Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-251/2020 09.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs qızının, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Gənclər küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 01:00 radələrində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivi ev 468-də tanışı Zərərçəkmiş şəxs qızı ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan dırnaq tutanla iki dəfə onun sol qolundan və bir dəfə təpiklə sol diz nahiyəsindən vuraraq ona sol bazunun, sol saidin kəsilmiş yaraları, sol dizin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 00:30 radələrində Türkan qəsəbəsi ərazisində idarə etdiyi “Mersedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olarkən Zərərçəkmiş şəxs qızını görüb ona yaxınlaşmış və artıq gec olduğundan əgər istəyirsə idarə etdiyi avtomobillə onu yaşadığı evə apara biləcəyini demişdir. Həmin vaxt Şəfiqəxanım etiraz etməyib avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. Söhbət zamanı Şəfiqəxanımdan ona zəhmət haqqı kimi nə qədər pul verəcəyini soruşmuş, Şəfiqəxanım ona kobud şəkildə pul verməyəcəyini demişdir. Bundan sonra o, əsəbiləşib Şəfiqəxanımı nalayiq ifadələrlə təhqir etmiş və kobud danışmamasını tələb etmişdir. Bu zaman Şəfiqəxanım avtomobili saxlamasını deyərək piyada düşüb gedəcəyini bildirmiş, lakin artıq gecə radələri olduğundan, o, ona avtomobildən düşməməsini, yol haqqını səhər verməsini demişdir. Həmin vaxt Şəfiqəxanım heç bir söz demədiyindən onunla razılaşdığını düşünüb yoluna davam etmişdir. Yola düşdükdən sonra Şəfiqəxanım onu Zirə qəsəbəsində yaşayan Malikə adlı rəfiqəsinin evinə aparmasını xahiş etmiş, o da onun dediyi kimi etmişdir. Həmin gün saat 01:00 radələrində Şəfiqəni idarə etdiyi avtomobillə Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivində yerləşən fərdi yaşayış evinin qarşısına gətirmiş və onlar avtomobildən düşmüşlər. Bundan sonra o, Şəfiqəxanımdan pulunu nə vaxt verəcəyini soruşmuş, lakin Şəfiqəxanım cavab verməyib evə daxil olmuşdur. O da Malikəni çoxdan tanıdığından onun ardınca evə daxil olmuş və qonaq otağında olarkən Şəfiqəxanımdan yenidən pul barədə soruşmuşdur. Həmin vaxt Şəfiqəxanım kobud şəkildə ona pul verməyəcəyini bildirdikdə, əsəbiləşib onu nalayiq ifadələrlə təhqir etmiş və əlində olan dırnaq tutanla iki dəfə onun sol qolundan və bir dəfə də təpiklə onun sol diz nahiyəsindən vurmuş, sonra evi tərk edərək çıxıb getmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, evdə başqa heç kəs olmamış, Malikə və onun anası evin başqa otağında olduqlarından hadisəni görməmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, Şəfiqəxanım hadisə barədə ərizə ilə polisə müraciət etmişdir. Törətdiyi bu əməldənsəmimi peşman olaraq Şəfiqəxanım ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Şəfiqəxanımın ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı göstərdi ki, o, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır, onunla qonşuluqda yaşayır, əvvəllər münasibəti daim yaxşı olub, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 00:30 radələrində Türkan qəsəbəsi ərazisində olarkən artıq gec olduğundan və sərnişin daşıma nəqliyyat vasitələri fəaliyət göstərmədiyindən piyada olaraq yaşadığı evə doğru getmişdir. Elə həmin vaxt Samir idarə etdiyi markalanma növünü və qeydiyyat nişanını xatırlamadığı avtomobillə ona yaxınlaşaraq artıq gec olduğu üçün onu yaşadığı evə apara biləcəyini demişdir. O, Samirə etiraz etməyib onun avtomobilinə əyləşmişdir. Yolda olarkən Samir ondan yol haqqı kimi pul istəmiş, o, Samirə öz etirazını bildirib ona əvvəlcədən yol haqqı barədə heç bir söz demədiyini bildirmişdir. Samir isə buna əsəbiləşib onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o, Samirdən avtomobili saxlamasını tələb etmiş və avtomobildən düşüb evə piyada gedəcəyini bildirmişdir. Lakin Samir onu evə pulsuz aparacağını deyib sakitləşməsini xahiş etmişdir. O, Samirə inanıb onunla birlikdə yola davam etmişdir. Həmin gün təxminən saat 01:00 radələrində Samir idarə etdiyi avtomobillə onu rəfiqəsi Malikənin yaşadığı Zirə qəsəbəsi bağlar massivi 468 saylı evə gətirmişdir. Bundan sonra Samir ondan yenə də yol haqqı kimi pul istəmiş, o isə ona pul verməyəcəyini, onu yaşadığı evə deyil, rəfiqəsinin evinə gətirdiyini deyərək əvvəlcədən ona yol haqqı kimi pul verəcəyi barədə heç bir söz demədiyini bildirmişdir. Bundan sonra o, Malikənin evinə daxil olmuş, Samir də onun arxasınca evə daxil olmuşdur. Onlar qonaq otağında olarkən Samir yenə də ondan kobud şəkildə pul istəmiş, o, ona pul verməyəciyini bir daha dedikdə isə Samir onun sözlərinə əsəbiləşmiş, onu nalayiq söyüşlərlə təhqir etmiş və əlində olan dırnaq tutanla iki dəfə sol qolundan, bir dəfə də təpiklə sol dizindən vurmuşdur. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, evdə başqa heç kəs olmamış, Malikə və onun anası evin başqa otağında olduqlarından hadisəni görməmişlər. Bundan sonra Samir evdən çıxıb getmiş, o isə hadisə barədə ərizə ilə polisə müraciət etmişdir. Hazırda Samir ilə barışmışdır, Samir ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də onun ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Samir barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı xx xxxx 2020-ci il tarixli 349 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs qızının bədənində aşkar olunmuş xəsarətlər – sol bazunun, sol saidin kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət (ola bilsin bıçaq); sol dizin qançırı isə küt əşyanın təsirindən törənmişlər, hadisənin baş verdiyi tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan və Zərərçəkmiş şəxs qızı tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır. Barışmalarının nəzərə alınaraq Samirin barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materialında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qızının ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 (on) iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 05 saat) cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qızı ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-251/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-251/2020
09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver