Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-266/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs, tərcüməçi X2 iştirakları ilə, 26 mart 1994-cü ildə Türkiyə Respublikasının Şanlıurfa şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, Türkiyə Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Türkiyə Respublikası, İzmir şəhəri, Aliağa rayonu, Siteler məhəlləsi, Şəhid Minbaşı Yavuz Başayar küçəsi, bina 24/1, mənzil 55 ünvanında qeydiyyatda olan və yaşayış evində müvəqqəti yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özünə məxsus üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında yerləşdirib saxladığı xeyli miqdarda, 66300 Azərbaycan manatı dəyərində olan 39000 ABŞ dollarını 18 noyabr 2022ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən Heydər Əliyev adına X5 PC 1791 saylı Bakı-İzmir aviareysi ilə Türkiyə Respublikasına gedərkən Terminal-1 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışır, direktoru olduğu şirkətdə işlənmiş təkər və dəmirlərin yenidən emal edilərək satışı ilə məşğul olur, eyni zamanda atası X6 şəhərində yerləşən “Lion slot” otel və kazinosunda şərikliyi olduğundan arada oraya gedib işlərə nəzarət edir. O, Türkiyədə dostu Şahid1 ev satmış, bu evə görə Şahid1 ona 80000 ABŞ dolları pul vəsaiti borcu olmuşdur. Şahid1 Şuşa şəhərində aparılan tikinti işlərində işləmişdir. O, borcunu Furkandan almaq məqsədilə xx.xx.2022-ci il tarixdə Batumi şəhərindən Bakıya birbaşa uçuş olmadığı üçün əvvəlcə İstanbul şəhərinə, ordan isə xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gəlmişdir. Özü ilə gələrkən 5000 ABŞ dolları pul vəsaiti götürmüş, təyyarə X9 Hava Limanına endikdən sonra gömrük nəzarətindən yaşıl kanaldan istifadə edərək keçmiş, onu qarşılayan dostları ilə Fukanın Bakı şəhərində olan mənzilinə getmişdir. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdi puldan 1000 ABŞ dolları pul vəsaitini manata dəyişdirmiş, Bakı şəhərində bir neçə gün qaldıqdan və Furkanın ona olan borcundan 45000 ABŞ dolları pul vəsaitini aldıqdan sonra İzmir şəhərinə qayıtmaq üçün xx.xx.2022-ci il tarixdə X9 Hava Limanına gəldiyini bildirmişdir. Hava Limanına gələrkən 39000 ABŞ dolları pul vəsaitini çantasına yerləşdirmiş, 10000 ABŞ dolları pul vəsaitini isə şalvarının sol tərəfində olan 2-ci iri cibinə qoymuşdur. Hava Limana gəldikdən sonra 1-ci mərtəbədə qeydiyyatdan keçərək, pulu yerləşdirdiyi çantanı baqaj bölməsinə təhvil vermiş, uçuş zalına getmək üçün hava limanının 3-cü mərtəbəsinə qalxmış və orada qeydiyyatdan keçmişdir. Pasport qeydiyyatından keçən zaman və uçuş zonasına daxil olduğu müddətdə gömrük əməkdaşları ona yaxınlaşmış və çantalarına baxış keçirilməsi üçün onu hava limanının aşağı mərtəbəsinə dəvət etmişlər. Orada videoçəkilişdən istifadə etməklə keçirilən yoxlama zamanı baqaj çantasından 39000 ABŞ dolları və cibindən 10000 ABŞ dolları olmaqla ümumilikdə 49000 ABŞ dolları pul vəsaitini götürülmüşdür. O, həmin pulların ona məxsus olduğunu, borcu Furkan adlı şəxsin ona olan borcunu qaytardığı və Furkhanın nömrəsini bildirmişdir. 49000 ABŞ dolları pul vəsaitinin Azərbaycan Respublikasından aparmasına ona heç kim köməklik göstərməmişdir. O, Azərbaycan Respublikasının qanunlarını bilmədiyini bildirmişdir. Buna görə də özünü təqsirli bilmir. Bütün bunların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirmişdir ki, Türkiyənin "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində çalışır, əsas işinin dəmirli beton işlərindən ibarətdir. Hazırda Şuşa rayonunda tunel çəkilişi ilə məşğuldur, ilk dəfə 2021-ci ilin iyul ayında Azərbaycan Respublikasına "xxxx" MMC-nin işçisi kimi gəlmiş, həmin vaxt Zəfər yolunun çəkilişində iştirak etmişdir. Daha sonra təxmini 10 gün müddətində Azərbaycan Respublikasında qaldıqdan sonra həmin ay Türkiyəyə hərbi xidmət ilə əlaqədar qayıtmışdır. O, 2021-ci ilin avqust ayında Türkiyədə 30 gün hərbi xidmət keçdikdən sonra 2021-ci ilin sentyabr ayının 5-də hərbi xidməti bitirmişdir. Təqsirləndirilən şəxs tələbəlik dostu olmuş, 2013-cü ildən onu tanımışdır. Həmin vaxt Təqsirləndirilən şəxsla Şimali Kipr Cumhuriyyətində “Yakın Doğu” Universitetində birgə oxumuşlar. 2022-ci ilin yanvar ayının 16-da Azərbaycan Respublikasına Şuşa şəhərinə işləməyə gəlmişdir, hazırda da orada yol tikintisində çalışır. O, 2022-ci ilin oktyabr ayının 14-ü dostu Təqsirləndirilən şəxs məxsus olan İzmirdə olan evi almaq üçün İstanbulda onunla görüşmüşdür,dostu Təqsirləndirilən şəxs İzmirdə olan evini ona 80000 ABŞ dollara satmışdır və Təqsirləndirilən şəxsla uzun illərin dostu olduğundan evin pulunu ona hissə-hissə ödəyəcəyini bildirmiş və razılaşmışlar. Həmin işi həll etdikdən sonra o, 2022-ci ilin oktyabr ayının 17-si Azərbaycana qayıdaraq Şuşa şəhərinə getmiş, Təqsirləndirilən şəxsla mütəmadi olaraq yazışmış və danışmışdır. Təqsirləndirilən şəxs ona pul lazım olduğunu bildirmiş, özü isə ona Azərbaycan Respublikasına gələrək pulu ondan götürə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gürcüstandan Bakı şəhərinə gəlmişdir. Bir neçə gün sonra o, Şuşa şəhərindən Bakı şəhərinə qayıtmış və həmin ərəfədə tanışlardan birinin ad gününü keçirtmiş və Təqsirləndirilən şəxs olan borcunun 45000 ABŞ dolları olan pul vəsaitini ona qaytarmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs İzmirə dönmək üçün onlarla sağollaşmış, X9 Hava Limanına getmişdir. Daha sonra Yavuz Kadirin pul vəsaitlərinin bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən tutulmasını zəng edərək ona bildirmişlər. Bundan əlavə heç bir şeydən xəbəri olmamış, özü də qanundan xəbərsiz olmuşdur. Təqsirləndirilən şəxs pul vəsaitlərini gömrükdə bəyan edib-etməməsindən və pulları harada yerləşdirməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxsla whatsappı ilə əlaqə yaratmış, Təqsirləndirilən şəxs qeyd olunanlarla bağlı alqı-satqı sənədləri və onlar arasında olan whatsapp yazışmaları vardır. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilən Şahid2 bildirmişdir ki, o, “Azərterminalkompleks” Birliyi Skan operator Şöbəsindən 2019-cu il tarixdən HNBGİ-nin Skanlaşdırma və TNVT şöbəsinə təhkim olunmuş, inspektor vəzifəsində işləyir, 2019-ci ildən də gömrük orqanlarında xidmət etmişdir.xx.xx.2022-ci il tarixdə X13 Limanı “Terminal 1” gömrük postunun bunkerində xidməti vəzifəsini icra edərkən təxminən saat 02 radələrində baqajlardan birində pul təsvirləri görmüş, bununla bağlı növbə başçısı Şahid4 məlumat vermiş, sonra pul təsvirlərinin əks olunduğu baqajın sahibini, baqaja vurulmuş birkanın üzərində yazılmış ada əsasən müəyyən etmiş və onun Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs steril zonada olarkən baqajına yoxlama keçirilməsi üçün bunkerə dəvət olunmuş, bunkerdə Təqsirləndirilən şəxsn iştirakı ilə özünün və gömrük əməkdaşı Şahid4la birlikdə videoçəkilişdən istifadə etməklə vətəndaşa məxsus çantaya yoxlama keçirilmiş, yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş şəxsi geyim əşyalarının arasında 390 ədəd 100 ABŞ dolları pul nominalında olmaqla ümumilikdə 39000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Həmçinin Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxsn üzərində şəxsi yoxlama keçirilmiş, yoxlama zamanı vətəndaşın şalvarının sol tərəfində olan 2-ci iri cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş 100 ədəd 100 ABŞ dolları pul nominalında olmaqla ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar edilmiş, Təqsirləndirilən şəxsn çantasından və üzərindən aşkar edilmiş ümumilikdə 49000 (qırx doqquz min) ABŞ dolları pul vəsaiti tərtib edilmiş protokol əsasında götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və çantasından aşkar olunan pul vəsaitlərinin ona və ya digər gömrük əməkdaşına bəyan etməmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X3 Tətbiqi şöbəsinin inspektoru vəzifəsində işləyir, 2018-ci ildən gömrük orqanlarında xidmət edir. xx.xx.2022-ci il tarixdə növbəlilik cədvəlinə uyğun olaraq Terminal-1 X7 B gediş zonasında xidmətdə olarkən təxminən saat 01 radələrində adı və soyadı ona sonradan məlum olan Təqsirləndirilən şəxs rentgen qurğusuna yaxınlaşaraq gödəkçəsini, mobil telefonunu və pasportunu rentgen qurğusuna qoyduqdan sonra metal axtaran çərçivədən keçirmiş, rentgen qurğusunun monitorunda qanunla qadağan olunmuş hər hansı bir əşyanın təsvirlərini görməmiş, sonra Təqsirləndirilən şəxs əşyalarını götürərək sərhəd keçid məntəqəsinə tərəf yollanmış, bir müddət sonra Samir adlı gömrük əməkdaşının ona zəng edərək Təqsirləndirilən şəxsn üzərindən və baqaj çantasından 49000 ABŞ dolları pul vəsaitinin aşkar olunduğunu və ona həmin şəxsin aşkar olunan pul vəsaitini bəyan edibetmədiyini soruşmuşdur. O, isə öz növbəsində Samirə Təqsirləndirilən şəxsn ona aşkar olunan 49000 ABŞ dolları pul vəsaitini bəyan etmədiyini söyləmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Skanlaşdırma və X3 Tətbiqi şöbəsinin inspektoru vəzifəsində işləyir, 2016-ci ildən gömrük orqanlarında xidmət edir, 2019-cu il tarixdən növbə başçısı təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə növbəlik cədvəlinə uyğun olaraq Terminal-1 X7 bunkerində xidmətdə olarkən təxminən saat 02 radələrində işlədiyi şöbəyə təhkim olunmuş əməkdaş Əli Abbasov ona baqaj çantasında pul təsvirləri görsəndiyini bildirmişdir. Şahid4 həmin təsvirlərə baxdığını daha sonra pul təsvirlərinin əks olunduğu baqajların sahibi, baqajlara vurulmuş birkanın üzərində yazılmış ada əsasən müəyyən edildiyini və onun Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirmişdir. Təqsirləndirilən şəxs steril zonada olarkən baqajlarına yoxlama keçirilməsi üçün bunkerə dəvət olunduğunu, bunkerdə onun və Təqsirləndirilən şəxsn iştirakı videoçəkilişdən istifadə etməklə X14 Kadırə məxsus çantaya yoxlama keçirmiş, yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş şəxsi geyim əşyalarının arasında 390 ədəd 100 ABŞ dolları pul nominalında olmaqla, ümumilikdə 39000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir, həmçinin Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxsn üzərində şəxsi yoxlama keçirilmiş, yoxlama zamanı vətəndaşın şalvarının sol tərəfində olan 2-ci iri cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş 100 ədəd 100 ABŞ dolları pul nominalında olmaqla ümumilikdə 10000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir və Təqsirləndirilən şəxsn çantasından və üzərindən aşkar edilmiş ümumilikdə 49000 (qırx doqquz min) ABŞ dolları pul vəsaiti tərtib edilmiş protokol əsasında götürülmüşdür. Şahid4 Təqsirləndirilən şəxsn üzərindən və çantasından aşkar olunan pul vəsaitlərinin ona və ya digər gömrük əməkdaşına bəyan etmədiyini bildirmişdir. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı Yavuz Kadirin şalvarının sol tərəfində olan 2-ci iri cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan edilməmiş 100 ədəd 100 ABŞ dolları pul nominalında olmaqla ümumilikdə 10 000 ABŞ dolları pul vəsaiti aşkar edilmişdir. Şəxsi yoxlama qurtardıqdan sonra protokol ucadan oxundu, iştirakçılar tərəfindən etiraz və irad daxil olmamışdır. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli video görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 00800-0292/22 saylı material üzrə icraat aparılan Türkiyə Respublikası vətəndaşı Yavuz Kadirin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından gedərkən aviasiya təhlükəsizliyinə aid nəzarət kameraları tərəfindən qeydə alınmış video görüntülərə baxış keçirilmiş, video görüntülərə baxış zamanı, saat 01:49-da Yavuz Kadirin uçuş Bdə rentgen qurğusuna yaxınlaşdığı, orda gödəkçəsini, mobil telefonunu və pasportunu rentgen qurğusuna qoyduqdan sonra metal axtaran çərçivədən keçdiyi, bundan sonra saat 01:51-də sərhəd keçid zonasına yaxınlaşdığı görülmüşdür. Yavuz Kadirin xx.xx.2022-ci il tarixdə Teminal-1 X7 uçuş B-də olarkən hərəkət trayektoriyasını əks etdirən video görüntülər protokola əlavə olunmuşdur. İş materiallarında olan 18 noyabr 2022-ci il tarixli X1 sisteminə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 00800-0292/22 saylı material üzrə icraat aparılan Türkiyə Respublikası vətəndaşı Yavuz Kadirin verdiyi izahata əsasən xx.xx.2022-ci il tarixdə özü ilə birlikdə gətirdiyi xarici valyutanı gömrük orqanına bəyan edib-etməməsini müəyənləşdirməkdən ӧtə Dövlət Gömrük Komitəsinin X1 Sisteminə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikası vətəndaşı Yavuz Kadir tərəfindən gömrük orqanlarına bəyannamə verilmədiyi məlum olmuşdur. İş materiallarında olan 24 noyabr 2022-ci il tarixli maddi sübutun təhvil verilməsi haqqında protokoldan görünür ki, 26 oktyabr 2022-ci il tarixdə PC1791 saylı: Bakı-İzmir aviareysi ilə gedən Türkiyə Respublikası vətəndaşı Yavuz Kadir tərəfindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və kağız üzərində yazılı formada bəyan edilməmiş 49 000 (qırx doqquz min) ABŞ dolları vul vəsaiti qablaşdırılmış vəziyyətdə saxlanc məqsədilə Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İş materiallarında olan 13 dekabr 2022-ci il tarixli DVD diskə baxış keçirilmə haqqında protokoldan görünür ki, 18 noyabr 2022-ci il tarixdə PC 1791 saylı Bakı-İzmir aviareysi ilə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmək üçün Heydər Əliyev adına X10 gəlmiş Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs qeydiyyatdan keçərək müşayiət etdiyi çantasını daşıyıcıya təhvil vermiş, daha sonra gömrük və sərhəd nəzarətindən keçərək steril zonada uçuşu gözləməyə başlamış, hava limanının bunkerində fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” gömrük postunun rentgen aparatından keçərkən ona məxsus çantada pul təsvirləri əks olunduğundan o, steril zonadan bunkerə dəvət olunmuş, bunkerdə keçirilmiş yoxlama zamanı üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 390 ədəd 100 ABŞ dolları nominalında olmaqla, 39000 ABŞ dolları, həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı əynindəki şalvarın sol tərəfindəki 2-ci böyük cibindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 100 ədəd 100 ABŞ dolları nominalında olmaqla, 10000 ABŞ dolları, ümumilikdə xeyli miqdarda, cəmi 83300 manat məzənnəsində 49000 ABŞ dolları aşkar edilərək götürülməsini əks etdirən 3 ədəd “DVD” diskə baxış keçirilmişdir. Baxış zamanı onun Heydər Əliyev adına X8 hərəkət trayektoriyasını əks etdirən “DVD” diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 18 noyabr 2022-ci il tarixdə saat 02 radələrdə Heydər Əliyev adına X10 gələrək şəxsi əşyalarını rentgen qurğusuna qoyaraq, pasport qeydiyyatına yaxınlaşır. Həmin diskin 2 çəkiliş üzrə müddəti 02 dəqiqə 38 saniyə təşkil edir. Daha sonra bunkerdə Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı şəxsi əşyalarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin diskin çəkiliş müddəti 12 dəqiqə 29 saniyə təşkil edir. Diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs çəkiliş barədə məlumat verilərək, ona məxsus çantanın üzərindəki ağ rəngli kağız sökülmüş və üzərində “Young Horse” yazısı olan göy rəngli çanta Təqsirləndirilən şəxs tərəfindən açılır və çanta açılarkən çantanın içərisində qara rəngli gödəkçənin üstündə və altında 4 ədəd pul banderollar aşkar olunmuşdur. Yoxlama zamanı müəyyən olunmuşdur aşkar olunmuş pul vəsaiti 390 ədəd 100 ABŞ dolları nominalında olmaqla 39000 ABŞ dollarıdır. Həmin pul vəsaitləri müvafiq olaraq, çəkilişin 01:45 və 01:50 dəqiqəsində əks olunmuşdur. Bundan əlavə 3-cü “DVD” diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin diskin çəkiliş müddəti 03 dəqiqə 27 saniyə təşkil edir. Bunkerdə baxış zamanı müəyyən olunur ki, Yavuz Kadir əynindəki şalvarın sol cibində pul banderolu aşkar edilmişdir. Həmin pul vəsaitləri müvafiq olaraq, çəkilişin 0:47 dəqiqəsində aşkar olunması əks olunmuşdur. Baxış zamanı əynindəki şalvarın sol cibində pul vəsaiti aşkar olunmuşdur. Aşkar olunmuş qeyd olunan pul vəsaiti 100 ədəd 100 ABŞ dolları olmaqla 10000 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Ümumilikdə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs məxsus “Young Horse” yazısı olan göy rəngli çamadandan və əynindəki şalvarın sol cibindən ümumilikdə 49000 ABŞ dolları aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2022-ci il tarixli, 5/1558 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 490 ədəd 100 ABŞ dolları nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təhciz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallıhəqiqi pul əskinasları ilə eynilik təşkil edir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli pulların xəzinəyə verilməsi və qismən qaytarılması haqqında protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs götürülmüş Dövlət Gömrük Komitəsinin Xəzinəsindəsaxlanılan 49 000 ABŞ dollardan 10 000 ABŞ dollarını “sübutların qiymətləndirilməsi”haqqında qərara əsasən Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayet Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məxsus bunkerdə keçirilmiş yoxlama zamanı üzərində “Young Horse” yazısı olan göy rəngli çamadanın içərisindəki şəxsi geyim əşyalarının arasında əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan edilməmiş 390 ədəd 100 ABŞ dolları nominalında olmaqla, 39000 ABŞ dollarının aşkar edilərək götürülməsi faktı şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün qaçaqmalçılıq cinayətinə yol vermədiyini, qanunu bilmədiyinə görə üzərində olan pulları həmin şifahi, yazılı və ya elektron qaydada gömrük orqanına bəyan etmədiyini bildirmişdir. Onun göstərdiyi həmin dəlillər 18 noyabr 2022-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokol, 13 dekabr 2022-ci il tarixli videogörüntülərin köçürüldüyü diskə baxış keçirilməsi haqqında protokol, şahid ifadələri və cinayət işi materiallarına əlavə edilmiş digər sübutlarla təkzib olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq, qeyd edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnun əməli Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsn ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxsna cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); Hazırkı iş üzrə Təqsirləndirilən şəxsndan aşkar edilib götürülmüş ümumilikdə dəyəri 39 000 ABŞ dolları pul onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəs isə cinayətin predmeti olan 39 000 ABŞ dolları pul dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə 39 000 ABŞ dolları pulun Təqsirləndirilən şəxsndan alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1.2-ci maddəsi əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.1.2-ci maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.1-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş 39 000 ABŞ dolları pulun müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Belə ki, həmin məbləğ Cinayət Məcəlləsində əmlak xarakterli cəza kimi nəzərdə tutulmuş cərimə cəzasının yuxarını həddindən də böyükdür. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Məhkəmə Dövlət Gömrük Komitəsinin Xəzinəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş ümumilikdə 39 000 ABŞ dolları pul əskinaslarına dair münasibət bildirərək hesab edir ki, həmin pul əskinasları müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan və hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri – 70,00 (yetmiş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsn CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinsin və ona cinayətin predmetinin dəyərinin (39 000 ABŞ dolları, yəni 66300 manatın) 60 faizi miqdarında olmaqla 39 780 (otuz doqquz min yeddi yüz səksən) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübütlar-Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan 39000 ABŞ dolları pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 70,00 (yetmiş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Cinayət işinin materialları olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-266/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-266/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver