Məhkəmə qərarları › İş №1(003)-263/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-263/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-263/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 17 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdə, gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Talışlar məhəlləsi” adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 500 manat olan bir ədəd “Samsung” markalı televizoru, qiyməti 100 manat olan bir ədəd DVR yaddaş cihazını, qiyməti 60 manat olan bir ədəd avtomobil akkumlyatorunu, qiyməti 200 manat olan bir ədəd Rusiya istehsalı olan dreli, qiyməti 300 manat olan bir ədəd Rusiya istehsalı olan betondeşəni, ümumilikdə qiyməti 300 manat olan avtomobil üçün üç ədəd sayrışan işıq, bir ədəd səsgücləndirici və iki ədəd Primeer Hazard markalı səs qurğusunu, qiyməti 30 manat olan bir ədəd feni, qiyməti 85 manat olan bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırını, qiyməti 7 manat olan bir ədəd qara-qırmızı rəngli idman çantasını, qiyməti 5 manat olan bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosunu, qiyməti 5 manat olan bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli feni, qiyməti 30 manat olan bir ədəd üzərində VETEROK2 yazısı olan gümüşü rəgli metaldan xalça, palaz və sair təmizləyən aparatı, qiyməti 25 manat olan bir ədəd üzərində Vigex yazısı olan qara-göy rəngli kiçik ölçülü laqondanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1647 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 fevral 2022-ci il tarixdə, gecə saat 01 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 200 manat olan bir ədəd «Sharp» markalı televizor və qiyməti 30 manat olan bir ədəd «Philips» markalı feni gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 230 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ailəli olmaqla 4 və 6 yaşlarında iki azyaşlı uşağı vardır. Hadisə ilə bağlı onu bildirir ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Talışlar məhəlləsi” adlanan ərazidə yerləşən evdən oğurluq etməmişdir. ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus evdən isə qəsdən oğurluq etmiş, oğurladığı əşyaları isə özü ilə aparmamış və qonşunun hasarının yanına qoyaraq çıxıb getmişdir. Belə ki, 2-ci Polis şöbəsində Xalıq adlı və başqa 5-6 nəfə polis əməkdaşı ona təzyiq göstərərək Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə özünü təqsirli bilməsini tələb etmişlər. Lakin o, polis şöbəsindən qaçaraq hazırki oğurluğu etmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə həbs olunmasın. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Talışlar məhəlləsi adlanan ərazidə şəxsi bağ evi var və orada daimi olaraq yaşamasalar da, aradabir gedib evə baş çəkir. 31 yanvar 2022-ci il saat radələrindən 02 fevral 2022-ci il saat 12 radələrinədək olan müddət ərzində bağ evindən pəncərənin metal barmaqlığını sındırıb evə daxil olaraq ona məxsus qiyməti 500 manat olan bir ədəd “Samsung” markalı televizor, qiyməti 100 manat olan bir ədəd DVR yaddaş cihazı, qiyməti 60 manat olan bir ədəd avtomobil akkumlyator, qiyməti 200 manat olan bir ədəd Rusiya istehsalı olan drel, qiyməti 300 manat olan bir ədəd Rusiya istehsalı olan betondeşən, ümumilikdə qiyməti 300 manat olan avtomobil üçün üç ədəd sayrışan işıq və bir ədəd səsgücləndirici, iki ədəd «Primeer Hazard» markalı səs qurğusu, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan iki ədəd saç feni, bir ədəd 50 manat dəyərində avtomobil üçün əl tozsoranı, bir ədəd 50 manat dəyərində üzərində «Volvo» yazısı yazılmış çadır, bir ədəd qiyməti 10 manat olan təkər nasosu, bir ədəd qiyməti 20 manat olan idman çantası və bir ədəd qiyməti 50 manat olan laqonda oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa əlavə olaraq bildirmişdir ki, hadisə zamanı pəncərənin barmaqlığının sındırılması və elektrik naqilinin kəsilməsi nəticəsində ona əlavə olaraq 300 manat maddi ziyan dəymişdir. Hadisədən bir müddət sonra 1 ədəd fen izolentlə və bir neçə əşyalar ona qaytarılmışdır. Bundan əlavə evin hasarı hündür olduğundan həmin əməlin tək nəfər tərəfindən törədilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayının əvvəllərindən 06 fevral 2022-ci il saat 13 radələrinədək olan müddət ərzində onun ünvan 3 ünvanda yerləşən şəxsi bağ evinin pəncərəsinin üzərindəki metal barmaqlığı sındırma yolu ilə evə daxil olaraq oradan qiyməti 200 manat olan bir ədəd «Sharp» markalı televizoru və qiyməti 30 manat olan bir ədəd «Philips» markalı fen oğurlanmışdır. Oğurluq nəticəsində ona 230 manat məbləğində maddi ziyan dəymişdir. Pəncərənin barmaqlığının və şüşəsinin sındırılması nəticəsində ona əlavə 200 manat maddi ziyan dəymişdir. 23 iyun 2022-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona cəza təyin edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmiş və məhkəmə iclaslarında işi ilə əlaqədar iştirak edə bilməyəcəyi üçün nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş götürmə aparılması haqqında barədə 09 fevral 2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırı, bir ədəd idman çantası, bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosu, bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fen, bir ədəd üzərində VETEROK2 yazısı olan təmizləyici cihaz və bir ədəd üzərində VİGEX yazısı olan laqonda götürülmüşdür. İş materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 17 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan əşyaları nəzərdən keçirib bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırın, bir ədəd idman çantasının, bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosunun, bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fenin, bir ədəd üzərində VETEROK2 yazısı olan təmizləyici cihazın və bir ədəd üzərində VİGEX yazısı olan laqondanın ona məxsus olmaqla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi “Talışlar məhəlləsi” adlanan ərazidə yerləşən ona məxsus evdən oğurlanmış əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 aprel 2022-ci il tarixli, 9/2121 nömrəli rəyindən görünür ki, 1.Bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırı – 85 manat; 2.Bir ədəd qara-qırmızı rəngli idman çantası – 7 manat; 3.Bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosu – 5 manat; 4.Bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fen – 5 manat; 5.Bir ədəd üzərində betepok 2 yazısı olan gümüşü rəngli, metaldan, xalça palaz və sair təmizləyən aparat – 30 manat 6.Bir ədəd üzərində Vigex yazısı olan qara-göy rəngli kiçik ölçülü laqonda – 25 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 157,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 03 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 17 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 2) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 3) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.5 və 67.1-ci maddələrinə əsasən 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum olunmuşdur. 23 yanvar 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad olunmuşdur. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin icra məmuru X1 aktının tətbiq edilməsi barədə 02 dekabr 2021-ci il tarixli qərarından görünür ki, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndində qeyd edilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə təyin edilmiş cərimə cəzasından azad edildiyindən onun üzərindən məhkumluq götürülmüşdür və onun hazırki əməli cinayətin residivini yaratmır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü birinci epizod üzrə təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əvvəllər oğurluq cinayəti törətdiyinə görə üç dəfə məhkum olunmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 09 fevral 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 09 fevral 2022-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 22 aprel 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırı, bir ədəd idman çantası, bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosu, bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fen, bir ədəd üzərində VETEROK2 yazısı olan təmizləyici cihaz və bir ədəd üzərində VİGEX yazısı olan laqonda maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırı, bir ədəd idman çantası, bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosu, bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fen, bir ədəd üzərində VETEROK2 yazısı olan təmizləyici cihaz və bir ədəd üzərində VİGEX yazısı olan laqondanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat olmaqla ümumilikdə 32 (otuz iki)saat vaxt sərf etmişdir. Ona görə də, 192 (yüz doxsan iki) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 09 fevral 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd üzərində Made in Germany Volvo world cup 2013 Germany camp co size XXL sözləri yazılmış kamp çadırı, bir ədəd idman çantası, bir ədəd üzərində king tools hand pump yazıları olan əl nasosu, bir ədəd üzərində heç bir yazı olmayan qara rəngli fen, bir ədəd üzərində VETEROK2 yazısı olan təmizləyici cihaz və bir ədəd üzərində VİGEX yazısı olan laqondanın Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 192 (yüz doxsan iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar