Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-261/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13, müdafiəçi – 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 24 oktyabr 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsi fərdi evdə yaşamış, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-48/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar olaraq özgənin əmlakını gizli olaraq talama məqsədilə yaşayış evinə qanunsuz daxil olub zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 avqust 2019-cu il saat 20 radələrində X2 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi evə plastik pəncərəsini vintaçanla açmaqla qanunsuz daxil olaraq evin otaqlarından birindəki paltar dolabının içərisində olan paltarların altından 2800 manat nağd pulu və həmin dolabdakı əl çantasından 150 manat nağd pulu, həmin paltar dolabının yanında olan digər dolabın üstündəki mücrünün içərisindən dəyəri 170 manat təşkil edən 585 əyarlı 01 ədəd qızıl boyunbağını və dəyəri 180 manat təşkil edən 585 əyarlı 01 cüt qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 3300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 yanvar 2020-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi evə pəncərəsinin dəmir barmaqlığını qırıb plastik pəncərəni vintaçanla açmaqla evə qanunsuz daxil olaraq evdən 450 manat pulu, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd üzərində dini yazılı klon olan 583 əyarlı qızıl boyunbağını, dəyəri 150 manat təşkil edən 01 ədəd tros formalı 583 əyarlı qızıl boyunbağını, dəyəri 150 manat təşkil edən 01 ədəd sadə formalı 583 əyarlı qızıl boyunbağını, dəyəri 100 manat təşkil edən 01 ədəd tək qaş 583 əyarlı qızıl qadın üzüyünü, dəyəri 200 manat təşkil edən 01 ədəd alyans adlanan 583 əyarlı qızıl qadın üzüyünü, dəyəri 100 manat təşkil edən svarovski qaşları olan 583 əyarlı 01 cüt qızıl sırğanı, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd uzunsov formalı 583 əyarlı qızıl sırğa dəstini, dəyəri 200 manat təşkil edən 01 ədəd saat hissəsi qızıl olan qadın üçün saatı, ümumi dəyəri 300 manat təşkil edən müxtəlif bjuteriya əşyalarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 fevral 2020-ci il tarixdə, saat 21:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabındın üstündə olan döşəklərin altından 2000 manat pulu, qonaq otağındakı paltar dolabının içərisindən dəyəri 500 manat təşkil edən 01 ədəd 583 əyarlı qızıl sepi, dəyəri 500 manat təşkil edən 01 cüt 583 əyarlı qızıl sırğanı, dəyəri 200 manat təşkil edən 01 ədəd 583 əyarlı qızıl üzüyü, dəyəri 1000 manat təşkil edən 01 ədəd 583 əyarlı qızıl qadın üzüyünü, dəyəri 700 manat təşkil edən 01 ədəd 583 əyarlı qızıl bilərziyi və hər birinin dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 02 ədəd ətiri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 fevral 2020-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən yaşayış sahəsi olan nömrəsiz fərdi evə arxa tərəfində olan plastik nəfəsliyi açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 300 manat təşkil edən 01 ədəd qulaqcığı, dəyəri 400 manat təşkil edən 01 ədəd qol saatını, dəyəri 4000 manat təşkil edən 01 ədəd qızıl dəsti, dəyəri 180 manat təşkil edən 01 ədəd qızıl boyunbağını, ümumi dəyəri 600 manat təşkil edən 05 ədəd qızıl üzüyü, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 cüt qızıl sırğanı, ümumi dəyəri 200 manat təşkil edən gümüş əşyaları, həmin tarixə məzənnəsi 340 manat təşkil edən 200 ABŞ dollarını və 470 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 6690 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 sentyabr 2020-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq evin qonaq otağından dəyəri 600 manat təşkil edən “HP” markalı notebooku, dəyəri 150 manat təşkil edən üzərində mobil nömrə olmayan “Samsung J5” markalı mobil telefonu, dəyəri 200 manat təşkil edən üzərində mobil nömrə olmayan “Samsung J7” markalı mobil telefonu, yataq otağındakı çarpayının yanından 150 manat dəyərində qəpik pulları, termonun dolab hissəsindəki qabdan həmin tarixə məzənnəsi 340 manat təşkil edən 200 ABŞ dollarını, ümumi dəyəri 5000 manat təşkil edən 750 əyarlı 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın boyunbağısı, 01 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyündən ibarət dəsti, dəyəri 350 manat təşkil edən 01 ədəd 585 əyarlı qızıl kişi üzüyünü, dəyəri 400 manat təşkil edən 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, dəyəri 150 manat təşkil edən 01 cüt qızıl uşaq sırğasını, dəyəri 200 manat təşkil edən 01 ədəd üzərində “Əsma” yazısı olan qızıl qolbağı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs12 7540 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 sentyabr 2020-ci il tarixdə, gecə saat 01:20 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən Zərərçəkmiş şəxs13 məxsus yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olaraq evin yataq otağındakı paltar dolabında olan kiçik ölçülü çantanın içərisindən 300 manat pulu, həmin otaqdakı termonun dolabında olan “ürək” formalı qızıl qabının içərisindən dəyəri 400 manat təşkil edən 01 ədəd sadə qızıl kişi üzüyünü, ümumi dəyəri 5000 manat təşkil edən 750 əyarlı 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın boyunbağısı, 01 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyündən ibarət dəsti, dəyəri 150 manat təşkil edən 01 ədəd sadə qızıl qadın üzüyünü, dəyəri 300 manat təşkil edən 01 ədəd qaşlı qadın üzüyünü gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 6150 məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 dekabr 2020-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin yataq otağındakı termonun siyirməsində olan qara rəngli pul kisəsindən 600 manat pulu, həmin termonun aşağı siyirməsindən dəyəri 200 manat təşkil edən 01 ədəd “Samsung” markalı planşeti, digər yataq otağındakı paltar dolabından dəyəri 600 manat təşkil edən 01 ədəd “Dell” markalı notebooku, qonaq otağındakı termonun siyirməsindən dəyəri 200 manat təşkil edən 01 ədəd üzərində mobil nömrə olmayan “Redmi 5A” markalı mobil telefonu və dəyəri 3 manat təşkil edən 01 ədəd istifadədə olmuş üzərində “Regula RG-310 C” yazısı olan 19x27 sm ölçülü boz rəngli zəncirbəndlə açılıb-bağlanan kiçik ölçülü çantanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 ümumilikdə 1603 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 dekabr 2020-ci il tarixdə, saat 20:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub evin birinci mərtəbəsində olan mətbəxdəki mebelin içərisindəki mücrüdən 1000 manat nağd pulu, evin ikinci mərtəbəsindəki yataq otağındakı gipsdən olan quzu formalı kassanın içindən təxminən 2000 manat qəpik və kağız pulları, dəyəri 420 manat təşkil edən 01 ədəd 850 əyarlı çəkisi 6 qram olan qızıl boyunbağını, digər otaqlardan dəyəri 400 manat təşkil edən 01 ədəd 850 əyarlı çəkisi 7 qram olan qızıl boyunbağını, dəyəri 280 manat təşkil edən 01 ədəd 850 əyarlı çəkisi 5 qram olan qızıl boyunbağını, dəyəri 150 manat təşkil edən 01 ədəd 850 əyarlı çəkisi 3 qram olan qızıl qolbağı, dəyəri 380 manat təşkil edən 01 cüt 850 əyarlı çəkisi 5 qram olan qızıl sırğanı, dəyəri 490 manat təşkil edən 01 cüt 850 əyarlı çəkisi 8 qram olan qızıl sırğanı, dəyəri 380 manat təşkil edən 01 ədəd 750 əyarlı çəkisi 3 qram olan qızıl üzüyü, hər birinin dəyəri 70 manat təşkil edən 350 manat dəyərində 05 ədəd gümüş sepi, dəyəri 70 manat təşkil edən 01 ədəd gümüş sepi, hər birinin dəyəri 40 manat təşkil edən 120 manat dəyərində 03 ədəd gümüş qolbağı, hər birinin dəyəri 40 manat təşkil edən 80 manat dəyərində 02 ədəd gümüş qolbağı, dəyəri 180 manat təşkil edən 01 ədəd gümüş daraq dəstini, dəyəri 70 manat təşkil edən 01 ədəd gümüş sepi, dəyəri 9 manat təşkil edən üzərində bir ədəd rəngsiz şəffaf qaş olan 925 əyarlı 2,49 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 10 manat təşkil edən üzərində bir ədəd rəngsiz şəffaf qaş olan 925 əyarlı 2,73 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 1 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 10,55 qram çəkidə gümüşü rəngli mis əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 1 manat təşkil edən üzərində yaşıl rəngli qaş olan 6,44 qram çəkidə gümüşü rəngli mis əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 1 manat təşkil edən üzərində qəhvəyi və açıq qəhvəyi rəngli qaşları olan 11,51 qram çəkidə sarı rəngli mis və dəmir əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 1 manat təşkil edən üzərində qırmızı rəngli daş olan 6,22 qram çəkidə gümüşü rəngli qiymətsiz metal ərintidən ibarət 01 ədəd üzüyü, dəyəri 3 manat təşkil edən üzərində qara rəngli daş olan 5,58 qram çəkidə gümüşü rəngli qiymətsiz metal ərintidən ibarət 01 ədəd üzüyü, dəyəri 49 manat təşkil edən üzərində rəngli və rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 12,42 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 25 manat təşkil edən üzərində qara daş olan 925 əyarlı 6,37 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 9 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 2,44 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 4 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 1,13 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 2 manat təşkil edən üzərində yaşıl rəngli qaşlar olan 5,72 qram çəkidə gümüşü rəngli mis əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 16 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 4,16 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 34 manat təşkil edən üzərində qara rəngli daş olan 925 əyarlı 8,51 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 18 manat təşkil edən üzərində qara rəngli daş olan 925 əyarlı 4,57 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 43 manat təşkil edən üzərində qara rəngli daş olan 925 əyarlı 10,83 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 46 manat təşkil edən üzərində qaşa bənzər predmetlər olan 925 əyarlı 11,62 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 52 manat təşkil edən üzərində qara rəngli daş və qaşa bənzər predmetlər olan 925 əyarlı 13,11 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 3 manat təşkil edən üzərində yaşıl rəngli daş və qaşa bənzər predmetlər olan 5,95 qram çəkidə gümüşü rəngli mis əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 50 manat təşkil edən üzərində yaşıl rəngli qaşlar və qaşa bənzər predmetlər olan 875 əyarlı 12,55 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 20 manat təşkil edən üzərində şəffaf qaşlar olan 925 əyarlı 5,17 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 1 manat təşkil edən üzərində bir ədəd göy rəngli daş olan 3,94 qram çəkidə gümüşü rəngli qiymətsiz metal ərintidən ibarət 01 ədəd üzüyü, dəyəri 1 manat təşkil edən üzərində bir ədəd ağ rəngli kürə formalı daş və rəngsiz şəffaf qaşlar olan 3,88 qram çəkidə gümüşü rəngli mis əsaslı ərintili metaldan 01 ədəd üzüyü, dəyəri 9 manat təşkil edən üzərində bir ədəd ağ rəngli kürə formalı daş və rəngsiz şəffaf qaşlar olan 925 əyarlı 2,44 qram çəkidə gümüşü rəngli 01 ədəd gümüş üzüyü, dəyəri 5 manat təşkil edən üzərində iki ədəd yaşıl və iki ədəd qara rəngli daşlar və rəngsiz şəffaf qaşlar olan 14,59 qram çəkidə mis əsaslı ərintili metaldan sarı rəngli 01 ədəd gümüş qolbağı, dəyəri 3 manat təşkil edən üzərində bir ədəd qara və səkkiz ədəd bənövşəyi rəngli daş və rəngsiz şəffaf qaşlar olan 9,44 qram çəkidə mis və dəmir əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 3 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 12,98 qram çəkidə mis əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 3 manat təşkil edən üzərində rəngsiz şəffaf qaşlar olan 12,73 qram çəkidə mis əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 5 manat təşkil edən üzərində yaşıl rəngli və rəngsiz şəffaf qaşlar olan 18,16 qram çəkidə mis əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 5 manat təşkil edən üzərində yaşıl rəngli və rəngsiz şəffaf qaşlar olan 18,86 qram çəkidə mis əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 3 manat təşkil edən üzərində bir ədəd qara və səkkiz ədəd bənövşəyi rəngli daş və rəngsiz şəffaf qaşlar olan 8,91 qram çəkidə mis və əsaslı ərintili metaldan sarı rəngli 01 cüt sırğanı, dəyəri 2 manat təşkil edən üzərində gümüşü rəngli daşlar və rəngsiz şəffaf qaşlar olan 12,65 qram çəkidə qiymətsiz metal ərintisindən ibarət 01 cüt sırğanı, dəyəri 78 manat təşkil edən üzərində qara rəngli zolaqlar olan 925 əyarlı 19,71 qram çəkidə gümüşü rəngli 01 cüt gümüş sırğanı, dəyəri 5 manat təşkil edən şüşəsi açıq-qəhvəyi rəngli olan 01 ədəd gün eynəyini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 6890 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Aslanov küçəsində yerləşən yaşayış sahəsi olan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 1800 manat təşkil edən 01 ədəd Çin istehsallı, “Apple” markalı, boz rəngli A1418 modelli, C02RP2BUGF1J seriyalı monoblok (01 ədəd gümüşü-ağ rəngli, Çin istehsallı, “Apple” markalı, “A1314” modelli klavyatura və 01 ədəd gümüşü-ağ rəngli, Çin istehsallı, “Apple” markalı, “A1296” modelli maus, 01 ədəd üzərində “Volex” yazısı olan elektrik ötürücüsü ilə birlikdə), dəyəri 1300 manat təşkil edən “Sony” markalı musiqi mərkəzini, dəyəri 25 manat təşkil edən 01 ədəd Çin istehsallı, qara rəngli dron aparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 3125 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala adlanan ərazidə yerləşən yaşayış sahəsi olan evə pəncərənin metal barmaqlığını sındırıb plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan dəyəri 600 manat təşkil edən 583 əyarlı 01 ədəd qızıl qadın qol saatını, dəyəri 200 manat təşkil edən 01 ədəd qızıl qadın klonunu, hər birinin dəyəri 250 manat təşkil edən 500 manat dəyərində 583 əyarlı 02 ədəd qızıl qadın üzüyünü, dəyəri 400 manat təşkil edən 01 cüt qızıl sırğa və 01 ədəd üzükdən ibarət 585 əyarlı dəsti, ümumi dəyəri 300 manat təşkil edən “Svarovski” qaşları olan müxtəlif zinət əşyalarını, dəyəri 600 manat təşkil edən 01 ədəd “Toshiba” markalı notebooku, dəyəri 250 manat təşkil edən 01 ədəd Çin istehsallı “Toshiba Satellite” markalı, C660-1K7 modelli, İntel Core İ3 xüsusiyyətli notebooku, dəyəri 80 manat təşkil edən 01 ədəd Çin istehsallı, “Gateway” markalı, W340Uİ modelli “İntel Celeron M inside” xüsusiyyətli notebooku, dəyəri 10 manat təşkil edən 01 ədəd istifadədə olmuş üzərində “Comfort” yazısı olan, açıq göy rəngli 25x52 sm ölçülü zəncirbəndlə açılıb bağlanan çantanı gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2940 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Stansiya Qala, yeni yaşayış sahəsində yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə plastik pəncərisini vintaçanla açmaqla qanunsuz daxil olaraq evin yataq otağından Zərərçəkmiş şəxs6 məxsus hər birinin dəyəri 7 manat olan 21 manat dəyərində 03 ədəd qadın qol saatını, dəyəri 20 manat təşkil edən 01 cüt sadə sırğanı, dəyəri 20 manat təşkil edən 01 ədəd sadə sepi, dəyrəi 15 manat təşkil edən 01 ədəd pul qabını, dəyəri 50 manat təşkil edən 01 ədəd qadın ətirini və hər birinin dəyəri 15 manat təşkil edən 30 manat dəyərində 02 ədəd sadə qadın qolbağını, dəyəri 20 manat təşkil edən 01 ədəd gümüş qadın qolbağını, digər yataq otağından Zərərçəkmiş şəxs7 məxsus hər birinin dəyəri 5 manat təşkil edən 75 manat dəyərində 15 ədəd gümüş qadın üzüyünü, hər birinin dəyəri 10 manat təşkil edən 80 manat dəyərində 08 ədəd gümüş qadın qolbağını, hər birinin dəyəri 15 manat təşkil edən 90 manat dəyərində 06 ədəd sadə qadın qol saatını və dəyəri 1200 manat təşkil edən “Richelieu swiss” markalı qızılı rəngli 01 ədəd qadın qol saatını, hər birinin dəyəri 10 manat təşkil edən 100 manat dəyərində 10 cüt gümüş sırğanı, hər birinin dəyəri 2 manat təşkil edən 10 manat dəyərində 5 cüt adi sırğanı, dəyəri 150 manat təşkil edən markasını xatırlamadığı 01 ədəd planşeti, dəyəri 10 manat təşkil edən 01 ədəd çəhrayı rəngli qadın pul kisəsini, dəyəri 40 manat təşkil edən 01 ədəd “Canon” markalı fotoaparatı, hər birinin dəyəri 10 manat təşkil edən 30 manat dəyərində 03 ədəd gümüş sepi və 60 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 176 manat məbləğində və zərərçəkmiş Zərərçəkmiş şəxs7 1845 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 yanvar 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayış sahəsi olan evə plastik pəncərəsinin metal barmaqlığını sındırıb plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan 80 manat təşkil edən 01 ədəd Vyetnam istehsallı 16 GB tutumlu “Samsung” markalı, GT- P5200 modelli planşeti, dəyəri 600 manat təşkil edən 585 əyarlı 01 ədəd qızıl kişi üzüyünü, dəyəri 300 manat təşkil edən 585 əyarlı 01 ədəd qızıl qadın üzüyünü, dəyəri 100 manat təşkil edən 585 əyarlı 01 ədəd qızıl qadın sepini, dəyəri 200 manat təşkil edən 02 ədəd qızıl klonu gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs10 ümumilikdə 1280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxslərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.2., 177.2.3. və 177.2.4. maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 19 aprel 2016-cı il tarixdən hesablanmaqla 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 01 (bir) il 06 (altı) ay azaldılmış və üzərində 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 19 iyul 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Azadlığa buraxıldıqdan sonra bir müddət fərdi işlə məşğul olub dolanışığını təmin etmiş, lakin sonra yenə oğurluq etməyə başlamışdır. Belə ki, 24 avqust 2019-cu il tarixdə oğurluq etmək məqsədi ilə yaşadığı Xəzər rayonu Qala qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün münasib ev axtarırmış. Saat 19:30 radələrində diqqətini cəlb edən bir evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin evin həyətinə daş hasardan aşaraq daxil olmuşdur. Daha sonra həyətdə olan ikimərtəbəli evə yaxınlaşıb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla qırıb açmaqla içəri daxil olmuşdur. Evin otaqlarını gəzib oğurlamaq üçün münasib əşyalar axtarmağa başlamışdır. Həmin evin yataq otağında olan şifonerin içərisində paltarların altından 100 və 50 manatlıq əskinazlardan ibarət 2800 manat pulu, həmin şifonerdəki əl çantasının içərisində olan pul qabından 150 manat pulu, həmin otaqda olan dolabdakı mücrünün içərisindən 01 ədəd qızıl boyunbağı və 01 cüt sırğaları oğurlayıb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Bundan sonra, 18 yanvar 2020-ci il tarixdə, saat 23:30 radələrində Qala qəsəbəsi Stansiya Qala deyilən ərazidə yerləşən bir mərtəbəli həyət evinin həyətinə hasardan aşmaqla daxil olduqdan sonra həyətdə olan evə sol yan tərəfində yerləşən plastik pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə qırıb plastik pəncərəsini açmaqla daxil olaraq oradan 450 manat pul, müxtəlif qızıl-zinət əşyaları və bjuteriya oğurlamışdır. Bundan sonra, 18 fevral 2020-ci il tarixdə, saat 21:30 radələrində Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən birmərtəbəli həyət evinə hasardan aşmaqla, evə isə plastik pəncərəsi açmaqla daxil olub evin yataq otağında olan şifonerin üstündəki döşəklərin altından 2000 manat pulu, evin qonaq otağında olan şifonerin içərisindən müxtəlif qızıl-zinət əşyalarını və 02 ədəd ətiri oğurlamışdır. Bundan sonra, 21 fevral 2020-ci il tarixdə, saat 22:30 radələrində Qala qəsəbəsində yerləşən ikimərtəbəli həyət evinin həyətinə hasardan aşmaqla daxil olduqdan sonra həyətdə olan evə arxa tərəfində yerləşən plastik nəfəsliyini vintaçanla açmaqla daxil olaraq oradan 470 manat pul, qulaqcıq, müxtəlif qızıl-zinət əşyaları, sol saatı və bjuteriya oğurlamışdır. Bundan bir müddət sonra, 20 sentyabr 2020-ci il tarixdə, gecə saat 01 radələrində Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən eyni həyətdə olan birmərtəbəli iki evin hər birinə plastik pəncərəsini vintaçanla açıb daxil olmaqla həmin evlərdən pul və qızıl-zinət əşyaları oğurlamışdır. Belə ki, əvvəlcə gecə saat 01 radələrində həmin həyətdə yerləşən evlərdən birinə giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini açmaqla daxil olub həmin evin zal otağından “HP” markalı notebooku, 02 ədəd “Samsung” markalı mobil telefonu, evin yataq otağındakı çarpayının yanından qəpikləri, termonun içərisindən 200 ABŞ dollarını, müxtəlif qızıl-zinət əşyalarını oğurlamışdır. Bundan sonra elə həmin tarixdə, gecə saat 01:20 radələrində həmin həyətdə olan digər evə arxa tərəfində yerləşən plastik pəncərəsini açmaqla daxil olub yataq otağındakı paltar dolabından 300 manat pulu, termonun dolabındakı qızıl qabından isə müxtəlif qızıl-zinət əşyalarını oğurlamışdır. Bundan sonra, 05 dekabr 2020-ci il tarixdə, saat 23:30 radələrində Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evə arxa tərəfində olan plastik pəncərəsini vintaçanla açıb daxil olmaqla yataq otağındakı termonun siyirməsindən 600 manat pulu, “Samsung” markalı planşeti, digər yataq otağında yerləşən paltar dolabından “Dell” markalı notebooku və qonaq otağında olan termonun siyirməsindən 01 ədəd “Redmi” markalı mobil telefonu, kiçik ölçülü çantanı oğurlamışdır. Bundan sonra, 17 dekabr 2020-ci il tarixdə, saat 20:30 radələrində Qala qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evə plastik pəncərəsini vintaçanla açıb daxil olmaqla oradan pul və qızıl-zinət əşyaları oğurlamışdır. Belə ki, həmin evin mətbəxində olan mebelin içindəki mücrüdən 1000 manat pulu, evin 2-ci mərtəbəsindəki yataq otağından müxtəlif qızıl-zinət əşyaları, digər otaqdakı gipsdən olan quzu formalı kassanın içərisindən qəpik və kağız pulları, digər otaqdan müxtəlif qızıl-zinət əşyaları və gümüşləri oğurlamışdır. Bundan sonra, 02 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən evin həyətinə hasardan aşmaqla daxil olub həmin həyətdə yerləşən ikimərtəbəli evin birinci mərtəbəsindəki giriş qapısının sol tərəfindəki plastik pəncərəsini özü ilə gətirdiyim vintaçanla açıb oradan evə daxil olmuşdur. Evdə olan əşyaları axtarıb oradan “Apple” markalı kompyuteri, musiqi mərkəzini və dron cihazını oğurlamışdır. Bundan başqa, 13 yanvar 2021-ci il tarixdə, saat 00:30 radələrində Qala qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt Stansiya Qala deyilən ərazidə yerləşən işıqları yanmayan birmərtəbəli həyət evi diqqətini cəlb etdiyindən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin evə yaxınlaşıb daş hasarından aşaraq evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə olan birmərtəbəli evə yaxınlaşıb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin qarşı tərəfində giriş qapısının yanında yerləşən plastik pəncərəni özü ilə gətirdiyi vintaçanla qırıb açmaqla həmin pəncərədən evə daxil olmuşdur. Evin otaqlarını gəzib oğurlamaq üçün münasib əşyalar axtarmağa başlamışdır. Həmin evin yataq otaqlarından birində olan dolabdan qızıl-zinət əşyaları və 01 ədəd notebook, digər yataq otağında olan dolabdan isə 02 ədəd notebook oğurlayıb gəldiyi kimi həmin evdən çıxıb oradan uzaqlaşmışdır. Bundan sonra, 15 yanvar 2021-ci il tarixdə, gecə saat 01:30 radələrində Qala qəsəbəsində yerləşən evin həyətinə hasardan aşmaqla daxil olmuşdur. Daha sonra isə həmin həyətdə yerləşən evə qonaq otağının plastik pəncərəsini vintaçanla açıb daxil olmaqla həmin evdən pul, qızıl-zinət əşyaları, gümüş, qol saatları, planşet və fotoaparat oğurlamışdır. Bundan sonra, 16 yanvar 2021-ci il tarixdə, saat 01:30 radələrində oğurluq etmək məqsədi ilə Qala qəsəbəsində yerləşən evin həyətinə hasardan aşaraq daxil olmuşdur. Daha sonra həyətdə olan birmərtəbəli evə yaxınlaşıb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evə qonaq otağının plastik pəncərəsini özü ilə gətirdiyi vintaçanla qarıb açmaqla daxil olmuşdur. Evin otaqlarını gəzib oğurlamaq üçün münasib əşyalar axtarmağa başlamış, yataq otağından “Samsung” markalı planşet və qızıl-zinət əşyaları oğurlamışdır. Bütün oğurluqları tək etmiş, oğurladığı qızıl-zinyət əşyalarını, eləcə də digər əmlakları tanımadığı şəxslərə satan zaman həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini onları ondan alan şəxslərə deməmiş, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməllərdən peşmandır, istintaq zamanı Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Toshiba” markalı notebook, 01 ədəd “Gateway” markalı notebook və 01 ədəd “Comfort” markalı idman çantası, Zərərçəkmiş şəxs4 məxsus 24 ədəd müxtəlif formalı üzük, 01 ədəd qolbağ, 08 cüt sırğa və 01 ədəd gün eynəyi, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Apple” markalı kompyuter və 01 ədəd dron aparatı, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd “Regula” markalı kiçik ölçülü çanta və Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Samsung” markalı planşet sahiblərinə qaytarılmış, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərin hamısına dəymiş ziyanı ödəyə və onlarla barışıq əldə edə bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 11 yanvar 2021-ci il tarixdə səhər saatlarında Qala qəsəbəsi, Stansiya Qala ərazisində yerləşən yaşadığı evin qapı və pəncərlərini bağlayıb şəhərə getmişdir. 21 yanvar 2021-ci il tarixdə, səhər saat 10 radələrində yenidən evinə gələrkən evinin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərəsinin dəmir barmaqlığının qarılaraq əyildiyini və plastik pəncərənin açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə həmin pəncərədən daxil olan naməlum şəxs(lər) oradan dəyəri 600 manat təşkil edən 583 əyarlı 01 ədəd qızıl qadın qol saatını, dəyəri 200 manat təşkil edən 01 ədəd qızıl qadın klonunu, hər birinin dəyəri 250 manat təşkil edən 500 manat dəyərində 583 əyarlı 02 ədəd qızıl qadın üzüyünü, dəyəri 400 manat təşkil edən 01 cüt qızıl sırğa və 01 ədəd üzükdən ibarət 585 əyarlı dəsti, ümumi dəyəri 300 manat təşkil edən “Svarovski” qaşları olan müxtəlif zinət əşyalarını, dəyəri 600 manat təşkil edən 01 ədəd “Toshiba” markalı notebooku, dəyəri 200 manat təşkil edən 01 ədəd “Toshiba” markalı notebooku, dəyəri 180 manat təşkil edən “Gateway” markalı notebooku, dəyəri 20 manat təşkil edən 01 ədəd idman çantasını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3000 manat məbləğində maddi ziyan dəymişdir. İstintaq zamanı 01 ədəd “Toshiba” markalı notebook, 01 ədəd “Gateway” markalı notebook və 01 ədəd “Comfort” markalı idman çantası ona qaytarılmış, qalan əşyalar isə qaytarılmamış və ya onların dəyəri indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 17 yanvar 2020-ci il tarixdə, saat 17 radələrindən 19 yanvar 2020-ci il tarixdə saat 10 radələrinədək olan müddət ərzində evdə olmadığı vaxt naməlum şəxs(lər) Qala qəsəbəsi Stansiya Qala deyilən ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinə platik pəncərənin metal barmaqlığını qırıb pəncərəni açma yolu ilə daxil olaraq oradan 450 manat pulu, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd üzərində dini yazılı klon olan 583 əyarlı qızıl boyunbağını, dəyəri 150 manat təşkil edən 01 ədəd tros formalı 583 əyarlı qızıl boyunbağını, dəyəri 150 manat təşkil edən 01 ədəd sadə formalı 583 əyarlı qızıl boyunbağını, dəyəri 100 manat təşkil edən 01 ədəd tək qaş 583 əyarlı qızıl qadın üzüyünü, dəyəri 200 manat təşkil edən 01 ədəd alyans adlanan 583 əyarlı qızıl qadın üzüyünü, dəyəri 100 manat təşkil edən svarovski qaşları olan 583 əyarlı 01 cüt qızıl sırğanı, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd uzunsov formalı 583 əyarlı qızıl sırğa dəstini, dəyəri 200 manat təşkil edən 01 ədəd saat hissəsi qızıl olan qadın üçün saatı, ümumi dəyəri 300 manat təşkil edən müxtəlif bjuteriya əşyalarını oğurlayıb. Oğurluq nəticəsində ona ümumilikdə 2250 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 18 fevral 2020-ci il tarixdə saat 08 radələrində hüzr mərasimi ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına getmişdir. 19 fevral 2020-ci il tarixdə yaşadığı Qala qəsəbəsində yerləşən evindən oğurluq olması ona məlum olmuşdur. Evə daxil olan naməlum şəxs(lər) evin yataq otağında olan şifonerin üstündəki döşəklərin altından 2000 manat pulu oğurlamışdır. Bundan başqa, həmin şəxs evin qonaq otağında olan şifonerin içərisindən 01 ədəd dəyəri 500 manat olan 583 əyarlı sepi, 01 cüt dəyəri 500 manat olan 583 əyarlı sırğanı, 01 ədəd 583 əyarlı dəyəri 200 manat olan üzüyü, 01 ədəd dəyəri 1000 manat olan 583 əyarlı qadın üzüyünü və 01 ədəd dəyəri 700 manat olan 583 əyarlı bilərziyi oğurlamışdır. Eyni zamanda evin qonaq otağında şifonerdən 02 ədəd hər birinin dəyəri 50 manat, ümumilikdə dəyəri 100 manat olan ətir oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 5000 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, qeyd olunan oğurluq hadisəsi baş verməmişdən bir müddət öncə evlərinin yaxınlığında yaşayan həyat yoldaşının əmisi rəhmətə getmişdir. 17 dekabr 2020-ci il tarixdə onlara baş sağılığı vermək üçün saat 18 radələrində o və ailəsi evdən çıxaraq yas evinə getmişlər. Bir neçə saat orada qaldıqdan sonra təxminən saat 22 radələrində evə qayıtmışlar. O, evə daxil olan zaman evin dağınıq olduğunu görmüş və evə baxış keçirməyə başlamışdır. Evin mətbəxində olan mebelin içində olan mücrünün içindəki 1000 manat pulun yerində olmadığını görmüş və evin digər yerlərinə baxmağa davam etmişdir. Evin 2-ci mərtəbəsinə qalxmış və orada olan uşağın yataq otağında olan siyirmənin içərisinə qoyduğu 1 cüt 8 qram olan 850 əyar 490 manat dəyəri qızıl sırğanın, 1 ədəd 6 qram 850 əyar 420 manat dəyərində qızıl sepin, 5 ədəd hər birinin dəyəri 70 manat olan gümüş sepin, 3 ədəd hər birinin dəyəri 40 manat olan gümüş bilərziyin, 5 ədəd hər birinin dəyəri 30 manat olan gümüş üzüyün, dəyəri 180 manat olan gümüş daraq dəstinin, digər otaqdakı gipsdən olan quzu formalı kassanın içində olan təxminən 2000 manat qəpik və kağız pulun, 1 ədəd 850 əyar 5 qram 280 manat dəyərində qızıl sepin, 1 ədəd 850 əyar 3 qram 150 manat olan qızıl bilərziyin, 1 ədəd dəyəri 40 manat olan gümüş bilərziyin, 1 ədəd dəyəri 70 manat olan gümüş sepin, 3 ədəd hər birinin dəyəri 20 manat olan üzüyün, başqa bir otaqdan 1 ədəd 850 əyar 7 qram 400 manat olan qızıl sepin, 1 ədəd 850 əyar 5 qram 380 manat olan qızıl sırğanın, 1 ədəd dəyəri 40 manat olan gümüş bilərziyin, 1 ədəd dəyəri 70 manat olan gümüş sepin, 1 cüt dəyəri 70 manat olan gümüş sırğanın, 6 ədəd hər birinin dəyəri 10 manat olan üzüyün, digər otaqdan 1 ədəd 750 əyar 3 qram 380 manat olan qızıl üzüyün, 6 ədəd hər birinin dəyəri 80 manat olan gümüş üzüyün, 4 ədəd hər birinin dəyəri 100 manat olan gümüş üzüyün, dəyəri 10 manat olan 01 ədəd sadə bilərziyin, dəyəri 10 manat təşkil edən 01 ədəd gün eynəyinin, 7 cüt hər birinin dəyəri 10 manat olan sadə sırğanın yerində olmadığını görmüş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və o, Xəzər RPİ 1-ci PB-nə ərizə ilə müraciət etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7670 manat ziyan dəymişdir. İstintaq zamanı 24 ədəd müxtəlif formalı üzük, 01 ədəd qolbağ, 08 cüt sırğa və 01 ədəd gün eynəyi ona qaytarılmış, qalan əşyalar isə qaytarılmamış və ya onların dəyəri indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, 01 yanvar 2021-ci il tarixdə səhər saatlarında Mərdəkan qəsəbəsi 161 V ünvanında yerləşən yaşadığı evin qapı və pəncərlərini bağlayıb şəhərdəki evlərinə getmişdir. 05 yanvar 2021-ci il tarixdə, günorta saatlarında yenidən evinə gələrkən həyət darvazasının açıq olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra həmin həyətdə yerləşən evə yaxınlaşarkən evinin giriş qapısının sol tərəfində yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğuna tam əmin olmuşdur. Evə baxarkən ona məlum olmuşdur ki, evə həmin pəncərədən daxil olan naməlum şəxs(lər) evdən dəyəri 4000 manat təşkil edən 01 ədəd “Apple” markalı kompyuteri, dəyəri 1300 manat təşkil edən “Sony” markalı musiqi mərkəzini, dəyəri 400 manat təşkil edən 01 ədəd “SG 900” markalı dron aparatını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 5700 manat məbləğində maddi ziyan dəymişdir. İstintaq zamanı 01 ədəd “Apple” markalı kompyuter və 01 ədəd dron aparatı ona qaytarılmış, qalan əşyalar isə qaytarılmamış və ya onların dəyəri indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs6 göstərdi ki, 15 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixə keçən gecə yaşadığı evdən oğurluq olmuşdur. Oğru həmin evə qonaq otağının pəncərəsindən daxil olmuşdur. Oğurluq hadisəsini o, 16 yanvar 2021-ci il tarixdə aşkar etmiş və bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Bundan sonra qızı və polis əməkdaşları evə gəlmişlər. O, yaşadığı evə baxandan sonra evdən ona məxsus hər birinin dəyəri 7 manat olan 21 manat dəyərində 03 ədəd qadın qol saatının, 20 manat dəyərində 01 cüt sadə sırğanın, bir ədəd 20 manat dəyərində sadə sepin, bir ədəd 15 manat dəyərində pul qabının, dəyəri 50 manat olan bir ədəd adını bilmədiyi qadın ətrinin və hər birinin dəyəri 15 manat olan 30 manat dəyərində 02 ədəd sadə qadın qolbağının, dəyəri 20 manat təşkil edən 01 ədəd gümüş qadın qolbağının oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 176 manat dəyərində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 15 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixə keçən gecə onun yaşadığı evdən oğurluq olmuşdur. Oğrular onların evinə qonaq otağının pəncərəsindən daxil olmuşlar. Oğurluq hadisəsini anası Şöhrət 16 yanvar 2021-ci il tarixdə aşkar edib ona və polis əməkdaşlarına məlumat vermişdir. O, evə gələndən sonra müəyyən etmişdir ki, evdən hər birinin dəyəri 5 manat olan 75 manat dəyərində 15 ədəd gümüş qadın üzüyü, hər birinin dəyəri 10 manat olan 80 manat dəyərində 08 ədəd gümüş qadın qolbağı, hər birinin dəyəri 15 manat olan 90 manat dəyərində 06 ədəd sadə qadın qol saatı və dəyəri 1200 manat olan “Richelieu swiss” markalı qızılı rəngli 01 ədəd qadın qol saatı, hər birinin dəyəri 10 manat olan 100 manat dəyərində 10 cüt gümüş sırğa, hər birinin dəyəri 2 manat olan 10 manat dəyərində 5 cüt adi qadın sırğası, dəyəri 150 manat olan markasını xatırlamadığı 01 ədəd planşet, dəyəri 10 manat olan 01 ədəd çəhrayı rəngli qadın pul kisəsi, dəyəri 40 manat olan 01 ədəd “Canon” markalı fotoaparat, hər birinin dəyəri 10 manat olan 30 manat dəyərində 03 ədəd gümüş sep və 60 manat nağd pul oğurlanmışdır. Ümumilkdə ona 1845 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 göstərdi ki, 24 avqust 2019-cu il tarixdə, axşam saat 18 radələrində evdən çıxmışdır. Axşam saat 21 radələrində evə qayıdarkən evin işığının yanılı olduğunu görmüşdür. Evə yaxınlaşdıqda evin birinci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olduqda evin dağınıq olduğunu görüb evə oğruların girdiyini başa düşmü və hadisə barədə tez polisə məlumat vermişdir. Yaşadığı otaqda olan şifonerin içərisində paltarların altında olan 2800 manat nağd pulu götürmüşlər. Həmin pullar 100 manatlıq və 50 manatlıq əskinaslardan ibarət olmuşdur. Şifonerin içərisində olan əl çantasındakı pul qabının içərisindən 150 manat nağd pul götürmüşlər. Şifonerin yanında olan dolabın üstündə olan mücrünün içərisindən 01 ədəd dəyəri 170 manat olan 585 əyarlı qızıl boyunbağı və 01 cüt 180 manat dəyərində 585 əyarlı qızıl sırğa oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3300 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, ona məxsus Mərdəkan qəsəbəsi Q.İlkin küçəsində yerləşən fərdi yaşayış evindən 21 mart 2020-ci il tarixdə saat 19:00-dan 22 mart 2020-ci il tarixdə saat 00:05-dək olan müddət ərzində oğurluq hadisəsi baş vermişdir. Belə ki, naməlum şəxs (şəxslər) həmin evin həyətinə hasardan aşaraq evin arxa hissəsində olan nəfəsliyi açma yolu ilə evə qanunsuz daxil olub oradan dəyəri 300 manat təşkil edən 01 ədəd qulaqcığı, dəyəri 400 manat təşkil edən 01 ədəd qol saatını, dəyəri 4000 manat təşkil edən 01 ədəd qızıl dəstini, dəyəri 180 manat təşkil edən 01 ədəd qızıl boyunbağını, ümumi dəyəri 600 manat təşkil edən 05 ədəd qızıl üzüyü, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 cüt qızıl sırğanı, ümumi dəyəri 200 manat təşkil edən gümüş əşyaları, 200 ABŞ dollarını (340 manat) və 470 manat nağd pulu oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 6690 manat maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs10 göstərdi ki, Mərdəkan qəsəbəsində ona məxsus birmərtəbəli kürsülü yaşayış evi vardır. Həmin ev 3 sot torpaq sahəsinin içərisindədir. 12 yanvar 2021-ci il tarixdə dəfn mərasimi ilə əlaqədar olaraq ailə üzvləri ilə birlikdə Bərdə rayonuna getmişdir. 18 yanvar 2021-ci il tarixdə Bərdə rayonundan yaşadığı evə qayıtdıqda evin qonaq otağına açılan plastik pəncərəsinin dəmir barmaqlıqlarının orta hissəsindən aralandığını görmüşdür. Evə daxil olduqda evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüş və dərhal polisə hadisə barədə məlumat vermişdir. Ona məxsus evin yataq otağından bir ədəd 200 manat dəyərində “Samsung Tab3” markalı planşet, 01 ədəd 600 manat dəyərində 585 əyarlı qızıl kişi üzüyü, 01 ədəd 300 manat dəyərində 585 əyarlı qızıl qadın üzüyü, 01 ədəd dəyəri 100 manat olan 585 əyarlı qızıl qadın sepi, hər birinin dəyəri 100 manat olan ümumilikdə 200 manat dəyərində 2 ədəd qızıl klon oğurlanmışdır. Ümumilikdə ona oğurluq nəticəsində 1500 manat maddi ziyan dəymişdir. İstintaq zamanı 01 ədəd “Samsung” markalı planşet ona qaytarılmış, qalan əşyalar isə qaytarılmamış və ya onların dəyəri indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 04 dekabr 2020-ci il tarixdə səhər saatlarında işi ilə əlaqədar evdən çıxıb getmişdir. Ailə üzvləri isə bir neçə gün anasıgildə olmuşlar. O, 05 dekabr 2020-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı evə qayıtmışdır. Həyət qapısını kiliddən açıb həyətə daxil olmuş, bundan sonra evin qapısını açıb girərkən evdə olan əşyaların dağınıq vəziyyətdə olduğun aşkar etmişdir. Bu zaman ona məlum olmuşdur ki, evin arxa hissəsində yerləşən yataq otağının plastik pəncərəsini açımaqla evə oğurluğa giriblər. Həmin naməlum şəxs evdən yataq otağından termonun siyirməsində olan qara rəngli pul kisəsinin içərisindən 600 manat pulu, aşağı sirirməsində olan 01 ədəd 200 manat dəyərində “Samsung” markalı planşeti, digər yataq otağında yerləşən paltar dolabından 01 ədəd 600 manat dəyərində qara rəngli “Dell” markalı notebooku və qonaq otağında olan termonun siyirməsindən 01 ədəd 200 manat dəyərində içərisində mobil nömrə olmayan “Redmi 5 A” markalı mobil telefonu, dəyəri 10 manat olan üzərində “Regula” yazısı olan kiçik ölçülü çantanı oğurlamışdır. Bu barədə dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermiş və bir qədər keçmiş polis əməkdaşları həmin ünvana gəlmişlər, protokol tərtib olunub fotoşəkillər çəkilmişdir. Oğurluq nəticəsində ümumilkdə ona 1610 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında həmçinin iş materialları ilə müəyyən edildi ki, istintaq zamanı 01 ədəd “Regula” markalı kiçik ölçülü çanta Zərərçəkmiş şəxs11n qaytarılmış, qalan əşyalar isə qaytarılmamış və ya onların dəyəri indiyə qədər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs12 göstərdi ki, Qala qəsəbəsi, yeni sahədə bir həyətdə ona və qardaşı Xəyala məxsus evlər yerləşir. 19 sentyabr 2020-ci il tarixdə, səhər saat 07 radələrində o və qardaşı Xəyal ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Lənkəran şəhərinə getmişlər. 20 sentyabr 2020-ci il tarixdə günorta saat 15 radələrində yaşadıqları həmin ünvana qayıdıb evin giriş qapısını açaraq evə daxil olan zaman evdəki əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə giriş qapısından sol tərəfdə yerləşən plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs evin zal otağından dəyəri 600 manat təşkil edən “HP” markalı notebooku, dəyəri 150 manat təşkil edən üzərində mobil nömrə olmayan “Samsung J5” markalı mobil telefonu, dəyəri 200 manat təşkil edən üzərində mobil nömrə olmayan “Samsung J7” markalı mobil telefonu, evin yataq otağındakı çarpayının yanından 150 manat dəyərində qəpik pulları, termonun dolab hissəsindəki qabdan 200 ABŞ dolları (340 manat) pulu və həmin yerdən ümumi dəyəri 5000 manat təşkil edən 750 əyarlı 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın boyunbağısı, 01 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyündən ibarət dəsti, dəyəri 350 manat təşkil edən 01 ədəd 585 əyarlı qızıl kişi üzüyünü, dəyəri 400 manat təşkil edən 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, dəyəri 150 manat təşkil edən 01 cüt qızıl uşaq sırğasını, dəyəri 200 manat təşkil edən 01 ədəd üzərində “Əsma” yazısı olan qızıl qolbağı oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 7540 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs13 göstərdi ki, Qala qəsəbəsi, yeni sahədə bir həyətdə ona və qardaşı Quluya məxsus evlər yerləşir. 19 sentyabr 2020-ci il tarixdə, səhər saat 07 radələrində o və qardaşı Qulu ailə üzvləri ilə birlikdə yaşadıqları evdən çıxıb Lənkəran şəhərinə getmişlər. 20 sentyabr 2020ci il tarixdə günorta saat 15 radələrində yaşadığı həmin ünvana qayıdıb evin giriş qapısını açaraq evə daxil olan zaman evdəki əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə arxa tərəfdə yerləşən plastik pəncərəsini açmaqla daxil olan naməlum şəxs evin yataq otağındakı paltar dolabında olan kiçik ölçülü çantanın içərisindəki 300 manat pulu, yataq otağındakı termonun dolabında olan “Ürək” formalı qızıl qabının içərisindən dəyəri 400 manat təşkil edən 01 ədəd sadə qızıl kişi üzüyünü, ümumi dəyəri 5000 manat təşkil edən 750 əyarlı 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın boyunbağısı, 01 ədəd qızıl qadın qolbağı və 01 ədəd qızıl qadın üzüyündən ibarət dəsti, dəyəri 150 manat təşkil edən 01 ədəd sadə qızıl qadın üzüyünü, dəyəri 300 manat təşkil edən 01 ədəd qaşlı qadın üzüyünü oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 6150 manat məbləğində maddi ziyan dəymişdir. Həmin zərər indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxsə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş “maddi sübutun götürülməsi” barədə 02 fevral 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd “Apple” markalı kompyuter, 01 ədəd “Samsung” markalı planşet, 01 ədəd “Toshiba” markalı notebook, 01 ədəd “Gateway” markalı notebook, 01 ədəd dron aparatı, 02 ədəd “Samsung Duos” markalı mobil telefon, 01 ədəd “Comfort” markalı idman çantası, 01 ədəd “Regula” markalı kiçik ölçülü çanta, 05 ədəd qol saatı, 24 ədəd müxtəlif üzük, 01 ədəd qolbağ, 08 cüt sırğa, 01 ədəd eynək götürülmüşdür. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli, 6/783-9/975 saylı rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş məlumatlardan Cədvəl 1 və 3 üzrə sıra nömrələri: - 1, 2, 8-11, 13-18, 21, 24, 33, 35 olanlar 925 əyarlı gümüşdən hazırlanmışdır; - 20 olan 875 əyarlı gümüşdən hazırlanmışdır; - 3, 4, 12, 19, 23, 25, 27-30 olanlar mis əsaslı ərintidən hazırlanmışdır; - 5, 26, 31 olanlar mis və dəmir əsaslı ərintidən hazırlanmışdır; - 6,7, 22, 32, 36-39 olanlar qiymətsiz metal ərintisindən hazırlanmışdır. Məmulatlardan üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşların təbiəti, damğası, adları və s.) ekspertiza rəyinin mətnindəki Cədvəl 1 və Cədvəl 3-də qeyd edilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, tədqiqata təqdim olunmuş 49 adda malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3145,00 (516,00+32,00+2597,00) manat, həmin malların 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2831,00 (516,00+32,00+2283,00) manat müəyyən edilir.Həmin əşyaların ayrıayrılıqda adları və qiymətləri ekspertiza rəyinin mətnindəki Cədvəl 1-2-də və Cədvəl 3-4-də göstərilmişdir. Tədqiqat obyektlərinin 2019-cu ilin avqust ayından 2021-ci ilin fevral ayınadək olan dövrdə qiymətlərində kəskin dəyişikliklər olduğundan (həmçinin aşınma dərəcəsi müxtəlif olduğundan), qeyd edilən dövr arasında orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 90,00 (doxsan) manat təşkil edir. İş materiallarına əlavə olunmuş “əşyalara baxış keçirilməsi” barədə protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər cinayət işi üzrə əldə olunmuş 01 ədəd “Apple” markalı kompyuterə, 01 ədəd “Samsung” markalı planşetə, 01 ədəd “Toshiba” markalı notebooka, 01 ədəd “Gateway” markalı notebooka, 01 ədəd dron aparatına, 02 ədəd “Samsung Duos” markalı mobil telefona, 01 ədəd “Comfort” markalı idman çantasına, 01 ədəd “Regula” markalı kiçik ölçülü çantaya, 05 ədəd qol saatına, 24 ədəd üzüyə, 01 ədəd qolbağa, 08 cüt sırğaya, 01 ədəd gün eynəyinə baxış keçirtmişlər və Zərərçəkmiş şəxs1 həmin əşyaların içərisində olan 01 ədəd “Toshiba” markalı notebookun, 01 ədəd “Gateway” markalı notebookun, 01 ədəd “Comfort” markalı idman çantasının ona məxsus oğurlanmış əşyalar olduğunu və əlamətlərindən tanıdığını, Zərərçəkmiş şəxs4 həmin əşyaların içərisində olan 24 ədəd müxtəlif formalı üzüyün, 01 ədəd qolbağın, 08 cüt sırğanın, 01 ədəd gün eynəyinin ona məxsus oğurlanmış əşyalar olduğunu və əlamətlərindən tanıdığını, Zərərçəkmiş şəxs5 həmin əşyaların içərisində olan 01 ədəd “Apple” markalı kompyuterin və 01 ədəd dron aparatının ona məxsus oğurlanmış əşyalar olduğunu və əlamətlərindən tanıdığını, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 həmin əşyaların içərisində onlara məxsus oğurlanmış əşyalardan hər hansı birinin olmadığını, Zərərçəkmiş şəxs11 həmin əşyaların içərisində olan 01 ədəd “Regula” markalı kiçik ölçülü çantanın ona məxsus oğurlanmış əşya olduğunu və əlamətlərindən tanıdığını və Zərərçəkmiş şəxs10 həmin əşyaların içərisində olan 01 ədəd “Samsung” markalı planşetin ona məxsus oğurlanmış əşya olduğunu və əlamətlərindən tanıdığını bildirmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 məhkəməəmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli, 6/783-9/975 saylı rəyi ilə tanış olaraq onlara məxsus oğurlanmış əşyaların məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 mart 2021-ci il tarixli, 6/783-9/975 saylı rəyindəki kimi qiymətləndirilməsini xahiş etmişlər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Toshiba” markalı notebook, 01 ədəd “Gateway” markalı notebook və 01 ədəd “Comfort” markalı idman çantası, Zərərçəkmiş şəxs4 məxsus 24 ədəd müxtəlif formalı üzük, 01 ədəd qolbağ, 08 cüt sırğa və 01 ədəd gün eynəyi, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Apple” markalı kompyuter və 01 ədəd dron aparatı, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd “Regula” markalı kiçik ölçülü çanta və Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Samsung” markalı planşet maddi sübut kimi tanınaraq sahiblərinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 12 fevral 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, 24 oktyabr 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1., 177.2.2., 177.2.3. və 177.2.4. maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 19 aprel 2016-cı il tarixdən hesablanmaqla 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilərək cəzası 01 (bir) il 06 (altı) ay azaldılmış və üzərində 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 iyul 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla xeyli miqrarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-48/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün – azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu 02 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Toshiba” markalı notebookun, 01 ədəd “Gateway” markalı notebookun və 01 ədəd “Comfort” markalı idman çantasının, Zərərçəkmiş şəxs4 məxsus 24 ədəd müxtəlif formalı üzüyün, 01 ədəd qolbağın, 08 cüt sırğanın və 01 ədəd gün eynəyinin, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Apple” markalı kompyuter və 01 ədəd dron aparatının, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd “Regula” markalı kiçik ölçülü çantanın və Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Samsung” markalı planşetin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 90,00 (doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 02 fevral 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Toshiba” markalı notebookun, 01 ədəd “Gateway” markalı notebookun və 01 ədəd “Comfort” markalı idman çantasının, Zərərçəkmiş şəxs4 məxsus 24 ədəd müxtəlif formalı üzüyün, 01 ədəd qolbağın, 08 cüt sırğanın və 01 ədəd gün eynəyinin, Zərərçəkmiş şəxs5 məxsus 01 ədəd “Apple” markalı kompyuter və 01 ədəd dron aparatının, Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd “Regula” markalı kiçik ölçülü çantanın və Zərərçəkmiş şəxs10 məxsus 01 ədəd “Samsung” markalı planşetin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 90,00 (doxsan) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-261/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-261/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver