Məhkəmə qərarları › İş №1(003)-258/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-258/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-258/2022 16.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli 4(003)- 121/2022 saylı qərarı ilə həbs qətimkan seçilmiş, həbsetmənin əvvəli tutulduğu 05 mart 2022-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış və qabaqcadan əlbir olub qrup təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 05 ədəd bükümdə ümumi təmiz çəkisi 1,810 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış və həmin gün saat 18:00 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar yaşayış massivində yerləşən “Hövsan market” ərzaq dükanının yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilib orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,427 qram, 0,330 qram, 0,411 qram, 0,302 qram və 0,340 qram, ümumi təmiz çəkisi 1,810 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs tanışı X3 ilə qabaqcadan əlbir olub qrup təşkil edərək 26 yanvar 2022-ci il tarixdə təxminən gecə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 4 evə evin ikinci mərtəbəsindəki pəncərədən qanunsuz daxil olaraq ikinci mərtəbədəki otaqdan qiyməti 1000 manat olan bir ədəd “Samsung” markalı televizoru, birinci mərtəbədəki otaqdan isə qiyməti 50 manat olan bir ədəd 130 sm x 80 sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanı, qiyməti 600 manat olan bir ədəd 3 m x 1,40 m ölçülü üzərində müxtəlif naxişlar olan 5 gül toxunma xalçanı, qiyməti 470 manat olan bir ədəd 2,40 m x1,30 m ölçülü üzərində müxtəlif naxışlar olan toxunma xalçanı, qiyməti 110 manat olan bir ədəd 2,80 m x 2 m ölçülü üzərində müxtəlif naxışlar olan sadə xalçanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 2230 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir neçə ay bundan əvvəl narkotik vasitə heroindən istifadə etmiş, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərinin müxtəlif ərazilərindən tanımadığı şəxslərdən əldə etmişdir. 27 noyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 50 manat pul verərək şəxsi istifadəsi üçün narkotik vasitə heroin alıb cibinə qoymuşdur. 29 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi Bağlar yaşayış massivi ərazisində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmin vaxt onun üzərində narkotik vasitə olduğuna görə qorxub özünü itirmiş və çaşqın halda həyəcanlı şəkildə cavablar vermişdir. Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etməyə başlamış, o da səmimi olaraq həyəcanlı olmasının səbəbini üzərində şəxsi istifadə məqsədilə saxlayıb daşıdığı narkotik vasitənin olması ilə etiraf etmiş, həmçinin həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Buna görə polis əməkdaşları onu Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirərək təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunandan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa, könüllü təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən öz şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığı içərisində narkotik vasitə heroin olan beş ədəd bükümü təqdim etmişdir. Həmin beş ədəd bükümdə olan narkotik vasitələr ondan götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək ucadan oxunduqdan sonra zərfin üzəri və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmin hadisə ilə əlaqədar barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. X2 tanışı Şahid4 yaşadığı evdə olarkən tanış olub tanımışdır. 2021-ci ilin fevral ayında özünə məxsus olan “Samsung A21” markalı mobil telefonu 200 manata Mikayıla satmışdır. Mikayıl həmin vaxt 100 manat vermiş, 100 manat isə borclu qalmışdır. 26 yanvar 2022-ci il tarixdə gecə təxminən 01 radələrində Pərvizin yaşadığı evə getmiş, yarım saat sonra Mikayıl da oraya gəlmişdir. Həmin vaxt təklikdə olarkən Mikayıldan ona olan 100 manat borcunu nə vaxt verəcəyini soruşmuş, o da bildirmişdir ki, Şüvəlan qəsəbəsində bir ev var, həmin evdən 7-8 dəfə oğurluq edib və heç bir problemi çıxmayıb. Mikayıl ona onunla birlikdə həmin evə gedərək oğurluq etməyi təklif etmiş, o da razılaşmış və həmin gün gecə saat 04 radələrində birlikdə Mikayılın dediyi evə getmişlər. O, həmin evin yanındakı həyətin giriş qapısının qarşısında Mikayılı gözləmiş, Mikayıl isə evə daxil olmuşdur. Təxminən 40 dəqiqə sonra Mikayıl evdən oğurladığı televizoru gətirib onun yanına qoyaraq yenidən evə qayıdıb evdən oğurladığı dörd ədəd xalçanı da onun olduğu yerə gətirmiş və ona demişdir ki, ya xalçaları, ya da televizoru götürsün və getsinlər. O isə götürməyəcəyini bildirmiş və Mikayıla demişdir ki, özü nə götürürsə, götürüb getsinlər. Səbəb kimi onu göstərmişdir ki, xalçalar əlində yol ilə getsə, ətrafda olan kameralara düşəcək və onun da Mikayılla birlikdə oğurluq etdiyi bilinəcək. Bundan sonra Mikayıl xalçaları həyətin içəri tərəfində darvazanın ağzına yığıb bildirmişdir ki, həmin xalçaları daha sonra gedib götürərlər, o da onunla razılaşmışdır. Bundan sonra Mikayıl televizoru əlinə götürmüş və onlar piyada Pərvizin yaşadığı evə gələrək görmüşlər ki, digər tanışları Şahid2 da oradadır. Söhbət əsnasında Elgün demişdir ki, avtomobilini Sumqayıt polisi saxlayaraq cərimə meydançasına qoymuşdur və avtomobili çıxartması üçün təxminən 400-500 manat cərimə ödəməlidir. Odur ki, onlardan köməklik etmələrini istəmişdir. O da Elgünə imkanı yaxşı olsa köməklik edəcəyini bildirmişdir. Bundan bir qədər sonra Mikayıl evdən çıxıb harasa getmişdir. Həmin gün saat 07 radələrində o, taksi fəaliyyəti ilə məşğul olan məktəb yoldaşı Şahid1 zəng edərək onu gəlib Suraxanı rayonunda yerləşən yaşadığı evə aparmasını istəmişdir. Saat 08 radələrində Kamran Pərvizgilin yaşadığı evin qarşısına gələrək ona həmin yerdə olduğunu bildirmişdir. O, evdən çıxarkən Elgün evlərinə çörək almalı olduğunu deyərək onu çörək almaq üçün mağazaya aparmalarını xahiş etmiş, o da etiraz etməmiş və Elgünlə birlikdə Kamranın maşınına əyləşmişdir. Kamranı çağırmaqda məqsədi onun idarə etdiyi avtomobillə gedib xalçaları götürərək satıb pul əldə etmək olmuşdur. Lakin Kamrana yalandan demişdir ki, yaxınlıqda yaşayan qohumugildə əşyalar var, onları götürmək lazımdır və ondan avtomobili həmin yerə sürməsini istəmişdir. Elgün yolda mağazanın qarşısında düşməli imiş, lakin mağaza bağlı olduğuna görə o, düşməmiş və onlarla birlikdə getməli olmuşdur. Bundan sonra o, xalçaların olduğu evin həyətinə gedən yolu göstərmiş və birlikdə həmin yerə gəlmişlər. Orada o, avtomobildən düşərək xalçaların olduğu evin həyətinə tərəf getmiş, Kamran və Elgün isə avtomobildə onun geri qayıtmağını gözləmişlər. Az sonra o, həyətdə olan xalçalardan birini götürüb geri qayıtmış və Kamrandan avtomobilin arxa tərəfini evin həyətinin darvazasının qarşısına verib saxlamağını istəmişdir. Kamran da avtomobilin arxasını darvazaya doğru yaxınlaşdırıb saxlamış, daha sonra Kamrandan avtomobilin yük yerinin qapısını açmağını istəmiş, o da avtomobilin yük yerinin qapısını açmışdır. O, evin həyətindən götürdüyü bir ədəd xalçanı avtomobilin yük yerinə qoymuş, həmin vaxt qonşuluqdakı evdən ev yiyəsi olan şəxs onu səsləyərək ondan nə etdiyini soruşmuş, o da ona bir-iki şey var, onları apardıqlarını bildirmişdir. Bu zaman həmin şəxs onlara yaxınlaşmış, Kamran tərəfdən avtomobilin qabaq sol qapısını açaraq heç bir söz demədən əl atıb avtomobilin açar yerinə taxılmış vəziyyətdə olan açarı götürmüşdür. Həmin vaxt Kamran ondan nə etdiyini soruşmuş, o isə cavab verməyərək telefonu ilə kiməsə zəng edib onları həmin yerə çağırmışdır. Bu zaman Kamran ondan nə məsələ olduğunu soruşmuş, o, onun sualına cavab verməmiş, ondan avtomobilin ehtiyat açarının olub-olmadığını soruşmuşdur. O, avtomobilinin ehtiyat açarı olsa da məsələyə tam aydınlıq gətirilməyənə kimi avtomobili yerindən tərpətməyəcəyini, əgər avtomobili sürsə onunla bərabər məsuliyyət daşıyacağını demişdir. Onun bu sözündən sonra o, həmin yerdən çıxıb getmişdir. Elgünün, Kamranın və Pərvizin qeyd olunan oğurluq cinayətinin törədilməsində onun heç bir iştirakı, o cümlədən heç bir məlumatı olmamışdır, onların heç biri ilə heç vaxt heç bir cinayət törətməmiş, cəmi bir dəfə Mikayılla oğurluq cinayətinin törədilməsində iştirak etmişdir. Həmin hadisə zamanı da Mikayıl evə daxil olmuş, o isə evin çöl tərəfində onu gözləmişdir, etmiş olduğu əmələ görə səmimi peşmançılıq çəkir. Bundan başqa heç bir cinayətin törədilməsində iştirak etməmiş və cinayət törətməmişdir. Hazırkı açıq məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, ona qarşı hazırda ittiham irəli sürülən əməllərin heç birini törətməmişdir, belə ki, həmin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Oğurluq cinayətini isə törətməmişdir. Polis əməkdaşları ona fiziki və mənəvi təzyiqlər göstərərək önu öz əleyhinə ifadə verməyə məcbur etmiş, o da həmin cinayətləri guya törətməsi barədə etirafedici ifadələr vermişdir. Onu bu dəfə tamamilə nahaqdan tutmuşlar. Himayəsində bir azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınmasını və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır, ünvan 4 şəxsi bağ evi vardır. Həmin evdə əsasən yay aylarında yaşayırlar. 04 noyabr 2021-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək olan müddət ərzində ona məxsus həmin bağ evindən ümumilikdə 6 dəfə oğurluq olmuşdur. Belə ki, birinci dəfə 04 noyabr 2021-ci il tarixdə saat 13 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə üçüncü mərtəbənin eyvanındakı açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki televizor altının üzərindən qiyməti 1200 manat olan bir ədəd “LG” markalı televizoru oğurlayıb aparmışlar. Həmin vaxt şəxsi problemlərilə əlaqədar vaxtı olmadığından, bu barədə heç bir yerə şikayət etməmişdir. Bundan sonra 11 dekabr 2021-ci il tarixdə saat 10 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdən ümumilikdə 3500 manat dəyərində müxtəlif ölçülü elektrik naqillərini və elektrik avadanlıqlarını söküb çıxardaraq oğurlayıb aparmışlar. O, ərazinin polis sahə inspektoruna bu barədə məlumat vermiş, lakin ərizə yazmamışdır. Bundan sonra 16 dekabr 2021-ci il tarixdə saat 15 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə birinci mərtəbənin pəncərəsini sındırmaqla qanunsuz daxil olub evin ikinci mərtəbəsində quraşdırılmış ümumilikdə qiyməti 2000 manat olan 7 ədəd radiator və krantları oğurlayıb aparmışlar. Bundan sonra 18 yanvar 2022-ci il tarixdə saat 10 radələrində bağ evinə gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər ona məxsus evə ikinci mərtəbənin eyvanındakı pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq birinci mərtəbədəki otaqdan ümumilikdə qiyməti 2500 manat olmaqla, bir ədəd qiyməti 1000 manat olan “LG” markalı televizoru, qiyməti 500 manat olan bir ədəd “Sony” markalı maqnitafonu, bir ədəd qiyməti 600 manat olan mis samovarı və ümumilikdə qiyməti 400 manat olan mis çəngəl-qaşıq dəstlərini oğurlayıb aparmışlar. 26 yanvar 2022-ci il tarixdə saat 09 radələrində polis əməkdaşları ona zəng edərək yaşadığı evdən oğurluq edən şəxsləri saxladıqlarını bildirmiş və bununla bağlı onu çağırmışlar. O, özünə məxsus bağ evinə gəlib görmüşdür ki, evin ikinci mərtəbəsindəki pəncərədən evə daxil olmaqla ikinci mərtəbədəki otaqdan qiyməti 1000 manat olan bir ədəd “Samsung” markalı televizor, birinci mərtəbəki otaqdan isə qiyməti 1200 manat olan bir ədəd xalça, qiyməti 900 manat olan bir ədəd xalça, qiyməti 800 manat olan bir ədəd xalça və qiyməti 100 manat olan bir ədəd xalça oğurlanmışdır. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 4000 manat dəyərində ziyan dəymişdir. Sonuncu dəfə 06 fevral 2022-ci il tarixdə səhər saat 05 radələrində bağ evindən ümumilikdə 1500 manat dəyərində bir ədəd qiyməti 200 manat olan radiator, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə qiyməti 600 manat olan iki ədəd hamam üçün radiator, bir ədəd qiyməti 300 manat olan “Simens” markalı soyuducunun motoru, bir ədəd qiyməti 200 manat olan “Beko” markalı soyuducunun motoru və ümumilikdə qiyməti 400 manat olan suvenir əşyalar oğurlanmışdır. Bundan başqa, evinə oğurluq etməyə girən şəxslər evin qapı və pəncərələrini sındırmaqla ona ümumilikdə 300 manat ziyan vurmuşlar. 04 noyabr 2021-ci il tarixdən 06 fevral 2022-ci il tarixədək olan müddət ərzində ona məxsus evdən baş vermiş oğurluq hadisələri nəticəsində ümumilikdə 14700 manat məbləğində əmlakı oğurlanmışdır. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxsdən şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, ailəsilə birlikdə Şüvəlan qəsəbəsi Sabir küçəsi ev 21 ünvanda qeydiyyatda olmaqla yaşayır. 26 yanvar 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olarkən küçədən avtomobil səsi eşidib evində quraşdırdığı müşahidə kamerasına baxıb görmüşdür ki, tanımadığı avtomobildir və yaşadığı evin yaxınlığındakı digər həyətinin giriş qapısının qarşısında dayanıb, həyətin giriş qapısı isə açıq vəziyyətdədir. Narahat olub dərhal küçəyə çıxmışdır ki, görsün nə məsələdir, həyətinə girən kimdir. Görmüşdür ki, üç nəfər tanımadığı şəxsdir və onlardan biri əlində nəsə əşya avtomobilin yük yerinə doldurur. Yük yerinin yanında olan şəxsdən burada nə etdiyini soruşmuş, o, isə bildirmişdir ki, qohumugilin evidir, ona göstəriş verib ki, xalçaları aparıb xalça təmizləyən yerə versin. O, ondan təkrar olaraq həmin həyətin onlara məxsus olub-olmadığını soruşmuş, həmin şəxs isə əminliklə bildirmişdir ki, bəli, onlara məxsusdur. Bu zaman taksi sürücüsü avtomobildən yerə düşmüş, o, artıq onların oğurluq etdiklərini bilmiş, buna görə də getmələrinin qarşısını almaq üçün taksi avtomobilinin üzərində olan açarları yerindən çıxartmışdır. Polisə məlumat vermək məqsədilə yaşadığı evdən mobil telefonunu götürməyə gedərək mobil telefonunu götürüb geri qayıtmış və qayıdanda avtomobilə əşya yükləyən şəxsin qaçıb getdiyini görmüşdür. Həmin vaxt taksi sürücüsü ona günahsız olduğunu və oraya taksi kimi gəldiyini bildirmişdir. Digər şəxs isə qaçan şəxsin arxasınca getməməyini və onu, eləcə də yaşadığı evi tanıdığını bildirmiş və tapıb gətirəcəyinə söz vermişdir. Buna baxmayaraq, o, polis sahə müvəkkilinə zəng etmiş və hadisə barədə məlumat verib həmin yerə çağırmışdır. Təxminən 5 dəqiqə sonra polis əməkdaşları həmin yerə gəlmiş, iki nəfər şəxsi, eləcə də avtomobil və avtomobildə olan oğurlanmış əşyaları Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Şüvəlan qəsəbəsi A.İldırım küçəsi döngə 2 ev 6 ünvanda qeydiyyatda olmaqla yaşamışdır. Hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 saylı İstintaq təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs, Şahid2, X3 onun tanışlarıdır. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. Şahid1 isə tanımır. Onunla heç bir münasibəti olmamışdır. O, heç vaxt heç bir yerdən oğurluq etməmiş, heç bir oğurluq hadisənin törədilməsində iştirak etməmiş, kiminləsə əlbir olaraq oğurlanmış əşyaların satışını həyata keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 göstərdi ki, etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə bildirilmiş, məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçirilməsi barədə tərəfindən Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə raportla müraciət olunmuş və əməliyyat qrupu yaradılmışdır. 29 noyabr 2021-ci il tarixdə o və bölmənin digər əməkdaşı əməliyyat müvəkkili Şahid7 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi Bağlar massivi “Hövsan market”in yaxınlığında saat 18:00 radələrində saxlanılaraq 30-cu PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti iş otaqlarının birində onun və digər polis əməkdaşının iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar və ya sənədlər varsa, könüllü surətdə verməsi təklif edilmiş, Orxan da əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində heroinə bənzər maddəni təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisindəki “kakos” kimi tanıdığı narkotik vasitədir, onu 27 noyabr 2021-ci il tarixdə səhər saatlarında Suraxanıda tanımadığı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamaqla daşımışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən zərfin üzəri və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid6 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, taksi sürücüsü işləyib çörək pulu qazanaraq ailəsini dolandırır. 26 yanvar 2022-ci il tarixdə, təxminən saat 08 radələrində məktəb yoldaşı Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək onu Şüvəlan qəsəbəsindən yaşadığı evə aparmasını xahiş etmişdir. Həmin vaxt o, yaşadığı evdə olmuşdur. Bir qədər sonra Orxanı götürmək üçün idarə etdiyi “Saipa” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şüvəlan qəsəbəsinə “Almas Petrol”un yaxınlığına gəlmişdir. Orada Orxana zəng edərək həmin yerdə olduğunu bildirmiş, bir qədər sonra Orxan sonradan adını bildiyi Elgün adlı şəxslə birlikdə onun olduğu yerə gələrək idarə etdiyi avtomobilə əyləşmişlər. Həmin vaxt Orxan demişdir ki, yaxınlıqda yaşayan qohumugildə əşyalar var, onları götürmək lazımdır və ondan avtomobili həmin yerə sürməsini xahiş etmişdir. Ardınca Orxan həmin evə gedən yolu göstərmiş və onlar Orxanın dediyi ünvana gəlmişlər. Həmin yerdə Orxan avtomobildən düşərək dediyi evə tərəf getmiş, o və Elgün isə avtomobildə onun geri qayıtmasını gözləmişlər. Az sonra Orxan geri qayıtmış və ondan xahiş etmişdir ki avtomobilin arxa tərəfini evin həyətinin darvazasının qarşısına verib saxlasın. O da avtomobilin arxasını darvazaya doğru yaxınlaşdırıb saxlamışdır. Orxan ondan avtomobilin yük yerinin qapısını açmasını istəmiş, o da avtomobilin yük yerinin qapısını açmış və Orxan evin həyətindən nəsə götürərək gətirib avtomobilin yük yerinə qoymuşdur. Orxan özü ilə gətirdiyi digər əşyaları da yük yerinə qoyarkən qonşuluqdakı evdən, ev yiyəsi olan şəxs Orxanı səsləyərək ondan nə etdiyini soruşmuşdur, Orxan isə ona bildirmişdir ki, bir-iki şey var, onları aparır. Bu zaman həmin şəxs onlara yaxınlaşmış, onun oturduğu tərəfdən avtomobilin qabaq sol qapısını açaraq heç bir söz demədən əl atıb avtomobilin açar yerinə taxılmış vəziyyətdə olan açarı götürmüşdür. O, həmin şəxsdən nə etdiyini soruşmuş, həmin şəxs isə ona cavab verməyərək telefonu ilə kiməsə zəng edib həmin yerə çağırmışdır. Bu zaman o, Orxandan nə məsələ olduğunu soruşmuş, Orxan onun sualına cavab vermək əvəzinə ondan avtomobilin ehtiyat açarının olub-olmadığını soruşmuşdur. O, başa düşmüşdür ki, Orxan oğurluq edir və onu da öz işini həyata keçirmək üçün alət etmişdir. Buna görə də ona bildirmişdir ki, avtomobilinin ehtiyat açarı olsa da məsələyə tam aydınlıq gətirilməyənə kimi avtomobili yerindən tərpətməyəcək, əgər avtomobili sürsə, o da onunla bərabər cinayət məsuliyyəti daşımış olar. Bu zaman Orxan onu və Elgünü orada qoyaraq qaçıb getmişdir. Təxminən 5 dəqiqə keçməmiş həmin yerə polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, Orxan gəldikləri evdən 4 ədəd xalça oğurlayaraq onun idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Belə ki, polis əməkdaşları tərəfindən avtomobilinin yük yerinə baxış keçirilmiş və həmin xalçalar aşkar olunaraq götürülmüşdür. Daha sonra o və Elgün polis əməkdaşları ilə birlikdə izahat vermək üçün 1-ci PŞ-nə gəlmişlər. Onun Orxanın həmin ünvana oğurluq niyyəti ilə getməsindən xəbəri olmamışdır, Orxanın onunla birlikdə getdiyi ünvandan oğurluq etməsini Orxanın ondan avtomobilin ehtiyat açarının olub-olmadığını soruşan zaman bilmişdir. O, qeyd olunan cinayət əməlinin törədilməsində iştirak etməmişdir, onlar avtomobillə həmin ünvana çatdıqdan sonra o, avtomobildən düşməmiş, Orxan həmin əşyaları götürərkən və avtomobilin yük yerinə qoyarkən ona kömək etməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, Orxanı təxminən 3 ay olar ki, tanıyır. Onunla Şüvəlan qəsəbə sakini olan sinif yoldaşı Şahid4 vasitəsi ilə tanış olmuşdur. Belə ki, Suraxanı rayon sakini olan Orxan tez-tez Şüvəlan qəsəbəsinə Pərvizin yanına gəlmiş və onların tez-tez görüşməklərinin bir səbəbi də hər ikisinin narkotik vasitə istifadəçisi olması olmuşdur. 26 yanvar 2022-ci il tarixdə, təxminən saat 06 radələrində Pərvizlə görüşmək üçün onun tək yaşadığı Şüvəlan qəsəbəsində yerləşən “Almas Petrol” yanacaq doldurma məntəqəsinin sağ tərəfində yerləşən evinə getmiş, daha sonra Orxan da həmin evə gəlmiş və tezliklə Kamran adlı dostunun da ora gələcəyini bildirmişdir. Bir müddət sonra Orxanın dediyi Kamran adlı şəxs ağ rəngli “Saipa” avtomobili ilə oraya gəlmişdir. Orxan Kamranın idarə etdiyi avtomobillə qurbanlıq qoyun almağa gedəcəyini bildirmiş və onun da onlarla birlikdə getməsini təklif etmişdir. O da mağazaya getmək üçün Kamran idarə etdiyi avtomobilin arxa oturacağına, Orxan isə qabaq oturacaqda əyləşmişdir. Şüvəlan qəsəbəsində yerləşən “3 qardaş” mağazasının qarşısına çatdıqda həmin mağaza bağlı olduğu üçün o da onlarla birlikdə ziyarətgah istiqamətinə getmiş, yolda ziyarətgaha çatmamış Orxanın istəyi ilə Kamran avtomobili saxlamış, hər ikisi maşından düşmüş və həmin yerdə qoyun alveri ilə məşğul olan bir kişi ilə söhbət etmişlər. Sonra yenidən avtomobilə əyləşmiş və Kamran Orxanın istəyilə avtomobili ara küçələrlə sürərək tanımadığı şəxsə məxsus evin yaxınlığında saxlamışdır. Orada o və Kamran avtomobildə gözləmiş, Orxan isə təxminən 2 metrə yaxın məsafədə yerləşən evin həyətinə daxil olmuşdur. Bir qədər sonra Orxan geriyə qayıtmış və Kamranı səsləyərək avtomobilin yük yerini açmasını istəmiş, Kamran da avtomobilin salonundan yük yerini açmışdır. Həmin vaxt Orxanın avtomobilin yük yerinə nəsə qoyduğunu ehtimal etmişdir. Bu zaman qonşuluqda yerləşən evdən bir kişi çıxıb Kamranla sözlə mübahisə etməyə başlamış, daha sonra həmin şəxs avtomobilə yaxınlaşıb avtomobilin açar yerinə taxılmış vəziyyətdə olan açarı götürüb telefonu ilə kiməsə zəng edib onları həmin yerə çağırmışdır. Həmin vaxt Orxan qaçaraq oradan uzaqlaşmış və ona məlum olmuşdur ki, Orxan gəldikləri evdən xalça oğurlayaraq Kamranın idarə etdiyi avtomobilə qoymuşdur. Təxminən 5 dəqiqə keçməmiş oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış keçirilmiş və həmin xalçalar aşkar olunaraq götürülmüşdür. Daha sonra o və Kamran adlı şəxs polis əməkdaşları ilə birlikdə izahat vermək üçün 1-ci Polis Şöbəsinə gəlmişlər. Onun Orxanın həmin ünvana oğurluq niyyəti ilə getməsindən xəbəri olmamış, Kamran adlı şəxsin idarə etdiyi avtomobilə mağazaya getmək məqsədi ilə əyləşmiş, mağaza bağlı olduğu üçün onlarla birikdə qeyd olunan ünvana getmişdir. Onlar avtomobillə həmin ünvana çatdıqdan sonra o, avtomobildən düşməmiş, Orxan qeyd olunan əşyaları götürərkən və avtomobilin yük yerinə qoyarkən ona kömək etməmişdir. Polis əməkdaşları hadisə barədə, yəni qeyd olunan ünvandan oğurlanmış əşyalar barədə məlumat verəndən sonra televizorun qaytarılması ilə əlaqədar dostu Pərvizlə danışması üçün şərait yaradılmasını xahiş etmiş, polis əməkdaşları onun Pərvizlə danışmağına şərait yaratmışlar. O, Pərvizlə bununla bağlı danışmış və televizorun geri qaytarılmasını vacib olduğunu, bununla əlaqədar ona köməklik etməsini istəmiş, Pərviz də etiraz etməyərək köməklik etməyə çalışacağını demişdir. Bu zaman o, Pərvizə əgər problem yaşayacağından qorxursa həmin televizoru tapıb atası Cəfərə verməyini demiş, Pərviz də onunla razılaşmışdır. Daha sonra Şahid5 Pərvizin köməkliyi ilə əldə etdiyi ekranı sınmış vəziyyətdə olan bir ədəd “LG” markalı televizoru gətirib polisə təhvil vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, o, ailəsilə birlikdə Şüvəlan qəsəbəsi Gülçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. 26 yanvar 2022-ci il tarixdə oğlu Elgünü Şüvəlan qəsəbəsində baş vermiş oğurluq hadisəsində şübhəli kimi saxlamışlar. Çünki o, digər iki nəfər tanımadığı şəxslə birlikdə oğurluq hadisəsinin baş verdiyi evin yaxınlığında olmuş və onun yanında olan şəxslərdən biri oğurluq etməyə gəlmiş, daha sonra qonşuluqda yaşayan şəxs onları yaxalayaraq bu barədə polisə məlumat vermiş, Polis gələnə kimi oğurluq etməyə gələn şəxs hadisə yerindən qaçıb getmiş, Elgün və digər şəxs isə həmin yerdə qalmışlar. Elgün bununla bağlı şübhəli şəxs qismində saxlanılmış, saxlanılandan sonra Elgünlə bu barədə danışmış və ona qeyd olunan hadisə ilə bağlı heç bir günahının olmadığını, oğurluq edən şəxslərin başqa şəxslər olmasını bildirmişdir. Ondan Pərvizlə danışmağını, oğurluq hadisəsinin baş verdiyi evdən oğurlanmış televizoru Pərvizin oğurluq edən şəxsdən alacağını və həmin televizoru gətirib polisə təqdim etməyimi istəmişdir. O da onun istəyi ilə Pərvizlə danışmış və həmin bir ədəd ekranı sınmış vəziyyətə olan “LG” markalı televizoru götürərək gətirib polisə təqdim etmiş, bu barədə protokol tərtib edilərək televizor ondan götürülmüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 4 ədəd xalça iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan əşyaları nəzərdən keçirib bir ədəd 130sm x 80sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanın, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın ona məxsus olduğunu və 26 yanvar 2022-ci il tarixdə ünvan 4 evindən oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid4 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şahid4 televizorun oğurluq olması barədə heç bir məlumatının olmadığını, Mikayılla onun arasında oğurluqla bağlı edilən söhbət zamanı Pərvizin yanlarında olmadığını, Pərvizin televizoru Mikayılın əmisigilin evindən götürüldüyünü zənn etdiyini, xalçaları götürməyə gedərkən qonşu hadisənin üstünə çıxdığına görə həmin yerdən qaçaraq yaşadığı evə getdiyini, daha sonra Pərvizin ona zəng edərək Elgünün ona zəng etdiyini və televizorun qaytarılmağının lazım olduğunu dediyini, bundan sonra Pərvizin ona dediklərini Mikayıla zəng edərək dediyini və televizoru aparıb Pərvizin yaşadığı evin həyətinin giriş qapısının qarşısına qoymasını istədiyini, bir qədər sonra Mikayılın ona zəng edib televizoru Pərvizin yaşadığı evin həyətinin giriş qapısının qarşısına qoyduğunu dediyini, onun da Pərvizə zəng edib bu barədə dediyini, bundan sonra Pərvizin televizoru götürüb Elgünün atasına verdiyini bildirmiş, Şahid4 isə qeyd olunan oğurluq hadisələri barədə heç bir məlumatının olmadığını, televizorun oğurluq olmasını Elgün tutulandan sonra bildiyini, Elgünün ona zəng edərək televizoru geri qaytarmağın lazım olduğunu dediyini, onun da Orxana zəng edib televizorun qaytarılmasını istədiyini, təxminən 1 saat sonra Orxanın ona zəng edərək televizorun yaşadığı evin həyətinin giriş qapısının qarşısına qoyulduğunu dediyini, onun da Elgünün atası ilə telefonla əlaqə saxlayıb televizoru gəlib aparmasını dediyini, o da gəlib ekranı qırılmış vəziyyətdə olan “LG” markalı televizoru ondan götürərək apardığını, həmin televizorun ekranını onun sındırmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2022-ci il tarixli 9/2120 saylı rəyindən görünür ki, - bir ədəd 130 sm x 80 sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalça - 50 manat; - bir ədəd 3 m x 1,40 m ölçülü üzərində müxtəlif naxişlar olan 5 gül toxunma xalça - 600 manat; - bir ədəd 2,40 m x1,30 m ölçülü üzərində müxtəlif naxışlar olan toxunma xalça - 470 manat; - bir ədəd 2,80 m x 2 m ölçülü üzərində müxtəlif naxışlar olan sadə xalça - 110 manat. Ekpertiza tədqiqatına təqdim edilmiş 4 ədəd xalçanın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1230 manat müəyyən olunur. Həmin xalçaların adları və qiymətləri rəyin tdqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan ********* saylı cinayət işi üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2021-ci il tarixli 6/5300 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,427 qram, 0,330 qram, 0,411 qram, 0,302 qram, 0,340 qram, ümumi təmiz çəkisi 1,810 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manatdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan ********* saylı cinayət işi üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli 949 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müaliəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qəbzdən görünür ki, əldə olunmuş bir ədəd 130sm x 80sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalça, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalça, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalça və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalça maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 1,810 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 1,710 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə 29 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədi ilə 01 dekabr 2021-ci il tarixdə prokurorluq qarşısında vəsatət qaldırılmış, lakin vəsatət təmin edilməmiş, buna görə də eyni tarixli qərarla onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 05 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07 mart 2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində istintaq müddətinin sonunadək, yəni 26 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, 18 mart 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. 12 aprel 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 234.1, 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 12 aprel 2022-ci il tarixli qərarla ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub oğurluq etmiş X1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış, 16 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 03 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsinə əsasən 2000 (iki min) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat məbləğdə cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2015ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 (altı) ay azaldılaraq üzərində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 15 oktyabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 dekabr 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 (dörd) il 03 (üç) aya endirilmiş, 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə CMnin 76-cı maddəsinə əsasən 07 (yeddi) ay 15 (on beş) gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımasını və qabaqcadan əlbir olub qrup təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayəti törətməsini məhkəmə baxışı zamanı etiraf etməməsinə baxmayaraq, onun həmin cinayətləri törətməsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 01 dekabr 2021-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli sonuncu dəfə tutulduğu 05 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - bir ədəd 130sm x 80sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanın, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 1,710 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 131,82 (bir yüz otuz bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 noyabr 2021-ci il tarixdən 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli sonuncu dəfə həbsə alındığı 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - bir ədəd 130sm x 80sm ölçülü üzərində “Miki Maus” şəkli olan xalçanın, bir ədəd 3m x 1,40m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın, bir ədəd 2,40m x 1,30m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın və bir ədəd 2,80m x2m ölçülü üzərində müxtəlif naxışlar olan xalçanın sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 1,710 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 131,82 (bir yüz otuz bir, səksən iki) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar