Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-260/2022 03.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə Astara rayonu, Miki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu, Miki kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talamaq məqsədi ilə 18 fevral 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin plastik qapısını atvyorka ilə qıraraq içəriyə qanunsuz daxil olmaqla evdən 1000 manat nəğd pulu və 01 ədəd 240 manat dəyərində «Edon» markalı qaynaq aparatını gizli talayıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 1250 (min iki yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. 2022-ci ilin fevral ayının əvəllərində xalasından 100 manat borca pul istəmiş, lakin xalası pulu olmadığını demişdir. Xalasının pulu olduğu halda ona pul vermədiyindən 16 fevral 2022-ci il tarixdə, saat 22 radələrində xalasının Bakı şəhəri, Binə qəsəbəsi, Bakavtomat yolu yeni sahə adlanan ərazidə yerləşən evinin giriş qapısını qırıb içəriyə daxil olmuşdur. Evi axtarmış, lakin pul tapa bilmədiyi üçün qaynaq aparatını götürmüş və səhərisi gün Ramanı qəsəbəsində yerləşən tikinti materialları mağazasına 70 manata satmışdır. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında satıcı işləyir. 17 fevral 2022-ci il tarixdə sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxs obyektə gələrək özünə məxsus qaynaq aparatını pul lazım olduğu üçün 70 manata satdığını demişdir. Aparatın üzərində rus pulu ilə qiyməti olan çek olmuş, lakin qiymətini dəqiq bilməmişdir. O, həmin aparatı 70 manata almış və səhərisi günü polis əməkdaşlarına təqdim etmişdir. O, həmin aparatın oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə anası xəstə olduğu üçün Astara rayonu, Şeykəran kəndinə getmiş və 18 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Bakavtomat yolu adlanan ərazidə yeni salınmış məhlədə yaşadığı fərdi yaşayış evinə qayıtmışdır. Evin darvazasını açdıqda evin zal qapısının və mətbəx otağının plastik qapılarının qırıldığını görüb içəriyə daxil olduqda əşyalarının dağınıq olduğu görüb oğurluq olduğunu başa düşmüş və DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək baxış keçirmişlər və həmin vaxt ona məlum olmuşdur ki, yataq otağında döşəyin altında gizlətdiyi 1000 manat nəğd pulu, həmçinin evdə olan 01 ədəd istifadə edilməmiş 240 manat dəyərində qaynaq aparatı oğurlanmışdır. 03 oktyabr 2022-ci il tarixdə məhkəməyə Zərərçəkmiş şəxs1 ərizəsi daxil olmuşdur. Ərizədə Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini, Rusiya Federasiyasında olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilmədiyini qeyd etmiş və ziyan ödənilmədiyi halda ağır cəzanın təyin olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəşünaslıq ekspertizasının 01 aprel 2022-ci il tarixli, 9/1518 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd narıncı rəngli, «Edon» markalı, LV 200 S model 7,1 kw qaynaq aparatının 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 240,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 15 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1997-ci ildə Astara rayonu, Miki kəndində anadan olmuş Təqsirləndirilən şəxs – Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-309/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu 1 il 7 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi, bu Qərarın 5-ci hissəsinə əsasən 1 il azaldılmışdır. Təqsirləndirilən şəxs cəza müddəti bitdiyindən Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cinayət törətməyə görə məhkum olunmasına, məhkumluğu ödənilmədən və ya götürülmədən qəsdən cinayət törətməsinə baxmayaraq onun əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər də, talama cinayəti törətməsini, bcəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 25 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilərək o, saxlanıldığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 iyul 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 3-cü Polis şöbəsinin 10 avqust 2022-ci il tarixli məktubundan görünür ki, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs saxlanılaraq 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi üçün Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. Ona görə də, 270 (iki yüz yetmiş) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdən 25 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 10 avqust 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-260/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-260/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver