Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-26/2021 30.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1980-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş qapısının yanında Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edib, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyib nalayiq söyüşlər söyməklə əlində olan uzunluğu təxminən 12-15 sm olan, qara rəngli tutacaqlı cib bıçağını silah qismində istifadə etməklə həmin bıçağın tutacaq hissəsi ilə bir dəfə Zərərçəkmiş şəxs sağ qolunun dirsək nahiyəsindən və bir dəfə döş qəfəsindən vuraraq, həmçinin sinə nahiyəsindən itələməsi nəticəsində yerə yıxılaraq sağ dirsəyinin həmin yerdə olan daşa dəyərək xəsarət alması ilə nəticələnən döş qəfəsinin, sağ saidin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının yumşaq toxumalarının əzilməsindən ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, 2018-ci ilin may ayında Şahid1 ümumilikdə 4500 manat müqabilində 04 sot torpaq sahəsi, həmin torpaq sahəsinin daxilində uzunluğu 06 metr, eni isə 04 metr ölçüdə olan, bir otaqdan və həyətyanı sahədən ibarət hal-hazırda yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini almışdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olduğu zaman Zərərçəkmiş şəxs yanında ustalarla gələrək özbaşına tikinti işləri aparmağa cəhd etmələrini görmüşdür. Arif əvvəllərdə bir neçə dəfə yaşadığı evə gəldiyi üçün ona çölə çıxmasını, bir daha evinə gəlməməsini bildirmişdir, buna baxmayaraq, Arif yenə də evin həyətyanı sahəsindən çıxmamış, Arifi evinin həyətyanı sahəsindən çıxartmaq üçün əlləri ilə bir dəfə sinə nahiyəsindən itələmişdir, bundan sonra isə Arif yaşadığı evi tərk edərək getmiş, bundan bir neçə saat sonra onu Bakı şəhər, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər və buna görə də, 1-ci Polis Şöbəsinə getmişdir. X6 bıçaqla xəsarət yetirməyi barəsində olan ərizə və izahat ilə tanış olaraq, bu barədə izahat vermişdir. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində Arifin onun icazəsi olmadan yaşadığı evə daxil olması səbəbindən baş vermişdir. Baş vermiş dava-dalaş zamanı Arif ona hər hansı bir xəsarət yetirməmişdir. Arifin xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində baş vermiş dava-dalaş zamanı sol əlində tutduğu bıçaqla bir dəfə sağ qolunun dirsək nahiyəsindən və bir dəfə də döş qəfəsindən vuraraq Arifə xəsarət yetirməyi, bundan sonra Arifin aldığı xəsarətə görə bir qədər geri gedərkən əli ilə bir dəfə sinə nahiyəsindən itələdiyi ilə bağlı ifadəsində göstərikləri tamamilə yalandır. Arifə bıçaqla xəsarət yetirməmiş, həmin vaxt əlində bıçaq olmamışdır və Arifi evinin həyətyanı sahəsindən çıxartmaq üçün bir dəfə əlləri ilə sinə nahiyəsindən itələmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci il tarixdə torpaq sahəsini ev ilə birlikdə Afərdən 4500 manata almışdır. Afər bu torpaq sahəsini Arifdən başqa digər şəxslərə də satmış, buna oxşar hadisələr dəfələrlə həyətində baş vermişdir. Onu bezdirərək evindən, həyətindən çıxarmaq istəmişlər. Yalnız bir dəfə Arifi itələmişdir. Afərin dedikləri yalandır, o, Arifi vurmamışdır. Əlində bıçaq olmamışdır, yalnız bir şüşə benzin olmuşdur. Həyətindən çıxmasalar özünü yandıracağını bildirmişdir. Həyətdə ondan başqa 2 nəfər çadralı qadın var idi, o, həyətini satdığı üçün həmin həyətə baxmağa gəlmişdilər. O, evdə yaşayan zaman onun evdə yorğan-döşəyi, paltarları, tumba, stol-stulu olmuşdur. Hal-hazırda da həmin evdə yaşayır. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək barəsində bəraət hökmü verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, İİ qrup əlildir. Təqsirləndirilən şəxs yaşadığı qəsəbədə tanımışdır. Halhazırda üç uşaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən Xaşa-xuna bağlar massivində olan nömrəsiz fərdi yaşayış evində kirayə yaşayır. Yaşayış tərzi aşağı səviyyədə olduğu üçün bir neçə vətənpərvər şəxslərin köməyi ilə bir ay öncə Zirə qəsəbəsi ərazisində yerləşən Yeni Sahə adlı yerdə Şahid1 min manata sahəsi 60 kv metr olan bir otaq və bir mətbəxdən ibarət olan bir sot torpaq sahəsi almışdır, lakin ətrafına daş çəkməyə maddi imkanı olmadığı üçün köçə bilməmişdir. xx xxxx 2020-ci il tarixdə isə edilən yardımlarla aldığı evin həyətyanı sahəsinə hasar çəkmək üçün mişar daşı almışdır, bu işi görmək üçün yaşadığı qəsəbə ərazisindən tanıdığı usta kimi fəaliyyət göstərən Şahid3 zəhmət haqqı müqabilində bu işə cəlb etmişdir, həmin gün Teymur divar hörmək üçün torpaq sahəsini qazmış, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində isə aldığı mişar daşını qeyd etdiyi yük avtomobili ilə hasar hörəcəyi yerə gətizdirmiş, yük avtomobili həyətyanı sahəsinin qarşısına çatan zaman Teymura mişar daşını boşaltmasını bildirmişdir, bundan sonra Teymur evin həyətyanı sahəsinə daxil olmuş, bu zaman isə Seymur sol əlində bıçaq və sağ əlində isə benzin butulkası tutmuş halda yaşadığı evdən çıxmış və çıxan kimi də Teymurun üzərinə hücum etmişdir, Teymur Seymurun xəsarət yetirməsindən qorxduğu üçün həyətyanı sahədən qaçaraq, çölə çıxmış və Seymur Teymura heç bir xəsarət yetirməmişdir. Bunu gördükdə həyətyanı sahəyə daxil olmuşdur, həyətyanı sahəyə daxil olan kimi Seymur sol əlində bıçaq üzərinə hücum etmiş, Seymurun ona xəsarət yetirməsinin qarşısını almaq üçün əlləri ilə Seymurun iki qolundan da yapışmışdır, lakin Seymur əlindən çıxmış və sol əlində tutduğu bıçağın tutacaq hissəsi ilə bir dəfə sağ qolunun dirsək nahiyəsindən, daha sonra isə yenə də həmin bıçağın tutacaq hissəsi ilə bir dəfə də döş qəfəsindən vuraraq ona xəsarət yetirmişdir. Xəsarət aldığı üçün bir qədər geriyə getmişdir, bu zaman Seymur əlləri ilə bir dəfə sinəsindən itələmiş, buna görə də, yerə yıxılmışdır, sağ dirsəyi həmin yerdə olan mişar daşına dəymiş, daha sonra isə Seymur üzərinə gəlməmişdir. Teymur onu yerdən qaldırmış, evin həyətyanı sahəsindən çıxarmış, çölə çıxan kimi Seymurun ona bıçaqla xəsarət yetirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” zəng edərək məlumat vermişdir və aldığı xəsarətlərə görə Travmatologiya adlı xəstəxanaya müraciət etmişdir. Seymurun ona xəsarət yetirdiyi bıçaq qara rəngli tutacaqlı, uzunluğu təxminən 12-15 sm olan qatlanan cib bıçağı olmuşdur, dava-dalaş zamanı Seymura hər hansı bir xəsarət yetirməmişdir və hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Dava-dalaş zamanı Seymur ona və ailə üzvlərinə qarşı ucadan nalayiq ifadələr işlətmiş, Seymur ətrafdakı şəxslərin də ünvanlarına ucadan nalayiq ifadələr işlətmişdi. Seymurla aralarında olan dava-dalaş və Seymurun ona bıçaqla xəsarət yetirməsi halı təxminən 20-25 dəqiqə ərzində baş vermiş, Seymurla aralarında olan davadalaşın və Seymurun ona xəsarət yetirməsinin şahidləri həmin evin həyətyanı sahəsinə hasar hörmək üçün gələn Teymur, həmin vaxt yoldan keçən qəsəbə ərazisindən tanıdığı Fuad və bir neçə nəfər tanımadığı başqa şəxslər olmuşdur. Dava-dalaş zamanı Seymur ondan başqa digər şəxslərə hər hansı bir xəsarət yetirməmişdir. Seymurla əvvəllər aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsini 2020-ci ilin may-iyun ayında almışdır. Torpağın sənədi olaraq yalnız sərəncam vardır, bu torpağı etibarnamə əsasında almışdır. Torpağı mişar daşı ilə arakəsmə ilə kəsmək istəyən zaman dava düşmüşdür. Seymur o, aldığı evdə müvəqqəti olaraq pulsuz yaşayırdı. Seymur ustaya hətta bünövrəni qazmağa köməklik belə etmişdir. Kamaz markalı yük maşını ilə bir maşın daş gətirtmiş, Teymur adlı usta həyətə girib hasarı tikmək istəyən zaman Seymur ona hücum çəkmişdir. Seymurun sol əlində benzin, sağ əlində isə bıçaq olmuşdur. Hadisə həyətin daxilində baş vermişdir. Hadisə zamanı həyətdə 3 nəfər Seymurla birlikdə, 3 nəfər isə onunla birlikdə, ümumilikdə 6 nəfər adam var idi. Seymur onu itələmiş, o, yıxılmış və sağ qolu divara dəyərək əzilmişdir. Seymur əlində olan bıçaqla sağ qolunun dirsək hissəsini və döş qəfəsini cızmışdır. Fuad dava bitəndən sonra onları küçədə görmüşdür. Seymurun əlindəki bıçaq qara rəngli olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə yerləşən hissələrə bölünməmiş, lakin kənarları hasara alınmış 12 sot torpaq sahəsi ona məxsus olmuşdur. Maddi vəziyyətinin pis olması ilə əlaqədar olaraq, 2019-cu il tarixdə qeyd etdiyi torpaq sahəsini satmaq qərarına gəlmiş, elə həmin il də 01 sotu min manat olmaqla 20x20 metr, yəni 04 sot torpaq sahəsini internet vasitəsilə Təqsirləndirilən şəxs ümumilikdə dord min manata satmışdır. Seymur, satdığı torpaq sahəsini aldıqdan sonra həmin yerdə yaşayış evi tikdirməyə başlamış, lakin maddi vəziyyətinin pis olması ilə əlaqədar yaşayış evini tikdirib, başa çatdıra bilməmiş və torpaq sahəsinin ona aid olan hissəsində uzun illər yaşadığı bir otaqdan ibarət evdə qalmasına icazə verməyini xahiş etmişdir. Seymurun maddi vəziyyətinin pis olmasını düşünərək bu xahişini rədd etməmiş və evində yaşamasına icazə vermişdir. Bundan bir ay sonra isə qəsəbə ərazisində tanıdığı, adlarını bilmədiyi bir neçə nəfər ona yaxınlaşaraq, Qarabağ müharibəsi veteranı və İİ qrup əlil olan bir şəxsə torpaq sahəsi almaq istədiklərini bildirərək, özünə məxsus torpaq sahəsindən bir sotunu həmin şəxsə münasib qiymətə satmağını xahiş etmiş, həmin şəxsə köməklik etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə yerləşən torpaq sahəsində olan uzun illər öncə yaşadığı bir otaq və bir mətbəxdən ibarət evinin pulunu almamış, yalnız həmin şəxslərdən evin həyətyanı sahəsinin darvaza olan hissəsində, 10x10 metr olan, yəni 01 sot torpaq sahəsinin dəyəri olan min manat pulu almışdır. Bundan sonra isə həmin evə gedərək Təqsirləndirilən şəxs müvəqqəti yaşamaq üçün verdiyi və Arifə isə pay olaraq verdiyi, həmçinin Arifə satdığı torpaq sahəsində yerləşən bir otaq və bir mətbəxdən ibarət evdən çıxmasını Seymurdan tələb etmişdir, həmin torpaq sahəsini Arifə satmağı barədə müvafiq sənədləri də göstərmişdir və Seymur həmin vaxt heç bir etiraz etməmişdir. 2020-ci ilin iyun ayının əvvəllərində Seymurun qeyd etdiyi evi Arifə vermədiyini eşitmiş, buna görə də, həmin evə gedərək Seymurdan evi tərk etməsini istəmişdir, lakin Seymur əlinə benzin butulkası alaraq, özünü yandıracağını, amma evi heç kimə verməyəcəyini bildirmişdir. Seymurla aralarında söz-söhbət olmaması üçün həmin evi tərk etmişdir, aralarında heç bir dava-dalaş olmamış, 2020-ci ilin iyun ayının sonlarında isə Arifin həmin evin Seymurla sərhəd olan hissəsinə hasar çəkdirmək istədiyi, bunun üçün mişar daşı alıb gətirdiyi və həmin vaxt Seymurun buna etiraz edərək bıçaqla Arifi bıçaqladığı ona məlum olmuşdur. Bundan sonra isə bir daha Seymur və Arifin iştirakları ilə satdığı torpaq sahəsini hər ikisinə izah etmiş, lakin Seymur Arifə satdığı hissədə olan darvazanın ərazisinə düşdüyünü iddia edərək yenə də, onunla razılaşmamış, halbuki Seymurun dediyi ölçülərlə Seymura 0,045 hektar satmış olduğu anlaşılır, lakin Seymura verdiyi etibarnamədən ona 04 sot torpaq sahəsi satmağı öz əksini tapmışdır. Bir sözlə Seymurun iddiası yanlışdır, yəni qeyd edilən mübahisəli torpaq sahəsində olan bir otaq və bir mətbəxdən ibarət olan evin düşdüyü torpaq sahəsi Arifə məxsusdur, həmin torpaq sahəsini min manat müqabilində Arifə satmış və evi də müharibə veteranı, həmçinin əlil olduğu üçün Arifə pay olaraq vermişdir. Seymur isə həmin hissənin yan tərəf hissəsində olan torpaq sahəsini almış, həmin torpaq sahələrinin ona məxsus olması barədə Bakı şəhər, Xəzər rayon icra başçısının müvafiq sənədləri, yəni sərəncamı vardır və həmin sərəncam əsasında torpaq sahəsini Arif və Seymura satmışdır. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Arif Orucovla aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarət yetirməsi hadisəsinin şahidi olmamışdır, yəni həmin vaxt hadisə yerində olmamışdır. Seymurun Arifin üzərinə bıçaq çıxarması, yandıracağı ilə hədələməsi, həmçinin yanında olan qadınlarla birlikdə Arifi və ustası Teymuru söyüb təhqir etməsini Arif özü ona danışmışdır. Seymur bir neçə dəfə ona da bıçaqla hücum çəkmiş, lakin qaçaraq, özünü xilas etmişdir. Seymur həmin vaxt ona heç bir xəsarət yetirməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, dəmiryolunda işləyir. Torpaq sahəsi ona məxsusdur, etibarnamə əsasında 4 sotunu Seymura, 1 sot torpaq sahəsini içərisində 1 otaqlı ev olan hissəni Arifə satmışdır. Seymur özünə aid olan hissədə ev tikməyə başlamışdır, lakin sonradan sökmüşdür. Seymur ondan icazə alaraq müvəqqəti həmin 1 otaqlı evdə yaşamışdır. Seymurun 1 otaqlı evdə heç bir əşyası yoxdur. Seymur həmin evdə yaşayan zaman da həmin evdə olan əşyalar özünə məxsus idi. Evdə şifoner olmuş, lakin ona məxsus olmuşdur. Bu qanunsuzluqlarla bağlı polisə müraciət etmişdir, gəlib araşdırma aparmışdırlar. Seymura 1 sot torpağı evlə birlikdə Arifə satdığını demişdir. Hadisə baş verən gün orada olmamışdır. Hadisə olduqdan sonra axşam işdən qayıdanda xəbəri olmuşdur. Torpaqların ayrılması üçün hasar çəkilməyə başlanmış, hasarın bünövrəsi atılmışdır. Seymur özü də hasarı tikməyə köməklik etmişdir. Seymur hazırda başqa yerdə kirayədə yaşayır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Qarabağ müharibəsi veteranıdır və İİ qrup əlildir. Sabirabad rayonu, Yenikənd kəndində qeydiyyatda olsa da, həmin ünvanda da özünə məxsus evi olsa da, bir neçə ildir ki, ailəsini dolandırmaq üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində isə müxtəlif yerlərdə işləyərək, həmin yerlərə yaxın ərazilərdə olan ucuz evlərdə kirayə yaşamış və təxminən 5-6 ay olar ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində müxtəlif istilikxanalarda, daş karxanalarında və ya tikinti yerlərində işləyərək pul qazanmışdır. Hal-hazırda isə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Yeni Sahə adlı ərazidə fəaliyyət göstərən daş karxanasında işləyir və həmin qəsəbədə də kirayə yaşayır. Eyni qəsəbədə yaşadığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sonradan tanımışdır. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Zirə qəsəbəsinin mərkəz hissəsində yerləşən mağazaya gedən zaman, yolun üzərində olan həyətlərin birinin qapısının ağzından keçərkən nalayiq ifadələr işlədilən səs-küy eşitmişdir. Həmin vaxt qeyd edilən şəxslərdən heç birini tanımadığına görə, həmçinin özü də ehtiyat edərək qorxduğu üçün həmin yerə yaxınlaşmamışdır. Sonradan yoluna davam etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, oradan keçən zaman dava qurtarmışdı. O, heç kimin vurmasını görməmişdir. Arifin sağ qolunu tutduğunu görmüşdür. O, orada Arifin qolunun qanadığını və ya yerə yıxıldığını görməmişdir. Seymur isə aralıda dayanmışdır. Seymurun ancaq başını görmüş, bədənini görməmişdir. Seymurun əlində heçnə görməmişdir. Həmin zaman orada çox qalmamış, ona görə davanı görməmişdir. Yalnız səs-küy eşitmiş və yaxınlaşmışdır. Orada olanlardan soruşmuş, hadisənin torpaq məsələsinə görə olduğunu ona demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Qarabağ müharibəsi veteranıdır, hörgü ustası kimi fəaliyyət göstərir, rəsmi olaraq heç bir yerdə işləmir və yalnız iş olanda müxtəlif tikinti yerlərində işləyərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə hasar tikmək üçün usta lazım olduğunu bildirmiş, o, da razılaşmış və həmin gün divar hörmək üçün torpaq sahəsini qazmışdır. Torpaq sahəsini qazan zaman Seymur özü də orada olmuşdur. Ona həyəti qamzaq üçün bel də vermişdir. İş gördüyü zaman ona çay da vermişdir. İşinin bir hissəsini həmin gün bitirib getmişdir. Bundan bir gün sonra həmin yerə işini davam etmək üçün gəlmişdir. Bu zaman qazdığı yerin yenidən torpaqla doldurulduğunu görmüşdür. Seymur evdən çıxaraq ondan həyəti tərk etməyini tələb etmişdir. O, həyətdən çıxıb Arifə zəng etmişdir. Arifə Seymurun ona işləməyə imkan vermədiyini demişdir. Həmin zaman Arif hasar hörəcəyi yerə yük avtomobili ilə mişardaşı gətirtməyə getmişdir. Arif ona özünün gəlib həll edəcəyini demişdir. Bir müddət sonra Arif yük avtomobili ilə həyətyanı sahənin qarşısına çatmış və mişar daşını boşaltmağını bildirmiş, bundan sonra Arif evin həyətyanı sahəsinə daxil olmuş, bu zaman isə Seymur əlində qara rəngli nə ilə isə yaşadığı evdən çıxmış və Arifə tərəf gəlmişdir. Seymur yenə Arifə həyətdən çıxmasını demişdir. Bu zaman o, Seymurun ona xəsarət yetirməsindən qorxduğu üçün həyətyanı sahədən qaçaraq, çölə çıxmışdır, Seymur ona heç bir xəsarət yetirməmişdir, sonradan Arif ilə Seymur bir-biriləri ilə tutaşmışlar. Səs-küyün çox olduğunu gördüyündən Arifin qolundan tutub çölə çıxarmışdır. X3 bıçaqla xəsarət yetirməsini demiş və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” zəng edərək məlumat vermişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu həmin ünvana Arif aparmışdır. Orada hörgü hörməli idi. Yeri ona Arif göstərmişdirki, hansı hissə qazılmalı idi, həmin zaman Seymur da orada olmuşdur. Həmin yerə o, ümumilikdə 3 gün gəlib-getmişdir. Birinci gün gəlib ərazini qazmış, çay içmişdir. Əvvəl torpağın qazılmasına Seymurla Arif razılaşmışlar. Bel həyətdə olmuş, o, beli götürmüş, lakin sonradan Seymur beli ondan almışdır ki, onun beli ilə qazantı aparmasın. İkinci gün gələn zaman, görmüş ki, qazdığı yer doldurulmuşdur və Seymur ona demişdirki “qazma eləmə istəmirəm”. Sonra Arifə zəng edib demiş ki, Seymur ona işini görməyə imkan vermir. Arif ona demişdirki, “eybi yox sən çıx sonra özüm həll edərəm”. Səhəri gün yəni, üçüncü gün bir neçə avadanlıq alıb, Ariflə birlikdə yenə həmin həyətə getmişlər. Birinci içəri o, girmiş, Seymur əlində olan qara bir şeylə üzərinə qaçmış, qışqıraraq çölə çıxmalarını demişdir. O, qorxub çölə çıxmışdır. Bu zaman Arif içəri girib demişdirki, “kimdiki Seymur” bu zaman aralarında mübahisə başlamışdır. Həmin zaman orada Arif, Seymur və o, olmuşdur. Mübahisənin qızışdığını görüb, həyətə girib Arifi oradan uzaqlaşdırmışdır. İçəri girdikdə Seymurun Arifin qolundan tutduğunu görmüşdür. Arifin qolunda və ya başqa yerində hər-hansı xəsarət görməmişdir. Hadisə 5 dəqiqə davam etmişdir. Hadisə baş verən zaman orada söyüş söyülməmişdir. Aparılmış ibtidai-istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında vermiş olduğu ifadə arasında ziddiyyət olduğu üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai-istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Qarabağ müharibəsi veteranıdır, uzun illərdir ki, hörgü ustası kimi fəaliyyət göstərir, rəsmi olaraq, heç bir yerdə işləmir və yalnız iş olanda müxtəlif tikinti yerlərində işləyərək ailəsini dolandırır. Zərərçəkmiş şəxs iş əsnasında tanımışdır. Bir neçə gün əvvəl Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə hasar tikmək üçün usta lazım olduğunu bildirmiş, o da dərhal razılaşmış və həmin gün divar hörmək üçün torpaq sahəsini qazmışdır. xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində isə Arifin hasar hörəcəyi yerə yük avtomobili ilə mişardaşı gətizdirmiş, yük avtomobili həyətyanı sahənin qarşısına çatan zaman Arif ona mişar daşını boşaltmağını bildirmiş, bundan sonra o, evin həyətyanı sahəsinə daxil olmuş, bu zaman isə Seymur sol əlində bıçaq və sağ əlində isə benzin butulkası tutmuş halda yaşadığı evdən çıxmış və çıxan kimi də üzərinə hücum etmişdir. O isə Seymurun ona xəsarət yetirməsindən qorxduğu üçün həyətyanı sahədən qaçaraq, çölə çıxmış, Seymur ona heç bir xəsarət yetirməmiş, Arif bunu gördükdə həyətyanı sahəyə daxil olmuş, Arif həyətyanı sahəyə daxil olan kimi Seymur sol əlində bıçaq Arifin üzərinə hücum etmiş, Arif Seymurun xəsarət yetirməsinin qarşısını almaq üçün əlləri ilə Seymurun iki qolundan da yapışmış, lakin Seymur Arifin əlindən çıxmış, sol əlində tutduğu bıçaqla bir dəfə Arifin sağ qolunun dirsək nahiyəsindən vurmuş və daha sonra isə bıçaqla bir dəfə döş qəfəsindən vuraraq, Arifə xəsarət yetirmişdir. Arif xəsarət aldığı üçün bir qədər geriyə getmiş, bu zaman Seymur əlləri ilə bir dəfə də Arifin sinəsindən itələmiş, buna görə də, Arif yerə yıxılmış və sağ dirsəyi həmin yerdə olan mişar daşına dəymişdir. Bundan sonra Seymur bir daha Arifin üzərinə gəlməmiş, Arifi yerdən qaldırmış və evin həyətyanı sahəsindən çıxartmışdır. Çölə çıxan kimi Arif Seymurun bıçaqla xəsarət yetirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 xidməti-zəng mərkəzinə” zəng edərək məlumat vermiş və aldığı xəsarətlərə görə xəstəxanaya getmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 verilmiş əlavə suallara cavab olaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində pul müqabilində qəsəbə ərazisindən tanıdığı Şahid1 aldığı və ətrafına hasar hördürmək istədiyi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Mübahisə zamanı Seymur sol əlində tutduğu bıçaqla bir dəfə Arifin sağ qolunun dirsək nahiyəsindən və daha sonra isə bıçaqla bir dəfə döş qəfəsindən vuraraq, xəsarət yetirmiş, Arif xəsarət aldığı üçün bir qədər geriyə getmiş, bu zaman Seymur əlləri ilə bir dəfə Arifin sinəsindən itələmiş, buna görə də, Arif yerə yıxılmış və sağ dirsəyi həmin yerdə olan daşa dəymişdir. Seymurun Arifə xəsarət yetirdiyi bıçaq qara rəngli tutacaqlı, uzunluğu təxminən 12-15 sm olan qatlanan cib bıçağı olmuş, dava-dalaş zamanı o və Arif Seymura hər hansı bir xəsarət yetirməmiş və Seymura qarşı nalayiq ifadələr işlətməmişdir. Seymur ona hər hansı bir xəsarət yetirməmişdir. Dava-dalaş zamanı Seymur Arifin özünə və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmiş, Seymur ona hər hansı bir nalayiq ifadələr işlətməmişdir. Seymurla Arif arasında olan davadalaş və Seymurun Arifə bıçaqla xəsarət yetirməsi halı təxminən 20-25 dəqiqə ərzində baş vermişdir. Seymurla Arif arasında olan dava-dalaşın və Seymurun Arifə xəsarət yetirməsinin şahidləri həmin evin həyətyanı sahəsinə hasar hörmək üçün gələn o, həmin vaxt yoldan keçən Fuad və bir neçə nəfər tanımadığı başqa şəxslər olmuşdur. Dava-dalaş zamanı Seymur Arifdən başqa digər şəxslərə hər hansı bir xəsarət yetirməmiş və ünvanlarına nalayiq ifadələr işlətməmişdir. Seymurla əvvəllər arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə iclasında ziddiyyətlər elan olunduqdan sonra Şahid3 bildirdi ki, Seymurun əlində benzin butulkası olmuş, lakin digər yazılanları o, deməmiş, yazılmış ifadəni oxumadan imzalamışdır. Onun kifayət qədər də savadı yoxdur. Seymurun əlində qara nə isə olduğunu görmüş, lakin onun nə olduğunu bilməmişdir. Fuad adlı şəxsi tanımır. Arifin sinəsinə və ya dirsəyinə Seymurun xəsarət yetirməsini görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli, 657 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin, sağ saidin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl olmaqla, qərarda göstərilən xx xxxx 2020-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Masallı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona 08 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilmiş və ona 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə çəkilməmiş 11 ay 27 gün azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının müddəti başa çatmışdır. Hazırda məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs verilən ittihamdan göründüyü kimi, o, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni Sahə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsinə giriş qapısının yanında Zərərçəkmiş şəxsla heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edib, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyib nalayiq söyüşlər söyməklə əlində olan uzunluğu təxminən 12-15 sm olan, qara rəngli tutacaqlı cib bıçağını silah qismində istifadə etməklə həmin bıçağın tutacaq hissəsi ilə bir dəfə Zərərçəkmiş şəxs sağ qolunun dirsək nahiyəsindən və bir dəfə döş qəfəsindən vuraraq, həmçinin sinə nahiyəsindən itələməsi nəticəsində yerə yıxılaraq sağ dirsəyinin həmin yerdə olan daşa dəyərək xəsarət alması ilə nəticələnən döş qəfəsinin, sağ saidin sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ dirsək oynağının yumşaq toxumalarının əzilməsindən ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəbə olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şahid1 həm ibtidai istintaq dövründə həm də məhkəmə istintaqı dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Arif Orucovla aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarət yetirməsi hadisəsinin şahidi olmamış, həmin vaxt hadisə yerində olmamışdır. Seymurun Arifin üzərinə bıçaq çıxarması, yandıracağı ilə hədələməsi, həmçinin yanında olan qadınlarla birlikdə Arifi və ustası Teymuru söyüb təhqir etməsini Arif özü ona danışmışdır. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən “Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz.” Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən Şahid1 ifadəsi sübut kimi qəbul edilə bilməz və o, sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə bundan başqa qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq ilə vuraraq xəsarət yetirməsi təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs verdiyi ifadəsində Zərərçəkmiş şəxs bir dəfə əli ilə itələdiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş Şahid3 və Şahid2 vermiş olduğu ifadələrində təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirdiyini görmədiyini, lakin orada mübahisə və səs-küyün olduğunu bildirmişdir. Bunun əksini təsdiq edən sübutlar olmadığından məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlləri silah və ya silah qismində istifadə edilən əşya tərəfindən törətməsi sübuta yetirilmir və onun xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ilə bağlı əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və Şahid3 ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128 və ya132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. ” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-26/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-26/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver