Məhkəmə qərarları › İş №1(003)-267/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-267/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-267/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR-də doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan MR Kəngərli rayonu, Şaxtaxtı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan və barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 oktyabr 2024-cü il tarixdə saat 12 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan saxlanc yeri hesab edilən çantanın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus 15 ədəd 100 nominallı ABŞ dolları, 1 ədəd 50 nominallı ABŞ dollar və 1 ədəd 10 nominallı ABŞ dollarından ibarət olmaqla Azərbaycan manatına məzənnəsi ilə ümumilikdə 2652 manat təşkil edən cəmi 1560 ABŞ dolları məbləğində pulu yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 2652 (iki min altı yüz əlli iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 oktyabr 2024-cü il tarixdə saat 16 radələrindən saat 18 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaşayış sahəsinə qanunsuz daxil olaraq orada evin yataq otağında olan saxlanc yeri hesab edilən dolabın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs4 məxsus 1000 manat məbləğində pulu və dəst formada olmaqla ümumi dəyəri 1500 manat təşkil edən 02 ədəd üzüyü, 01 ədəd qolbağını, 01 ədəd boyunbağını və 01 cüt sırğanı yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Binəqədi rayonu “Baksol” adlanan yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətinə hasarından aşmaqla keçib evin giriş qapısını açaraq yaşayış sahəsi olan yataq otağına qanunsuz olaraq oradakı saxlanc yeri hesab olunan dolabın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus kostyumun sol qoltuqaltı cibindən 300 manat nağd pul, bundan başqa oradakı saxlanc yeri hesab olunan termonun içərisinə də qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 1230 manat təşkil edən dəst formasında olmaqla 01 ədəd qızıldan hazırlanmış boyunbağını və 01 ədəd qızıldan hazırlanmış qolbağını, ümumi dəyəri 1440 manat təşkil edən dəst formasında olmaqla 01 ədəd qızıldan hazırlanmış boyunbağını və 01 ədəd qızıldan hazırlanmış qolbağı və 180 manat dəyərində gümüşdən olan bijuteriya əşyalarını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3150 (üç min yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə saat 14:40-dan saat 17:37-dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi evin həyətinə, oradan isə evin yaşayış sahəsi olan yataq otağına qanunsuz daxil olaraq orada rəfə bərkidilmiş saxlanc yeri hesab olunmaqla Zərərçəkmiş şəxs1 məxsus olan içərisində 1100 manat pul olan 50 manat qiymətində 01 ədəd dəmir seyfi, həmin otaqdakı saxlanc yeri olan dolabın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs1 məxsus 350 manat dəyərində 01 ədəd qızıl üzüyü, ayrı-ayrılıqda dəyəri 2,00 manat, ümumi dəyəri isə 4,00 (dörd) manat təşkil edən 02 cüt bijüteriya sırğanı, ayrı-ayrılıqda dəyəri 2,50 manat, ümumi dəyəri isə 5,00 (beş) manat təşkil edən 02 ədəd bijüteriya boyunbağını və 01 ədəd 10 manat qiymətində pul qabını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1519 (min beş yüz on doqquz) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 181.2.5 və 234.1-ci maddələri ilə məhkum olunmuşdur. 2024-cü ilin iyul ayında azadlığa buraxılmışdır. Maddi imkanı pis olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 21 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaşayış sahəsinə qanunsuz daxil olaraq evin yataq otağında olan çantanın içərisindən 1560 ABŞ dolları məbləğində pul oğurlamışdır. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri Binəqədi rayonu “Baksol” adlanan yaşayış massivində yerləşən evə daxil olmuş, lakin evdən qiymətli heç bir əşya və ya pul oğurlamamışdır. Belə ki, 09 dekabr 2024-cü il tarixdə saat 14:40-dan saat 17:37-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən nömrəsiz fərdi evin həyətinə oradan isə evin yataq otağına qanunsuz daxil olaraq orada rəfə bərkidilmiş içərisində 1100 manat pul olan dəmir seyfi, həmin otaqdakı dolabın içərisindən qızıl üzüyü, 02 cüt bijüteriya sırğanı, bijüteriya boyunbağını və pul qabını yaşayış oğurlamışdır. Qızıl üzüyü geri qaytarmışdır. Həmçinin 270 manat pul da qaytarmışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 09 radələrində evdən çıxıb işə getmişdir. Təxminən 18 radələrində ailə üzvləri bazarlıq edib evə geri dönmüşlər. Geri qayıdarkən darvazanın və evin giriş qapılarının açıq vəziyyətdə olduğunu görmüşlər. Evə girib içəri baxış keçirərkən evdəki şkaf və rəflərin açıq vəziyyətdə və evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. Evə baxış zamanı evin yataq otağında rəfə bərkidilmiş içərisində 1100 manat pul və sənədlər olan bir ədəd seyfin və şkafın içərisində bir ədəd qızıl üzüyün və bijuteriya əşyalarının oğurlandığını aşkar etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 1590 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində azyaşlı qız övladlarını təhsil aldıqları orta məktəbə aparmaq məqsədilə evdən çıxıb getmişlər. O həmin gün saat 18:15 radələrində evə gələn zaman övladlarını təşviş içində görmüşdür, onlardan nə baş verdiyini soruşduqda, övladları ondan otaqlarda olan əşyaların səliqəsiz vəziyyətdə döşəmədə olduğunu və evdə olan əşyaların onun tərəfindən bu hala salınıb-salınmadığını soruşmuşlar. O, evdə olan otaqlara daxil olduqda görmüşdür ki, mənzildəki otaqlarda olan dolabın qapıları açıq vəziyyətdədir və dolabda olan əşyaların otağın döşəməsində səpələnmiş vəziyyətdə olduğunu görmüşdür. Yataq otağında olan dolabın gözlərini və siyirmələrin daxilinə, sonra isə yataq otağında olan termonun gözlərini və siyirmələrini nəzərdən keçirdikdə ona məlum olmuşdur ki, dolabda ona məxsus asılmış vəziyyətdə olan kostyumun qoltuq sol cibində olan 300 manat pul yoxdur. O həmin vaxt başa düşmüşdür ki, evdən oğurluq olub. Sonra termonun siyirməsinin yerdə olduğunu və oradan 02 ədəd qızıl boyunbağının və 02 ədəd qızıl qolbağın oğurlandığını aşkar etmişdir. Bundan başqa baxış zamanı ona məlum olmuşdur ki, termonun siyirməsində olan gümüşdən hazırlanmış bijüteriyalar da oğurlanmışdır. O artıq oğurluq hadisəsindən əmin olaraq dərhal DİN-nin 102 xidmətinə zəng edib, baş vermiş hadisə barəsində məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3.150 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etmişdir ki, 21 oktyabr 2024-cü il tarixdə saat 12 radələrindən saat 18 radələrinədək olan müddət ərzində o və ailə üzvləri evdə olmayanda naməlum şəxs və ya şəxslər ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahədə yerləşən nömrəsiz fərdi evinə qanunsuz daxil olaraq evin yataq otağında olan çantanın içərisindən 1560 ABŞ dolları, yəni 2652 manat pulunu gizli olaraq talayıb ona ümumilikdə 2652 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində qeyd etdi ki, 21 oktyabr 2024-cü il tarixdə saat 16 radələrindən saat 18 radələrinədək olan müddət ərzində o və ailə üzvləri evdə olmayanda naməlum şəxs və ya şəxslər ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi evinə qanunsuz daxil olaraq orada evin yataq otağındakı dolabın içərisindən 1000 manat pulu və dəst formada olmaqla ümumi qiyməti 1500 manat dəyərində olan 02 ədəd üzüyü, 01 ədəd qolbağını, 01 ədəd boyunbağını və 01 cüt sırğanı gizli olaraq talayıb ona ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evd baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozu ərazisində yerləşən evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində boş ərazidə qaz borularının altında sellofanda gizlədilmiş bir ədəd qırılmış seyf, eləcə də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirdikdə oradan 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd bank kartı, 01 ədəd pul qabı və bijüteriya məhsulları olan 02 cüt sırğa və 02 ədəd boyunbağı götürülmüşdür; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir;№ - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol yaşayış ərazisində yerləşən evdən oğurluq etdiyini etiraf edərək hadisə yerini göstərmişdir; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən oğurluq hadisəsi yerlərini göstərərək həmin ünvanlardan oğurluq etdiyini etiraf etmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur; - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Alıxan oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; - 18 yanvar 2025-ci il tarixdə ********* nömrəli cinayət işi Xəzər RPİ-nin İŞ-də istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi və ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Xəzər RPİ-nin İŞ-nə göndərilmişdir; - 22 yanvar 2025- ci il tarixdə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilərək ********* adı altında ibtidai istintaqı davam etdirilmişdir; 20 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. -Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 dəqiqə 23 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Təqsirləndirilən şəxs özünün anket məlumatlarını səsləndirərək özünü təqdim edir və Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozu ərazisində ev sahiblərinin evdən çıxıb getdiyini görüb həmin evə oğurluğa girdiyini, oradan içərisində 1100 manat pul və qızıl zinət əşyaları olan 01 ədəd seyf götürdüyünü, həmçinin Xəzər rayonu, Binə qəsəbəsi, südçülük sovxozu ərazisində 2024-cü ilin oktyabr ayının sonlarında lakin eyni gündə 2 ayrı- ayrı mənzilə daxil olduğunu, bunlardan birinə 1500 ABŞ dollarına yaxın məbləğdə pulu digər evdən isə təqribən 600 azn pul və 1 ədəd qızıl üzük və bir ədəd qızıl qolbağı oğurladığını bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan həmin şəxsin özü olduğunu və deyilən bütün sözəri özünün şəxsən könüllü dediyini və həmin sözləri deyərkən heç bir təzyiq altında olmadığını bildirmişdir; - Əşyaya baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim olunan əşyaları nəzərdən keçirib- bildirdi ki, həmin əşyalardan 01 ədəd dəmir seyf, bijüteriya məhsulları olan 02 cüt sırğa və 02 ədəd boyunbağı və 01 ədəd Araz Qədimova məxsus sürücülük vəsiqəsi və 01 ədəd bank kartı və həmçinin 01 ədəd pul qabı ona məxsus olmaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evindən oğurlanmış əşyalardır; - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 fevral 2025-ci il tarixli 26 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd dəmir seyfin 2024-cü ilin dekabr ayına olan orta bazar qiymətləri ilə təqribi dəyəri 50,00 (əlli) manat, 02 cüt bijüteriya sırğanın ayrı-ayrılıqda dəyəri 2,00 manat, ümumi dəyəri isə 4,00(dörd) manat, 02 ədəd bijüteriya boyunbağının ayrı-ayrılıqda dəyəri 2,50 manat, ümumi dəyəri isə 5,00 (beş) manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 59,00 (əlli doqquz) manat məbləğində müəyyən edilir; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinmiş və 12 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317.2.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2005-ci il tarixli hökmü ilə çəkilməmiş cəzası qismən birləşdirilərək qəti olaraq 07 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 11 gün hissəsi vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli höküm ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3, 234.` və 66.2-ci maddələri ilə təqsirli bilənərək 01 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 02 ay 10 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Rəsulov X3 Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 1(012)-273/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; - Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədə müəyyən edilir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – təkrarən; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlkəli sayılır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.3.5-ci maddəsinə görə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət vətələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli hökmü və Abşeron Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli hökmü ilə yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri 192 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış əşyaların qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan bir ədəd dəmir seyf, bijuteriya məhsulları olan 2 cüt sırğa və 02 ədəd boyunbağı və 01 ədəd Zərərçəkmiş şəxs1 məxsus sürücülük vəsiqəsi və 01 ədəd bank kartı, həmçinin 01 ədəd pul qabının qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 192 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar