Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-259/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin hüquqi varisi X4 iştirakı ilə, 18 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Natəvan küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə şəxsiyyəti istintaqa məlum olmayan «Elşən» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,115 qram çəkidə narkotik vasitə olan heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Natəvan küçəsinə qədər saxlamaqla daşımış, 26 oktyabr 2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Natəvan küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli gödəkçənin sağ cibindən bir ədəd dəmir siqaret qutusunda 03 ədəd şəffaf polietilen bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,504 qram, 0,193 qram, 0,418 qram ümumi təmiz çəkiləri 1,115 qram çəkidə narkotik vasitə olan heroin, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Cinayət işi üzrə şahidlər dindirilmiş, digər sübutlar toplanmış, ittiham aktı tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə daxil olduqdan sonra baxılması üçün hazırlıq iclası təqsirləndirilən şəxsin iştirakı ilə keçirilmiş və iş məhkəmə baxışına təyin olunmuş, təqsirləndirilən şəxs məhkəməyə gətirilməmiş və məlum olmuşdur ki, o, ölmüşdür. Bununla bağlı məktubla onun ailə üzvlərinə bildiriş təqdim edilmiş, məhkəmə baxış iclası təxirə salınmışdır. Bildirişdə Təqsirləndirilən şəxs ailə üzvlərinə izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə ( ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs qardaşı X4 iştirakını təmin etmək mümkün olmuş, o, qardaşının xx.xx.2023-cü ildə öldüyünü bildirmiş, ərizə verərək Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X5 təqsirləndirilən şəxsin hüquqi varisi kimi tanınmış və o, Təqsirləndirilən şəxs ölümü ilə bağlı sənədlər təqdim edərək, onun narkotik vasitələrdən istifadə etməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumatlı olduğu üçün cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-17/36/2- 472/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə “Kəskin pankreatit. Hipoqlikemik koma. Mədə xorasının qanaxma ilə ağırlaşması. Əsas xəstəlik fonunda yaranmış kəskin ağciyər-ürək çatışmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan Əzizbəyov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 067452 saylı, 31 mart 2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, atası X6, anası X3 olan X5 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 14 aprel 1979-cu il tarixdə 155 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs ailə üzvlərinə ünvanlanmış 09 mart 2023-cü il tarixli bildirişdən görünür ki, təqsirləndirilən şəxsin vəfat etməsi ilə əlaqədar onun hüquqi varisinin xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə iclasında iştirak etməsi və ölüm haqqında şəhadətnaməsinin surətini məhkəməyə təqdim etməsi xahiş edilmişdir,eyni zamanda, Azərbaycan Republikası CPM-in 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam veriməsi və cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Republikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi bəraət verici əsas hesab edilmədiyi onlara izah edilmişdir. Həmin bildiriş təqsirləndirilən şəxsin qardaşı X5 tərəfindən 17 mart 2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs qardaşı X5 tərəfindən məhkəməyə ünvalanmış 31 mart 2023-cü il tarixli ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs vəfat etməsi səbəbindən onu cinayət işi üzrə təqsirləndrilən şəxsin hüquqi varisi kimi tanıyaraq işə cəlb edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin hüquqi varisi X4 ərizəsindən görünür ki, onun qardaşı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu səbəbdən də, cinayət işinə mahiyyəti üzrə baxılmamasını, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməni xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, təqsirləndirilən şəxsin hüquqi varisi X4 ərizəsinin nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bi Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilənə qədər ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,995 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 110 (bir yüz on) manat ekspertiza xərci təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 299, 300, 305, 306-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,995 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 66 (altmış altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-259/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-259/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver