Məhkəmə qərarları › İş №1(003)-255/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-255/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-255/2022 12.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2, Zərərçəkmiş şəxs3, X3 və onun nümayəndəsi Zərərçəkmiş şəxs4, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 04 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün X1 atasından ona miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun adına sənədləşdirməkdə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş müxtəlif bəhanələr gətirərək 30 may 2021-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi döngə 4, ev 7 A-da yaşayan X5 yaşadığı evində 500 manat, daha sonra isə Balaxanım Rəfiyevanın yaşdığı Sabunçu rayonu, Maştağa qəsəbəsi B.Bağırov küçəsi, döngə İ 4, 13 nömrəli evində 02 iyun 2021-ci il tarixdə hiss-hissə 1270 manat, 07 iyun 2021-ci il tarixdə 300 manat, 09 iyul 2021-ci il tarixdə hissə-hissə 600 manat, 17 iyun 2021-ci il tarixdə 150 manat, 18 iyul 2021-ci il tarixdə 150 manat, 23 iyun 2021-ci il tarixdə hissə-hissə 650 manat, 30 oktyabr 2021-ci il tarixdə 90 manat və 08 noyabr 2021-ci il tarixdə isə 100 manat olmaqla ümumilikdə 3990 manat pulunu aldadaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah məqsədiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 86, mənzil 22-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “X16” ərazisində yerləşən 6 sot torpaq sahəsinə yerləşmə sxemi və “çıxarış” sənədi düzəltməkdə köməklik edəcəyini barədə yalan vəd verib aldadaraq 19 sentyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunmuş hissə-hissə olmaqla ümumilikdə cəmi 3070 manat pulunu aldadaraq ələ keçirmişdir. Bundan əlavə o, təkrarən tamah məqsədiylə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün Bakı şəhəri, Xəzər rayonu, Natavan küçəsi, ev 30-da yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Natavan küçəsi ev 30 ünavında yerləşən evə “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən” çıxarış” sənədi düzəltməkdə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 05 noyabr 2021-ci il tarixdə Nürəddin Salamovdan sonuncun yaşadığı evdə 1550 manat, 09 noyabr 2021-ci il tarixdə Buzovna qəsəbəsində H.Eyvazov küçəsində yerləşən “Araz” marketdə yerləşən' “Millön elektron ödəmə sistemi vasitəsilə göndərməklə 644 manat, 16 noyabr 2021-ci il tarixdə 415 manat və 18 noyabr 2021-ci il tarixdə isə 540 manat olmaqla vahid niyyətlə əhatə olunmuş hissə-hissə ümumlikdə cəmi 3149 manat pulunu aldadaraq ələ keçirmişdir. Bundan başqa o, təkrarən tamah məqsədiylə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək üçün ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 məhkum olunmuş oğlu X7 Azərbaycan Respublikası Ali Məhkəməsində barəsində çıxarılmış azadlıqdan məhrum etmə cəzasını azaldacağı vəd verərək aldadıb, 01 fevral 2022- ci il tarixdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "xxxx" MMC-nin AZ1090 indeksli poçt şöbəsində 2500 manat pulunu aldadaraq ələ keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özünü Zərərçəkmiş şəxs3 epizodu üzrə təqsirli bilsə də, digər epizodlar üzrə özünü təqsirli bilmir. İşlədiyim ofis MMC-dir və Nərimanov rayonu ərazisində yerləşir. Balaxanım Rəfiyevanı bacısı qızı Ülviyyə Kazımovanın vasitəsilə tanımışdır. 30 may 2021-ci il tarixdə Ülviyyənin yaşadığı Maştağa qəsəbəsi, B.Bağırov küçəsi döngə 4, ev 13 ünvanına getmişdir. Orada Ülviyyə onu xalası Balaxanım Rəfiyeva ilə tanış edərək xalasının atasına məxsus Maştağa qəsəbəsi, Məktəb küçəsi döngə 4, ev 13 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Fərhada bağışlamaq istədiyini demişdir. O, həmin işləri görməyi öz üzərinə götürərək sənədləşmə işlərinin aparılması üçün Balaxanım Rəfiyevadan ümumilikdə 3990 manat pul istəmişdir. Balaxanım Rəfiyeva razılaşdıqdan sonra aralarında müqavilə bağlanmışdır. Rəfiyeva Balaxanımla müqavilə bağlayarkən işin gedişatı barədə, görəcəyi işlər barədə ona məlumat vermişdir, müqavilə ilə özü də, tanış olmuşdur. Bundan sonra Balaxanım onun adından sənədləşmə işlərini görmək üçün 17 saylı Xüsusi notariat kontorunda ona etibarnamə vermiş, o, da həmin etibarnamə əsasında iş görməyə başlamışdır. Həmin pulun müqabilində lazım olan bütün sənədləşmə işlərini görmüş və pullar da, həmin işlərin görülməsinə xərclənmişdir. Bütün bunlardan Balaxanım Rəfiyevanın xəbəri olmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs1 Hövsan qəsəbəsində aldığı 6 sot torpaq sahəsini rəsmiləşdirmək üçün 3070 manat pul almış və bunun üçün aralarında müqavilə bağlanmışdır. Lazım olan bütün yerlərə də, Zərərçəkmiş şəxs1 onunla birlikdə getmişdir. Onun üçün lazım olan bütün işləri görərək hüquqi xidmət göstərmişdir. Zərərçəkmiş şəxs1 aldatmaq niyyəti olmamışdır. Bundan əlavə X8 ona zəng edərək atasından qalmış Buzovna qəsəbəsində yerləşən evi öz adına sənədləşdirmək üçün ona hüquqi yardım göstərməyini xahiş etmişdir. O, da Nürəddinə hüquqi yardım göstərmək üçün ondan 3149 manat pul almış və bununla bağlı aralarında müqavilə bağlanmışdır. Onun üçün lazım olan bütün işləri görmüş, sənədlər toplamaq üçün lazım olan orqanlara sorğular da, etmişdir. Lakin sonradan tutulduğu üçün sorğuların cavabından xəbəri olmamışdır. Bundan başqa 30 yanvar 2022-ci il tarixdə məhkum yoldaşı Elmar ona zəng edərək bibisi nəvəsinin azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası Ali Məhkəmədə azaltmaqda bibisi Gülşəndəyə köməklik etməyini xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs3 ilə danışaraq söz vermişdir ki, oğlu Ülvünün Ali Məhkəmədə vermiş olduğu kassasiya şikayəti əsasında baxılan iş zamanı cəzası azaldılacaqdır. Zərərçəkmiş şəxs3 razılaşaraq hissə-hissə olmaqla ona 2500 manat pul vermişdir. Lakin onun işini görə bilməmişdir. Zərərçəkmiş şəxs3 hüquqi xidmət göstərəcəkdi, lakin bunu rəsmiləşdirməmişdir. O, bağladığı müqavilələri əməlini pərdələmək niyyəti ilə bağlamamış, görəcəyim işə görə müqavilə bağlamış və müqavilənin şərtlərinə də, əməl etmişdir. Son söz olaraq nəsə demək istəmədiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə torpaq sahəsi axtarmışdır. Təqsirləndirilən şəxs makler vasitəsilə tanımış və onunla onun işlədiyi ofisdə görüşərək ümumilikdə 2050 manat pul vermişdir. Həmin pulun 1500 manatını sxemə görə, 250 manat xidmət haqqı, 300 manat da, alqı-satqıya görə vermişdir. Alqı-satqıya gedəndə orada Nizaməddin ondan 160 manat almışdır. Bir neçə gün sonra 310 manat pul istəmişdir. Sentyabr ayından dekabr ayına kimi pulu Nizaməddinə verəndən sonra notariat hərəkətlərinin aparılması üçün ondan etibarnamə istəmişdir ki, notariusda işığı adına keçirəcəkdir və işığı adına keçirmək üçün 34 manat istəmişdir. O, bunun üçün ona 35 manat pul vermişdir. Sonradan da, 68 manat pul göndərmişdir. Lakin işıq hələ də, həmin adamın adında qalmışdır. Sonra ASAN xidmətə gedərək özü iışığı öz adına keçirmişdir. Çıxarışa görə ondan 150 manat pul almışdır. Lakin gördüyü bir iş yox olmamışdır. İşığı da, məcbur olub özü öz adıma keçirmişdir. Nizaməddindən hər dəfə işin nəticəsini soruşanda hər dəfə müxtəlif bəhanələr etmişdir. Sonra isə zənglərinə cavab verməmişdir. Onu aldatdığını başa düşüb ondan polisə şikayət etmişdir. Nizaməddinə etibarnamə versə də, onunla müqavilə bağlamamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 manat qaytarıldığını, qalan ziyanın ödənilməsini tələb etdiyini və ona qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X8 ifadəsində göstərdi ki, bir gün qızı Nigar gələrək elanda bir nəfərin vərəsəlik işləri ilə məşğul olduğunu gördüyünü bildirərək ona telefon nömrəsi vermişdir. Həmin nömrə ilə əlaqə saxlayıb danışmış və həmin şəxs onun atasının adına olan torpaq sahəsinə çıxarış alacağını demişdir. Nizaməddin ilkin olaraq 500 manat pul istəmiş, 1250 manat isə depozitə qoyulmalı olduğunu demişdir. Səhəri gün görüşərək yaşadığı evdə Nizaməddinə 1500 manat pul vermişdir. Sonra əlavə 600 manat istəmiş və o, həmin pulu da, vermişdir. Danışıqlarına əsasən Nizaməddin gördüyü hər işə görə ona qəbz təqdim edəcək və o, Nizaməddinə pul verəcəkdir. Sonra Nizaməddinə 540 manat pul vermişdir. Nizaməddin pulu verməyəcəyi halda müqaviləni ləğv edəcəyini və pulları da, qaytarmayacağını demişdir. Dekabr ayına kimi heç bir iş görməmişdir. Dekabr ayında atası zəng edərək oğlunun tutulduğunu və sənədləri aparmaqlarını bildirmişdir. O, da bundan sonra şikayət etmişdir. Sonra Nizaməddinin anası ona zəng edərək şikayəti geri götürməsini, yoxsa oğlunun özünü asacağını demişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, oğlu X10 məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Onun cəzasını azaltmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət etmişdir. Oğlunun cəzasını Ali Məhkəmədə azaltmaq üçün müxtəlif yollar axtarmış və qohumu Elman onu 30 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə tanış edərək onun bu işdə ona kömək edə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla telefonla əlaqə saxladıqda o, oğlunun cəzasından 6 ay azaltdıra biləcəyini demiş və buna görə ondan 2500 manat pul istəmişdir. O, da iş yoldaşından həmin pulu borc götürərək Təqsirləndirilən şəxs vermişdir. Lakin oğlunun işinə Ali Məhkəmədə baxılaraq cəzası qüvvədə saxlanılmışdır. Bundan sonra dəfələrlə Nizaməddinlə telefon vasitəsilə əlaqə saxlayaraq pulunu geri tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. O, da məcbur olaraq onun barəsində Xəzər RPİnin 2-ci PŞ-nə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 manat qaytarıldığını, qalan ziyanın ödənilməsini tələb etdiyini və ona qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X9 ifadəsində göstərdi ki, yaşadığı evi oğlu Zərərçəkmiş şəxs4 adına sənədləşdirmək istəmişdir. Bunun üçün ona vəkil lazım olmuşdur. Təqsirləndirilən şəxsla tanış olmuş və evinə gələrək danışmışlar. 30 may 2021-ci ildə müqavilə tərtib edərək imzalamışlar. Tezliklə evin sənədlərini hazırlayıb təhvil verəcəyini bildirmişdir. Həmin gün ondan xidmət haqqı olaraq 500 manat istəmiş və o, da razı olmuşdur. Aralarında müqavilə bağlanmış və o, etibarnamə vermişdir. 02 iyun 2021-ci ildə 1-ci dəfə ona 560 manat pul vermişdir. Nizaməddin 500 manat özünə, 560 manat notarius üçün istəmişdir. Sonuncu dəfə Nizaməddin ondan 08 noyabr 2021-ci ildə 100 manat almışdır. Ümumilikdə ondan 1 ay ərzində 3990 manat pul almış, lakin heç bir iş görməmişdir. Yalnız bacıları Minayə Quliyeva və Səmayə Quliyeva ilə notariusa gedərək orada ərizə vermişlər ki, həyətdən imtina edirlər. Dekabr ayında Nizaməddin Cəfərova verdiyi etibarnaməni ləğv etdirmişdir. Pul verdikcə Nizaməddindən nə iş gördüyünü soruşmuş, lakin hər dəfə müxtəlif bəhanələr etmiş, sonra isə ümumiyyətlə zənglərinə cavab verməmiş, nömrəsini bloklamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 manat qaytarıldığını, qalan ziyanın ödənilməsini tələb etdiyini və ona qarşı şikayətçi olduğunu bildirdi. Məhkəmədə zərərçəkmiş şəxs X3 nümayəndəsi Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, Balaxanım Rəfiyeva onun anasıdır. Onun xəbəri olmadan anası evi onun adına keçirmək istəmişdir. Nizaməddin Cəfərovu 1-ci dəfə evlərində görmüş və anası demişdir ki, evin sənədləşmə işlərini görəcəkdir. Onun yanında anası Nizaməddin Cəfərova 100 manat vermişdir. Sonra Nizaməddin anasına bildirmişdir ki, 2 həftəyə evin sənədlərinin hazır olmasını istəyirsə 100 manat da, verməlidir. Bir neçə gündən sonra işdən gələndə anasını pis vəziyyətdə görüb onunla birlikdə Nizaməddin Cəfərovun yaşadığı evə getmişdir. Atası demişdir ki, hara istəyirsiz şikayət edin. Nizaməddin özü zənglərə cavab verməmişdir. Sonra telefonda bildirmişdir ki, guya onu şantaj etdiklərinə görə şikayət edəcəkdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, ona cəzanın təyin olunmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, “Real Əmlak” Daşınmaz Əmlak Agentliyində əmlakçı işləyih. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində görmüşdür. Belə ki, əmlakçı olduğu üçün əmlak alqı-satqısını yaxşı bilən birinin xidmətlərinə ehtiyac var idi. Həyətlərində vurulmuş elan vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuş və söhbət etmişlər. Nizaməddin öz iş prinsipindən danışmışdır. Zərərçəkmiş şəxs1 onlara müraciət edərək torpaq almaq istədiyini, sənədləşməsini rəsmiləşdirmək istədiyini bildirmişdir. Onu Nizaməddinlə tanış etmiş və onlar öz aralarında danışaraq razılığa gəlmişlər. Pulu Nizaməddinə nə qədər və necə verdiyindən məlumatı olmamışdır. Təxminən 1 aydan sonra Ramil onunla telefonla əlaqə saxlayaraq Nizaməddinə sənədlərə görə pul verdiyini, lakin onun heç bir iş görmədiyini, hər dəfə müxtəlif bəhanələr etdiyini bildirmişdir. Bundan başqa, Nizaməddinin işıq və qaza görə ondan bir neçə dəfə pul aldığını, lakin heç bir iş görmədiyini demişdir. O, Nizaməddinlə telefon vasitəsilə əlaqə saxlayaraq Ramilin sözlərini ona çatdırmış və nəyə görə onun işini aparmadığını soruşmuşdur. Nizaməddin tezliklə həll edəcəyini demişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 14 aprel 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 04 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Nizami rayon Məhkəməsinin 20 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 fevral 2017-ci il tarixli qərarına əsasən əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsüf edilərək 1 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını çəkdiyindən azad edilmişdir. 28 iyul 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli amnistiya qərarının 1.8 bəndinə əsasən cərimə cəzasından azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X2 və X3 etibarınan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməklə dələduzluq etməkdə özünü təqsirli bilməməsini zərərçəkmiş şəxslərin ifadələri və iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. İş materiallarına əlavə olunmuş Xəzər rayon prokurorunun köməkçisi X11 28 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulərkən, o cümlədən istintaq dövründə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə müraciəti əsasında aparılan C-199/22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X6 dəymiş ziyandan ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər dələduzluq cinayəti törətdiyinə görə iki dəfə məhkum olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam olaraq ödənilməməsini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 15 fevral 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 15 fevral 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3 və X9 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışlar. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişlər. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, X8, Zərərçəkmiş şəxs3 və X9 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat 30 (otuz) dəqiqə, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat olmaqla ümumilikdə 40 (qırx) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 243 (iki yüz qırx üç) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 15 fevral 2022-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 243 (iki yüz qırx üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB**********1700266117, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar