Məhkəmə qərarları › İş №1(003)-268/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-268/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-268/2021 27.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsilli, evli, əvvələr məhkum olunmamış, Bakı Döyüş Klubu ictimai birliyinin sədri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 08 yanvar 2021-ci il tarixdə X3 Dubay şəhərində tamah və satış məqsədilə 0,001-0,604 karat intervalında, keyfiyyətləri 4/3, 4/4 və 5/4 olan 34 bükümdə cəmi 3901,60 karat (780,32 qram) brilyant qaşlar əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 bükümü “Nesquik” markalı kakao qutusunda 1 sellofan bağlamada, 7 bükümü “İntense” markalı kakao qutusunda 2 sellofan bağlamada, 12 bükümü “Baby Wipes” markalı nəm salfetin içərisində 1 sellofan bağlamada, 10 bükümü isə “Kenwood” markalı şirəçəkənin daxilində 6 sellofan bağlamada gizlədərək üzərində “Samsonite” yazılmış qara rəngli çamadanda yerləşdirib saxlamış, ümumilikdə külli miqdarda, 485083,50 manat dəyərindəki qeyd edilən brilyant qaşları 10 yanvar 2021-ci il tarixdə TK-338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirərək həmin gün saat 6 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X6 Aeroportunda fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün “Terminal-1” gömrük postunda çamadana keçirilmiş gömrük yoxlaması nəticəsində qeyd olunan brilyant qaşlar aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 2014-cü ildən Bakı Döyüş Klubu ictimai birliyinin sədri vəzifəsində işləyir. İstanbulda yaşayan zərgər dostları vardır. Onlarla telefonla danışaraq bildirmişdir ki, əlavə gəlir əldə etmək istəyir, dostları isə Dubay şəhərinə gedib, oradan brilliant qaşlar alıb, Bakıya gətirib sata biləcəyini və hal – hazırda pandemiya ilə əlaqədar qiymətlərin qalxdığını bildirmişdilər. Həmçinin Dubayda yaşayan Raci adlı hindistanlının olduğunu, orada brilliant qaşların satışı ilə məşğul olmasını və ondan nisyə qaşlar verməsini xahiş edə biləcəklərini bildirmişdir. Bu təkliflə razılaşmış, 07.01.2021-ci il tarixində Bakı- İstanbul-Dubay aviareysi ilə Dubay şəhərinə getmişdir. Sifarişi əvvəldən verdiklərini, Racinin işlədiyi ofisə getdikdə, malın artıq hazır olduğunu və pulu Raciyə qırx gün müddətində bank hesabı vasitəsilə ödəyəcəyini qeyd etmişdir. Qaşlar 10 ədəd sellofan bükümə yığılmış və skoçlanmış formada olmuşdur. Hotelə getmiş və bağlamanın birini “Nesquik” markalı kakao qutusunun, ikisini “İntense” markalı kakao qutusunun, birini “Baby Wipes” markalı nəm salfet paketinin, altısını isə “Kenwood” markalı şirəçəkən maşının içini açıb oraya yerləşdirmişdir. Tranzit gələcəyindən çamadanının çox sıx olduğunu və zəncirbəndinin açılıb malların tökülüb itə biləcəyindən və çamadanının ağır olduğu üçün üzərinə “heavy” yazısı vurulmuşdur. 10.01.2021-ci il tarixində Dubay-İstanbul-Bakı aviareysi ilə “Heydər Əliyev” Hava Limanına gəlmiş, çamadanını götürdükdə, üzərində qırmızı lent olduğunu görmüşdür. Bundan sonra “Qırmızı Kanal”a daxil olmuş, çamadanı rentgen aparatından keçirilmiş, “Qırmızı Kanal”a girməkdə məqsədi malları bəyan etmək olmuşdur. Lakin, gömrük əməkdaşı çamadana yoxlama keçirilməli olduğunu bildirmiş, ona çamadanı açıb yoxlaya biləcəklərini demişdir. Gömrük əməkdaşı çamadana yoxlama keçirilməsindən ötrü otağa getməli olduğunu demiş, otaqda videoçəkilişdən istifadə edilərək yoxlama keçirilmişdir. Otaqda ona məxsus üzərində “Samsonite” sözü yazılmış qara rəngli çamadanın içərisində olan “Nesquik” markalı qutusunun içindən skoçlanmış vəziyyətdə 1 ədəd sellofan büküm, “İntense” markalı kakao qutusunun içindən skoçlanmış vəziyyətdə 2 ədəd sellofan büküm, “Baby Wipes” markalı nəm salfet paketinin içindən skoçlanmış vəziyyətdə 1 ədəd sellofan büküm,“Kenwood” markalı karton qutunun içində olan şirəçəkən maşının vintləri vintaçanla açılaraq içərisindən skoçlanmış vəziyyətdə 6 ədəd sellofan büküm aşkar olunmuşdur. Bundan sonra həmin sellofan bükümlər açılmış və birinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 5 ədəd sellofan paket, ikinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 4 ədəd sellofan paket, üçüncü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, dördüncü bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 12 ədəd sellofan paket, beşinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, altıncı bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, yeddinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, səkkizinci bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, doqquzuncu bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, onuncu bükümdən içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket aşkar olunmuşdur. Aşkar olunan qaşlar elektron tərəzi ilə çəkilmiş və qablaşdırılmış şəkildə ümumi çəkisi təxminən 802 (səkkiz yüz iki) qram təşkil etmişdir. Gömrük əməkdaşı şəxsi yoxlama keçirmiş, lakin qeyri-qanuni əşyalar aşkar etməmiş və aşkar olunan əşyaları qablaşdıraraq protokol əsasında götürmüşdür. Brilyant qaşların gətirilməsində heç kimin iştirak və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində altı azyaşlı uşağının olduğunu bildirərək ona azadlıqdan məhrumetmə cəzasının şərti olaraq təyin edilməsini cərimə cəzasından isə azad edilməsi barədə hökm qəbul edilməsini xahiş etdi. 01.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən mülki iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X5 göstərdi ki, 10 yanvar 2021-ci il tarixdə saat 06 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X6 Aeroportunda fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük idarəsinin “Terminal-1” gömrük postunda gömrük nəzarətindən keçərkən saxlanılmış və müşayiət etdiyi əl yükünə keçirilmiş yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə üzərində “Samsonite” yazılmış qara rəngli çamadanda olan “Nesquik” markalı kakao qutusunda 1 sellofan bağlama, “İntense” markalı kakao qutusunda 2 sellofan bağlama, “Baby Wipes” markalı nəm salfet paketində 1 sellofan bağlama və “Kenwood” markalı şirəçəkənin daxilində 6 sellofan bağlama olmaqla, gömrük nəzarətindən gizlədilmiş cəmi 10 sellofan bağlamada, ümumilikdə külli miqdarda, 485083,50 manat dəyərində 3901,60 karat (780,32 qram) brilyant qaşlar aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 26 yanvar 2021-ci il tarixli, 6/124-9/148 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilmiş brilyant qaşların aşağı keyfiyyətli olması nəzərə alınmaqla ümumilikdə 10.01.2021-ci il tarixə orta qiyməti təxminən 485083,50 manat müəyyən edilir. Həmin qaşların ayrıayrılıqda ölçüləri və qiymətləri rəyin tədqiqi hissəsində olan 2 №-li cədvəldə göstərilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş raportdan görünür ki, yuxarıda sadalanan briliant qaşların ümumilikdə gömrük ödənişləri 106700,61 AZN (yüz altı min yeddi yüz manat altmış bir qəpik) manat təşkil edir. Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada və həcmdə ödənilməli olan gömrük ödənişləri dövlət büdcəsi vəsaiti hesab edilir. Mülkiyyətə vurulmuş ziyan isə ziyan vurmuş şəxs (şəxslər) tərəfindən tam həcmdə ödənilməlidir. Dövlətə vurulmuş 106700,61 AZN (yüz altı min yeddi yüz manat altmış bir qəpik) məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 2018-ci ilin may ayından etibarən gömrük orqanlarında ximdət edir. 10 yanvar 2021-ci il tarixində xidməti vəzifəsini X6 Aeroportunun “Terminal – 1” gəliş zalının bunkerində quraşdırılmış rentgen aparatında yerinə yetirmiş, vəzifəsi gələn və gedən şəxslərin baqajına rentgen aparatında baxıb şübhəli əşya olub-olmamasını müəyyən etməkdən ibarət olmuşdur. Saat 6 radələrində TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn, adını sonradan bildiyi Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məxsus baqaj bunkerdə quraşdırılmış rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsvirini görmüşdür. Bu barədə iş yoldaşı Şahid2 məlumat verərək, TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs adlı şəxsin baqajında xıra bağlamalar müşahidə etdiyini bildirmişdir. İstanbul reysi ilə gələn şəxslərdə qızıl-zinət əşyalarını qaçaqmalıçılıq yoluyla gətirilmə riski yüksək olduğundan həmin baqaj xüsusi lentlə işarələnmişdir. Təqsirləndirilən şəxs gəliş zalındakı baqaj lentinin üzərindən çamadanını götürüb çıxışda yerləşdirilən rentgen aparatından keçirdikdən sonra saxlanılaraq çamadanına yoxlama keçirilməsindən ötrü otağa dəvət olunmuşdur. Otaqda videoçəkilişdən istifadə etməklə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “Samsonite” sözü yazılmış qara rəngli çamadanın içərisində olan “Nesquik” markalı kakao qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş skoçlanmış vəziyyətdə 1 ədəd sellofan bağlama, “İntense” kakao qutusunun içindən skoçlanmış vəziyyətdə 2 ədəd sellofan bağlama, “Baby Wipes” nəm salfet paketinin içindən skoçlanmış vəziyyətdə 1 ədəd sellofan bağlama, “Kenwood” markalı karton qutunun içində olan şirəçəkən maşının vintləri açılaraq içərisindən skoçlanmış vəziyyətdə 6 ədəd sellofan bağlama aşkar olunmuşdur. Həmin sellofan bağlamalar açıldıqda, birinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 5 ədəd sellofan paket, ikinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 4 ədəd sellofan paket, üçüncü bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, dördüncü bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 12 ədəd sellofan paket, beşinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, altıncı bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, yeddinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, səkkizinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, doqquzuncu bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, onuncu bağlamadan isə içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket aşkar olunmuşdur. Aşkar olunan qaşlar “Qosmetr” markalı elektron tərəzi ilə çəkilmiş və qablaşdırılmış şəkildə ümumi çəkisi təxminən 802 (səkkiz yüz iki) qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi yoxlama keçirilmiş, lakin qeyri-qanuni əşyalar aşkar edilməmiş və qaşlar qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Şifahi sorğu sual zamanı Kamil aşkar edilmiş brilyant qaşları itmə təhlükəsinə qarşı tədbir olaraq bu formada gizlətmiş olduğunu bildirmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş “Yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” 10 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus çamadanda gömrük nəzarətindən gizlədilmiş “Nesquik” markalı kakao qutusunda 1 sellofan bağlama, “İntense” markalı kakao qutusunda 2 sellofan bağlama, “Baby Wipes” markalı nəm salfet paketində 1 sellofan bağlama və “Kenwood” markalı şirəçəkənin daxilində 6 sellofan bağlama olmaqla, gömrük nəzarətindən gizlədilmiş cəmi 10 sellofan bağlama aşkar edilmiş, həmin bağlamalar açıldıqda birinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 5 ədəd sellofan paket, ikinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 4 ədəd sellofan paket, üçüncü bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, dördüncü bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 12 ədəd sellofan paket, beşinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, altıncı bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 2 ədəd sellofan paket, yeddinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 3 ədəd sellofan paket, səkkizinci bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, doqquzuncu bağlamadan içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, onuncu bağlamadan isə içərisində müxtəlif ölçüdə qaşlar olan 1 ədəd sellofan paket, habelə brilyant qaşların gömrük nəzarətindən gizlədilmək üçün istifadə edildiyi “Nesquik” və “İntense” markalı kakao qutuları, “Baby Wipes” markalı nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən götürülmüşdür. İş materiallarına əlavə edilmiş 13 fevral 2021-ci il tarixli baxış keçirilməsi haqqında potokoldan görünür ki, video görüntülərə və fotoşəkillərə baxdıqda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs gömrük postunda gömrük nəzaərtindən keçərkən hər hansı bəyannamə təqdim etməmiş, bundan sonra Təqsirləndirilən şəxs gömrük postunda yoxlama otağına dəvət edilərək müşayiət etmədiyi çamadana gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı çamadanda malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə “Nesquik” markalı kakao qutusunda 1 sellofan bağlama, “İntense” markalı kakao qutusunda 2 sellofan bağlama, "Baby Wipes” markalı nəm salfet paketində 1 sellofan bağlama və “Kenwood” markalı şirəçəkənin daxilində isə gömrük nəzarətindən gizlədilmiş cəmi 10 sellofan bağlamada briliant qaşlar aşkar edilərək götürülmüşdür. Baxış zamanı 7 ədəd fotoşəkil çap edilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, Təqsirləndirilən şəxs “Bakı Döyüş Klubu” İctimai Birliyinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 26 yanvar 2021-ci il tarixli, 6/124-9/148 saylı ekspert rəyindən görünür ki, tədqiqata 33+1 ədəd polietilen paketin içərisində təqdim edilmiş qaşlar brilyantdır, Qaşların ölçüləri 0,001-0,604 karat intervalında, keyfiyyətləri 4/3, 4/4, 5/4-dür. Ayrı – ayrılıqda tədqiqat hissədə göstərilmişdir. Təqdim edilmiş qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram) təşkil edir. Onlardan: - P1-də 29,40 karat; - P2-də 22,45 karat; - P3-də 12,75 karat; - P4-də 128,45 karat; - P5-də 155,35 karat; - P6-da 50,65 karat; - P7-də 14,40 karat; - P8-də 205,20 karat; - P9-da 139,45 karat; - P10-da 8,90 karat; - P11-də 99,50 karat; - P12-də 120,20 karat; - P13-də 184,60 karat; - P4-də 163,25 karat; - P15-də 223,20 karat; - P16-da 14,90 karat; - P17-də 13,35 karat; - P18-də 14,90 karat; - P19-da 241,00 karat; - P20-də 221,05 karat; - P21-də 157,00 karat; - P22-də 1. 115,25 karat, 2. 130,20 karat; - P23-də 179,75 karat; - P24-də 234,70 karat; - P25-də 173,70 karat; - P26-da 132,15 karat; - P27-də 146,30 karat; - P28-də 177,95 karat; - P29-da 100,15 karat; - P30-da 167,75 karat; - P31-də 8,00 karat; - P32-də 40,20 karat; - P33-də 21,55 karat kütlədə brilyant qaş vardır. Aparılmış fiziki – kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla təqdim edilmiş brilyant qaşların aşağı keyfiyyətli olması nəzərə alınmaqla ümumilikdə 10.01.2021-ci il tarixə orta qiyməti təxminən 485083,50 manat müəyyən edilir. Həmin qaşların ayrı-ayrılıqda ölçüləri və qiymətləri rəyin tədqiqi hissəsində olan 2№li cədvəldə göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 22.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 sellofan bağlamada, ümimilikdə külli miqdarda, 485083,50 manat dəyərində 3901,60 karat (780,32 qram) brilliant qaşlar cinayət işi üzrə maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmələri nəzərə alınmış, Təqsirləndirilən şəxs brilliant qaşları malların aşkar edilməsni çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlətmək məqsədi ilə istifadə etdiyi Nesquik və İntense markalı kakao qutuları, “Baby Wipes” markalı nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində 6 azyaşlı uşağının olmasını və yaşadığı yerdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən “Bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən “Cinayət məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu,cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar,habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal köməklik etdikdə, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər.” Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin himayəsində altı azyaşlı uşağı vardır. Bu hal məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmışdır. Mövcüd qanunvericilikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə - cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə edilmək növündə əlavə cəza nəzərdə tutulmuşdur. Göründüyü kimi hazırki cinayət işi üzrə cinayətin predmetinin dəyəri 485083,50 manat təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza kimi cərimənin hətta minimum həddini (əlli faiz) tətbiq etdikdə həmin cərimənin miqdarı təxmini 240000 manat təşkil edəcəkdir. Bu cərimə cəzasının məbləği isə təqsirləndirilən şəxs üçün kifayət qədər maddi çətinliklər yarada bilər. Belə ki, onun himayəsində altı azyaşlı uşağı vardır. Cərimə tətbiq edildiyi təqdirdə həmin uşaqların maddi cəhətdən təmin edilməsi təqsirləndirilən şəxs tərəfindən mümkün olmaya bilər. Bu isə nəticədə uşaqların üstün mənafe hüquqlarının pozulmasına gətirib çıxara bilər. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq ediməklə əlavə cəza təyin edilməməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13.12.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 14 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 10 sellofan bağlamada, ümimilikdə külli miqdarda, 485083,50 manat dəyərində 3901,60 karat (780,32 qram) brilliant qaşlar cinayət işi üzrə maddi sübut kimi tanınmış, məhkəmənin yekun qərarına və hökmünə kimi saxlanılması üçün Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs brilliant qaşları malların aşkar edilməsni çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlətmək məqsədilə istifadə etdiyi Nesquik və İntense markalı kakao qutuları, “Baby Wipes” markalı nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maddi sübut kimi tanınmış saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə saxlanılması üçün təhvil verilmişdir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində maddi sübut kimi saxlanılan bəyan edilməmiş 10 sellofan bağlamada, ümimilikdə külli miqdarda, 485083,50 manat dəyərində 3901,60 karat (780,32 qram) brilliant qaşlara münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02.06.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə bir neçə cəza növü müəyyən etmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza kimi nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə “Cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir.” Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.01.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.0, 132.0.1 və 132.0.4-cü maddələri isə cinayətin predmetinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayətprosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.0, 132.0.1, 132.0.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. İbtidai istintaqı zamanı Dövlət Gömrük Komitəsi mülki iddia verərək 106700,61 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə (Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin müstəntiqi Elxan Nəsibov 13 aprel 2021-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata götürülmüş, Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük inspektoru X5 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qaytarılan əmlaklara görə gömrük ödənişləri ödəməklə yanaşı ondan həmin mallara münasibətdə mülki iddia şəklində pul tutulması “İsmayılov Rusiyaya qarşı” işi üzrə 06 noyabr 2008-ci il tarixli və “Adjiqoviç Rusiya Federasiyasına qarşı” işi üzrə 08 oktyabr 2009-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının mövqeyinə ziddir. Belə ki, həmin qərarların və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş 10 sellofan bağlamada, ümimilikdə külli miqdarda, 485083,50 manat dəyərində 3901,60 karat (780,32 qram) brilliant qaşlar müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarılacağı üçün ondan həmin mallara görə mülki iddia qismində 106700,61 manat məbləğində pulun tutulması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində maddi sübut kimi saxlanılan Nesquik və İntense markalı kakao qutuları, “Baby Wipes” markalı nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan bəyan edilməmiş ümumi dəyəri 485083,50 manat olan 3901,60 karat (780,32 qram) brilyant qaşlar hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və “Azərterminalkompleks” Birliyində saxlanılan “Nesquik” və “İntense” markalı kakao qutuları, “Baby Wipes” markalı nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia təmin edilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar