Məhkəmə qərarları › İş №1(003)-257/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-257/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-257/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədilə vahid qəsdlə 19 oktyabr 2022-ci il, 02 noyabr 2022-ci il, 11 noyabr 2022-ci il, 14 noyabr 2022-ci il və 16 noyabr 2022-ci il tarixlərdə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat yolu, nömrəsiz ünvanda yerləşən evində usta işlədiyi zaman evin yataq otağında saxlanc yeri hesab olunan dolabdan sonuncuya məxsus 1 ədəd 450 manat dəyərində qızıl qolbağını, 1 ədəd 480 manat dəyərində qızıl kişi üzüyünü, 1 ədəd 300 manat dəyərində qızıl boyunbağını və 1 cüt 350 manat dəyərində qızıl sırğanı gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1580 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ona borcu olmuşdur. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs məxsus evə daxil olaraq 1 ədəd qızıl qolbağını, 1 ədəd qızıl kişi üzüyünü, 1 ədəd qızıl boyunbağını və 1 cüt qızıl sırğanı götürmüşdür. Zərərçəkmiş şəxs dəymiş 1580 manat maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı övladının olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, aliləsi ilə birlikdə yaşayır, himayəsində 2 azyaşlı övladı var. Bakı şəhərində müxtəlif evlərdə təmir, tikinti işləri görmüşdür. 2022-ci ilin iyun ayından etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu nömrəsiz ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin kafel-metlax, suvax, döşəmə, tavan, oboy, santexnik, elektrik, istilik sistemləri, fasad və sair demək olar ki, evin bütün təmir işlərini görmüşdür. Bu müddət ərzində Ceyhun ümumilikdə ona cəmi 2200 manat pul vermişdir. İşlədiyi vaxtlarda da pulu xırda-xırda olmaqla vermiş, onu da gecikdirməklə ödəmişdir. 2022-ci ilin oktyar ayının əvvəllərində uşağı xəstələndiyi üçün ona müəyyən dərmanlar və müalicə lazım olmuş, həmin vaxt Ceyhuna uşağının xəstə olduğunu, pula oluğunu demişdir. Lakin Ceyhun bir həftə ərzində ona cəmi 35 manat pul vermişdir. xx.xx.2022-ci il tarixdə Ceyhunun evində usta kimi işləyərkən yataq otağındakı dolabın çəkməcəsinin açıq olduğunu və orada bir neçə qızıl-ziynət əşyaları olduğunu görmüş, həmin vaxt da uşağı xəstə olduğu üçün pula ehtiyacı olmuş, məcbur olub həmin dolabdakı qızılziynət əşyalarından 1 cüt qızıl sırğanın bir ədədini götürüb Xəzər rayonu Binə qəsəsbində yerləşən «qızıl və briliyantların alışı» mağazasında işləyən Elnur adlı şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus olduğunu bildirib 65 manata satmışdır. Aldığı pula isə uşağa dərmanlar almış, həmin sırğanı oğurlayarkən orada başqa qızıl-ziynət əşyaları da olsa da ev sakinlərnin şübhələnməsi üçün onların hamısını götürməmişdir. Eləcə də lazım olduğu halda götürüb satacağı qərarına gəlmişdir. Bundan təxminən 12-13 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə yenə də evdə usta kimi işləyərkən öz evinə və uaşağa müəyyən dərmanlar almaq lazım olduğu üçün oğuladığı qızıl sırğanın digər tayını da götürüb həmin yerə, Elnur adlı şəxsə 60 manata satmışdır. Bundan təxminən bir həftə sonra yenə də pul lazım olmuş, Ceyhun da ona pul vermədiyi üçün xx.xx.2022-ci il tarixdə onun evində işləyərkən həmin dolabdan bir ədəd qızıl klonu götürüb 100 manata satmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə həmin yerdən bir ədəd qızıl qolbağını oğurlayıb 120 manata satmışdır. Satarkən qolbağının bir hissəsinin olmadığını, yəni sınıq olduğunu görmüş, 2 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə həmin qızıl qolbağının digər hissəsini oğurlayıb 300 manata satmışdır. Satdığı qızılların hamısını Xəzər rayonu Binə qəsəsbində yerləşən «qızıl və briliyantların alışı» mağazasında işləyən Elnur adlı şəxsə şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus olduğunu bildirib satmışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən 3-cü PŞdən ona zəng vurub şöbəyə çağırmışlar, həmin vaxt nə üçün çağrıldığını bilmiş, ona görə də şöbəyə gedib tutduğu əməli etiraf etmişdir. Oğurlayaraq satdığı qızıl-ziynət əşyalarını satarkən şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin qızılların özünə məxsus olduğun demiş, Elnur adlı şəxs onların oğurluq olmasını bilməmiş, eləcə də ailə üzvlərinin oğurluq etməsindən məlumatları olmamış, onlara bu barədə heç nə deməmiş, həmin evdə usta işlədiyi üçün evin bütün otaqlarına sərbəst girib-çıxa bilmiş, qızılları oğurlayarkən evdə Ceyhun anası və ya atası da olmuşdur. Oradan oğurladığı qızıl-ziynət əşyalarını və satdığı yeri bildirmiş, sonucu dəfə xx.xx.2022-ci il tarixdə qolbağını oğurlayarkən bir ədəd də kişi üzüyü də götürmüş, lakin həmin üzüyü qızıl olmadığı üçün və qızıla oxşamadığını görüb atmışdır. Tutulduqdan sonra Ceyhun ilə görüşüb bu haqda söhbət etmiş, ona ehtiyacı olduğu üçün məcbur olub bu əməli etdiyini, hazırda peşman olduğunu və dəymiş ziyanı ödəyəcəyini demiş. Ceyhun ilə razılaşmış, hazırda Zərərçəkmiş şəxs bununla bağlı ondan heç bir şikayəti və tələbi yoxdur. Həmin evdə usta işlədiyi üçün evin bütün otaqlarında olan kombinin radiatorlarını yoxlamaq, təmir etmək üçün otaqlara girməyə icazəsi olsa da otaqda olan digər əşyalara, dolablara toxunmaq, oradan hər hansı əşya və əşyalar götürməyə icazəsi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayında Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda fərdi yaşayış evi tikdirmişdir. Təqsirləndirilən şəxs eyni məhlədə yaşadığı üçün tanyımış, onun usta olduğunu bilmişdir. Evin içinin təmiri üçün Azərlə görüşüb ona evin təmir işlərini görməsini demiş, razılaşdıqdan sonra Azər 2022ci ilin avqust ayından etibarən evdə işləməyə başlamışdır. Danışdıqları kimi ona gördüyü hər işə görə müəyyən qədər pul vermişdir. Azrə evin təmirini, elektrik və santexnik işlərin bitirdikdən sonra getmiş, işlədiyi ərəfədə az-az pul verirmişdir. İşi qurtardıqdan sonra Azərə borcu qalmamışdır. Lakin evdə kombinin quraşdırılmasından sonra lazım olduğu halda çağırmış, Azər hər dəfə baxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində evə gəldikdə atası Azərin evə gəldiyini, kombiyə baxıb getdiyini demiş, o, Azəri kombiyə baxamağa çağırmadığı üçün onun nə üçün dəvətsiz gəldiyindən şübhələnmiş, lakin bu haqda heç kimə heç nə deməmişdir. Həmin gün yoldaşı Elnurə evə gəlib qızıl ziynət əşyalarının yerində olmadığını dedikdə Azərə zəng vurub nə üçün evə dəvətsiz gəldiyini soruşmuş, Azərə həm kombiyə baxmaq üçün həm də təcili işim olduğunu deyib çağırsa da Azər gələcəyini deyib gəlməmişdir. Telefonu da söndürdüyü üçün əsəbləşib bu barədə DİN-nin 102 xidmətizəng mərkəzinə məlumat vermişdir. Bir qədər sonra polis işçiləri gəlmiş, baş vermiş hadisə barədə ərizə yazıb şikayət etmişdir. Oğurlanmış qızıllar ona və yoldaşına məxsus olsa da yoldaşına da özü aldığı üçün qızıl-ziynət çşyalarının ona məxsus olması kimi qəbul edilməsinin xahiş etmiş, Azər evdə uzun müddət işlədiyi üçün qızılların yerini bilə biləcəyini, o, evə daxil olarkən atası evdə olmuş, Azəri görmüş, Azər atasına kombiyə baxmaq üçün gəldiyini demiş, Azərin evdə kombini təmir etdiyi üçün qızılların olduğu otağa və evin digər otaqlarına girə biləcəyəni, oğurlanmış qızıl-ziynət əşyaları 1 ədəd 450 manat dəyərində qızıl qolbağı, 1 ədəd 300 manat dəyərində qızıl boyunbağı, 1 cüt 350 manat dəyərində qızıl sırğa və 1 ədəd 480 manat dəyərində qızıl kişi üzüyündən ibarət olub oğurluq nəticəsində ona cəmi 1580 manat dəyərində maddi ziyan dədiyini, ilkin araşdırma zamanı oğurlanmış qızıl-ziynət əşyalarını təxmini hesabladığı üçün üumumi qiymət olaraq 3000 manat yazdığını, lakin sonrdan oğurlanmış qızılların dəqiq qiymətlərini hesabladığını və 1580 manat olduğunu müəyyən etmişdir. Təqsirləndirilən şəxs evdən qızıllarını oğurlanıdığını yalnız xx.xx.2022-ci il tarixdə aşkar etmiş, lakin onların nə vaxt oğurlandığını dəqiq bilməmişdir. Çünki, qızılların olduğu yerə tez-tez baxmamışlar. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Belə ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. İbtidai istintaqda Şahid ifadə verərək göstərmişdir ki, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən bazarın içində «Qızıl, Gümüş, Hədiyyələr» adlı qızıl alqı-satqısı mağazasını icarə əsasında işlədir, zərgər olmaqla həmçinin ordada satıcı işləyir. Eyni zamanda qızıl-ziynət əşyalarının alqı-satqısı ilə də məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə işdə olarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiy 1 nəfər tanımadığı şəxs mağazaya daxil olaraq ona 1 ədəd tək halda qızıl sırğanı göstərərək özünə məxsus olduğunu və satmaq istədiyini demiş, həmin sırğaya baxıb çəkərək qramına görə 65 manat verə biləcəyini bildirmiş, Azər fikirləşib razılaşdıqdan sonra ondan şəxsiyyətini təsdiq edən sənəd istəmiş, qızılı oan təqdim edən şəxs Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməklə özünə məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadğını, cavabdeh olduğunu demiş, həmin sırğanı götürüb ona 65 manat vermişdir. Daha sonra mağazanın «qızıl və briliyantların alışının akt kitabında» qeydiyyat aparmış, təxminən 13 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğu təkrar mağazaya gələrək ona bir ədəd tək halda qızıl sırğa göstərib satmaq istədiyini demiş, sırğaya baxıb qızıl olduğundan əmin olduqdan sonra çəkmiş, qramına görə ona 60 manat pul vermişdir. Həmin sırğanı da eyni qaydada kitabda Təqsirləndirilən şəxs qol çəkdirməklə qeydlər aparmışdır. Sonra xx.xx.2022-ci il tarixdə Azər mağazaya gəlmiş, yenə də ona bir ədəd qızıl klon göstərib satmaq istədiyini demiş, klonu da çəkib qramına görə ona 100 manat vermişdir. Onu da kitabda qeyd aparmaqla Azərə qol çəkdirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenə də mağazaya gəlib bir ədəd qızıl qolbağı göstərib onu da satmaq istədiyini demiş, ondan qolbağını alıb baxdıqda onun bir hissəsinin olmadığını, yəni sınıq olduğunu görmüş, çəkərək qramına görə 120 manat verə biləcəyini demiş, Azər razılaşdıqdan sonra ona 120 manat verib həmin kitabda qol çəkdirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə işdə olarkən Azər Rəhmiov həmin qolbağın bir hissəsini gətirərək onu da satmaq istədiyini demiş, həmin qolbağını da çəkərək ona 300 manat vermişdir. Aldığı qızılları müxtəlif günlərdə zərgərlik işləri ilə əlaqədar əritmişdir. Bu hadisədən təxminən bir həftə sonra xx.xx.2022-ci il tarixdə işdə olarkən polislər mağazaya gəlmiş, ona oğurluq yolu ilə əldə olunan qızıl-ziynət əşyalarını aldığını demişlər. Maraqlanmış, polislərə alqı-satqı yolu ilə Təqsirləndirilən şəxs aldığını və kitabında qeydlər apardığını və təqdim edə biləcəyini demiş, həmin kitabın Təqsirləndirilən şəxs aid vərəqlərinin surətlərini çıxarıb polislərə təqdim etmişdir. Təqsirləndirilən şəxs ona satdığı qızıl-ziynət əşyalarının oğurluq yolla əldə olunmasından məlumatı olmamış, çünki, qızılları alarkən Təqsirləndirilən şəxs qızılların ona məxsus olduğunu, özü satdığını, qeyri-qanuni olmadğını, cavabdeh olduğunu demiş, onu tanımamış, əvvəllər də görməmişdir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yerinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu fərdi yaşayış evi olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, 26 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı var. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməyə görə əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-257/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN PX 3 saylı İT-nın xx.xx.2023-cü il tarixli, 3-16-17/402-2189/2023 saylı məktubundan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanması üçün 3 saylı İT-na gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 25 (iyirmi beş) gün müddət, ümumilikdə 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, 1q saylı evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Şirvan şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş 1580 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 25 noyabr 2022-ci il tarixdən 26 noyabr 2022-ci il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 01 (bir) ay 25 (iyirmi beş) gün müddət, ümumilikdə 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, S.Ə.Şirvani küçəsi, 1q saylı evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 1580 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 12 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar