Məhkəmə qərarları › İş №1(003)-252/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-252/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-252/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını açıq formada talamaq məqsədi ilə 13 mart 2022-ci il tarixdə, saat 21:35-də Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsindən Buzovna qəsəbəsinə, oradan da, Binə qəsəbəsi istiqamətində getmək üçün “Bolt” taksi şirkəti vasitəsilə sifariş etdiyi, müştəri qismində əyləşdiyi və taksi sürücüsü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobili Mərdəkan-Buzovna yolunun sağ tərəfində “Duz-Çörək” restoranının yaxınlığında saxlatdırıb sonuncunun avtomobilin salonunda stəkan qoymaq üçün nəzərdə tutulan yerdə yığdığı 150 (yüz əlli) manat pulu götürərərək avtomobildən düşüb qaçmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurub soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğuna görə maddi imkanı olmamışdır. Bu məqsədlə taksi sifariş edib sonra da, taksidən pul alıb düşüb qaçmaq qərarına gəlmişdir. Buna görə 13 mart 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində “Bolt” taksi şirkətindən Buzovnaya getmək üçün taksi sifariş vermiş və “Toyota Prius” markalı, **-CR- *** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Şağandan Buzovna qəsəbəsinə gəlmək üçün 5 manat 60 qəpiyə razılaşmış, lakin üzərində pul olmadığından ünvana çatan zaman taksi sürücüsündən pul alıb qaçmaq fikrində olmuşdur. Təxminən 7-8 dəqiqə sonra taksi ilə Buzovna qəsəbəsinə gəlmiş və taksini “Duz-Çörək” restoranından bir qədər irəlidə saxlatmışdır. Taksidən 100 manat pula xırda olub-olmamasını soruşmuş, taksi sürücüsü isə xırdasının olmadığını bildirmişdir. O, taksi sürücüsündən üzərində 30 manat pul olubolmamasını soruşmuş, olduğu halda verməsini, evə getdikdən sonra Binədə pulun hamısını ödəyəcəyini demişdir. Taksi sürücüsü razılaşaraq ona 30 manat pul vermiş və o, pulu aldıqdan sonra avtomobildən düşüb ara küçəyə girərək oradan uzaqlaşmışdır. Məhləyə çatıb mağazadan 30 manata ev üçün ərzaq məhsulları alaraq evə getmişdir. Bir neçə gün sonra polis əməkdaşları yaşadığı evə gələrək onu 2-ci Polis şöbəsinə aparmışlar. O, şöbədə törətdiyi cinayəti etiraf etmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən yüngül cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərmişdir ki, 3 ay olar ki, “Toyota Prius” markalı, **-CR-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur və “Bolt” şirkəti ilə əməkdaşlıq edir. 13 mart 2022-ci il tarixdə, saat 21:08-də Şağan qəsəbəsi ərazisindən Buzovna qəsəbəsinə, oradan da, Binə qəsəbəsi istiqamətində sifariş daxil olmuşdur. O, sifarişi qəbul edib saat 21:13-də Şağan qəsəbəsinə gəlmiş və müştərini saat 21:35-də Mərdəkan-Buzovna yolunda müştərinin qeyd etdiyi ünvana gətirmişdir. Həmin vaxt müştəri avtomobilin salonunda stəkan qoymaq üçün nəzərdə tutulan yerə yığdığı 150 manat pulu götürüb avtomobildən düşərək qaçmışdır. O, həmin şəxsin arxasınca qaçsa da, ona çata bilməmiş və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir neçə gün sonra onu 2-ci Polis şöbəsinə çağırmışlar və oraya gedən zaman həmin şəxsin orada olduğunu görmüşdür. 26 may 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini, hal-hazırda Gəncədə işlədiyinə görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və Təqsirləndirilən şəxs cəza verilməsini istəmədiyini bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan-Buzovna yolunun sağ tərəfində “Duz-Çörək” restoranının yaxınlığında yolun kənarında baş vermişdir. Hadisənin baş verdiyi ünvanın yaxın ətrafında hər hansı bir müşahidə kamerası aşkar olunmamış, ətrafda yaşayış evləri və iaşə obyektləri olmuşdur. Baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyətin fotoşəkil ilə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli cinayət işinə aidiyyəti olmayan 3 nəfər kənar şəxsin fotoşəkilləri ilə birlikdə protokola əlavə edilmiş vərəqədə yapışdırılaraq möhürlənmiş və onlar 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmişdir. Tanınan şəxs Təqsirləndirilən şəxs fotoşəkli göstərilən fotoşəkillər içərisindən 2-ci sırada yapışdırılmışdır. Fotoşəkillər tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edildikdən sonra sonuncuya fotoşəkillər arasında ifadəsində göstərdiyi şəxsin fotoşəklinin olub-olmamasını bildirməsi təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs tanımaq üçün ona təqdim edilmiş fotoşəkilləri nəzərdən keçirərək bildirmişdir ki, ona tanınma üçün təqdim edilmiş fotoşəkillər arasında 2-ci sıradakı fotoşəkildə olan şəxsi tanıyır. Belə ki, Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəxs ona qarşı soyğunçuluq cinayət əməlini törətmiş şəxsdir. İş materiallarına əlavə edilmiş üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən videogörüntü olan diskə baxış protokolundan görünür ki, diskin içərisində 03 dəqiqə 50 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən müstəntiq özünü və iştirakçıları elan edərək üzləşdirmə istintaq hərəkətini keçirəcəyini elan edir. Videogörüntünün 00:39-cu saniyəsindən etibarən müstəntiq iştirakçılara hüquq və vəzifələrini elan edir. Videogörüntünün 00:59-cu saniyəsindən etibarən müstəntiq Zərərçəkmiş şəxs qarşısında oturan şəxsi tanıyıb-tanımaması barədə sual verir və istintaqa verdiyi ifadəsini qarşısında oturan şəxsin üzünə qarşı deyib-deyə bilməyəcəyini soruşur. Videogörüntünün 01:31-ci saniyəsindən etibarən Zərərçəkmiş şəxs qarşısında oturan şəxsi tanıdığını bildirir və həmin şəxsin üzünə qarşı ifadə verərək həmin şəxsin onun taksisinə müştəri qismində əyləşən şəxs olduğunu və ünvana çatan zaman avtomobilin stəkan qoymaq üçün nəzərdə tutulmuş hissəsinə yığılan 150 manat pulunu götürüb maşından düşərək qaçdığını bildirir. Videogörüntünün 02:21-ci saniyəsindən etibarən müstəntiq Təqsirləndirilən şəxs qarşısında oturan şəxsi tanıyıb-tanımaması barədə sual verir və istintaqa verdiyi ifadəsini qarşısında oturan şəxsin üzünə qarşı deyib-deyə bilməyəcəyini soruşur. Videogörüntünün 02:35-ci saniyəsindən etibarən Təqsirləndirilən şəxs qarşısında oturan şəxsi tanıdığını bildirir və həmin şəxsin üzünə qarşı ifadə verərək qarşısında oturan şəxsi taksi sürücüsü kimi tanıdığını və taksi kimi sifariş edib Mərdəkan-Buzovna yolunun sağ tərəfində saxlatdırıb yalandan 30 manat pul istədiyini, guya həmin pulu evə verdikdən sonra gəlib onunla birlikdə Binə qəsəbəsinə gedəcəyini, Binəyə çatdıqda isə ümumi yolun haqq-hesabını ödəyəcəyini dediyini, taksi sürücüsünün də onunla razılaşaraq ona 30 manat pul verdiyini və 30 manatı qarşısında olan taksi sürücüsündən aldıqdan sonra avtomobildən düşüb ara küçəyə girib gözdən itdikdən sonra qaçaraq oradan uzaqlaşdığını bildirir. Videogörüntünün 03-cü dəqiqəsinin 37-ci saniyəsindən etibarən müstəntiq iştirakçılara əlavələrinin olub-olmamasını, istintaqa verdikləri ifadələrini təsdiqləyib-təsdiqləmədikləri barədə sual verir. Videogörüntünün 03-cü dəqiqəsinin 40-cı saniyəsindən etibarən iştirakçılar ifadələrini təsdiq etdiklərini və heç bir əlavələrinin olmadığını bildirirlər. Videogörüntünün 03-cü dəqiqəsinin 46-cı saniyəsindən etibarən müstəntiq istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb edir. İş materiallarına əlavə edilmiş könüllü təqdimetmə və götürmə haqqında protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs özünə məxsus olan 01 ədəd “Redmi” markalı mobil telefonu könüllü olaraq istintaq orqanına təqdim etmiş və həmin mobil telefon tərəfimdən götürülmüşdür. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon “Redmi” markalı və gümüşü rənglidir. Mobil telefonun idarəetməsi sensor vasitəsilə həyata keçirilir. Mobil telefonun içərisində mobil proqramların yerləşdiyi “Menyu” bölməsinə, fotoşəkillərin olduğu “Qalereya” bölməsinə, o cümlədən əlaqə saxlamaq üçün mobil nömrələrin şəxslərin adları ilə birlikdə qeydiyyata alındığı “Kontakt” bölməsinə həmçinin sms mətnlərinin yazıldığı və qəbul edildiyi “Mesajlar” bölməsinə tərəfimdən baxış keçirilmişdir. “Menyu” bölməsinə baxış keçirilərkən orada yerləşən “Bolt” taksi şirkətinin mobil tətbiqi proqramına daxil olan zaman orada Zərərçəkmiş şəxs taksi kimi marşrut istiqaməti, gediş haqqının qiyməti, gediş detallarının öz əksini tapdığı aşkar edilmişdir. Həmçinin baxış zamanı Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisədən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müştərinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bir neçə dəfə zəng etdiyini bildirmiş və digər şəxslərlə əlaqə saxlamaq üçün mobil nömrələrin şəxslərin adları ilə birlikdə qeydiyyata alındığı “Kontakt” bölməsinə baxış zamanı Zərərçəkmiş şəxs qeyd etdiyi həmin xüsusat aşkar edilmişdir. Bundan başqa baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisədən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müştərinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng çatmayan zaman müştərinin qeyd olunan nömrəsini “Whatsapp” sosial şəbəkəsinə “Aaaaa” şəklində əlavə etmiş və “Whatsapp” sosial şəbəkəsində həmin müştəriyə zəng etsə də, zənginə cavab verməmişdir. Bundan başqa “Whatsapp” sosial şəbəkəsində müştərinin profil şəklinin olduğunu və həmin profil şəklinə baxdıqdan sonra “Screnshoot” funksiyasının köməyi ilə fotoşəkili yaddaşda saxladığını bildirmişdir. Tərəfimdən “Whatsapp” sosial şəbəkəsinə daxil olan zaman Zərərçəkmiş şəxs qeyd etdiyi həmin xüsusatlar aşkar edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd olunan xüsusatlar özü tərəfindən əvvəlcədən “Redmi” markalı mobil telefonda olan “Screnshot” funksiyasının köməyi ilə fotoşəkil formasına salınıb fotoşəkillərin olduğu “Qalereya” bölməsində yaddaşda saxlanılmış və “HP laser jet 3020” markalı printerdən istifadə edilməklə tərəfimdən həmin fotoşəkillər çıxarılaraq protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 20 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini zərərçəkmiş şəxsin istintaq zamanı ifadəsi və üzləşdirmə protokoluna əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 16 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanılıdığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Hüseynzadənin 12 aprel 2021-ci il tarixli qərarından görünür ki, üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən video görüntü olan 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən video görüntü olan 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat olmaqla, ümumilikdə 36 (otuz altı) saat vaxt sərf etmişdir. Ona görə də, 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən video görüntü olan 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd “Redmi” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar