Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-253/2024 28.03.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olmayan, ali təhsilli, Naxçıvan MR, Şərur rayonu, Yuxarı Aralıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 74, məzikl 44-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə saat 10:54 radələrində BB 438158 nömrəli "BD" kateqoryalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi arvadı X3 məxsus "Toyota Prius" markalı **-KD-*** qeydiyyat nişanlı avtomaşınla Bakı-Pirallahı yolunun Pirallahı rayonu istiqamətində hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin, 44cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü dəmir yol keçidinə yaxınlaşarkən keçidə maşın kompleksinin yaxınlaşmasını nəzərə almalı, keçidə daxil olmadan idarə etdiyi avtomobili 2.5 “Dayanmadan keçmək qadağandır” yol nişanının yanında dayandırmalı, avtomobili dəmir yol keçidinə daxil etməməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı və maşın kompleksinə yol verdikdən sonra hərəkətini davam etdirərək keçidə daxil olmalı olduğu halda bunu etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla, Xəzər rayonu ərazisində Dübəndi-Zirə dəmir yolu mənzilinin 31-ci km-də PK 3-də qorunmayan dəmir yolu keçidinə yaxınlaşan zaman RM- 80 497 nömrəli yol təmir edən maşın kompleksi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, onun ehtiyatsızlığı nəticəsində avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs baş beyin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, sağtərəfli pnemotoraks (sağ döş boşluğuna sərbəst havanın yığılması), sağ körpücük sümüyünün sınığı, baş, sifət və bədənin çoxsaylı əzilmiş yaraları və qançırları ilə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi "Prius" markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı X3 məxsusdur. X6 həmin avtomobilə dair ona mülki etibarnamə vermişdir. Sürücülük hüququ olmaqla eyd olunan avtomobillə "Bolt" şirkətində taksi kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında müştəriləri Səməd Vurğun bağından Pirallahı rayonuna sifariş qəbul etmiş və həmin ünvana gedərək orada avtomobilinə bir oğlan, bir qadın götürmüşdür. Oğlan ön sağ oturacaqda qadın isə arxa oturacaqda əyləşmişlər və Pirallahı rayonu istiqamətində hərəkətə başlamışdır. Dübəndi-Zirə dəmir yolu keçidinə yaxınlaşarkən avtomobilin əyləcindən istifadə edib avtomobilin sürətini aşağı salmışdır. Hadisə anidən olduğu üçün baş vermə səbəbini xatırlamır. Huşunu itirdiyindən nə baş verdiyini bilmir. Xəstəxanada həkimlər ona bildirmişlər ki, yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində özü də ağır xəsarətlər almışdır. Mülki iddianı qəbul etmir. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, 2-ci qrup əlil olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdi ki, atası ərəb milliyyətindəndir, anası isə azərbaycanlıdır. Özü Azərbaycan Respublikasının vətəndaşıdır və Azərbaycan dilində sərbəst danışıb oxuya bilir. 20 iyul 2023-cü il tarixdə səhər saat 10:00 radələrində sinif yoldaşı Dilşad ilə Bakı şəhərində "Tarqovu" deyilən yerdə görüşmüşlər. Sonra birlikdə Səməd Vurğun küçəsində yerləşən "Azza" mağazasından tort alıb Pirallahıda onları gözləyən digər sinif yoldaşının bağına getmək istəmişlər. Dilşad mobil telefonu ilə "Bolt" taksi xidmətindən taksi sifariş etmişdir. Bir qədər sonra sifarişlərinə gələn "Prius" markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşına minmişlər. Bu zaman o, qabaq oturacaqda, Dilşad isə arxa oturacaqda əyləşmişlər. Yol boyu sürücü avtomobili normal idarə edirmiş. Baş vermiş hadisə barədə heç nə xatırlamır, hadisə qəfil baş vermiş və o, gözünü xəstəxanada açdıqda ona həkimlər bildirmişlər ki, avtomobil qəzası keçirmişlər. Avtomobil qəzasında aldığı xəsarətlə əlaqədar baş nahiyəsindən, göz nahiyəsindən və körpücük sümüyündən cərrahi əməliyyat olmuşdur. 21 gün reanimasiyada yatmış, hal-hazırda da müalicəsi davam etdirilir. Təqsirləndirilən şəxs ona dəymiş külli miqdarda ziyanı ödəməmiş və ümumiyyətlə barışıq üçün müraciət etməmişdir. Bu səbəbdən də həmin avtomobilin sürücüsünə ağır cəza verilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində bir sinifdə oxuduğu Ammar ilə "Tarqovu"da görüşmüşlər. Digər sinif yoldaşları Nurgünün Pirallahıda yerləşən bağ evlərinə getmək üçün o, "Bolt" taksi şirkətindən öz mobil telefonu ilə taksi sifariş etmişdir. Bir qədər sonra gələn "PRİUS” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşına Ammarla birlikdə minmişlər. Ammar qarşı oturacaqda əyləşmiş o, isə sürücü tərəfdən arxa oturacaqda əyləşərək yola davam etmişlər. Yolda olarkən sürücü avtomaşını normal idarə edirmiş, lakin gedəcəkləri ünvana az məsafə qalmış, dəmir yolu keçidinə yaxınlaşanda dəmir yolu xətti ilə hərəkətdə olan qatarın onların üzərlərinə gəldiyini görmüşdür. Sürücü bu vaxt əylǝci sıxsa da məsafə yaxın olduğundan avtomobili saxlaya bilməmiş və qatarla toqquşmuşdur. Zərbədən o, bir anlıq huşunu itirmiş, lakin qısa müddətdən sonra ayıldıqda Ammarı çağırdıqda cavab eşitməmişdir. Bu zaman Ammar qanın içəridə olduğunu, eyni zamanda sürücünün də baş nahiyəsi qan olduğunu görmüşdür. Bir qədər sonra hadisə yerinə gələn bir neçə adam avtomobilin arxa şüşəsini sındırıb qapını açmışlar və onu avtomobildən çıxartmışlar. Hadisə yerinə gələn təcili tibb yardım ona orada ilkin tibbi yardım göstərmiş, Ammar ilə sürücünü isə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o, yüngül xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2008-cı ildən Azərbaycan Dəmir Yolları QSC-də işləyir. 2022-ci ildən isə Azərbaycan Dəmir Yolları QSCnin İnfrastruktur Departamentinin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsinin Ballast təmizləyən maşın kompleksinin böyük maşinisti vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə maşinist Şahid4 ilə birgə idarə etdikləri RM-80 497 saylı yol təmir maşın kompleksi ilə Zirə mənzilindən Dübəndi dəmir yolu stansiyasına qayıdarkən saat 10:54 radələrində Zirə-Dübəndi mənzilinin 31-ci km-də PK 3-də qorunmayan dəmir yolu keçidinə saatda 17-18 km sürətlə yaxınlaşarkən təlimata uyğun olaraq sayıqlıq siqnalı verərək keçidə daxil olmuşlar. Həmin vaxt Pirallahı istiqamətində hərəkətdə olan bir avtomobil sürətlə idarə etdikləri maşın kompleksinə çırpılmışdır. Bu zaman o, təcili ǝyləcdən istifadə etmiş və təxminən 8-10 metr məsafədə həmin avtomaşını sürüyərək dayanmışlar. Bundan sonra o, və maşinist düşüb avtomaşına tərəf qaçmışlar və maşındakı insanların ağır vəziyyətdə olduqlarını görüb dərhal “103” təcili tibbi yardıma zəng edib məlumat vermişdir. Hadisə yerinə gələn fövqəladə hallar nazirliyinin əməkdaşları sürücünü və qabaq tərəfdə oturan sərnişini çətinliklə avtomaşından çıxarıb, təcili tibbi yardımla xəstəxanaya aparılmasını təmin etmişlər. Arxada oturan qadın sərnişininə isə yerində ilkin tibbi yardım göstərmişlər. Hadisə zamanı o, və maşinist heç bir xəsarət almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində Hüquq idarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası vəzifəsində çalışır. Sonradan ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 10:54 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi "Prius" markalı **-KD-*** qeydiyyat nişanlı avtomaşınla Dübəndi-Zirə dəmir yolu mənzilinin 31-ci km Piket 3-də qorunmayan dəmir yolu keçidini keçmək istəyərkən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus RM- 80 497 nömrəli yol təmir edən maşın kompleksi ilə toqquşmuş, nəticədə avtomobildə olan sərnişinlərdən Zərərçəkmiş şəxs, Şahid1 və sürücü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Qeyd olunan yol nəqliyyat hadisəsi zamanı RM- 80 497 nömrəli yol təmir edən maşın kompleksinə və dəmir yolu təsərüfatına heç bir ziyan dəyməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - «Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, ərazisində yerləşən Dübəndi-Zirə dəmir yolu mənzilinin 31-ci kilometr 3-cü Piketində qorunmayan dəmir yolu keçididir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13- 16/2-127840/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ vardır və heç bir məhduduiyyəti yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1950 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin əzilməsi, alın sümüyünün kəllə əsasına keçən qəlpəli sınığı, sağtərəfli pnevmotoraks (sağ döş boşluğuna sərbəst havanın yığılması), sağ körpücük sümüyünün sınığı, baş, sifət və bədənin çoxsaylı əzilmiş yaraları və qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixində və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli, 2661/K saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-ci il tarixli, 8/2222 saylı rəyindən görünür ki, Toyota Prius markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin 5-ci bəndinin, 44-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2023—cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, Toyota Prius markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. - xx.xx.2023cü il tarixli etibarnamənin surətindən aydın olur ki, X6 bütün əmlakaları üzrə tam səlahiyyətlərini Təqsirləndirilən şəxs etibar etmişdir. - Zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurduğu zərərin əvəzi kimi 25.150 manat və 165 manat dövlət rüsumu məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsinin verilməsi üçün 165,45 manat miqdarında dövlət rüsumu ödənilmişdir. - Mülki iddia ərizəsinə əlavə edilmiş “Respublikas Diaqnostika Mərkəzi”nin çek fakturasının surətindən görünür ki, Zərərçəkmiş şəxs müayinə və müalicəsinə çəkilmiş xərclər cəmi 25.150 manat (24.304,95 + 845,40= 25.150,35) təşkkil etmiş və Zərərçəkmiş şəxs tərəfindən ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 25.150 manat maddi zərər vurması işin halları ilə tam sübut olunduğundan mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs vurulmuş 25.150 manat maddi zərər və ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 150 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 25.150 (iyirmi beş min yüz əlli) manat maddi zərər və 165 (yüz altmış beş) manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saat vaxta görə 54 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-253/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-253/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver