Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-264/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mirzağa qızının nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi, vəkil Müdafiəçi2, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, ailəli, iki azyaşlı uşağı olan, ali təhsilli, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına tikinti işləri aparmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs Mirzağa qızının əmlakı olan və Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 1922 saylı sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 486 saylı yerdə yerləşən 1200 kv/m, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20 dekabr 2014-cü il tarixli ******* reyestr nömrəsi ilə qeydiyyata alınmaqla mülkiyyətində olan 0,10553 ha torpaq sahəsini qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq üzərində özbaşına 0,60 sm enində olmaqla 7x12 metr ölçülü bünövrə qazaraq beton tökmüş və darvazanı yerindən söküb hasar tikərək tikinti işləri aparmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 0,24 ha torpaq sahəsini 2007-ci ildə mərhum atası X1 65000 ABŞ dolları pul verərək almışdır. Atası 25000 ABŞ dolları pulu Mircabbarın adına olan torpaq sahəsinə evlə birlikdə vermiş, arvdanınn adına olan 0,12 ha torpaq sahəsinə görə isə 40000 ABŞ dolları vermişdir. Həmin torpaq sahəsinin 0,12 ha ərazisi Mircabbarın öz adına, digər 0,12 ha ərazisi isə arvadı Zərərçəkmiş şəxs Mirzağa qızının adına olmuşdur. Torpaq sahəsinin pulu tam ödənildiyi üçün mərhum atasına 20 illik, 2027-ci ilədək etibarnamə və digər sənədlər verilmişdir ki, atası həmin torpaq sahəsini tam şəkildə sənədləşdirsin. Lakin, atasıvəfat etdiyindən sənədləşmələr yarımçıq qalmışdır. Atasının vəfatından sonra həmin sənədləşmələri Əliyarın övladı kimi öz adına keçirtmək istədiyini bildirmişdir. Lakin Mircabbar atasının vəfat etməyindən istifadə edib torpaq sahəsini geri qaytarmağı tələb etmişdir. O isə atası Əlyar pulu tam ödədiyindən ondan səndələşməni apara bilməsi üçün etibarnamə verməsini xahiş etmişdir. Mircabbar etibarnamə verməkdən imtina etmiş və arvaından boşandığını, arvadının etibarnamə vermək üçün ondan 20000 manat pul istədiyini demişdir. Bununla bağlı Mircabbarla aralarında narazılıq olmuş və o, iradını bildirmişidr. İki uşağının olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndələrinin izahatı və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs Mirzağa qızının nümayəndəsi Qanuni nümayəndə izahatında göstərdi ki, Əzizbəyov rayon İcra hakimiyyətinin sərəncamı ilə 12 sot torpaq sahəsi ona, 12 sot torpaq sahəsi isə arvadı Zərərçəkmiş şəxs adına verilmişdir. 2007-ci ildə o, torpaq sahəsini satmaq istədiyindən tanışı Əlyar adlı maklerə müraciət etmişdir. Həmin torpaq sahəsinin birnin üzərində iki mərtəbədən ibarət ev tikdirmişdir. Əlyar Əliyevə torpaq sahəsini hər iki torpaq sahəsinə görə notarial qaydada etibarnamə vermişdir. 2011-ci ilədək torpaq sahəsi satılmamışdır. 2011-ci ildə Əlyar Əliyev torpaq sahəsini özü almaq istədiyini bildirmiş və o, bir sotu 5000 manatdan aşağı satmayacağını demişidr. 2011-ci il tarixdə Əlyar Əliyevə təkrarən 12 sot torpaq sahəsi üçün təkrar olaraq etibarnamə vermiş və Əlyar həmin torpaq sahəsi üçün ona 64000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtlarda ABŞ dollarının məzənnəsi 0,78 manat olmuşdur. Həmin vaxt üçün Əliyar ona 51000 manat, bir neçə gündən sonra 2000 manat pul vermişdir. Razılaşmalarına əsasən Əliyar iki torpaq sahəsinin ayrılması üçün daş hasar çəkdirməliydi. Əliyar həmin torpaq sahəsinin çıxarışını onun adına almış. Arvadı Yeganənin adına olan torpaq sahəsini isə sənədləşdirməyə Əlyara icazə verməmişdir. Əlyar özünə məxsus torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. 2020-ci ildə Əlyar Əliyev rəhmətə getdikdən sonra oğlu Ələkbər onun arvadı Yeganənin adına olan torpaq sahəsinə dair ona etibarnamə verməyini istəmişdir. O, Ələkbərdən yoldaşının adına olan torpaq sahəsinə dair sənədləri ondan tələb etdikdə Ələkbər torpağa dair sənədləri ona təqdim etmiş, lakin sərəncamın onda olmadığını demişdir. Bundan sonra ona məlum olmuşdur ki, Əlyar Əliyev 2014-cü ildə arvadına aid olan torpaq sahəsinin sərəncamını təhvil verib əlində olan etbarnamə ilə çıxarış almışdır. Hal-hazırda həmin torpaq sahəsi onun arvadının adına olmasına baxmayaraq Əlyarın oğlu Ələkbər həmin torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, guya onun adına olan torpaq sahəsini atası Əlyar ondan 20000 ABŞ dollarına, arvadının adına olan torpaq sahəsini isə 45000 ABŞ dollarına satmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirərək azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Mirzağa qızının nümayəndəsi, vəkil Müdafiəçi2 nümayəndə Qanuni nümayəndə izahatına uyğun, eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs Mirzağa qızı istintaq zamanı Qanuni nümayəndə izahatına uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 1922 saylı sərəncamın surətindən görünür ki, Zərərçəkmiş şəxs Mirzağa qızına Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 486 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 20 dekabr 2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 486 saylı sahədə yerləşən 0,10553 ha torpaq sahəsi Zərərçəkmiş şəxs Mirzağa qızının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş «baxış keçirmə barədə» 04 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi 486 saylı yerdə yerləşən 1200 kv/m, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2014-cü il tarixli ******* reyestr nömrəsi ilə qeydiyyata alınmış Zərərçəkmiş şəxs mülkiyyətində olan 0,10553 ha torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, torpaq sahəsinin üzərində Təqsirləndirilən şəxs tərəfindən eni 0,60 sm olmaqla 7x12 metr ölçülü xım qazılaraq beton tökülmüş, hətda bundan başqa həmin torpaq sahəsinə aid olan darvaza yerindən çıxarılaraq hasarla tikilib örtülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 20 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 % dövlət nəfinəi tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunduğundan və bu maddə ilə də təqsirləndirilən şəxsə ittiham elan edildiyindən, irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə CM-nin 188.1-ci maddəsinin xaric edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə nəzərdə tutulan əməli Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunduğundan Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ona verilmiş ittihamdan xaric olunmalıdır. Belə ki, işin hallarından göründüyü kimi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 188.1-ci maddəsi ilə yanaşı, CM-nin188.2-ci maddəsi ilə də, tövsif edilmişdir. CM-nin188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaq səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin188.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İş materiallarından görünür ki, Əliyev X3 Yeganə Mirzağa qızının xüsusi mülkiyyətində olan 0,10553 ha torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına 0,60 sm enində olmaqla 7x12 metr ölçülü bünövrə qazaraq beton tökmüş və darvazanı yerindən söküb hasar tikərək tikinti işləri apararaq torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs torpaq sahəsini qanunsuz tutmaqla kifayətlənməyərək orada tikinti işlərini aparması ilə bağlı əməli CM-nin 188.2-ci maddəsi ilə tam əhatə olunur. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Hazırkı iş üzrə isə CM-nin eyni maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə görə cinayətlərin məcmusu ilə cəza təyin etmək təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırmaqla yanaşı, cinayət qanunvericiliyinin tələblərinə uyğun deyildir. Eyni zamanda, 30 sentyabr 2015-ci il tarixli Qanunla CM-nin 188-ci maddəsi yeni redaksiyada verilmişdir. Belə ki, əvvəlki redaksiyada CM-nin 188-ci maddəsində tövsifedici əlamətlər olmadan “Torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozma, yəni torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və ya becərmə”yə görə cinayət məsuliyyəti təsbit edilmişdisə, hazırda qüvvədə olan redaksiyada CM-nin 188.2-ci maddəsi həmin Məcəllənin 188.1-ci maddəsinə münasibətdə xüsusi norma kimi qəbuledilməlidir. Azərbaycan Respublikası CM-nin 17.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd olunmalıdır ki, cəzanın məqsədləri baxımından da, az ağır cinayətlər kateqoriyasına aid olan CM-nin 188.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan CM-nin 188.1-ci maddəsini əhatə edir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 1922 saylı sərəncamı, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli 20 dekabr 2014-cü il tarixli çıxarışı, baxış keçirmə barədə 04 dekabr 2021-ci il tarixli protokolu və digər iş materiallarına əsasən özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı uşağının olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat olmaqla, ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona irəli sürülmüş ittihamdan həmin Məcəllənin 188.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-264/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-264/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver