Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-252/2023 03.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,541 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Abşeron rayonu, Hökməli qəsəbəsindən əldə edib Binəqədi rayonuna daşıyaraq üstündə saxlamış, 05 avqust 2022ci il tarixdə saat 17:00-də Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən Sulutəpə dairəsindən «Murad» şadlıq sarayı istiqamətinə gedən yolun kənarında piyada hərəkətdə olan zaman Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Bölməsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş yuxarıda qeyd olunan çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,351 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonu Hövsan qəsəbəsindən əldə edib Binə qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 03 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq mərkəzinin yaxınlığında piyada hərəkətdə olan zaman Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş yuxarıda qeyd olunan çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Suraxanı rayonundan əldə edib Binə qəsəbəsinə daşıyaraq üstündə saxlamış, 15 dekabr 2022-ci il tarixdə saat 19:45-də Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Binə Atçılıq yaşayış massivində yerləşən «Araz» marketin yaxınlığında piyada hərəkətdə olan zaman Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş yuxarıda qeyd olunan çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində tanımadığını şəxsdən şəxsi istifadəsi üçün 10(on) manata narkotik vasitə olan kakos almışdır. Həmin narkotik vasitəni üzərində, geyindiyi cins şalvarın sağ yan balaca cibinə qoyaraq taksi vasitəsilə Sulutəpə dairəsinə getmişdir. Sulutəpə dairəsində avtomaşından düşərək piyada Xocəsən dairəsinə, "Murad" şadlıq sarayının yanına gedən zaman iki nəfər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşmışdılar. Özlərini təqdim edərək bildirmişdilər ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı PB-nin əməkdaşlarıdır. Polis işçiləri ona narkotik vasitəni gəzdirməkdə şübhəli bildikərini və onu 40-cı PB-nə dəvət etmişdilər. Onlar birlikdə 40-cı PB-nə getmiş, Polis bölməsində hüquq və vəzifələrini izah olunmuşdur. O, vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə baxış keçirilən zaman şalvarının cibində olan içərisində narkotik vasitə, kakos olan bir ədəd şəffaf sellafon bükümü təqdim etmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq massivində olan zaman polis əməkdaşları ona yaxınlaşmışdılar. Polis əməkdaşları ona özünü təqdim etməyini demişdilər. O, şəxsiyyəti barədə polis əməkdaşlarına məlumat verdikdən sonra onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 2-ci PŞ-nə dəvət etmişdilər. Polis şöbəsində olan zaman polis əməkdaşları onun üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demiş, sonra isə ona hüquqlarının müdafəsi üçün Xəzər rayon ərazisində fəaliyyət göstərən vəkil Bəhruz Səfərovu dəvət etmişdilər. Onun üzərinə baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Sonra isə ona polis əməkdaşları təklif etmişdilər ki, üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb masanın üzərinə qoysun. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində 01 ədəd spesifik iyli narkotik vasitə (kakos), çıxardaraq masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonundan üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən xx.xx.2022-ci il tarixdə 25 manat ödəməklə almışdır ki, özü istifadə etsin. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin (kakos) polis əməkdaşları tərəfindən protokol tərtib edilərək qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. 15 dekabr 2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı rayonu Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manata 01 büküm olmaqla narkotik vasitə heroin almışdır. Həmin narkotik vasitə heroini siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olmaqla əynində olan boz rəngli idman şalvarımın sağ yan cibində istifadə etməsi üçün gizlədib saxlamışdır. Həmin günü axşam saatlarında yaşadığı qəsəbədə yerləşən «Araz» marketin yaxınlığında piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək özlərini ona təqdim etmişlər. Bundan sonra onlarla birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-ə getməyini dəvət edilmişdir. Belə olan halda o, könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına getmişdir. Polis Şöbəsində təhqiqatçı Nicat Cahangirov tərəfindən hüquqlarımın müdafiə olunması üçün ona dövlət hesabına 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi təqdim etmişdir. Bundan sonra təhqiqatçı Nicat Cahangirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının və onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Nicat Cahangirov üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərində şəxsi axtarış keçirməmiş əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdilər. Bundan sonra əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoyduğu siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim edib masanın üzərinə qoymuşdur. Sorğu zamanı baş verənləri olduğu kimi danışmış, təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin 01 büküm narkotik vastə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyşalı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirdi ki, əldə olunmuş əməliyyat məlumatı əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən olunmuşdur. Bu səbəbdən də 15 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-də Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş, onun olduğu ünvana yollanmışdılar. Müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə yerləşən «Araz» marketin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməyini dəvət etmişdilər. Fikrət heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci Polis Şöbəsinin rəisinə müraciət etmişdilər. Faktla bağlı araşdırmanın aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı Nicat Cahangirova həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş Müdafiəçi və onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdilər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Fikrətə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilir. Bundan sonra Fikrət Mütəlimzadə əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoyur, siqaretin gümüşü kağızına bükülmüş bükülünün içərisində olan maddənin qəhvəyi rəngli spesfik iyə malik maddə olduğu aşkar olunur. Fikrət Mütəlimzadə dən həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşulduqda o, siqaretin gümüşü kağızının içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirib şəxsi istifadəsi üçün, elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı rayonu Suraxanı qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2bala oğlu eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən olunmuşdur. Bu səbəbdən də 05 avqust 2022-ci il tarixdə saat 17 radələrində Xəzər RPİnin 40-cı PB-də Bölmənin əməliyyat müvəkkili Şahid5 ilə birlikdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş, onun olduğu ünvana yollanmış. Müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs Binəqədi rayonu, Sulutəpə qəsəbəsində, Sulutəpə dairəsindən üzü «Murad» şadlıq sarayı istiqamətə gedən yolun kənarında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özümüzü təqdim etdikdən sonra Təqsirləndirilən şəxsova bizimlə birlikdə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə getməyini dəvət etmişdir. Fikrət heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 40-ci Polis Şöbəsinin rəisinə müraciət etmişdir. Faktla bağlı araşdırma aparılmasından ötrü material Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı Samir Hacıyevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdilər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Fikrətə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Fikrət Mütəlimzadə əynində olan tünd göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin şəffaf selofana bükülmüş bükülünü açıb baxarkən içərisindən aşkar olunmuş maddənin qəhvəyi rəngli spesfik iyə malik maddə olduğu aşkar olunduğunda Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsi soruşulmuş, Fikrət şəffaf selefonun içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirib şəxsi istifadəsi üçün, Abşeron rayonu Hökməli qəsəbəsindən 10 manat ödəməklə üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmiş. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2bala oğlu bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən olunmuşdur. Bu səbəbdən də 03 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Şahid3 Füzuli oğlu ilə birlikdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş, onun olduğu ünvana yollanmışdılar. Müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə yerləşən Atçılın mərkəzinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməyini dəvət etmiş, Fikrət heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci Polis Şöbəsinin rəisinə müraciət etmişdilər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin baş təhqiqatçısı Cavid Ağayevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Baş təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra baş təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi X10 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdilər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Fikrətə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Fikrət Mütəlimzadə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoymuş, siqaretin gümüşü kağızına bükülmüş bükülünün içərisində olan maddənin qəhvəyi rəngli spesfik iyə malik maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşulduqda o, siqaretin gümüşü kağızının içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirib şəxsi istifadəsi üçün, elə həmin günü, yəni 03 oktyabr 2022-ci il tarixdə günarta saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid3 Füzuli oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 Füzuli oğlunun təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən olunmuşdur. Bu səbəbdən də 03 oktyabr 2022-ci il tarixdə saat 20:30 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-də Şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat yolu ilə müəyyən olunmuş, onun olduğu ünvana yollanmışdılar. Müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə yerləşən Atçılın mərkəzinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməyini dəvət etmiş, Fikrət heç bir etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə gəlmiş, polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci Polis Şöbəsinin rəisinə müraciət etmişdilər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin baş təhqiqatçısı Cavid Ağayevə həvalə edildiyindən Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Baş təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, daha sonra baş təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi X10 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdilər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Fikrətə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Fikrət Mütəlimzadə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoymuş, siqaretin gümüşü kağızına bükülmüş bükülünün içərisində olan maddənin qəhvəyi rəngli spesfik iyə malik maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsini soruşulduqda o, siqaretin gümüşü kağızının içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirib şəxsi istifadəsi üçün, elə həmin günü, yəni 03 oktyabr 2022-ci il tarixdə günarta saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsindən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 25 manat ödəməklə aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 6/7073 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №193» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən…» sözləri, soyadları və imzalar qeyd edilmiş bir ədəd zərfin içrəisində bir ədəd bükümdə təmiz çəkisi 0,371 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 6/5692 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 193» möhür əksi, olan «…F. Müzəfərov…» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,351 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 avqust 2022-ci il tarixli, 6/4209 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №234» dairəvi möhür əksi olan, «(imza) Müzəfərov.F.» yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,541 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 noyabr 2022-ci il tarixli, 6808 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis-baş leytenantı Samir Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:40-19:05 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan balaca cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Anar Ağayarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 07 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 03 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis-mayoru Cavid Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 21:05-21:25 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-baş leytenantı Cavidan Allahverdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 12 noyabr 2022-ci il tarixli axtarışda olan şəxin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılaraq Binəqədi RPİ 40-cı PB-nə gətirilmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin eilməmişdir. İş materiallarında olan 14 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ İŞ-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 15 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis-leytenantı Nicat Cahangirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:40-21:00 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında qətimkan” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikasının CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə yaşayış massivi, “AL” marketin qarşısında saxlanılaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-ciü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək, istintaq davam etdirilmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilmişdir. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli 03 fevral 2023cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin təkrar törədilməsi - cəzanı ağırlaşdıran haldır.” Məhkəmə cinayətlərin təkrar törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,321 qram, 0,491 qram və 0,301 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 289 (iki yüz səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ X7 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 09 (doqquz) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X3 barəsində Xəzər Rayon Məhkəməsinin 4(003)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. X4 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,321 qram, 0,491 qram və 0,301 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 3 (üç) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 289 (iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-252/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-252/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver