Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-266/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6, Cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Quluzadə Əli-Qulu Əliabbas oğlunun iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, Xəzər rayon məhkəməsinin 08 mart 2025-ci il tarixli qərarı ilə prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan, hazırda 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsi kimi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu» xəstəliyinin təsiri altında, anlaqsız vəziyyətdə, yəni öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, 11 noyabr 2025-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşən ailəsinə məxsus ət kəsimi dükanının qarşısında müvafiq dövlət qurumlarından icazə almadan talvar tikib və müvafiq aidiyyəti dövlət qurumunun xəbərdarlığına baxmayaraq tikintini dayandırmaqdan və həmin tikintini sökməkdən imtina etməsi, həmçinin bir əlini dükanın qarşısında zəncirləyib və qıfıl ilə bağlayıb, digər əli ilə isə elektrik cərəyanına qoşulmuş vəziyyətdə olan qaynaq cihazını götürüb, yaxınlaşan olacağı təqdirdə, özünü öldürəcəyini bildirməsi səbəbindən hadisə yerinə dəvət olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Zərərçəkmiş şəxs onunla profilaktiki söhbət edən zaman hadisə yerinə gələn digər polis əməkdaşları ilə birlikdə onu sakitləşdirib, zərərsizləşdirmək istərkən, xidməti vəzifələrini yerinə yetirən Zərərçəkmiş şəxs barmağını dişləyib, həmçinin dükanın pəncərəsinin qırılması nəticəsində yerə tökülmüş şüşə parçası ilə sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid sağ saidin kəsilmiş yarası; sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid sağ əlin İV barmağının uc falanqasının travmatik tam amputasiyası, sağ baldırın dərin deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər yetirib, hakimiyyət nümayəndəsi kimi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Sübutların tədqiqi: Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində qeyd etdi ki, atası Nümayəndə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsində yerləşən ət dükanı vardır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şüvəlan qəsəbə nümayəndəsi Mirzərauf Axundov onların dükanına gəlmişdir. Həmin vaxt o, dükanda tək olmuşdur. O, həmin gün, gecə saatlarında dükanın qarşısında 6 x 2,80 metr ölçüdə talvar çıxartmışdır. Onu etməkdə məqsədi dükana gələn müştərilərin yağışın altında qalmasının qabağını kəsmək olmuşdur. Talvarın altına isə dörd ədəd turba basdırmışdır. Mirzərauf yaxınlaşıb, tikilinin qadağan olduğunu demişdir. O, da heç bir tikinti işi görmədiyini bildirmişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmışdır. O, 2016-cı ildə torpaqların azad edilməsi zamanı “aprel döyüş”lərində iştirak etmişdir. Həmin vaxt beyin, göz və ayaq nahiyələrindən travma almış və ikinci dərəcəli əlildir. Əlil vəsiqəsini göstərdikdən sonra Mirzərauf çıxıb getmişdir. Həmin vaxt Mirzəraufun yanında Xəzər rayon İcra Hakimiyyətindən Rəsul adlı şəxs də olmuşdur. xx.xx.2024-cü il tarixdə Mirzərauf yenə gələrək, onun talvar işini tam bitirdiyini görmüşdür. Mirzərauf yenə ona irad bildirməyə başlamışdır. O da “sən eləmə desən də, mən eləyəcəyimi bildirmişdim və elədim” ifadəsini işlətmişdir. Mirzərauf da “görərsən” ifadəsini işlədib, çıxıb getmişdir. 11 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində ərazinin sahə müvəkkili Xalıq adlı polis əməkdaşı dükana gəlmişdir. Xalıq şəxsi maşını ilə gəlmiş və ona maşına əyləşməyi bildirmişdir. O səbəbini soruşduqda, Xalıq çağırıldığını demişdir. O, getməyəcəyini təkidlə bildirməyə başlamış və Xalıq “elə etmə ki, aparım səni, gətirmiyim, oyun çıxartma” ifadəsini işlətmişdir. O, Xalıqa əynini dəyişib, çıxacağını demişdir. Qısa müddət sonra Mirzəraufun da maşınla oraya gəldiyini görmüşdür. O, əvvəlcədən saldığı talvarda hazırlıq görmüş, çünki başına hansı hadisələrin gələ biləcəyini təxmin edirmiş. Həmin vaxtlarda kiçik qardaşı Şahid1 də dükana gəlmişdir. Qardaşı onun bir neçə gün əvvəl Mirzərauf ilə olan mübahisəsindən xəbərdar olmuş və o, Abbasquluya dükana gəlməməyini tapşırmışdır. O, Mirzəraufu da gördükdən sonra əvvəlcədən evdən götürdüyü dəmir zəncirin bir tərəfini talvarı saxlayan dəmir sütunlardan birinə bağlamış, digər tərəfini də sağ əlinə keçirib, qıfıl ilə bağlamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra mülki və xidməti geyimdə bir neçə şəxs də gəlmişdir. O, həmin şəxslərin polis əməkdaşı olduqlarını bilmişdir. Həmin şəxslərdən biri onunla söhbət etməyə başlamışdır. Ona zənciri açmağını, narahat olmamağı, hər şeyi yoluna qoyacağını bildirmişdir. O, da həmin əməkdaşa bu vaxta qədər çox adamı belə aldadıb, apardıqlarını, inamı olsaydı, özünü zəncirləməyəcəyini demişdir. Onun özünü zəncirlə bağlamaqda məqsədi, polis əməkdaşlarının onu bölməyə aparmaqlarının qarşısını almaq olmuşdur. Həmin şəxs qəflətən onun sifət nahiyəsinə zərbə vurmuşdur. Həmin vaxt digər polis əməkdaşları, o cümlədən Xalıq da ona tərəf yaxınlaşmışlar. Onların əlində dəmir materialdan əşya olmuş və onunla zənciri kəsmək istəyirmişlər. Lakin o, polislərə imkan verməmiş və əməkdaşlardan biri həmin dəmir əşya ilə onun başından vurmuşdur. Həmin vaxt Xalıq iki barmağını onun burnuna salmışdır. Polis əməkdaşları zənciri kəsdikləri anda Xaliqin barmağı onun ağzına keçmişdir. Xalıq ona barmağını dişlədiyini demişdir. Həmin vaxt digər polis əməkdaşları onun göz və çənə nahiyələrindən vurmağa başlamışlar. Həmin vaxt o, dizləri üstü yerə yıxılmışdır. Nəhayət, Xalıq ondan aralandıqdan sonra digər polis əməkdaşları onu yerə uzatmışlar. Ümumiyyətlə Xaliqin barmağını dişləyən zaman qabağında kimin olduğunu görə bilmirmiş, çünki əynində olan paltarın başlığı (kapyuşonu) başına keçirildiyindən qabağı görmürmüş. Sonra polislər onun əllərini qandallayıb polis maşınına aparmışlar. Həmin vaxt qardaşı Abbasqulu artıq maşına oturulmuşdur. Onunla ilk danışmağa başlayan polis əməkdaşı da həmin maşına əyləşmiş və “gör indi adama neynirlər” ifadəsini işlətmişdir. Onu Xəzər RPİnin 1-ci PŞ-nə aparmışlar. Oraya çatanda atası Əli-Qulu və qardaşını da görmüşdür. Onu növbətçi hissə olan yerə aparmışlar. Orada yerdə uzanmış və polis əməkdaşlarından biri ayağı ilə onun belindən tapdalayırmış. Sonra onu otağa salmışlar. Həmin vaxt qardaşı və atası da həmin otaqda olmuşlar. Polis əməkdaşları dükanın ətrafında quraşdırılan kamera görüntülərini verməyini, qarşılığında onları buraxacaqlarını demişdir. Atası Əli-qulu da heç nə verməyəcəyini deyərək, çıxıb getmişdir. Həmçinin onun özündən də kamera görüntülərini qeydə alan cihazı istəmişlər, o, da imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2006-cı ildən DİO-da qulluq edir, 2020-ci ildən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru vəzifəsində işləyir. Xidmət apardığı ərazi Xəzər rayonu, Şüvəlan qəsəbəsini əhatə edir. 11 noyabr 2024-cü il tarixdə, səhər saatlarında Xəzər rayon İcra Hakimiyyətinin Şüvəlan qəsəbə nümayəndələyindən Təqsirləndirilən şəxs ət dükanının qarşısında müvafiq icazə almadan talvar tikdiyini və hazırda da qanuni tələbə əsasən həmin tikintini sökməkdən imtina etdiyi barədə məlumat deyilmişdir. Məlumat əsasında o, həmin ünvana getmişdir. O, Əliəkrəmi əvvəllər ərazidən tanıyırmış və sonuncunun bir neçə məhkumluğunun olduğunu bilirmiş. O, qanun pozuntusu etməməyini desə də, Əliəkrəm dediklərə məhəl qoymamışdır. Qısa müddət sonra Əliəkrəm dükanının qarşısında özünü zəncirlə bağlayıb, əlinə də qaynaq cihazı götürüb, özünə qəsd edəcəyini bildirmişdir. Həmin vaxt o, Xəzər RPİ-nin 1-ci PŞ-si ilə əlaqə saxlayıb, insident barədə məlumat vermişdir. Qısa müddət sonra şöbənin bir neçə əməkdaşı da hadisə baş vermiş yerə gəlmişlər. Əliəkrəm onları gördükdən sonra yaxın duran olsa, özünü öldürəcəyini deyirmiş. Polis əməkdaşlarından Pərviz hər ehtimala zənciri kəsmək üçün böyük qayçı da götürmüşdür. Onlar Əliəkrəmi sakitləşdirməyə çalışsalar da, sonuncu qulaq asmamış və tabe olmamışdır. Məcbur qalıb, Əliəkrəmə tərəf yaxınlaşaraq, əlində olan qaynaq cihazını ondan alıb, elektrikdən kənarlaşdırmışlar. Artıq Əliəkrəmin tabeçilik göstərmədiyini görüb, zərərsizləşdirmək istəmişlər. Bu məqsədlə o, Əliəkrəmə yaxınlaşıb, zəncirlə bağlı olan əlindəki cərəyanın digər hissəsini sonuncudan almaq istəyən zaman Əliəkrəm onun sağ əlinin dördüncü barmağını bərk dişləmiş və buraxmamışdır. Həmin vaxt bütün əməkdaşlar onlara yaxınlaşıb, onun barmağını Əliəkrəmin ağzından çıxartmaq istəmişlər, lakin Əliəkrəmin ağzını açmaq mümkün olmamışdır. O vəziyyətdə onun əlindən artıq qan gəlirmiş və digər əməkdaşlar Əliəkrəmə onun əlini buraxmağını desələr də, sonuncu heç nəyə məhəl qoymamışdır. Pərviz qayçı ilə zənciri kəsmək istəyən zaman Əliəkrəm buna imkan verməmək üçün arxa tərəfə getmiş və dükanın şüşəsinə dəydiyindən şüşə kəsikləri yerə tökülmüşdür. O, artıq özünü pis hiss etdiyindən yerə yıxılmış və Əliəkrəm də onun üzərinə yıxılmışdır. Yerdə olan zaman da əməkdaşlar bir neçə dəqiqə onun barmağını Əliəkrəmin ağzından çıxartmaq istəmişlər. Əliəkrəm onun barmağımın həmin hissəsini tam sümükdən dişləyərək, qopartmış, lakin tüpürməyib, ağzında saxlamışdır. Həmin vaxt yerdə olan şüşə qırıntısını götürüb, onun sağ ayaq nahiyyəsini bir yerdən kəsmişdir. Digər polislər Əliəkrəmi Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Polis əməkdaşlarından Pərviz və Bəhruz onu maşına oturdub, Mərdəkan qəsəbəsində yerləşən X13 aparmışlar. Orada ona ilkin tibbi yardım göstərilmiş, ayağına və barmağına tikiş qoyulmuşdur. Lakin barmağının qopmuş hissəsinin tikilməsinin mümkünsüz olduğunu bildirmişlər. Onun vəziyyəti yaxşı deyilmiş və oradan DİN-nin hospitalına aparılmışdır. Bir ay hospitalda stasionar müalicədə olmuş, orada da əməliyyat edilmişdir. Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Təqsirləndirilən şəxs bildirdi ki, özünə məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küçəsində yerləşən ət dükanı olmuşdur. Kredit borcları olduğundan həmin dükan bank tərəfindən zərər qarşılığında məhkəmə qərarı ilə alınmışdır. Oğlu Təqsirləndirilən şəxs də həmin dükanın qarşısında talvar çıxartmışdır. Əliəkrəmin hərbi xidmət zamanı aldığı travmadan sonra psixikasında problemlər yaranmış, 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydiyyata düşmüşdür. Ona görə də oğluna söz demək olmur, tez özündən çıxır, əsəbiləşirmiş. Talvarın tikintisi üçün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etmişlər, lakin rəsmi icazə almamışlar. Buna baxmayaraq, Əliəkrəm talvarı çıxartmışdır. 08 noyabr 2024-cü il tarixdə, axşam saatlarında evdə olan zaman Əliəkrəm Şüvəlan qəsəbə nümayəndəsi Mirzərauf Axundovun dükana gəldiyini demişdir. Həmin gecə Əliəkrəm dükanın qarşısında 6 x 2,80 metr ölçüdə talvar çıxartmışdır. Mirzərauf da tikilinin qadağan olduğunu və onu sökməyini demiş, lakin oğlu imtina etmişdir. Mirzərauf onunla da əlaqə saxlamış, o, da oğlunun xəstə olduğunu, söz demək olmadığını bildirmişdir. 11 noyabr 2024-cü il tarixdə, səhər saatlarında o, evdə olarkən, Mirzərauf zəng vurub, dükana gəlməyini demişdir. Qısa zamanda oraya çatmış və hər iki oğlunun yerdə uzanıqlı vəziyyətdə olduqlarını görmüşdür. Onları tutanların polis əməkdaşları olduqlarını görmüşdür. Əliəkrəmi döyürmüşlər, Abbasqulunu isə boğurmuşlar. O, Abbasqulunu yerdən qaldırmışdır. Həmin vaxt polis əməkdaşlarından Xalıq onu tutmuşdur. Abbasqulunu maşına otuzdurmuşlar, onun da qollarını burub, tutub, maşına əyləşdirmişlər. Əliəkrəmə kömək edə bilməmişdir. Bir neçə dəqiqə sonra Əliəkrəmi də maşına gətirmişlər. Əliəkrəmin sifət nahiyəsi qan içində olmuşdur. Onları Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Əliəkrəmi şöbədə də döyməyə başlamışlar və oğlu qusmuşdur. Onun da eynəyini gözündən götürmüşlər, bir növü incidirmişlər. Sonra onu başqa otağa aparmışlar, eynəyini verib, buraxmışlar. Oğulları isə şöbədə qalmışlar və hər ikisinə fiziki təzyiq göstərməyə başlamışlar. Həmin gün, axşam saatlarında Əliəkrəm qollarına və qarın nahiyəsinə xəsarət yetirib, özünü kəsmişdir. Bu haqda o, sonradan eşitmişdir. Ümumiyyətlə oğlunun tutulma səbəbi guya Əliəkrəmin Xaliqin barmağını dişləyib, qoparması olmuşdur. Lakin reallıqda belə hal olmamışdır. Əliəkrəm polis əməkdaşlarını gördükdən sonra özünü zəncirləyib bağlamışdır. Polislər də oraya gələrkən dəmir materialdan gətirdikləri əşya ilə zənciri kəsmək istəyən zaman səhvən Xaliqin da barmağını kəsmişlər. Sonradan isə oğlunun üstünə atmışlar. Kiçik oğlu Abbasqulu da guya bıçaqla polis əməkdaşlarının üzərinə getmişdir. Lakin bu da həqiqət deyilmiş. Sonradan oğullarını rayon prokurorluğuna gətirmişlər və hər ikisi hakimiyyət nümayəndəsinə müqavimət göstərmək səbəbindən şübhəli şəxs kimi tutulmuşlar. Onun oğullarının heç bir günahı olmamış, əksinə Əliəkrəm pis hadisə baş verməsin, kiməsə müqavimət göstərməsin deyə özünü bağlamışdır. Lakin hazırda polis əməkdaşları onları şərləmişlər, guya Əliəkrəm Xaliqin barmağını dişləyib, qoparmışdır. Lakin bu mümkün deyilmiş, Xaliqin barmağı qayçıdan kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır və uşaq yaşlarından ət dükanını işətməkdə atasına köməklik edirmiş, sonradan isə özü oranı işlədirmiş. O, da arada bir gedib, qardaşına köməklik göstərirmiş. Hadisədən bir müddət əvvəl Əliəkrəm dükanın qarşısında talvar uzatmağı istəyirmiş. Onu çəkməkdə məqsədi yağış yağan zaman gələn müştərilərin suya batmaması olmuşdur. 08 noyabr 2024-cü il tarixdə Əliəkrəm dükanın qarşısında 6 x 2,80 metr ölçüdə talvar çıxartmışdır. Mirzərauf da tikilinin qadağan olduğunu və sökməyi demiş, lakin Əliəkrəm imtina etmişdir. 11 noyabr 2024-cü il tarixdə, səhər saatlarında dükana Əliəkrəmə çay aparmışdır. Əliəkrəm ona evə getməyini desə də, o, narahat olduğundan getməmiş, çünki tikiliyə görə problem yaşadığını bilirmiş. Saat 10 radələrində ərazinin sahə müvəkkili Zərərçəkmiş şəxs dükana gəlmişdir. Xalıq şəxsi maşını ilə gəlmiş və Əliəkrəmə bölməyə getmək lazım olduğunu demiş, lakin qardaşı razılaşmamışdır. O, həmin vaxt dükanın içərisində olmuş, qardaşı ilə Xalıq isə küçədə olmuşlar və onların nə danışdıqlarını tam olaraq eşitməmişdir. Qısa müddət sonra Mirzəraufun da maşınla oraya gəldiyini görmüşdür. Əliəkrəm əvvəlcədən evdən götürdüyü dəmir zəncirin bir tərəfini talvarı saxlayan dəmir sütunlardan birinə bağlamış, digər tərəfini də sağ əlinə keçirib, qıfıl ilə bağlamışdır. Təxminən 10-15 dəqiqə keçdikdən sonra mülki və xidməti geyimdə bir neçə şəxs də ora gəlmişlər. Əliəkrəm digər əlinə qaynaq aparatını götürmüş və yaxınlaşan olsa özünü elektrik cərəyanı ilə öldürəcəyini dermişdir. O, həmin vaxt dükanın içərisindən çıxmaq istəyən zaman polis əməkdaşları çıxmamağmı demişlər. İlk olaraq, rəis müavini Nicat müəllim Əliəkrəm ilə söhbət edirmiş. Həmin vaxt digərləri arxadan yaxınlaşıb, Əliəkrəmi tutmağa başlamışlar və qaynaq aparatını onun əlindən almışlar. Sonra özləri ilə gətirdikləri dəmir əşya ilə zənciri kəsmək istəmişlər. Xaliqin barmağının hansı şəraitdə qardaşının ağzına keçdiyini görə bilməmiş, bundan xəbəri olmamışdır. Onu küçəyə çıxarıb, yerə uzatmışlar və fiziki təzyiq göstərirmişlər. Təxminən 7-8 dəqiqə yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Sonra post patrul maşını gəlmişdir. Elə o vaxt da hadisə yerinə atası Əliqulu gəlmişdir. Atasına Mirzərauf zəng vurub, məlumat vermişdir. Sonra onu xidməti maşına əyləşdirmişlər. Bir neçə polis əməkdaşı isə Əliəkrəmi yerə uzadıb, ona fiziki təzyiq göstərirmişlər. Sonradan qardaşının da əllərini bağlayıb, maşına otuzdurmuşlar. Atasını da maşına əyləşdirib, hamısını Xəzər RPİ-nin 1-ci PŞ- nə aparmışlar. Orada olarkən Xaliqin barmağının qopduğunu eşitmişdir. Onunla qardaşını saxlamışlar, atası isə çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin rəis müavini X7 ifadəsində qeyd etdi ki, 11 noyabr 2024-cü il tarixdə, 10 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Zərərçəkmiş şəxs növbətçi hissəyə zəng edərək, ünvan 3 ünvanında Təqsirləndirilən şəxs özünə məxsus ət kəsimi dükanının qarşısında özünü zəncirlə bağlayıb, əlinə də qaynaq cihazı götürüb, özünə qəsd edəcəyini bildirməsi barədə məlumat vermişdir. O, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektorları Şahid3, Şahid4, Şahid5 və Şahid6 ilə birlikdə hadisə yerinə getmişdir. Oraya çatanda Əliəkrəmin dükanın qarşısında küçədə bir qolunu zəncirlə bağlayıb, digər əlinə isə qaynaq cihazı götürüb və onun bir tərəfini zəncirə keçirib, digər tərəfini isə əlində saxladığını görmüş və Əliəkrəm yaxın duran olsa, özünü öldürəcəyini demişdir. Polis əməkdaşlarından Pərviz hər ehtimala zənciri kəsmək üçün böyük qayçı da götürmüşdür. Onlar Əliəkrəmi sakitləşdirməyə çalışsalar da, sonuncu qulaq asmayaraq, tabe olmmamışdır. O, bir neçə dəqiqə Əliəkrəm ilə profilaktik söhbət aparmış, lakin bir nəticəsi olmamışdır. Məcbur qalıb, Əliəkrəmə tərəf yaxınlaşıb, əlində olan qaynaq cihazını elektrik cərəyanından kənarlaşdırmışdır. Artıq Əliəkrəmin tabeçilik göstərmədiyini görüb, sonuncunu zərərsizləşdirmək istəmişlər. Bu məqsədlə Xalıq Əliəkrəmə yaxınlaşıb, zəncirlə bağlı olan əlindəki cərəyanın digər hissəsini sonuncudan almaq istəyən zaman Əliəkrəm Xaliqin sağ əlinin barmağını bərk dişləyərək, buraxmamışdır. Həmin vaxt bütün əməkdaşlar onlara yaxınlaşıb, Xaliqin əlini Əliəkrəmin ağzından çıxartmaq istəmişlər, lakin Əliəkrəmin ağzını açmaq mümkün olmamışdır. O vəziyyətdə Xaliqin əlindən artıq qan gəlmiş və onlar Əliəkrəmə Xaliqin əlini buraxmağını desələr də, sonuncu heç nəyə məhəl qoymamışdır. Pərviz qayçı ilə zənciri kəsmək istəyən zaman Əliəkrəm buna imkan verməmək üçün arxa tərəfə getmiş və dükanın şüşəsinə dəydiyindən şüşə kəsikləri yerə tökülmüşdür. Xalıq artıq özünü pis hiss etdiyindən yerə yıxılmış və Əliəkrəm də onun üzərinə yıxılmışdır. Yerdə olan zaman da bir neçə dəqiqə Xaliqin barmağını Əliəkrəmin ağzından çıxartmaq istəmişlər. Ona görə də məcbur qalıb, Əliəkrəmə qarşı fiziki qüvvə tətbiq etmişlər. Nəhayət, Əliəkrəm Xaliqin barmağının həmin hissəsini tam sümükdən dişləyərək, qopartmış, lakin tüpürməyib, ağzında saxlamışdır. Həmin vaxt Əliəkrəm yerdə olan şüşə qırıntısını götürüb, Xaliqin sağ ayaq nahiyyəsini bir yerdən kəsmişdir. Xalıq kənara çəkilmiş, onlar isə Əliəkrəmin ağzında olan barmağın hissəsini sonuncuya çıxartmağını demişlər. Axırda Əliəkrəmin əllərini qandalladıqdan sonra sonuncu ağzında olan barmağın hissəsini tüpürmüşdür. Həmin vaxt hadisə yerinə Əliəkrəmin atası Əliqulu da gəlmişdir. Əliqulu övladlarını buraxmağı bildirib, onlara tərəf yaxınlaşmışdır. Həmin vaxt polis əməkdaşlarından biri Əliqulunu tutub, geriyə tərəf çəkmişdir. Pərviz və Bəhruz Xaliqi maşına oturdub, 26 saylı BŞX-na aparmışlar. Xalıqa orada ilkin tibbi yardım göstərilmiş, ayağına tikiş qoyulmuşdur. Lakin barmağının tikilməsinin mümkünsüz olduğunu bildirmişlər. Oradan Xalıq DİN-nin hospitalına aparılmış və müalicə almışdır. Əliəkrəmi qandallayıb, zərərsizləşdirdikdən sonra isə onu, Abbasqulu və Əliqulunu da Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışlar. Orada olarkən də Əliəkrəm əvvəlcədən özündə gizlətdiyi ülgüc ilə hər iki qolunu və qarın nahiyəsinə çox saylı xəsarətlər yetirmişdir. Hadisə yerində Əliəkrəm aktiv müqavimət göstərdiyindən, məcbur qalıb sonuncuya qarşı fiziki güc tətbiq edilmişdir. Müşahidə kameralarında da bu hal öz təsdiqini tapmışdır. Həmin vaxt və sonradan şöbədə heç kimə qarşı fiziki təzyiq, işgəncə edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektorları Şahid3, Şahid4, X8 və Şahid6 şahid X7 ilə eyni məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 315-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon prokurorluğunun müstəntiqi V.İslamzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - “X16” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixindən X12 poliklinika şöbəsində olan Ruhi-Əsəb Xəstəlikləri kabinetində “Şəxsiyyətin emosionaL davamsız tip pozuntusu, çoxsaylı özünü kəsmələrlə və tez-tez empensasiyalarla” diaqnozu ilə dispanser müşahidəsindədir; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki,Zərərçəkmiş şəxs qismində tanınmışdır; - 1 saylı Respublika psixiatriya xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-xx.xx.2014-cü il tarixlərdə stasionar müalicədə, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə gündüz stasionar şöbəsində yarımstasionar rejimli müalicədə olmuş və ona ‘'Şəxsiyyətin emosional davamsız tip pozuntusu, çoxsaylı özünü kəsmələrlə və tez-tez dekompensasiyalarla” diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsili bilinərək 01 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixində cəzasının çəkilməmiş qalan 10 ay 08 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; - Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü ii tarixli, 1387 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol və sağ saidin, qarnın kəsilmiş yaraları kəsici təsirə malik əşya (alət, ola bilsin ülgüc) ), sol əlin, sol dizin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası), təpə nahiyəsinin hematoması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol və sağ saidin, qarnın, sol əlin, sol dizin kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Təpə nahiyəsinin hematoması, sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Ə.Ə. Quluzadənin bədənində aşkar olunan xəsarətlərdən sol və sağ saidin, qarnın kəsilmiş yaraları şəxsin özü tərəfindən özünə yetirilməsi, digər xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 1376 nömrəli rəyinə əsasən, X.T. Şahbazovun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ saidin kəsilmiş yarası, sağ baldırın dərin deşilmiş-kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası), sağ əlin İV barmağının uc falanqasının travmatik tam amputasiyası məhdud səthə malik küt əşya (ola bilsin dişlənmə nəticəsində) təsirindən törənmiş, törənmə müddətləri onun X16 publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ saidin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya; sağ baldırın dərin deşilmiş-kəsilmiş yarası, sağ əlin İV barmağının uc falanqasının travmatik tam amputasiyası sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, X.T. Şahbazovun bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir; - Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 39/2025-TBŞ nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət təsdiq edən elektron prokurorluq informasiya sistemi vərəqəsənin kserosurətlərinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, Təqsirləndirilən şəxs məxsus papaqlı kofta, mayka və cins şalvar üzərində ABO sistemi üzrə tədqiq olunduqda yalnız A antigeni alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri A/İİ/ qruplu şəxsə, o cümlədən də X10-qulu oğlu və Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı; - Məhkəmə tibbi kriminalistik və kriminalistik ekspertizasının xx.xx.2025-ci il tarixli, 22/2025- MTKŞ nömrəli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus polis şalvarı üzərində aşkar olunmuş bir ədəd cırılma zədələri polis şalvarının müvafiq nahiyələrinin hər hansı bir səthə ilişib cırılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus poluverin ön səthinin sol nahiyəsində bir ədəd və şalvarın sağ ayağının ön yuxarı nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmişkəsilmiş zədələrdi, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs Əli- Qulu oğluna məxsus şalvarın arxa sağ cibin sol kənarında olan natamam sökülmə zədəsi, şalvarın müvafiq nahiyəsində küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir; - Kompleks stasionar məhkəmə-psixiatriya və məhkəmə- psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 09 nömrəli rəyinə əsasən, məhkəmə-psixiatriya ekspertizası üzrə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs «İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu» müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman «İmpulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu»ndan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman əziyyət çəkdiyi impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya (kəskinləşmə) vəziyyəti olduğundan o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək vəonları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etdiyindən onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman patoloji affekt vəziyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda da davam edir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətsiz hesab edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs Əli- Qulu oğlunun fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən diqqətində dağınıqlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışları məhdud şəkildə şərh etməsi, qavramasında lənglik, ixtiyari yaddaşında zəiflik, təfəkküründə ilişkənlik, bir mövzudan digərinə keçməkdə çətinlik çəkmək, proqnozlaşdırma qabiliyyətinin emosional fonda nisbətən məhdudlaşmaşı; emosionaliradi sferasında impulsivlik, qıcığa qarşı yüksək həssaslıq, emosional qeyri sabitlik, əhvalruhiyyəsinin dəyişkən olması, davranışı üzərində iradi nəzarətin çatışmazlığı, emosional dayanıqsızlıq, neqativ amillərə qarşı dözümsüzlük; xarakterik xüsusiyyətlərində hövsələsizlik, mübahisəyə və münaqişəyə meyllilik, kobudluq, inadkarlıq aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs keçirdiyi psixi- emosional vəziyyətinə görə hadisədən bilavasitə əvvəl və hadisə zamanı öz hərəkətlərini idarə etmək qabilliyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən bilavasitə əvvəl və hadisəni törədərkən psixi- emosional vəziyyətində impulsivlik, aqressiya yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ekstremal psixi vəziyyətin yaranma səbəbləri onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə əlaqədar olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə icraat başlanılmışdır; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, X1 Əliəkrəm Əli-Qulu oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır; - Xəzər Rayon Məhkəməsinin 08.032025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs cinayət-prosessual fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: - 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; - 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirildiyi cinayət əməlini sübuta yetirilmiş hesab edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2 və 95.0.2-ci maddələrinə uyğun olaraq barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir; - 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər; - 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir; - 95.0 və 95.0.2-ci maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 474.1.2-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində zəruri hallarda qətimkan tədbiri əvəzinə xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara) yerləşdirmək təhlükəsizlik tədbiri tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilmə növündə təhlükəsizlik tədbiri seçilməlidir. Barəsində seçilmiş təhlkəsizlik tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan bir ədəd bıçaq məhv edilməli, geyim əşyaları isə sahiblərinə qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.2, 93.1-1.1, 95.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilmə növündə təhlükəsizlik tədbiri seçilsin. Onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixiatriya stasionarına) yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Maddi sübut – istintaq zamanı götürülmüş və hazırda Xəzər rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus papaqlı kofta, mayka və cins şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılsın. Maddi sübut – istintaq zamanı götürülmüş və hazırda Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd qatlanmayan tipli bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-266/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-266/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver