Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-262/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə, saat 21:00 radələrindən 25 fevral 2022-ci il saat 06:00 radələrinədək olan müddət ərzində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi keçid, 1349 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Matrix” telefon mağazasına qapının üzərindəki kilidi sındırma yolu ilə qanunsuz daxil olmuşdur. Oradan qiyməti 48 manat olan 01 ədəd mikro kart, qiyməti 37 manat olan 01 ədəd mikro kart, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə qiyməti 24 manat olan 02 ədəd 4 GB yaddaş həcmi olan flash kart, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə qiyməti 40 manat olan 02 ədəd 16 GB yaddaş həcmi olan flash kart, qiyməti 52 manat olan 01 ədəd “Nokia 105” markalı mobil telefon, qiyməti 54 manat olan 01 ədəd “Nokia 106” markalı mobil telefon, qiyməti 38 manat olan 01 ədəd “İtel” markalı mobil telefon, qiyməti 42 manat olan 01 ədəd “İtel” markalı mobil telefon, qiyməti 58 manat olan 01 ədəd “Fly” markalı mobil telefon, qiyməti 62 manat olan 01 ədəd “Fly” markalı mobil telefon, qiyməti 64 manat olan 01 ədəd “Fly” markalı mobil telefon, qiyməti 56 manat olan 01 ədəd airpods cihazı, qiyməti 40 manat olan 01 ədəd airpods cihazı, qiyməti 47 manat olan 01 ədəd airpods cihazı, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan 30 ədəd brelok və qiyməti 300 manat olan 01 ədəd “HP” markalı notbuku gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 1052 manat məbləğində ziyan vurub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və oğurluq hadisəsinin baş verdiyi “Matrix” mağazasının yerləşdiyi yeri tanımır, həmin mağazadan oğurluq etməmişdir. O, hadisənin baş verdiyi gün Quba rayonunda olmuş və mobil nömrəsi üzərində olmuşdur. Polisdə həmin mağazadan onun əl izlərinin aşkar edildiyini bildirmişlər, lakin o, bunun necə ola biləcəyi ilə bağlı heç nə deyə bilməz. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Dövlət ittihamçısının Qubanın hansı hissəsində olması ilə bağlı sualına cavab verməkdən imtina etmiş və müdafiəçinin onun mobil nömrəsi ilə bağlı anten məlumatlarının götürülməsinə dair vəsatətinin təmin olunmamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xəzər rayonu, Albalılıq dayanacağı, keçid 1349 ünvanda yerləşən “Matrix” adlı telefon dükanını işlədir və həmin dükanda müxtəlif telefonlar, notebook və başqa aksessuarlar satılır. 24 fevral 2022ci il tarixdə, saat 21:00 radələrində dükanı bağlayıb getmiş, 25 fevral 2022-ci il tarixdə, saat 06:00 radələrində dükana gələrkən plastik qapının sındırıldığını və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Dükana baxış keçirərkən oradan qiyməti 48 manat olan 01 ədəd mikro kart, qiyməti 37 manat olan 01 ədəd mikro kart, hər birinin qiyməti 12 manat olmaqla, ümumilikdə qiyməti 24 manat olan 02 ədəd 4 GB yaddaş həcmi olan flash kart, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə qiyməti 40 manat olan 02 ədəd 16 GB yaddaş həcmi olan flash kart, qiyməti 52 manat olan 01 ədəd “Nokia 105” markalı mobil telefon, qiyməti 54 manat olan 01 ədəd “Nokia 106” markalı mobil telefon, qiyməti 38 manat olan 01 ədəd “İtel” markalı mobil telefon, qiyməti 42 manat olan 01 ədəd “İtel” markalı mobil telefon, qiyməti 58 manat olan 01 ədəd “Fly” markalı mobil telefon, qiyməti 62 manat olan 01 ədəd “Fly” markalı mobil telefon və qiyməti 64 manat olan 01 ədəd “Fly” markalı mobil telefon, qiyməti 56 manat olan 01 ədəd airpods cihazı, qiyməti 40 manat olan 01 ədəd airpods cihazı, qiyməti 47 manat olan 01 ədəd airpods cihazı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə qiyməti 90 manat olan 30 ədəd brelok və qiyməti 300 manat olan 01 ədəd “HP” markalı notebook oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1052 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını, lakin dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Xəzər rayon Polis idarəsinin inspektor kriminalisti vəzifəsində işləyir. 25 fevral 2022-ci il tarixdə, saat 06:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, keçid 1349 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Matrix” telefon mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar əməliyyat qrupunun tərkibində hadisə yerinə çıxmışdır. Hadisə yerinin müayinəsi zamanı Zərərçəkmiş şəxs naməlum şəxsin telefon mağazasına plastik qapının üzərindəki kilidi sındırma yolu ilə daxil olduğunu qeyd etmişdir. Hadisə yerini müayinə etmiş və ümumilikdə telefon mağazasının giriş qapısının, vitrininin və mobil aksesuar qutularının üzərindən 14 ədəd şəffaf yapışqan lent kəsiklərində əl-barmaq və ovuc izləri aşkar olunaraq götürülmüşdür. Həmin əl-barmaq və ovuc izləri eyniləşdirmə aparılması üçün bir ədəd möhürlənmiş zərfdə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilmişdir. Hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 26 fevral 2022-ci il tarixdə DİN-in KTİ-yə daxil olmuş və KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİSin məlumat bankına Xəzər RPİ-dən daxil olan) xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin orta barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Təqsirləndirilən şəxs sağ əlinin böyük və sol əlinin orta barmaqlarının əksi ilə eynilik təşkil edən hadisə yerinin müayinəsi zamanı götürülmüş (2 nömrəli lent) əl-barmaq izləri mağazanın giriş qapısının, vitrininin və mobil aksessuar qutularının üzərindən götürülmüşdür. İş materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi barədə 25 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, keçid 1349 ünvanda yerləşən və Zərərçəkmiş şəxs məxsus “Matrix” adlı telefon və telefon aksessuarları dükanında baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-trasoloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 3/391 nömrəli rəyindən görünür ki, ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki ovuc izi müqayisəli tədqiqat üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izləri müqayisəli tədqiqat üçün yararlıdır. - ********* №-li cinayət işi üzrə tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri, 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sol əlinin orta, çeçələ və sağ əlinin böyük barmaqlarından qalmışdır. - Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki “a”, “b”, “c” əl-barmaq izləri, 4 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. - Tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 5-14 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 31 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum olunmuşdur. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur, 24 avqust 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur, 28 dekabr 2019-cu ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır, məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə üç dəfə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 25 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 iyun 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 23 mart 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 23 mart 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 23 aprel 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs sol əlinin orta, çeçələ və sağ əlinin böyük barmaqlarının izinin aşkar edildiyi 2 saylı daktilolent maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs sol əlinin orta, çeçələ və sağ əlinin böyük barmaqlarının izinin aşkar edildiyi 2 saylı daktilolent hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkil X1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 23 mart 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs sol əlinin orta, çeçələ və sağ əlinin böyük barmaqlarının izinin aşkar edildiyi 2 saylı daktilolent hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-262/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-262/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver