Məhkəmə qərarları › İş №1(003)-263/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-263/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-263/2021 25.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 14.06.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdə, saat 03 radələrində alkaqol sərxoşluğu vəziyyətində mərhum əmisi X5 məxsus olmuş, hazırda isə sonuncunun arvadı Şahid1 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində fəaliyyət göstərən əhəng daşı karxanasına onun və ailə üzvlərinin də payı olmasını əsas gətirib qeyd olunan karxanaya gedərək orada karxananın gözətçisi Zərərçəkmiş şəxs1 Qılman oğluna və karxananın çilingəri Zərərçəkmiş şəxs2 karxanadan çıxmalarını tələb etməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qəsdən Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə vuraraq ona təpə nahiyyəsinin sıyrığı və ağzın selikli qişasının əzilmiş yarası ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid, karxananın çilingəri Zərərçəkmiş şəxs2 qəsdən yumruq zərbələri ilə vuraraq ona sol bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi, posttravmatik artrozu ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, mərhum əmisi X4 Türkan qəsəbəsində bir neçə ticarət obyekti, həmçinin Türkan qəsəbəsində əhəng daşı karxanası vardır. Əmisi Rəşid sağ olanda bütün bu biznes fəaliyyətindən öz qardaşlarına qazanc vermişdir. Əmisi Rəşidin həyat yoldaşı vəfat etdikdən sonra Şahid1 ilə evlənmişdir. 2019-cu ildə əmisi Rəşid Quliyev vəfat etmişdir. Onun ölümündən sonra arvadı Nazilə bütün ticarət obyektlərini və daş karxanasını özününküləşdirmişdir. Bununla da, nə onların ailəsinə, nə də mərhum Rəşidin övladlarına hissə verməmişdir. Əldə olunan qazancı özünə götürmüşdür. Bu səbəbdən də onunla aralarında mübahisələr yaranmışdır. Dəfələrlə o, Rəşidin oğlu Rəşad və digər qohumları Nazilə ilə bu barədə söhbətlər etmişlər, mülki mübahisənin həll olunmasına dəvət etmişlər. Lakin Nazilə, hər dəfə onları söyüb qovmuş, onlara heç bir əmlak verməyəcəyini, əldə olunmuş qazancdan pay ayırmayacağını söyləmişdir. 16.02.2021-ci il tarixdə axşam vaxtı təxminən 0,5 litr araq içmiş, sərxoş vəziyyətdə Nazilənin hərəkətləri yadına düşmüş və bundan əsəbləşmişdir. 17.02.2021-ci il tarixdə qonşusü Yadigara müraciət edib ona məxsus Niva markalı, ** TT *** dövlət nömrə nişanlı avtomobili götürmüşdür ki, karxanaya gedib gözətçini qorxudub oradan getməsinə nail olsun. Gedəndə özü ilə bir dənə bayramlarda partlatdıqları oyuncaq kağız partladan götürüb cibinə qoymuşdur ki, orada partladıb gözətçini qorxudar ki, karyerdən çıxıb getsinlər və Nazilə tək qalıb onunla razılaşsın ki, o da karyerdə bir hissəni götürüb işlətsin ki, pul qazana bilsin. Partladan götürməyini Yadigara deməmişdir. Yadigar ona maşını verməyə razılaşsa da, sərxoş olduğunu görüb maşında oturacağını və yatacağını demişdir. O maşını idarə edib bir başa karxanaya getmişdir. Əl fənərini yandırıb ətrafa baxmış, qarşısına təxminən 50-55 yaşında bir nəfər çıxmışdır. Onun kim olduğunu soruşanda həmin şəxs bildirmişdir ki, gözətçidir. Ona yaxınlaşmış, demişdir ki, maşına otursun. İstəmişdir ki, onu maşında başa salsın ki, bu karyer həm də onundur və o bunu başa düşüb çıxıb getsin. Bu vaxt həmin şəxs maşına oturmaq istəmədiyi üçün yumruqla sifətindən vurmuş və o, üzünü görüb karxanadan qaçmışdır. O da həmin şəxsin ardınca qaçaraq söyüb dayanmasını tələb etmiş və cibində olan bir ədəd oyuncaq kimi istifadə olunan kağız partladanı atıb partlatmışdır ki, bəlkə qorxub dayanar. Həmin şəxs karxananın nəzarətçi köşkünün yanında dayanmışdır. Karxananın nəzarətçisi Ələkbər gəlmişdir. Ələkbəri təxminən 20 ildir tanıyır. Ələkbərdən həmin şəxsi soruşmuş, o, bildirmişdir ki, karxanada gözətçi işləyir, adı Əfsərdir. Ələkbər onun karxanaya gəlməyinin səbəbini soruşanda ona demişdir ki, karxana əmisi Rəşidindir, “gəlmişəm yaxşı etmişəm”. Buna görə də aralarında yaranmış söz mübahisəsi zamanı həm Əfsəri, həm də Ələkbəri söyüb karxananı tərk etmələrini tələb etmiş, əks halda onları öldürəcəyi ilə hədələmişdir. Aralarındakı mübahisə zamanı Əfsəri bir dəfə də yumruqla sifətindən vurmuş və onun başı divara dəymişdir. Həm də Ələkbəri yumruqla çiynindən vurmuşdur. Bundan sonra oradan çıxıb maşına qayıtmış, tanışı Yadigarın maşını ilə evə qayıtmışdır. Həmin hadisə gecə vaxtı daş karxanasında baş vermiş, Əfsər, Ələkbər və ondan başqa hadisənin şahidləri olmamışdır. Niva markalı, ** TT *** dövlət nömrə nişanlı avtomobilin sahibi Yadigar isə maşında yatdığından bu hadisənin şahidi olubolmadığını deyə bilər. O, 17.02.2021-ci il tarixdə saat 03:30 radələrində Türkan daş karxanasına gedərkən özü ilə heç bir əşya aparmamışdır. O, karxananın işçiləri ilə söhbət etməyə və onları başa salmağa getmişdir ki, həmin karxana onun rəhmətlik əmisinə məxsus olub və o da onun qardaşı oğlu olduğuna görə ona da karxanadan bir hissə düşür. İstəmişdir ki, bu yolla əmisinin arvadı Naziləyə təsir etsin ki, onunla razılaşsın və o da karxanadan özünə bir hissə götürərək işləyib pul qazansın. O, karxanaya başqa hər hansı bir niyyətlə getməmiş və ümumiyyətlə başqa bir niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Qılman oğlu verdiyi ifadəsində göstərmişdir ki, 17.02.2021-ci il tarixdə saat 03:30 radələrində o, karxanada olmuş və gözətçilik işini icra etmişdir. Həmin vaxt karxanaya tünd rəngli, «Niva» markalı, ** TT *** dövlət qeydiyyat nömrəli avtomobil gəlmişdir. Hava qaranlıq olduğundan avtomobilin rəngini aydınlaşdıra bilməmişdir. Maşında 2 nəfərin olduğunu görmüşdür. Maşın yanında dayanmış, içərisindən sürücü düşmüşdür. Həmin şəxsi ilk dəfə idi görmüşdür. Sürücü onun adını soruşmuş, özünü təqdim etmişdir. Karxanada nə iş gördüyünü soruşmuşdur. Bildirmişdir ki, karxananın gözətçisidir. Sürücü ona maşına əyləşməyi təklif etmiş, onunla söhbəti olduğunu demişdir. O, maşına əyləşməyəcəyini söylədikdə isə, həmin şəxs yumruqla sifətinin sağ tərəfinə vurmuş, nalayiq söyüşlə təhqir etmiş, öldürəcəyini söyləmişdir. O, qorxub qaçmış, nəzarətçi köşkü və istirahət yeri kimi istifadə olunan bir mərtəbəli tikiliyə tərəf gedib qışqırmış, nəzarətçiçilingər Ələkbəri səsləmişdir. O, qaçarkən atəş səsi eşitmiş və qorxmuşdur. Sürücü isə idarə etdiyi Niva markalı, ** TT *** dövlət qeydiyyat nömrəli avtomobillə onu təqib etmişdir. Qışqırıb kömək istəmiş, Ələkbər yatdığından bayıra alt paltarında çıxmışdır. Sürücü maşını köşkün yanında saxlayıb yerə düşmüşdür. O və Ələkbər içəri keçmişlər. Həmin sürücü də içəri girmişdir. Ələkbər oğlana Samir adı ilə müraciət etmişdir. Samirin mərhum Rəşid Quliyevin qardaşı oğlu olduğunu və karxanaya iddia etdiyini eşits də, üzdən tanımamışdır. Həmin vaxt bilmişdir ki, onu yumruqla vuran, söyüb təhqir edən, öldürəcəyini söyləyən şəxs Təqsirləndirilən şəxsdir. Köşkün içərisində o, Ələkbər və Samirdən başqa heç kim olmamışdır. Ələkbər əynini geyinmiş və Samirlə söhbət etmişdir. Samir təcili karxananı boşaltmağı tələb etmişdir. Ələkbər əlini masanın üstündəki özünə məxsus mobil telefona uzadıb zəng vurmaq isədikdə isə Samir telefonu Ələkbərin götürməsinə imkan verməmiş, ona tapşırmışdır ki, «telefona əlini vurma, qoy qalsın masanın üstündə». Ələkbər də telefona toxunmamışdır. Ələkbər etiraz edib Samirdən çıxıb getməyi tələb etmişdir. Samir isə Ələkbəri söyüb yumruqla onun çiyin nahiyyəsinə vurmuşdur. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, 17.02.2021-ci il tarixdə saat axşam karxanada olmuş və ona ayrılmış otaqda yatmışdır. Həmin tarixdə saat 03:30 radələrində gözətçi Əfsər qışqıraraq yatdığı otağa tərəf gəlmiş və onu səsləyib kömək istəmişdir. Köşkdən çıxdıqda görmüşdür ki, karxanaya tünd rəngli Niva markalı, ** TT *** dövlət qeydiyyat nömrəli avtomobil gəlmişdir. Hava qaranlıq olduğundan avtomobilin rəngini aydınlaşdıra bilməmişdir. Maşında 2 nəfərin olduğunu görmüşdür. Maşından sürücü yerə düşmüş, görmüşdür ki, sürücü karxananın keçmiş sahibi, mərhum Rəşid Quliyevin qardaşı oğlu Təqsirləndirilən şəxsdir. Samir söyüş söyərək onun otağına gəlmişdir. Əfsər də içəri girmişdir. Nə baş verdiyini soruşmuş, Əfsər demişdir ki, Samir onun sifətindən yumruqla vurub karxananı tərk etməyi tapşırmış, söyüb öldürəcəyini demişdir. Samir onu da söymüş, karxananı təcili boşaltmağı tələb etmişdir. O, masanın üstündəki mobil telefonunu götürüb zəng vurmaq istəmiş, Samir isə telefonu əlindən alıb masanın üstünə qoyub toxunmamağı tapşırmış, yumruqla sol çiyn nahiyyəsinə zərbə vurmuşdur. Samiri 25 ildir tanıyır, onunla söhbət edib sakitləşdirmiş, onların fəhlə olduqlarını, mülk mübahisələrinə aidiyyətlərinin olmadığını söyləmişdir. Samiri inandırmışdır ki, bu işlərə onların heç bir aidiyyətləri yoxdur və o, yenə onların ünvanına söyüş söyərək sabahdan karxanada onları görmək istəmədiyini, karxanada olduqları tədqirdə öldürəcəyini deyib maşına əyləşmiş və idarə edərək çıxıb getmişdir. Əfsər karxananı işlədən Abbasa zəng vurub məlumat vermişdir. Abbas karxanaya gəlmiş, Abbas karxanaya gəldikdən sonra ona və Əfsərə demişdir ki, onları işdən çıxarmayacaq. Samiri uzaqlaşdıracaq və Samir bir daha karxanaya gəlib heç kimi narahat etməyəcək. Bu səbəbdən də ona və Əfsərə tapşırmışdır ki, ərizə və izahat yazıb Xəzər RPİ-nin 1-ci PŞ-nə versinlər. Ərizə və izahatda isə Samirin karxanaya tüfənglə gəldiyini, havaya güllə atıb karxananı boşaltmağı tələb etdiyini, onu və Əfsəri döyüb hədələdiyini, silahla qorxudub Əfsərdən 850 manat pulu, ondan isə mobil telefonumu alıb getdiyini qeyd etsinlər. Bu halda onların onun yanında işləyəcəklərini, Samirin isə karxanadan uzaqlaşdırılacağını söyləmişdir. O və Əfsər razılaşıb 17.02.2021-ci il tarixdə qeyd olunan məzmunda ərizə və izahat vermişlər. Lakin, o, düşünməmişdir ki, qeyd olunan məzmunda ərizə və izahat verdikdə Təqsirləndirilən şəxs həbs oluna bilər. Təqsirləndirilən şəxs onun ərizə və izahatı əsasında həbs olunduğunu öyrəndiyindən hər şeyi olduğu kimi qeyd etmişdir. Samir həqiqətən də onun çiyin nahiyyəsinə, Əfsərin isə sifət nahiyyəsinə yumruqla vurmuşdur. Nə Əfsərin pulunu, nə də onun mobil telefonunu almamışdır. Karxanaya silahsız gəlmiş, karxanada atəş açmamış, onları silahla hədələməmiş, söyüb və sözlə öldürəcəyini demişdir. Xahiş etmişdir ki, sözlərini səmimi qəbul edib vəziyyəti başa düşsünlər. Bunun hamısı Abbasın qurması olmuşdur. O, Abbasın tapşırığı ilə uydurma məzmunda məlumat vermiş, bu hərəkətindən də peşmandır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, 2006-cı ildə Rəşid Quliyevlə ailə həyatı qurmuş, bu nigahdan övladları olmamışdır. 2019-cu ildə Rəşid Quliyev vəfat etmiş, bundan sonra ondan qalmış Türkan qəsəbəsində yerləşən daş karxanasını o işlətməyə başlamışdır. Onun bu günə qədər Rəşidin qardaşı və qardaşı övladları arasında ədavətləri olmamışdır. O, daş karxanasından gələn qazancdan Rəşidin əvvəlki ailəsinə və övladlarına vermişdir. 17 fevral 2021-ci il tarixdə, saat 03-04 radələrində Əfsər ona zəng edərək Rəşidin qardaşı oğlu Samirin daş karxanasına gələrək onları döydüyünü və onlara hədə-qorxu gəldiyini demişdir. O, bu barədə 102 xidmətinə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışlar. Əlavə olaraq Təqsirləndirilən şəxs ona məxsus olan daş karxanasına basqın edən zaman daş karxanasına ziyan vurmasa da karxanada gözətçi işləyən Zərərçəkmiş şəxs1 və çilingər işləyən Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirmişdir. Bundan başqa, onların dediyinə görə həmin vaxt Samirin əlində lüləsi və qundağı kəsilmiş ov silahının olduğunu bilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, Kamaz avtomaşını ilə daş karxanasından mişar daşının satışı ilə məşğul olur. Niva markalı ** TT *** dövlət nömrə nişanlı avtomaşın xalası oğlu Vilayət Əliyevin adına olsa da maşını o sürür. O, həmin Niva markalı avtomobili Türkan kəndində kəndarası sürdüyünə görə maşına etibarnamə almamışdır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur və o, Samirlə dostdur. Məlum hadisə ilə bağlı göstərmişdir ki, 2021-ci ilin fevral ayının əvvəllərində Samir lazım olanda Niva markalı maşını ondan götürüb kənddə sürür. 17 fevral 2021-ci il tarixdə, təxminən gecə saat 03 radələrində o, evində yatmış, həmin vaxt Samir onun yanına gəlmiş və o, görmüşdür ki, Samir içkilidir. Samirdən bu vaxt nəyə görə gəldiyinin səbəbini soruşanda ona demişdir ki, əmisi Rəşidin karyerinə getmək istəyir və buna görə də ona maşın lazımdır. O, Samirdən soruşmuşdur ki, «bu gecə vaxtı karyerə nəyə görə gedirsən, bu vaxt orada nə işin var ki?» Samir isə ona demişdir ki, «karyer mənim əmimindir, mən nə vaxt istəsəm ora gedə bilərəm». Sərxoş olduğuna görə o, daha Samirə başqa heç bir şey deməmiş və heç nə soruşmamış, fikirləşmişdir ki, əgər gedirsə yəqin ki, nə isə işi var. Buna görə də o, Samirə maşını verməyə razılaşmış, ancaq ona demişdir ki, «mən də səninlə gedəcəyəm və maşında yatacam». Samir onun maşınını sürüb Türkanda yerləşən daş karxanasına gəlmiş və maşından düşüb getmişdir. O isə maşından düşməmiş və yuxulu olduğuna görə maşında yatmışdır. Aradan təxminən yarım saat keçmiş Samir qayıdıb gəlmiş və o Samirdən soruşmuşdur ki, «nə oldu, işlərini görə bildin?» Samir isə ona demişdir ki, əmisi öləndən sonra arvadı Nazilə karxananı zəbt etmiş və aralarında mübahisə var və buna görə də o, karyerə gəlmişdir ki, onun işçilərini qorxudub karyerdən uzaqlaşdırsın ki, çıxıb getsinlər. Hətta Samir onat demişdir ki, karyerdə olan iki nəfər işçini də yumruqla vurub döymüşdür. Bundan sonra isə Samirlə o, maşınla evə qayıtmış və Samir yaşadığı evə getmiş, o da öz evinə gedib yatmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 17.02.2021-ci il tarixli, 154 saylı rəydən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Qılman oğlunun bədənində aşkar edilmiş xəsarətlər - təpə nahiyyəsinin sıyrığı, ağzın selikli qişasının əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 17.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 17.02.2021-ci il tarixli, 155 saylı rəydən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sol bazunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi, posttravmatik artrozu küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 17.02.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilmiş 02.04.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarına əsasən AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 73.2 maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyan tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 Qılman oğlunun 18.05.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 18.05.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə bu nəticəyə gələrkən qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Belə ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 09.09.2020-ci il tarixli qərarı ilə AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, AR CM-nin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyan tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilmiş, cinayət işinin icraatına xitam verilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən şəxs AR CM-nin 73.2-ci maddəsində göstərilən əsaslara görə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs artıq bir dəfə 09.09.2020-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə görə cinayət məsuliyyətindən azad edilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, onlara dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdən 25.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd 16 kalibrli TOZ-B modelli, odlu yivsiz ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi nəzərə alınsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar