Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-252/2021 16.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxx 1996-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Zaqatala rayonunun Çobankol kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Yeni yaşayış sahəsində fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxx 1997-ci il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakən rayonunun Hənifə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 06 mart 2021-ci il tarixdə saat 14 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2 və “Mahir” adlı şəxs ilə birlikdə saxlanc yeri olan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış sahəsində yerləşən fərdi təsərrüfat obyektinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub həyətdən 01 ədədi 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 02 ədəd kompressor salaska üstü, 01 dəsti 180 manat olmaqla ümumi dəyəri 2250 manat olan 15 dəst traktor körpüsü resoru, 01 ədədi 20 manat olmaqla ümumi dəyəri 300 manat olan 15 ədəd 100x100x10 ölçülü dəmir boru və ümumilikdə dəyəri 450 manat olan müxtəlif metal hissələri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 06 mart 2021-ci il tarixdə saat 14 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1 və “Mahir” adlı şəxs ilə birlikdə saxlanc yeri olan Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış sahəsində yerləşən fərdi təsərrüfat obyektinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olub həyətdən 01 ədədi 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 02 ədəd kompressor salaska üstü, 01 dəsti 180 manat olmaqla ümumi dəyəri 2250 manat olan 15 dəst traktor körpüsü resoru, 01 ədədi 20 manat olmaqla ümumi dəyəri 300 manat olan 15 ədəd 100x100x10 ölçülü dəmir boru və ümumilikdə dəyəri 450 manat olan müxtəlif metal hissələri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir sənədi olmadan idarə etdiyi “VAZ-2102” markalı **-FD-*** dövlət nömrə nişanlı avtomaşınla dəmir metal yığaraq dəmir yığan məntəqələrə təhvil verib ailəsini dolandırır. 06 mart 2021-ci il tarixdə saat 14 radələrində o, Suraxanı qəsəbəsində yaşayan tanışları Əmrah və “Mahir”lə birlikdə metal yığmaq üçün evdən çıxmışlar. Onlar metal yığmaq üçün Buzovna qəsəbəsinə Təmənis bağları deyilən əraziyə getmişlər. O, orada böyük ərazisi olan betonla hasarlanmış ərazini görüb həmin əraziyə yaxınlaşmışdır. Ərazidə dəmir yığıntısı olduğunu görüb hasardan içəri baxmış, həyətdə kimsənin olmadığını görmüş və həyətə daxil olub orada olan dəmirləri oğurlamaq niyyətinə düşmüşdür. Hasardan həyətə keçmiş və orada olan üstü bağlı navesin altındakı dəmirləri oğurlamaq üçün navesin altına yaxınlaşmışdır. Navesin altında olan 7 dəst köhnə maşın resorunu hasardan onunla gələn Əmraha vermiş, Əmrah da onları maşına yığmağa başlamışdır. Bundan sonra həmin yerdə olan 15 ədəd 100x100x10 sm ölçülü dəmir borunu götürüb hasardan Əmraha ötürmüş, Əmrah həmin boruları da maşına yığmışdır. Daha sonra o, hasardan keçib maşına əyləşmiş və oradan uzaqlaşmışlar. Bir qədər irəliləmişlər ki, maşının arxasınca başqa qara rəngli modelini xatırlamadığı “Cip” markalı bir maşın düşdüyünü görmüş, həmin maşın onların arxasına çatanda “saxla” işarəsi verməyə başlamış, o, başa düşmüşdür ki, əşyaların sahibidir. Bu səbəbdən maşını saxlamadan idarə edərək oradan uzaqlaşmışdır. Bundan sonra həmin dəmir metalları “Ulduz” metrostansiyasının yaxınlığında olan metal qəbulu məntəqəsinə 120 manata sataraq həmin pulu da Əmrah ilə bölmüşlər. Metal satdığı şəxsə həmin metalların özünə məxsus olduğunu bildirib satmışdır. O, həmin obyektin həyətindən cəmi 7 ədəd resor və 15 ədəd dəmir boru oğurlamışdır, lakin oradan kompressor götürməmişdir. Onlar həmin zaman üç nəfər olmuşlar. O, digər şəxsin yalnız adının “Mahir” olduğunu bilir, başqa heç bir məlumatlarını bilmir. Bir daha qeyd edir ki, maddi vəziyyəti çox ağır olduğuna görə həmin oğurluğu etmişdir, lakin buna baxmayaraq, əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı özünü tam təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri ərazisində müxtəlif şəxslərlə ünvanlardan dəmir metallar alaraq aparıb polad əridmə zavodunda satıb pul əldə edir. 06 mart 2021-ci il tarixdə səhər saatlarında tanıdığı İntiqam adlı şəxslə birlikdə onun idarə etdiyi “VAZ-2102” markalı maşınla saat 14 radələrində Suraxanı rayonundan metal yığmaq üçün evdən çıxmışdır. Onlar metal yığmaq üçün Buzovna qəsəbəsinə Təmənis bağları deyilən əraziyə getmişlər. Yolda adının “Mahir” olduğunu bildiyi şəxsi də İntiqam maşına əyləşdirmişdir. Orada böyük ərazisi olan betonla hasarlanmış ərazini görmüş, həmin əraziyə yaxınlaşıb ərazidə dəmir yığıntısı olduğunu görmüşlər. İntiqam hasardan içəri baxan zaman həyətdə kimsənin olmadığını görmüş və onlar planlaşdırmışlar ki, heç kim yoxdur, həmin dəmirlərdən oğurlasınlar və satıb pul əldə etsinlər. Bundan sonra İntiqam hasardan aşaraq həyətə daxil olub orada olan üstü bağlı navesin altındakı dəmirləri oğurlamaq üçün navesin altına yaxınlaşmışdır. Navesin altında olan 7 dəst köhnə maşın resorunu hasardan ona tərəf, yəni çölə vermiş və o da həmin dəmirləri maşına yığmağa başlamışdır. Bundan sonra İntiqam orada olan 15 ədəd 100x100x10 ölçülü dəmir borunu da götürüb hasardan ona vermiş, həmin 15 ədəd borunu maşına yığmışdır. Bundan sonra İntiqam özü də hasardan keçib maşına əyləşmiş və maşını idarə edərək oradan uzaqlaşmışdır. “Mahir” də maşında olmuşdur. Bir qədər irəliləmişlər ki, maşının arxasınca başqa qara rəngli modelini xatırlamadığı “Cip” markalı bir maşın düşdüyünü görmüşlər. Həmin maşın onlara çatanda işıqları və siqnalı ilə “saxla” işarəsi verməyə başlamış, onlar başa düşmüşlər ki, ya obyektin, ya da əşyaların sahibidir. Bu səbəbdən də İntiqam maşını saxlamamış, idarə edərək oradan uzaqlaşmışlar. Bundan sonra həmin dəmir metalları “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən dəmir qəbulu məntəqəsinə 120 manata sataraq həmin pulu da bölmüşlər. Həmin oğurluq cinayətində o, İntiqam və yalnız adının “Mahir” olduğunu, başqa heç bir anket məlumatlarını bilmədiyi şəxs olmuşdur. Bir daha qeyd edir ki, maddi vəziyyəti çox ağır olduğuna görə həmin oğurluğu etmişdir, lakin buna baxmayaraq, əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Şadkamal oğlunun nümayəndəsi və vəkili X2 göstərdi ki, sözü gedən yer təssərrüfat obyektidir, oradakı əmlaklar zərərçəkmiş şəxsin əmlakıdır. Həmin obyektdə təssərrüfat maşınları və eləcə də həmin maşınların müəyyən sökülmüş, lakin istifadəyə yararlı ehtiyat hissələri vardır. Zərərçəkmiş şəxs 06 mart 2021-ci tarixdə həmin obyektə baş çəkmək üçün gedən zaman saat 14 radələrində obyektdən oğurluq edən “VAZ-2104” markalı **-BD-*** dövlət nömrə nişanlı avtomaşının uzaqlaşdığını görmüş, dərhal özünə məxsus avtomaşınla onları saxlamaq üçün işıq siqnalı və səs siqnalı versə də onlara çata bilməmişdir. O, həmin şəxsləri görəndə artıq avtomaşına dəmirləri yükləmişlərmiş, həmin şəxslər üç nəfər olmuş və onu görməmişlər. Lakin o, həmin şəxslərin ardınca hərəkət edən zaman onlar onun avtomaşınını görüb bir az da sürəti artırıb uzaqlaşmışlar, buna görə də o, həmin şəxsləri saxlaya bilməmişdir. Oğurluq zamanı onun təsərrüfat obyektindən 01 ədədi 1000 manat olmaqla ümumi dəyəri 2000 manat olan 02 ədəd komperossor salaska üstü, 01 dəsti 180 manat olmaqla ümumi dəyəri 2250 manat olan 15 dəst traktor körpüsü resoru, 01 ədədi 20 manat olmaqla ümumi dəyəri 300 manat olan 15 ədəd 100x100x10 ölçülü dəmir boru və ümumilikdə dəyəri 450 manat olan müxtəlif metal hissələr oğurlanmışdır. Həmin təsərrüfat obyektindən oğurlanmış metallar təsərrüfat avtomobillərinə aid hissələr olmaqla hər biri istifadəyə yararlı olmuşdur. Oğurluq nəticəsində zərərçəkmiş şəxsə ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, həmçinin, mülki iddiasından imtina edir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və mülki iddia üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, təxminən 5 ildir ki, “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən metal qəbulu məntəqəsini işlədir. 06 mart 2021-ci il tarixdə axşam saatlarında işdə olduğu zaman qırmızı rəngli “VAZ-2102” markalı avtomobili ilə bir nəfər adını polis tərəfindən, yəni sonradan İntiqam kimi bildiyi şəxs yanında bir nəfər şəxs ilə birlikdə onun işlədiyi yerə gəlmişlər. Həmin şəxslərdən uzun boylusu, yəni İntiqam olan şəxs ona 7 ədəd dəmir resoru və bir ədədi 1 metrə olmaqla ümumilikdə 15 ədəd 100-lük dəmir boru satdıqlarını bildirmişdir. O, həmin boruların oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs onların özünə məxsus olduğunu bildirmiş və o, onları çəkdikdən sonra ümumilikdə 120 manata almışdır. Həmin dəmirlərin oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinin materiallarından “Mahir” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca ********* nömrə altında cinayət təqibi ayrılmış və Xəzər RPİ İŞ-də həmin cinayət işinin ibtidai istintaqı aparılır. İş materiallarında olan və Zərərçəkmiş şəxs Şadkamal oğlunun nümayəndəsi və vəkili X2 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 16 iyun 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, həmçinin, mülki iddiasından imtina edir. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və mülki iddia üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 mart 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin mülki iddiadan imtina edərək ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 11 mart 2021-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 09 mart 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Suraxanı rayonu Yeni yaşayış sahəsində fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin mülki iddiadan imtina edərək ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 15 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2021-ci il tarixdə ona həmin maddələrlə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 15 mart 2021-ci il tarixdən 17 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsi fərdi yaşayış evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Şadkamal oğlu iddiadan imtina etdiyinə görə məhkəmə hesab edir ki, bu imtina məhkəmə tərəfindən qəbul olunmalı və mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 150,00 (bir yüz əlli) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 09 mart 2021-ci il tarixdən 11 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Suraxanı rayonu Yeni yaşayış sahəsində fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 15 mart 2021-ci il tarixdən 17 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsi fərdi yaşayış evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Şadkamal oğlu iddiadan imtina etdiyinə görə bu imtina məhkəmə tərəfindən qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-252/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-252/2021
16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver