Məhkəmə qərarları › İş №1(003)-254/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-254/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-254/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 29 iyun 2023-cü il tarixdə saat 14:54 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz olan "xxxx" MMCyə məxsus “Kia Frontier-PU” markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə “Nur” marketin qarşısından keçən hissədə çörək zavodu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə qaçmaqla yolu soldan sağa keçmək istəyən piyada 31 avqust 2018-ci il təvəllüdlü olmaqla azyaşlı Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan avtomobilin qabaq hissəsilə vuraraq Zərərçəkmiş şəxs baş-beynin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün gicgah sümüyünə keçən sınığı, sağ saidin, sağ dizin əzilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək yol hərəkəti qaydalarını pozub Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən avtomobil idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 30 may 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixə kimi "xxxx" MMC şirkətində sürücü vəzifəsində işləmişdir. O, həmin şirkətdə KİA markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Savxoz Binə adlanan ərazidə avtomobili idarə edən zaman sağ tərəfdən valideyni ilə dayanmış sonradan adını bildiyi X6 anasının əlindən qaçaraq yolun hərəkət istiqamətində qaçmışdır. İdarə etdiyi avtomobili saxlaya bilməyib həmin uşağı maşınla vurub xəsarət yetirmişdir. Dərhal avtomobili saxlayıb maşından düşüb uşağa yaxınlaşmışdır. Uşağın valideyininə onun avtomobili ilə həkimə aparmağı təklif etmiş, lakin uşağın anası razı olmamışdır. Bundan başqa onlara hər cür yardım etməyə hazır olduğunu bildirmiş və mobil telefon nömrəsini istəmiş, lakin uşağın anası yenə də razılıq verməmişdir. Uşaq anası ilə birlikdə oradan çıxıb getmişlər. Bir müddət sonra polis idarəsindən hadisə ilə bağlı onu çağırıb ifadəsini almışlar. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş maddi ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X8 ifadəsində göstərmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun oğludur. 29 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində oğlu Fərman anası Şahid1 ilə Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə piyada gedərkən “Nur” marketin qarşısında anasının əlindən çıxıb yolu qaçaraq digər tərəfə keçmək istəmiş və həmin an hərəkətdə olan avtomobil onu vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Xəstəxanada hadisə ilə bağlı olaraq həkimlər polisə məlumat vermişlər. Əlavə olaraq Ülfət Əhədzadə dəymiş maddi ziyanıən ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında Şahid2 qeyd etdi ki, "xxxx" MMC-də işləmişdir. Həmin vaxtı şirkətin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi şirkətə məxsus "Kia" markalı avtomobil ilə Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə fəliyyət göstərən dükanlara tort ləvazimatları paylamışlar. 29 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə dükanlara malları paylayıb geri qayıtdıqları vaxt o, gözünü yumub mürgüləyərkən qəfil sürücü Arif idarə etdiyi avtomobilin tormozundan istifadə etmiş, avtomobil dayanmış, o, gözünü açıb görmüşdür ki, sürücü Arif idarə etdiyi şirkətə məxsus avtomobillə yola qaçan azyaşlı oğlan uşağını vurmuşdur. О və Arif dərhal avtomobildən yerə düşmüşlər. Həmin vaxt azyaşlının anası oğlunu yerdən qaldırmış, Arif azyaşlı Fərmanı xəstəxanaya aparnaq üçün qadına xahiş etsə də, azyaşlının anası xəstəxanaya getməkdən, özünün və yaxınlarının mobil nömrəsini Arifə təqdim etməkdən, eyni zamanda Arifin də mobil nömrəsini almaqdan imtina etmişdir. Azyaşlı oğlan uşağının anası və hadisə yerində olan başqa qadınlar azyaşlı uşağı götürüb hadisə yerini tərk etmişlər. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, 29 iyun 2023-cü il tarixdə təxminən saat 15 radələrində azyaşlı oğlu Zərərçəkmiş şəxs ilə Xəzər rayonu, Sovxoz Binə qəsəbəsi ərazisində çörək zavodu yolundə fəaliyyət göstərən “Pünhan” marketdən çıxıb piyada Çörək zavodu istiqamətində yol gedirmiş. Bir qədər irəlidə, “Nur” marketin qarşısında azyaşlı Fərman əlindən çıxmış və yola tərəf qaçmışdır. Bu vaxt Binə qəsəbəsi mərkəzi istiqamətindən, Çörək zavodu istiqamətində hərəkət edən markasını və dövlət qeydiyyat nişanına fikir vermədiyi avtomobil azyaşlı Fərmanı vurmuş, Fərman bədən xəsarəti almışdır. Sürücü avtomobili saxlayıb Fərmanı xəstəxanaya aparmaq istəsə də, o, həyat yoldaşına məlumat vermədən xəstəxanaya getməkdən imtina etmişdir. Sürücü ona telefon nömrəsini vermək istəsə də o, həmin şəxsin nömrəsini götürməmişdir. Həmin tarixə hadisə barədə həyat yoldaşı Ülfətə məlumat vermiş və oğlu Fərmanı xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Sovxoz adlanan ərazidə “Nur” marketin qarşısında çörək zavodu istiqamətində baş vermişdir; - BB 335776 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, “Kia Frontier PU Yük” markalı ** JE *** dövlət nişanlı avtomobil "xxxx" MMCnin mülkiyyətindədir; - AF 024119 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 708 saylı rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər baş-beynin yüngül dərəcəli əzilməsi, ənsə sümüyünün gicgah sümüyünə keçən sınığı, sağ saidin, sağ dizin əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "Respublika Neyrocərrahiyə Xəstəxanası" Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2296 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia markalı, 77 ЈЕ 795 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X1 Fərman Ülfət oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263-1.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə görə eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlini səmimi etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini (CM-59.1.12), dəymiş maddi ziyanı könüllü olaraq ödəməsini (CMnin 59.1.13) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar