Məhkəmə qərarları › İş №1(003)-259/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-259/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-259/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(103)-1083/2025 nömrəli hökmü ilə qəti olaraq 03 il 06+ ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olan və yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Ziya oğlu talama niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə Şahid Hüseyin oğluna məxsus “İphone 13 Pro” markalı mobil telefonu ələ keçirdikdən sonra sonuncunun anası Zərərçəkmiş şəxs həmin mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə mesaj yazaraq özünü oğlu kimi təqdim edib avtomobillə piyada vurduğunu bildirib inandırmaqla aldadaraq ona təcili pul göndərməsini xahiş etdikdən sonra Zərərçəkmiş şəxs ünvan 1 ünvanından həmin tarixdə saat 01:41-də "xxxx" ASC-yə aid 5239-1517-7318-6203 nömrəli bank kart hesabından mobil tətbiq vasitəsilə onun həmin vaxt faktiki istifadəsində olan “Leobank”-a aid 4098- 8544-6804- 8523 nömrəli bank kart hesabına 1000 manat məbləğində pul göndərtdirməklə Zərərçəkmiş şəxs alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ziya oğlu ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə Şövqi və əvvəlcədən tanıdığı Fərid adlı şəxslə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən “Okean Pub”-da olarkən Şahid Hüseyin oğluna məxsus “İphone 13 Pro” markalı mobil telefonu dələduzluq yolu ilə ələ keçirərək həmin ünvandan uzaqlaşmışdır. Bundan bir neçə saat sonra Şövqinin anası Zərərçəkmiş şəxs həmin mobil telefonun “WhatsApp” tətbiqi vastəsilə mesaj yazaraq özünü onun oğlu Şövqi kimi təqdim edərək avtomobillə piyada vurduğunu və 1000 manat pul lazım olduğunu bildirmişdir. Sevil, özünə məxsus hesabdan onun istifadəsində olan bank kart hesabına 1000 manat pul göndərmişdir. Bundan sonra həmin mobil telefonu söndürmüş və 1000 manat pulu maddi ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023cü il tarixdə yaşadığı ünvan 2 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində olarkən oğlu Şahid Hüseyin oğluna məxsus mobil nömrədən “WhatsApp” tətbiqi vasitəsilə ona mesaj gəldiyini görmüşdür. Gələn mesajda Şövqi özünə məxsus avtomobil ilə qəza etdiyini, piyadanı vurduğunu bildirmiş, təcili olaraq 1000 manat pul lazım olduğunu bildirib, ondan 1000 manat pul istəmişdir. O, isə buna inanaraq onun göndərdiyi “Leo banka” məxsus bank kartına ona aid "xxxx" kartından 1000 manat pulu göndərmişdir. Lakin, o, nə qədər zəng etsə də telefona cavab verilməmişdir. Bundan bir neçə saat sonra oğlu Şövqi digər bir nömrədən zəng edərək Təqsirləndirilən şəxs ona məxsus “İphone 13 Pro” markalı mobil telefonu ələ keçirdiyini, hal hazırda mobil telefonun Kənanda olduğunu bildirmişdir. O, Şövqiyə həmin nömrədən mesaj gəldiyini və göndərilən bank kartına 1000 manat pul köçürdüyünü bildirdikdə Şövqi bunu özü etmədiyini, Kənanın etdiyini bildirmişdir. O, bundan sonra başa düşmüşdür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus 1000 manat pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs anasıdır, Fərid Məlikov dostudur, on ildən çoxdur ki, tanıyır, həm də qonşusudur. Təqsirləndirilən şəxs Fəridin vasitəsilə 2 ildir ki, tanıyır. 28 sentyabr 2023cü il tarixdə axşam saatlarında Kənan “İphone 13 pro” markalı mobil telefonunu dələduzluq yoluyla ələ keçirmişdir. 29 sentyabr 2023 tarixdə o, mobil telefonuyla anası Sevilə zəng edib onu aldatmış,01-41 radələrində anası mobil tətbiq vasitəsilə Kənanın dediyi plastik karta 1000 manat pul yollamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs evinə baxış keçirilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(003)-1520/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-də ibtidai istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 1 ay 23 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir; - 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin İŞnin müstəntiqi N.Allahverdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində digər cinayət iuşi üzrə “həbs” qətimkan tədbirinin seçilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 04 mart 2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Ziya oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.4-cü maddələri ilə olan cinayət işi 06 fevral 2024-cu il tarixdə məhkəməyə göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirləndiriləməsinə dair cinayət işi 09 iyul 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir; - 30 yanvar 2025-ci il tarixli 1(001)-88/2025 saylı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir; - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(005)-19/2025 saylı hökmdən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-nin 178.2.1-ci maddəsilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək tutulduğu cəmi 01 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(005)-19/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 178.1-ci maddələri ilə cinayət təqibinə xitam verilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1083/2025 saylı 05 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ləğv edilərək yeni hökm qəbul edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 178.2.1-ci maddəsilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 180.2.2 və 180.2.4-cü maddələrilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdən 26 iyun 2023-cü il tarixədək tutulduğu, cəmi 01 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərinə qəti olaraq 03 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkməsinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1083/2025 saylı, 05 iyun 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hadisə törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmasını, məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1083/2025 saylı 05 iyun 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin olunmalı, şübhəli şəxs kimi saxlanıldığı 01 gün ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddısi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(005)-19/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 29 ( iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2025-ci il tarixli 1(005)-19/2025 nömrəli hökmü üzrə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən sərf etdiyi vaxta görə 50 (əlli) manat, məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən sərf etdiyi 13 saata görə 143 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar