixdə saat 16:49-da Zərərçəkmiş şəxs 250 manat məbləğində pulu ünvan 1 ünvanda yerləşən “Cola” marketdə yerləşən “Mpay” ödəmə terminalından əvvəlcədən Zərərçəkmiş şəxs mobil telefonla göndərdiyi özünün istifadəsində olan “Kapital bank”a aid 6768 6711 7181 1791 bank kart hesab nömrəsini köçürtdürməklə Zərərçəkmiş şəxsdn alıb, 23 arrel 2024-cü il tarixdə isə Zərərçəkmiş şəxslə Xəzər rayonu Qala qəsəbəsi ərazisindəki qəbristanlıqda görüşdükləri vaxt ona yaxınlığına torpaq tökdürdüyü qazılmamış qəbr yerini göstərib atası üçün burada qəbir qazdırb hazırlatdıracağına bir daha nandırmaqla orada saat 15 radələrində Zərərçəkmiş şəxs yenidən 250 manat məbləğində pulu əlbəəl alıb verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs aldığı cəmi 650 manat məbləğində pulu şəxsi ehtiyaclarına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək bildirdirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəbirstanlığında fəhlə işləmişdir. Həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs qəbristanlığa gəlmişdir. Zərərçəkmiş şəxs atasının ağır xəstə olduğunu və vəfat edəcəyini bildirmişdir. Ona görə atası üçün hazırlıq görüb qəbir yeri almaq istədiyini demişdir. Onu qəbristanlığda gəzdirib boş olan yerləri göstərmişdir. Zərərçəkmiş şəxs bir yerə baxıb həmin yeri bəyənmişdir. Həmin yerin qazılması və hazırlanması üçün Rövşəndən ümumilikdə 400 manat pul almışdır. Sonra Rövşənin atası rəhmətə getmədiyi üçün о yeri istifadə edə bilməmişdir. Rövşən həmin yeri istifadə edə bilmədiyi üçün ondan pulunu geri tələb etmişdir. O, da Rövşənə həmin pulu verəcəyinə söz versə də, qaytara bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etdi ki, atası X2 2024-cü ilin aprel ayından yataq xəstəsidir. Həmin vaxt həkimlər ona atasının səhətinin düzəlməyəcəyini və hazırlıqlı olmağını demişlər. Ona görə də qardaşı ilə birlikdə əvvəlcədən ataları üçün qəbr yeri almağı planlaşdırmışlar. Bu məqsədlə o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən qəbirstanlığa getmişdir. Həmin vaxt orada adını sonradan bildiyi Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü qəbristanlığın vəzifəli şəxs kimi təqdim etmiş, o, da ona inanmışdır. Elvüsal ona qəbristanlıqda 1 nəfərlik qəbr yeri göstərib ona verəcəyini demişdir. Həmin vaxt Elvüsal ondan ümumilikdə 750 manat pul istəmişdir. O, onunla 650 manata razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Elvüsal ona WhatsApp ani mesajlaşma proqramı vasitəsilə bank kartı göndərmişdir. O, həmin kart hesabına ilkin olaraq 150 manat, daha sonra əlavə olaraq 250 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs onu inandırmaq üçün Qala qəbristanlığında ona mişar daşı ilə yüklənmiş maşın şəkli və hazır olan bir qəbrin şəklini göndərmişdir. Təqsirləndirilən şəxs ona şəkil göndərdiyi günün səhəri o, qardaşı Elşən ilə birlikdə qəbristanlığa getmişdir. Həmin vaxt Elvüsal ona qəbr yerinin hazır olduğunu göstərib əlavə olaraq 250 manat pul almışdır. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid göstərdi ki, atalarının vəziyyətinin ağır olmasına görə onlar ataları üçün Qala qəbirsanlığında məzar yeri düzəltdirmək qərarına gəlmişlər. X6 kənd qəbirsanlığından Elvüsal adlı şəxs ilə məzar işlərini danışıb həll etmişdir. O, Elvüsala bu işlərə görə 400 manat pul vəsaiti vermişdir. Elvüsalın kartına 150 manat bir və 250 manatda bir pul vəsaiti göndərmişdir. Sonuncu dəfə 19 aprel 2024-cü il tarixdə o qardaşı Rövşən ilə birlikdə atalarının dəfn işləri ilə maraqlanmaqdan ötrü Qala qəbirsanlığınna getmişlər. Burda olan zaman Elvüsal onları qarşılıyıb hər şeyin yaxşı olduğunu, işlərin yekunlaşmaq üzrə olduğunu demişdir. Elvüsal qardaşı Rövşəndən 250 manatda pul istəmişdir. Qardaşı Rövşən maşına gedərək 250 manat pulu götürüb Elvüsala vermişdir. Sonradan isə Elvüsal onları aldadaraq qardaşı Rövşənin 650 manat pulunu ələ keçirərək onlara vəd verdiyi məzar yerini verməmişdir. Elvüsal qardaşından ümumilikdə 650 manat pul alaraq onu aldatmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - 27 noyabr 2024-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi 4169-7388-7315-9580 nömrəli bank kartının, 6768-6771-7181-1791 nömrəli bank kartının, qazılmış və kənarları mişar daşı ilə hörülmüş qəbr yerinin şəkili, üzəri torpaqla örtülmüş və həmin torpağın üzərinə mişar daşları qoyulmuş qəbrin şəkili, yük yerinə mişar daşı yığılmış **-ZV-*** dövlət qeydiyyat nişanlı maşının şəkili və xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Cola” marketdəki, “Mpay” ödəmə aparatından H*****E*****B***** oğlunun adına göndərilmiş 250 manat pulun qəbzi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür; - Pul köçürülməsinə dair 01 ədəd qəbzin surətindən məlum olur ki, xx.xx.2024-cü il tarixində 250 manat məbləğində pul H*****E*****B***** oğlunun hesabına köçürülmüşdür; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa onun barəsində Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir;. - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-78/2025 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024 –cü il tarixdən xx.xx.2024-cü il tarixlərində tutulduğu 02 gün müddət nəzərə alınmaqla üzərində 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. Hökm xx.xx.2025-ci il tarixində qanuni qüvvəsini almışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-78/2025 nömrəli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, ona cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları araşdırarkən məhkəmə, onun əvvəllər dəfələrlə məhkum edilməsini və azadlıqdan məhruetmə ilə bağlı olmayan cəzalara məhkum olunmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi təqdirdə cəzanın məqsədinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən olunmadı), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(003)-78/2025 nömrəli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli,1(003)-78/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(003)-78/2025 nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 54 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-250/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-250/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver