Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-256/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Siyamuy Rezainin, onun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Cəlilabad rayonu Əsədli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivi, fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 16 :30 radələrində oğlu - xx.xx.2013-cü il təvəllüdlü Elnur Paşazadəni məktəbdən götürmək üçün sonuncunun təhsil aldığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağları yaşayış massivində fəaliyyət göstərən 19 saylı tam orta məktəbin həyətinə gəlmiş, məktəbin qarşısında gözləyən zaman şəxsiyyəti istintaqa məlum olmayan şagirdin ona yaxınlaşaraq X8nin sinif yoldaşı Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü deməsindən sonra həmin vaxt məktəbin həyətində olan xx.xx.2013-cü il təvəllüdlü azyaşlı - Zərərçəkmiş şəxs yaxınlaşmaqla sonuncunun oğlunu döydüyünə görə intiqam hissi ilə Zərərçəkmiş şəxs sifətninə bir neçə dəfə sillə ilə qəsdən zərbələr vurmuş, daha sonra əli ilə Zərərçəkmiş şəxs boğazından tutub sıxmaqla aşağı əyərək dizi ilə qarın nahiyyəsinə qəsdən zərbə vurması ilə sonuncunun zərbələrin təsirindən yıxıllaraq başının metal dirəyə dəyməsi nəticəsində zərərçəkmiş şəxsə baş-beyin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ənsə nahiyəsinin yumşaq toxumalarının əzliməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, o, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Onun himayəsidə iki qız və bir oğlan övladı var. X8 Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağları yaşayış massivində yerləşən 19 saylı tam orta məktəbin 4-cü sinif şagirdidir. Elnur ilə bir sinifdə oxuyan X9 mütəmadi olaraq onun fiziki cəhətdən zəif olan oğlu ilə daim dava dalaş etmişdir. O, dəfələrlə bu barədə məktəbin rəhbərliyinə məlumat vermiş və oğlunun sinifinin dəyişdirilməsini tələb etmişdir. Sonucu dəfə, 20.10.22-ci il tarixində saat 16:30 radələrində o, 19 saylı məktəbə övladını götürmək üçün getdiyi zaman bir uşaq yaxınlaşaraq onu məktəbin həyətinə çağırmış və övladının sinif yoldaşı Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünü bildirmişdir. O, uşaqların olduğu yerə gedərək Zərərçəkmiş şəxs və oğlu Elnuru ayırmış, onları ayıran zaman Zərərçəkmiş şəxs itələmişdir. Daha sonra o, Elnuru məktəbin direktorunun yanına aparmış və ona hadisəni danışaraq direktora iradını bildirmişdir. O, neçə ildir ki, uşaqların siniflərini ayırılmasını tələb etsə də, direktor ayırmamışdır. O, məktəbin direktorunun otağında olan zaman həmin yerə X6 anası və polis əməkdaşları gəlmişlər. X2 oğlunu döyməyi barədə polisə ərizə ilə müraciət etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında qanuni nümayəndəsi Siyamuy Rezainin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, milliytəcə əfqan olsa da, Azərbaycan dilində sərbəst yazıb oxuya bilir. Əfqanıstan Respublikasının vətəndaşıdır. 2013-cü ilin təxminən sonlarından valideyinləri Əfqanıstandan Respublikasından qaçqın kimi Azərbaycan Respublikasına gəlmişlər. Təxminən 1 ildən çoxdur ki, valideyinləri və qardaşı Səmim ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində fərdi yaşayış evində yaşaıyır. Hadisə baş verən tarixdə 19 saylı tam orta məktəbin 4-cü sinifində oxumuşdur. xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində sinif yoldaşları ilə birlikdə məktəbin həyətində futbol oynamışdır. Bu zaman Elnur adlı sinif yoldaşı ona topu ilə futbol oynamamasını bildirmişdir. O da, Elnura “sənin topun mənə lazım deyil” demiş və əli ilə Elnuru itələmişdir. Bundan sonra Elnur çıxıb getmişdir. Həmin gün saat 16:30 radələrində Elnurun atası Eldar adlı şəxs məktəbin həyətinə gələrək onu yanına çağırmışdır. O, Eldara yaxınlaşan zaman Eldar bir dəfə sillə zərbəsi ilə onun sifətindən vurmuş, sonra boğazından tutub sıxmış və başını aşağı əyərək dizi ilə onun qarın nahiyyısinə zərbə vurmuş və onu itələyərək yerə yıxmışdır. Bu zaman onun başı dirəyə dəymiş və zərbənin təhsirindən o, huşunu itirmişdir. Bir neçə dəqiqədən sonra o, gözünü açmış və sinif yoldaşlarını görmüşdür. Daha sonra məktəbdə gözşətçi işləyən Elçin adlı şəxs ona yaxınlaşıb onun üzünü yuyaraq məktəbin direktorunun otağına aparmışdır. Həmin vaxt onu vuran Eldar adlı şəxs də orada olmuşdur. Orada həmçinin polis əməkdaşları da olub. Daha sonra anası ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Siyamuy Rezai Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və ona törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, 19 saylı tam orta məktəbin gözətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs həmin məkətib 4-cü sinifində təhsil alır. xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində o, məktəbin həyətində olarkən adını bilmədiyi şagirdlərdən biri ona bir nəfər valideynin məktəbin həyətində şagirdi döydüyünü demişdir. O, dərhal həmin yerə getmiş və Eldar adlı valideynin Zərərçəkmiş şəxs döydüyünü görmüşdür. O, Təqsirləndirilən şəxs saxlamış və direktorun otağına gətirmişdir. Orada direktor Nadir müəllim Təqsirləndirilən şəxs öz iradını bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu oğlu Elnur ilə mübahisə edərək itələdiyi üçün bundan ani olaraq hirsli olduğunu və bu səbəbdən Zərərçəkmiş şəxs döydüyünü bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs və anasını evlərindən çağıraraq məktəbə dəvət etmişlər. Direktor Zərərçəkmiş şəxs validyini və Təqsirləndirilən şəxs ilə proflaktiki söhbət aparılmış, daha sonra polis idarəsinə bu barədə məlumat verilmiş və hadisə barədə akt tərtib edilmişdir. Zərərçəkmiş şəxs anası əvvəlcə uşaqda heç bir şey olmadığını bildirmiş və Zərərçəkmiş şəxs evə aparmışdır. O, Zərərçəkmiş şəxs anasın polisə şikayət etdiyini bundan bir neçə gün sonra bilmişdir. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs ilə Elnur adlı az yaşlının arasında baş vermiş mübahisə olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 oxşar məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan canlı şəxsin ekspertizası ilə bağlı 23 oktyabr 2022-ci il tarixli 1471 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X3 (Zərərçəkmiş şəxs Formul) məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinimşdir: 1.X4 (Zərərçəkmiş şəxs) bədəni üzərində aşkar edilmiş xəsarətlər — baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X7" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2.Hadisə haqqında məlumatlara qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X4 (Zərərçəkmiş şəxs) bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 132, 221.1, 127.2.3, 66.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurması cinayətini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi əmələ görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin az yaşlı şəxsə qarşı törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (60 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-256/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-256/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver