Məhkəmə qərarları › İş №1(003)-26/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-26/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-26/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X11, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi 87-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxxxx 1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, məhkumluğu olan, Biləsuvar rayonu Ağakənd kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1978-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilə dəmir parçası ilə açdıqları plastik pəncərədən qanunsuz daxil olmuş və otaqdakı masanın üstündə olan, həyətdə dayanmış «Toyoto» markalı «Prado» modelli avtomobilin açarı ilə avtomobilin qapısın açdıqdan sonra avtomobilin sandıqçasındakı əl çantasının içindən 1580 manat pulu götüməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə sat 18:00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir parçası ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içində əl çantasına yığılmış halda saxlanılan 4 ədəd qızıl üzükləri, 1 ədəd klon kimi istifad edilən halqalı qızıl beşliyi və 1 ədəd kitab şəkilli klonu, 3 ədəd qolbağı, 4 ədəd boyunbağını və 340 manat ekvovalentində olan 200 ABŞ dolları məbləğində nəqd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 7470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni massivdə yanaşı şəkildə yerləşən 4 ədəd fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan mənzillərə açıq olan qapılarından qanunsuz daxil olaraq içəridə olan ümumi dəyəri 12000 manat təşkil edən 2 ədəd hovuz motorunu, 2 ədəd su filterlərini, 1 ədəd hava kollektorunu, kombi istilik sisteminin radiatorlarını, elektrik naqillərini, laqondaları, direlləri, perafaratorları, və elektrik plafonlarını götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir linğ vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp marklı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1000 manat dəyərində qab-qacaq dəstlərini, 1500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X5 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4300 manat dəyərində olan müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri, 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 4300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 mart 2022-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs6 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni massivdə yanaşı şəkildə yerləşən fərdi evinin həyətinə hasarı açmaqla keçib, oradan mənzilə açıq olan qapısından qanunsuz daxil olaraq ümumi dəyəri 2900 manat təşkil edən plastik laminatları və su nasosunu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızını Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində olan 1ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlf ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3500 manat dəyərində olan müxtəlif geyim əşyalarını, qab qacaqları, yataq dəstlərini, su qızdırıcısını, xalçanı, velosipedi götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni massivdə yanaşı şəkildə yerləşən 4 ədəd fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan mənzillərə açıq olan qapılarından qanunsuz daxil olaraq içəridə olan ümumi dəyəri 12000 manat təşkil edən 2 ədəd hovuz motorunu, 2 ədəd su filterlərini, 1 ədəd hava kollektorunu, kombi istilik sisteminin radiatorlarını, elektrik naqillərini, laqondaları, direlləri, perafaratorları və elektrik plafonlarını götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 25 fevral 2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp markalı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1000 manat dəyərində qab-qacaq dəstlərini, 1500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X2 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4300 manat dəyərində müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri və 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə cəmi 4300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 19 mart 2022-ci il tarixdə saat 15:00 radələrində tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsindlə yerləşən «Mədəniyyət Evi»nin yaxınlığında əvvəldən tanıdığı X3 bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpikləri ilə vuraraq sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən sağ gözaltı nahiyyənin, burunun qançırı kimi xəsarətlər yetirməklə zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olmayan zor təbiq etməklə üzərində olan 660 manat pulu açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızının Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində 1 ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlif ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3500 manat dəyərində müxtəlif geyim əşyalarını, qab qacaqları, yataq dəstlərini, su qızdırıcısını, xalçanı və velosipedi götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilə dəmir parçası ilə açdıqları plastik pəncərədən qanunsuz daxil olmuş və otaqdakı masanın üstündə olan, həyətdə dayanmış «Toyoto» markalı «Prado» modelli avtomobilin açarı ilə avtomobilin qapısın açdıqan sonra avtomobilin sandıqçasındakı əl çantasının içindən 1580 manat pulu götüməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir parçası ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içində əl çantasına yığılmış halda saxlanılan 4 ədəd qızıl üzükləri, 1 ədəd klon kimi istifadə edilən halqalı qızıl beşliyi və 1 ədəd kitab şəkilli klonu, 3 ədəd qolbağı, 4 ədəd boyunbağını və 340 manat ekvivolentində olan 200 ABŞ dolları məbləğində nəqd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 7470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ona elan edilmiş 8 epizod oğurluq cinayətlərindən, yalnız 2 epizod oğurluq cinayətini törətmişdir. Həmin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aid əmlakların oğurlanması cinayətlərini Təqsirləndirilən şəxs3 ilə birlikdə etmişdir. Digər epizod oğurluq cinayətlərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, həmin əməlləri səmimi olaraq etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ona elan edilmiş 5 epizod oğurluq cinayətlərindən, yalnız 2 epizod oğurluq cinayətini və 1 epizod soyğunçuluq cinayətini törətmişdir. Həmin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aid əmlakların oğurlanması cinayətlərini Təqsirləndirilən şəxs1 ilə birlikdə etmişdir. Digər epizod oğurluq cinayətlərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq əməllərindən səmimi peşman olduğunu, həmin əməlləri səmimi olaraq etiraf etdiyini, qardaşı X9 İİ Qarabağ Müharibəsi zamanı şəhid olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilmədiyini və həmin oğurluq cinayətləri üzrə olan epizodları etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini qeyd etmişdir. Bu səbəbdən də məcbur qalaraq həmin epizodları öz üzərinə götürmüşdür. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 20 noyabr 2021-ci il tarixdə axşam saatlarında özünə məxsus olan Toyoto markalı Prado modelli ** LS *** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində, yeni yaşayış sahəsində yerləşən evinə gəlib, həmişəki kimi avtomobili həyətə salmış, gecə yarısından sonra öz otağında yatmışdır. Həmin vaxt avtomobilin açarını mənzilin girişində birinci otaqda masanın üstünə qoymuşdur. Səhər saatlarında saat 05:30 radələrində yuxudan oyananda görmüşdür ki, maşnının qapısı açıqdır, içəridə salonun işıqları yanır. Ona görə də maşına gedib içindəki əşyalarının yerində olub olmadığını yoxlayarkən bardaçokda, portmanatının içində saxladığı 1580 manat pulun oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Camələddin qızı bildirdi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu şüvalan qəsəbəsində yerləşən, atasından ona miras qalmış bağ evinə baş çəkmək üçün oraya gələrkən görmüşdür ki, həmin evdə saxladığı 1500 manat dəyərində müxtəlif formalı madonna servis-qab qacaq dəstləri, 50 manat dəyərində olan 1 ədəd tosteri, 200 manat dəyərində olan 1 ədəd Mitsubişi markalı kondisioneri, 180 manat dəyərində 1 ədəd Bosh markalı elektrik çaydanı, 90 manat dəyərində 1 ədəd Kumtel markalı soba, 200 manat dəyərində olan 1 ədəd Şarp və 1 ədəd Philips markalı televizorları, ümumilikdə 1000 manat dəyərində olan 6 ədəd Bagema güldanları, gümüş çəngər-bıçaq-qaşıq dəstləri, ümumilikdə 200 manat dəyərində 2 ədəd çılçıraqları, ümumilikdə 1500 manat dəyərində olan yataq dəstləri, geyim əşyaları, ayaqqabıları oğurlanmışdır. Bundan sonra o, dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq edilməsi barədə məlumat vermişdir. Az sonra evinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. O da, oğurluq barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə vermişdir. Oğurluq nəticəsində ona ümmuilikdə 4300 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qızı bildirdi ki, 08 aprel 2022-ci il tarixdə o, Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yeləşən bağ evinə baş çəkməyə gələrkən əvvəldən həyətdə yerləşdirdiyi 1 ədəd dəmir masanın, 1 ədəd dəmir qapının, 2 ədəd dəmir pilləkənlərin, 12 ədəd ölçüləri müxtəlif olan da dəmir boruların, 2 ədəd dəmir listlərin və eletkrik naqillərinin oğurlandığını aşkar edərək dərhal DİN-nin 102 xidmətinə zəng edərək oğurluq edilməsi barədə məlumat vermişdir. Az sonra evinmə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 3000 manat dəyərində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Şuvalan qəsəbəsində yerləşən bağ evində 2021-ci ilin noyabr ayını sonlarında dekabr ayının əvvələrində xatırlamadığı tarixdə olduqdan sonra həmin evə növbəti dəfə 17 aprel 2022-ci il tarixdə gələrkən görmüşdür ki, evin pəncərəsi açıqdır. O, qapını açarla açıb içəri girəndən sonra əşyaların çoxusunun pərakəndə halda döşəməyə atıldığını, evdə axtarış aparıldığını özünə və digər ailə üzvülərinə məxsus müxtəlif geyim əşyaları, 1 ədəd velosiped, müxtəlif qab qacaq dəstləri, yataq dəstləri oğurlandığını aşkar etmişdir. Oğurlanmış əşyalarını ümumi dəyəri 3500 manata təşkil etməklə ona həmin miqdarda maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 17 fevral 2022-ci il tarxdə sat təxminən 12:50 radələrində 1 həytədə tikilmiş və tikinti-montaj işləri davam etdirilən 4 ədəd bağ evlərinə gələrkən evlərdən birinin qapısı və pəncərəsi açıq vəziyyətdə olduğunu görüb içəri girdikdə gələcəkdə quraşdırılması üçün alıb orada saxladığı 2 ədəd hovuz motorunun, 2 ədəd su filterlərinin, 1 ədəd hava kollektorunun, kombi istilik sisteminin adiatorlarının, elektrk naqillərinin, laqondaların, direllərin və perefaratorların, elektrik plafonları oğrlandığını aşkar etmişdir. Bu əşyaların ümumi dəyəri 12000 manat təşkil edir. O, oğurluğu aşkar edən kimi dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, az sonra evinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmiş və o əşyalarının oğurlanması barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə vermişdir. Bundan sonra yəni 24 mart 2022-ci il tarixdə təxminən14 radələrində növbəti dəfə bağ evlərinə baş çəkməyə gələrkən görmüşdür ki, oğurluq olandan başqa digər 3 evlərindən birinin də, qapısı və pəncərəsi açıqdır və həmin evə daxil olarakən əvvəlcədən bu evin otaqlarından birinə yerləşdirdiyi, laminatlar və 2 ədəd hovuz motorları oğurlanmışdır. Laminatları 1400 manata, hovuz motorlarını isə 1500 manat almış və onların oğurlanması nəticəsində ona 2900 manat ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Şuvalan qəsəbəsi Şimal Dres massivində yerləşən bağ evinə gələrkən görmüşdür ki, evin giriş qapısı açıqdır və içəri girib oradakı əşyalarının yerində olub olmadığını yoxlayan zaman evindən 1 ədəd 500 manat dəyərində Sharp markalı soyuducunun, 1 ədəd 400 manat dəyərində LG markalı paltaryuyan maşının, 1 ədəd 100 manat dəyərində İran sobasının, 1 ədəd 100 manat dəyərində elektrik çaydanının, ümumi dəyəri 1000 manat olan müxtəlif qab-qacaq dəstlərinin, ümumi dəyəri 1500 manat olan üzərində gümüş işləmələr olan büllur qabların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümmuilikdə 3600 manat dəyərində maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 18 dekabr 2021-ci il tarixdə təxminən saat 19:30 radələrində o, yaşadığ ünvan 2 ünvanında yerləşən fərdi evinə gələrkən evdə heç kim olmadığını, həyat yoldaşı və uşaqlarının bir qədər aralıda yaşayan atasının evində olduqlarını bilmiş, o da, maşını həyətə salıb evə girmədən həyətdən çıxıb atasının evinə getmişdir. Təxminən yarım saat ərzində orada olduqda sonra ailəli üzvləri ilə birlikdə öz evinə qayıtmış özü küçə qapısının kilidini açıb həyətə oradan da mənzilin giriş qapsının kilidini açarla açıb içəri girəndən sonra görmüşdür ki, dəhlizdə olan dolabın qapısı açıqdır, digər otaqlardakı əşyaların yeri dəyişdirilmiş, yataq otağının və digər otaqların səliqəsi pozulmuş, dolabların ağzı açlımışdır. Bununla da evdən oğurluq olduğunu başa düşüb dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Sonra isə özüm evindəki əşyaların yerində olub olmadığını yoxlayarkən müəyyən etmişdir ki, əvvəlcədən yataq otağındakı dolabda saxladığı əl çantası döşəmənin üstünə atılmış, lakin çantanın içində saxlanılan 4 ədəd qızıl üzüklər, 1 ədəd klon kimi istifadə edilən halqalı qızıl beşlik və 1 ədəd kitab şəkilli klon, 3 ədəd qolbağ, 4 ədəd boyunbağı 200 ABŞ dolları pul qoymuş, həmin əşya və pullar oğurlanmışdır. Daha sonra mənzilin və həyətin müşahidə kameralarının sönülü olduğunu görüb zirzəmiyə düşdükdə oraya yerləşdirilmiş yaddaş aparatının da olmadığını görmüşdür. Oğurlanmış üzüklərdən biri kişi 3 ədədi isə qadın üzüyüdür. Qadın üzüklərindən biri 750 əyarlıdır, iç tərəfindən Ramin-Turac adları yazılmışdır, üzərində brilyant qaşlar vardır təxminən 800 manat dəyərindədir. Digər 2 ədəd qadın üzüuləri də, 750 əyarlı olmaqla qaşsız, sadədirlər, üzərlərində heç bir xüsusi əlaməti yoxdur. Kişi üzüyü 750 əyarlı olmaqla brilyant qaşlıdır, içində Ramin-Tünzalə adları yazılmışdır, dəyəri 800 manatdır. Sadə üzüklərin hər birinin dəyəri 350 manatdır. Boyunbağılar da 750 əyarlı olmaqla 1 ədədinin qiyməti 850 manat, 1 ədədinin 500 manat, qalan iki ədədinin hər birinin qiyməti 250 manatdır. Qolbağlar da, 750 əyarlıı olmaqla 1 ədədinin qiyməti 1300 manat, digər iki əddədinin hər birinin qiyməti 300 manatdır. Oğurlanmış 1 ədəd qızıl beşliyin qiyməti 500 manat, kitab şəkilli klonun qiyməti isə 200 manatdır. Həmçinin kameranın yaddaş aparatının qiyməti 380 manatdır. Bununla da oğurluq nəticəsində ona ümumilikdə 7470 manat dəyərində maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X10 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 19 mart 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Quduların kafesi” kimi tanınan kafeyə pivə içməyə gedib pivə içib oradan çıxaraq əvvəlcə teleonu təmiri ustasını yanına oradan isə “Camalın kafesi” kimi tanınan kafeyə gedib pivə içərkən saat 14 radələrində əvvəllər tanıdığı Şəbnəm Zeynalova onun yanına gəlmiş və birlikdə pivə içməyə davam etmişlər. Daha sonra Şəbnəm ondan öncə kafedən çıxmışdır. Bundan az müddət sonra o kafedən çıxarkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq siqaret istəmiş, o siqaret vermədikdən sonra isə ondan pul istəmişdir. O, pul verməkdən imtina etmiş və Mərhəmət ondan aralanmışdır. Bir az keçdikdən sonra Şəbnəm ona yaxınlaşaraq ondan özü ilə birlikdə yaşlı bir qadına baş çəkməyə getməyi xahiş etmiş, o, etiraz etməyərək Şəbnəmlə birlikdə Mədəniyyət Evi tərəfə gedərkən görmüşdür ki, Mərhəmət arxalarınca gəlir. Mədəniyyət evini keçdikdən sonra “Kobra kafe”-nin yaxınlığında Mərhəmət ona yaxınlaşaraq “səndən pul, siqaret istədim, mənə niyə vermədin” deyə soruşmuş, o “mən axı sənə niyə siqaret, pul verməliyəm, məndən nə istəyirsən sən” deyərək cavab verdikdə Mərhəmət onu yaxasından yapışıb silkələyərək yolun kənarındakı dəmir barmaqlıqlar olan hasara çırpmış, o yerə yıxıldıqdan sonra isə Mərhəmət onun başına yumruq və təpik zərbələri vurmağa başlamış, eyni zamanda isə Şəbnəm onun ciblərini axtararaq əynində olan gödəkçənin sol iç cibindəki pul kisəsini çıxarmışdır. O, Şəbnəmin qolundan tutub “əllərivi cibimdən çıxart, nə axtarırsan” deyərək ona etirazını bildirdikdə Şəbnəm “dayan, dayan” deyərək onun əynində olan göy rəngli cins şalvarın ciblərini axtarmışdır. Həmin vaxt onun şalvarının sağ cibində 170 manat pul olmuşdur. Bundan sonra Mərhəmət çıxıb getmiş, Şəbnəm isə haradansa su gətirib onun üzünə səpmiş, o ayağa durmuş, gödəkçəsinin cibidəki pul kiəsinin yerdə oduğunu görüb götürərərək içinə baxdıqda əvvəlcədən pul kisəsinin içində saxladığı sənədləri yerində olduğunu, 600 manat pulun yerində olmadığını görmüşdür. Eyni zamanda şalvarının cibindəki 170 manatın pulun 110 manatının olmadığını aşkar etmişdir. O, hadisə yerindən getməyə başlayarkən Şəbnəm də onun arxası ilə gələrək taksiyə əyləşib onun yaşadığı evə getmişlər. Orada soyuducunu açaraq Şəbnəmə yemək təklif etmiş, özü isə istifadə etdiyi 250 manat dəyəri olan “SAMSUNG A 12” markalı mobil telefonu evin mətbəxində pəncərənin qarşısına qoymuşdur. Bu zaman o, Şəbnəmdən evin açarının harda olub-olmadığını soruşmuş, Şəbnəm açarın yerini bilmədiyini dedikdən sonra yaşadığı evin həyətyanı sahəsinin darvazası tərəfə getmişdir ki, evin açarını axtarsın. Təxminən 15 dəqiqədən sonra o, evə qayıdarkən Şəbnəm artıq çıxıb getmiş olduğunu və mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, Şəbnəmin arxasınca gedib “mənim başıma bu oyunu niyə açdınız” deyərək soruşduqda Şəbnəm ona bildirmişdir ki, özünlük bir şey yoxdur, nə edibsə Mərhəmət edib. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 30 mart 2022-ci il tarixli, 325 saylı rəydən görünür ki, R.T.Zərbalıyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər: sağ gözaltı nahiyyənin, burunun qançırı küt əşya(əşyalar) təsirindən törənmişdir, törənmə müddəti məhkəmə-tibbi müayinədən 11-12 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, R.Zarbalıyevin bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2, 185.2.4, 66.3 və 70-ci maddalərinə əsasən təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən olunmuşdur. xx.xx.2017-ci il tarixdə sınaq müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 cəzası 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1, 185.2.2 və 66.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə AR Cm-nin 177.2.4cü maddəsi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs2 cəza müddəti 03 il 09 aya endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Biləsuvar rayonunda doğulmuş Məmmədov X7 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 69.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 66.5 və 66.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmündən AR CM-nin 177.2.4-cü maddəsi xaric edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, AR CM-nin 66.3-cü maddəsi AR CM-nin 66.2-ci maddəsi ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs3 01 ay 15 gün müddətinə çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis-kapitanı Nizami Həmidov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 180.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət və təqdimat təmin edilməmişdir. İş materiallarında olan 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, 01 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 19 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 007131 saylı ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 007132 saylı ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs3 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 007133 saylı ifadənin yerində yoxlanılması barədə protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 etmiş olduğu oğurluq cinayətlərini həmin ünvanlarda göstərərək təsdiq etmişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 011-4530-1222 saylı məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsində Zərərçəkmiş şəxs5 Xəzər oğluna məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərinin tədqiqatı nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Xəzər RPİ və BİT-dən daxil olan) xx.xx.1995-ci ildə Biləsuvar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin orta barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 28 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona yenidən həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 19 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 19 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 19 iyul 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan epizodlar üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 cəzası 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 tərəfindən üç epizod üzrə oğurluq cinayətləri müvafiq olaraq 17 fevral 2022-ci il tarixdə, 24 mart 2022-ci il tarixdə və 17 aprel 2022-ci il tarixdə törədilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs1 etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı və Zərərçəkmiş şəxs7 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamda olan 5 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı və Zərərçəkmiş şəxs7 məxsus əşyaların oğurlanması hissəsində Təqsirləndirilən şəxs1 həmin zərər çəkmiş şəxslərə məxsus olan əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin 5 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokollarından ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 5 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 vermiş olduğu ifadəsində həmin 5 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə maraqlı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 həmin 5 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı onun müdafiəçisinə məlumat verilməmiş və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 260.2-ci maddəsinə əsasən “Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.” Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması ilə bağlı müdafiəçisi Müdafiəçi1 20 aprel 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nə keçiriləcək istintaq hərəkətlərində iştirak edilməsi ilə bağlı müvafiq bildiriş göndərilmişdir. Lakin həmin bildirişin müdafiəçi tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Nəticədə Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması onun müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən “Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.” Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş yuxarıda adı çəkilən 5 epizod üzrə ifadənin yerində yoxlanılması sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilə dəmir parçası ilə açdıqları plastik pəncərədən qanunsuz daxil olmuş və otaqdakı masanın üstündə olan, həyətdə dayanmış «Toyoto» markalı «Prado» modelli avtomobilin açarı ilə avtomobilin qapısın açdıqan sonra avtomobilin sandıqçasındakı əl çantasının içindən 1580 manat pulu götüməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, xx.xx.2021-ci il tarixdə sat 18:00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir parçası ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içində əl çantasına yığılmış halda saxlanılan 4 ədəd qızıl üzükləri, 1 ədəd klon kimi istifad edilən halqalı qızıl beşliyi və 1 ədəd kitab şəkilli klonu, 3 ədəd qolbağı, 4 ədəd boyunbağını və 340 manat ekvovalentində olan 200 ABŞ dolları məbləğində nəğd pulu götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 7470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, xx.xx.2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp marklı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1000 manat dəyərində qab-qacaq dəstlərini, 1500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X5 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4300 manat dəyərində olan müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri, 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 4300 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızının Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində olan 1ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlf ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda olan epizodlar üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs X6 qarşı soyğunçuluq etməsinə dair qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs3 əməlini etiraf etməsini, səmimi peşman olmasını, qardaşı X9 İİ Qarabağ Müharibəsi zamanı şəhid olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 66.5 və 66.3-cü maddalərinə əsasən təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Xətai Rayon Məhkəməsinin hökmündən AR CM-nin 177.2.4-cü maddəsi xaric edilmişdir. xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmiş, AR CM-nin 66.3-cü maddəsi AR CM-nin 66.2-ci maddəsi ilə əvəz edilmişdir. xx.xx.2020-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs3 01 ay 15 gün müddətinə çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinə əsasən “Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs3 etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs3 tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus əmlakların oğurlanması və zərər çəkmiş şəxs X6 qaşı soyğunçuluq etməsi hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda olan 3 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qızına məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittihamda olan 3 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qızına məxsus əşyaların oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin zərər çəkmiş şəxslərə məxsus olan əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin 3 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs3 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokollarından ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 3 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 vermiş olduğu ifadəsində həmin 3 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə maraqlı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 həmin 3 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı onun müdafiəçisinə məlumat verilməmiş və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 260.2-ci maddəsinə əsasən “Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.” Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması ilə bağlı müdafiəçisi Müdafiəçi2 20 aprel 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nə keçiriləcək istintaq hərəkətlərində iştirak edilməsi ilə bağlı müvafiq bildiriş göndərilmişdir. Lakin həmin bildirişin müdafiəçi tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Nəticədə Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması onun müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən “Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.” Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş yuxarıda adı çəkilən 3 epizod üzrə ifadənin yerində yoxlanılması sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp marklı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1000 manat dəyərində qab-qacaq dəstlərini, 1500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb, zərərçəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X5 Bakı şəhəri Xəzər rayonu Şüvalan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4300 manat dəyərində olan müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri, 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə 4300 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızını Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində olan 1ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlf ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan 2 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” “İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə”nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə 29 mart 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə həmin 2 epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadələrindən - İfadənin yerində yoxlanılması protokolundan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən 2 epizod üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 vermiş olduğu ifadəsində həmin 2 epizod üzrə edilmiş oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu epizodları etiraf edilməsi üçün polis əməkdaşları tərəfində ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadələrinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə maraqlı olan şəxslərdir və onlar yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdırlar. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 həmin 2 epizod üzrə ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisələrinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı onun müdafiəçisinə məlumat verilməmiş və təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 260.2-ci maddəsinə əsasən “Təqsirləndirilən və ya şübhəli şəxsin ifadələrinin yerində yoxlanılmasında, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi ifadələrin yerində yoxlanılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.” Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması ilə bağlı müdafiəçisi Vaqif Qədirova 20 aprel 2022-ci il tarixdə Xəzər RPİ İŞ-nə keçiriləcək istintaq hərəkətlərində iştirak edilməsi ilə bağlı müvafiq bildiriş göndərilmişdir. Lakin həmin bildirişin müdafiəçi tərəfindən rəsmi qəbul edilməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Nəticədə Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması onun müdafiəçisinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən “Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.” Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş yuxarıda adı çəkilən 2 epizod üzrə ifadənin yerində yoxlanılması sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilə dəmir parçası ilə açdıqları plastik pəncərədən qanunsuz daxil olaraq otaqdakı masanın üstündə olan, həyətdə dayanmış «Toyoto» markalı «Prado» modelli avtomobilin açarı ilə avtomobilin qapısını açdıqdan sonra avtomobilin sandıqçasındakı əl çantasının içindən 1580 manat pulu götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs7 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən fərdi evinin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir parçası ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq, yataq otağındakı dolabın içində əl çantasına yığılmış halda saxlanılan 4 ədəd qızıl üzükləri, 1 ədəd klon kimi istifadə edilən halqalı qızıl beşliyi və 1 ədəd kitab şəkilli klonu, 3 ədəd qolbağı, 4 ədəd boyunbağını və 340 manat ekvivalentində olan 200 ABŞ dolları məbləğində nəqd pulu götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə ümumilikdə 7470 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 04 radələrində X4 Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Şimal DRES yaşayış massvinidə yeni sahədə nömrəsiz ünvanda yerləşən evin həyətinə hasarı aşmaqla keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanunsuz daxil olaraq içəridə olan 500 manat dəyərində 1 ədəd Şarp marklı soyuducunu, 400 manat dəyərində 1 ədəd paltaryuyan maşını, 100 manat dəyərində 1 ədəd elektrik çaydanını, 1000 manat dəyərində qab-qacaq dəstlərini, 1500 manat dəyərində büllur qabları götürməklə gizli olaraq talayıb, zərər çəkmiş şəxsə cəmi 3600 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2022-ci il tarixdə saat 19:00 radələrində X5 Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 4300 manat dəyərində olan müxtəlif qab-qacaqları, 2 ədəd televizoru, 3 ədəd gül qabılarını, 1 ədəd tosteri, 1 ədəd kondisioneri götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 4300 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs4 qızının Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən evin həyətinə hasarı aşaraq keçib, oradan dəmir ling vasitəsi ilə açdıqları pəncərədən mənzilə qanusuz daxil olaraq içəridə olan ümumilikdə 3000 manat dəyərində olan 1 ədəd dəmir masanı, 1 ədəd dəmir qapını, müxtəlf ölçülü dəmir boruları və elektrik naqillərini götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxsə həmin miqdarda ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, ümumilikdə 420 (dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, ümumilikdə 480 (dörd yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X20 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə rəsmi təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar