Məhkəmə qərarları › İş №1(003)-262/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-262/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-262/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 və qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə, xx.xx.2010-cu ildə Qazax rayonu Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, işsiz, subay, Qazax rayonu Qazaxbəyli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “ yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.2010-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Rəşid Behbudov küçəsi mənzil 29-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, M.Sübhi 108 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 tamah niyyətiylə özganin əmlakını gizli olaraq talama məqsədi ilə 09 mart 2024-cü il tarixdə saat 14-30 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən “Olimpiya Kompleksi”nin idman zalında olan paltardəyişmə otağından vahid niyyət ilə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 **********13036 imei kodlu 64 geqabayt yaddaşa malik 500 manat dəyərində "Samsung A 23” markalı, üzərinda 5 manat dəyərində 055 *** ** ** nömrəsi olan mobil telefonunu və 21 manat nağd pulunu, Zərərçəkmiş şəxs2 **********61158 imei kodlu 128 geqabayt yaddaşa malik 1500 manat dəyərində "İphone 14” markalı, üzərində 10 manat dəyərində 050 *** **** nömrəsi olan mobil telefonunu gizli olaraq talayıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs1 526 manat məbləğində, Zərərçəkmiş şəxs2 Səfyar qızına 1510 manat olmaqla, ümuilikdə 2036 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan alava yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ila qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində ünvan 4 ünvanında fəaliyyət göstərən "İnci-23” MMC-nin nəznində fəaliyyət göstərın "Andromed” klinikasına aid olan aptekin aliminum qapısını vint açanla sındırıb, içəri qanunsuz daxil olaraq, piştaxtada olan kassadan 4470 manat pulu oğurlayaraq, zərərçəkmiş hüquqi şaxs olan "İnci-23” MMC-yə həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdirlar. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı yetkinlik yaşma çatmayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçasi 92 D ünvanında yerləşən "İnci-23” MMC-nin nəznində fəaliyyət göstərən "Andromed” klinikasına aid olan ona bitişik aptekin aliminum materialdan olan qapısını istintaqla müəyyənləşdirilməsi mümkün olmayan Təqsirləndirilən şəxs1 özü ila gətirdiyi vintaçanla sındırıb açaraq aptekin saxlanc yeri olan salonuna Təqsirləndirilən şəxs1la birlikdə qanunsuz daxil olaraq orada piştaxtada qoyulmuş saxlanc yeri olan kassaya qanunsuz daxil olmaqla oradaki "xxxx" MMC-yə məxsus 4470 manat məbləğində pulu götürüb ələ keçirmaklə Təqsirləndirilən şəxs1 ila aralarında bölüşdürərək özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs olan "İnci-23” MMC-yə 4470 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, Mərdəkan qəsəbəsində yerləşən aptekdən tarixini xatırlamadığı vaxtda Cavadov Dəzin ilə birlikdə oğurluq etmişdir. Həmin aptekin aliminiumdan olan qapısını o, vintaçanla açaraq içəri daxil olmuşdur. Sonra içəridən kassadan pulları oğurlamışdır. Lakin orada 4470 manat pul deyil, daha az pul olmuşdur. Oğurladıqları pulu Dənizlə öz aralarında bölmüşlər. Şağan qəsəbəsi, Nüsrət Məmmədov küçəsi 1A ünvanında fəaliyyət göstərən “Olimpiya Kompleksi”nin idman zalından telefon oğurlamamışdır. Polis tərəfindən edilmiş psixoloji təzyiqə görə həmin oğurluğu etməsini etiraf etmişdir. Vurduğu maddi ziyanı ödəməmişdir. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək qeyd etdi ki, Onuru təxminən 3 ilə yaxındır ki, tanıyır. Onurla söhbət əsnasında sonuncu mərdəkan qəsəbəsinə getməyi və oğurluq etməyi təklif etmiş, o, da razılaşmışdır. Tarixini xatırlamadığı vaxtda Onurla Mərdəkan qəsəbəsində yerləşən aptekdən oğurluq etmişlər. Aptekin qapısını Onur özü ilə gətirdiyi vintaçanla açmış və hər ikisi içəri daxil olmuşlar. Lakin orada 4470 manat pul deyil, daha az pul olmuşdur. Oğurladıqları pulu Onurla öz aralarında bölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, oğurlanmış 64 geqabayt yaddaşa malik "Samsung A 23” markalı üzərində 5 manat dəyərində 055 *** ** ** nömrəsi olan mobil telefon ona məxsus olmuşdur. Lakin bəzən oğlu Mirzəbəyə də vermişdir ki, istifadə etsin. 09 mart 2024 tarixdə onunla Xəzər rayonu, Şağan qəsəbəsinə getmiş, orada onun “Olimpiya kompleksində” futbol oyunu olmuş, o, saat 14 radələrində mobil telefonunu və üzərində olan 21 manat pulu vermişdir ki, oğlu bunları özünda saxlasın oyundan sonra ona versin. Sonra o, tribunada əyləşib onların oyununa baxmışdır. Daha sonra oğlu va Səməd adlı işçi aşkar etmişdir ki, stadionun paltardəyişmə otağından naməlum şəxs oğlunun gödəkçəsinin cibindən ona məxsus pulu va mobil telefonu oğurlayıbdır. Ona 526 manat maddi ziyan dəyibdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində qeyd etdi ki, o, "İnci-23” MMC-nin 2015-ci il tarixdən təsisçisi, 2017-ci il tarixdən direktorudur. Naməlum şəxs xx.xx.2024-cü il tarixda "İnci-23” MMC-nin nəznində fəaliyyət göstərən "Andromed” Klinikasına aid olan aptekin aliminium qapısını sındırma yolu ilə açıb içəri daxil olaraq piştaxtanın üzərində olan kassadan 4470 manat pulu oğurlamışlar. Oğurluq hadisəsinin baş verməsini həmin gün saat 08 radələrində aşkar etmişlər. Həmin gün naməlum səbəblərdən video müşahidə kameraları işləməmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Digər Zərərçəkmiş şəxs2 Səfyar qızı ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, **********61158 imei kodlu 128 geqabayt yaddaşa malik 1500 manat dəyərində "İphone 14” markalı üzərində 10 manat dəyərində 050 *** ** ** nömrasi olan mobil telefon ona məxsusdur. Lakin bəzən oğlu Fuada və ya digər oğlu Osmana da verirmiş ki, istifadə etsinlər. Musa futbolçudur, Səbail futbol klubunun üzvüdür. 09 mart 2024 tarixdə onunla Xəzər rayonu, Şağan qəsəbəsinə getmiş, orada Musanın Olimpiya kompleksində futbol oyunu olmuşdur. O, saat 14 radəlarində mobil telefonunu Musaya vermişdir ki, oğlu telefonu özünde saxlasın oyundan sonra ona versin, sonra o, tribunada əyləşib onların oyununa baxmış, saat 17-20 radələrində oğlu va Səməd adlı futbol klubun işçi aşkar etmişdir ki, stadionun paltardəyişmə otağından naməlum şəxs oğlunun gödakçəsinin cibindan ona məxsus mobil telefonu oğurlayıbdır. Ona 1510 manat maddi ziyan dəymişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, "Səbail” futbol klubunda "U-16” komandasının oyunçusudur. 09 mart 2024cü il tarixdə saat 14 radələrində X5 futbol oynamaq üçün getmişdir. Mirzəbəy və Musa komanda yoldaşlarıdır. Saat 15 radələrində paltardəyişmə otağından çıxıb yaxınlıqdakı stadiona-oyuna getmiş, saat 16-20 radələrində oyunun gedişatında cəza olaraq qırmızı vərəqə ilə cəzalandırılmış, dərhal meydandan çıxıb paltardəyişmə otağına getmişdir. Oraya çatanda əvvəllər tanımadığı, anket məlumatını bilmədiyi təxmini 18-21 yaşlı, əynində tünd gödəkçə, açıq rəngli şalvar olan, boyu 170-175 sm olan oğlan oradan, yəni paltardəyişmə otağından çıxıb iti addımlarla aralanıb getmişdir. O, otağa daxil olmuş, təxminən 30 dəqiqə sonra oraya digər oyunçular da gəlmişdir. Əynini dəyişməyə başlamış, bu zaman Mirzəbəylə Musa aşkar etmişdir ki, onların valideynlərinə məxsus mobil telefonlar və pul oğurlanmışdır. Sonra inzibatçı Səməd müəllim oraya gəlmiş, məsələdən xəbər tutmuş, polisə zəng etmiş, məlumat vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 bildirdi ki, "İnci-23” MMC-nin nəznində fəaliyyət göstərən "Andromed” Klinikasına aid olan aptekdə işləyir. xx.xx.2024-cü il tarixində saat 16:00 radələrində qapını bağlayaraq işdən çıxıb getmişdir. Həmin vaxtı aptekdə ondan başqa heç kim olmamışdır. Dərman firmalarına ödəniş etməli olduqlarından aptekin kassasında 4321 manat, əlavə olaraq 150 manat onun pulu olmuşdur. Naməlum səbəblərdən müşahidə kameraları gecə saatlarında sönmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Andromed” klinikasında baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, “Olimpiya Kompleksi”nin ərazisində yerləşən geyinmə-soyunma otağında baş baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nümayəndə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Səfyar qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən “Şağan idman Kompleksi”ndən etdiyi oğurluq yerini göstərmişdir; - xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur; - xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış və o MSY-dən azad edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmış və o MSY-dən azad edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-nin 177.2.1, 177.2.3-cü maddələrindən CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə tövsif edilmişdir; - Komleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 513 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs1 içtimailəşmiş davranış pozuntusu müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müəyinənin naticələri (anamnesrtik məlumatlara görə yeniyetmə dövründən başlayaraq özünü bir qədər əsəbi şəxs kimi xarakteriza etməsi, əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə kəsmələrlə xəsarətlər yetirməsi, hazırkl müayinə zamanı onda müəyyən edilən bir qədər əsəbiliyi, emosional qeyri sabitliyi) sübut edir. Təqsirləndirilən şəxs1 ictimailəşmiş davranış pozuntusu müayyan edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azerbaycan Respublikası CM-nin 21-ci va 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur; - Komleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 512 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 içtimailəşmiş davranış pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azerbaycan Respublikası CM-nin 21-ci va 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, həmçinin qətimklan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası PX-in X2 üçün Penitensiar Müəssisəsinin (Kompleksi) xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixində tutularaq X2 üçün Penitensiar Müəssisəsinə təhvil verilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmiş, lakin Sabunçu RPİ-də, Nəsimi RPİ-də, Nizami RPİ-də, CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri ilə icraatda cinayət işləri vardır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmiş, lakin Sabunçu RPİ-də, Nəsimi RPİ-də, Nizami RPİ-də, CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri və CM-nin 221.3-cü maddəsi ilə Nizami RPİ-də icraatda cinayət işləri vardır; - E-məhkəmə informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi hal-hazırda Nəsimi Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özlərini qismən təqsirli bilmələri barədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və onlar, həmin ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 84.1-ci maddəsinə görə cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər X2 hesab olunur; 85.5.1-ci maddəsinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 435.4.1-ci maddəsinə əsasən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (yoxdur), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir (CM-85.5.1). Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), həyat və tərbiyə şərait, psixi inkişaf səviyyəsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 19 saat vaxta görə 114 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 235 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilrməsinə görə sərf etdiyi 19 saat vaxta görə 114 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 235 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar