Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-269/2020 19.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri Ərəblinski küçəsi ev 28də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni yaşayış sahəsi fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-164/2020 saylı xx xxxx 2020ci il tarixli Qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpaqlıq sahədə basdırmaqla gizlədib saxladığı 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT- Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibirli, detallarında konstruksiyasını təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmiş, lakin zavod işarələrinin bir qismi, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsi ilə kustar üsulla dərin sürtülərək metal qatı ilə birlikdə məhv edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan yivli odlu silah hesab edilən yarımavtomatik tapançanı; zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrə malik 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPD”, “PPS” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan 29 ədəd patronu; zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Tokarev TT” konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan texniki cəhətdən saz və istifadə üçün yararlı komplekt hissəsi olan darağı və silah təmizləmək üçün nəzərdə tutulmuş 01 ədəd sümbəni əldə edib həyətyanı sahəsində torpağa basdırmaqla gizlədib saxlamış, bununla bağlı daxil olmuş məlumat əsasında xx xxxx 2020-ci il tarixdə, saat 13:50 radələrində Xəzər RPİ NMB-nin və CAŞnin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni yaşayış sahəsində yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı torpaqlıq sahədə sellofan paketə bükülməklə basdırılaraq gizlədilmiş yuxarıda qeyd olunan 01 ədəd odlu silah, odlu silahın komplekt hissəsi olan 01 ədəd daraq, döyüş sursatı olan 29 ədəd patron və silah təmizləmək üçün nəzərdə tutulmuş 01 ədəd sümbə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi yeni sahədə yerləşən evinin yaxınlığında olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis işçiləri olduqları bildirmişlər. Onlar onun qanunsuz odlu silah əldə edib saxlamaqda şübhəli bilindiyini bildirərək onu Xəzər rayon Polis İdarəsinə gətirmişlər. Xəzər RPİ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı Azər Səmədov üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Lakin şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına atasının vəfat etmiş dayısı X1 15 il bundan əvvəl ona hədiyyə verdiyi “TT” markalı tapançanı, darağını, patronlarını və sümbəni (şompul) yaşadığı evin həyətyanı sahəsində torpağa basdırıb gizlətdiyini bildirmişdir. Bundan sonra evinə baxış keçirilməsi ilə əlaqədar ondan razılıq ərizəsi alınmış və onun iştirakı ilə polis əməkdaşları evinə baxış keçirərkən həyətyanı sahəsində sellofana bükərək gizlətdiyi 01 ədəd “TT” markalı tapança, 01 ədəd boş daraq, 29 ədəd patron və 01 ədəd silah təmizləmək üçün sümbə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Atasının dayısı Kamal Abdurəhmanov təxminən 10 il bundan əvvəl ölmüşdür. Həmin silahı və patronları Kamal ona yaşadığı evdə vermişdir. O, əvvəlcə həmin silahı öz evində saxlasa da, daha sonra heç kim görməsin deyə onu yaşadığı evin həyətyanı sahəsində torpağa basdırmışdır. Həmin silahı dəfələrlə könüllü aparıb polisə təhvil vermək istəmiş, lakin qorxduğu üçün bunu etməmişdir. İlk dəfə törətdiyi bu əməldən səmimi peşman olmuşdur. Ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa, qoca və xəstə valideynləri də onun himayəsindədir, 68 yaşlı atası 2016-cı ildə beyin qan dövranının kəskin pozulması diaqnozu ilə xəstəxanada müalicə olunduqdan sonra həkim-nevropatoloqun nəzarəti altında evə buraxılaraq müalicəsini davam etdirmiş, lakin vəziyyəti get-gedə daha da ağırlaşmış və hazırda yataq xəstəsidir, daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1göstərdi ki,xx xxxx 2020-ci il tarixdə alınmış əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, “Nicat” adlı şəxs qanunsuz odlu silahın saxlanması ilə məşğul olur. Eyni zamanda həmin şəxsin Binə qəsəbəsi yeni sahədə yerləşən yaşadığı evin qarşısında olduğu bildirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, “Nicat” adlı şəxs xx xxxxxx 1986-cı ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Ərəblinski küçəsi ev 28-də qeydiyyatda olan, Binə qəsəbəsi yeni yaşayış sahəsi fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Bundan sonra o, həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində digər polis əməkdaşları ilə birlikdə Nicatın yaşadığı Binə qəsəbəsi yeni sahədə yerləşən evin yaxınlığına yollanmışlar. Orada müşahidələr aparıb Təqsirləndirilən şəxs müəyyən etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ-nin əməkdaşları olduqlarını və qanunsuz silah saxlamaqda şübhəli olduğunu bildirib onu Xəzər RPİ-nə gətirmişlər. X7 Əbdurəhmanovun üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ TŞ-nin təhqiqatçısı Azər Səmədova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Nicatı şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Nicata üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Nicata hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz heç bir əşya olmadığını bildirdikdən sonra ona hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində qanunsuz heç bir əşya olmadığı müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 15 il bundan əvvəl atasının vəfat etmiş dayısı Kamal Əbdurəhmanov tərəfindən ona 01 ədəd tapança, həmin tapançaya məxsus 29 ədəd patron və 01 ədəd sümbə verildiyini, qeyd olunanları yaşadığı evin həyətyanı sahəsində torpaqda basdıraraq gizlətdiyini bildirmişdir. Bundan sonra həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs razılıq ərizəsini alıb özünün və müdafiəçinin iştirakı ilə dərhal yaşadığı Binə qəsəbəsində yerləşən ünvana yollanmışlar. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində torpaqlıq sahədə torpağın altına basdıraraq gizlətdiyi sellofana bükülmüş 01 ədəd “TT” markalı tapança, 01 ədəd boş daraq, 29 ədəd patron və 01 ədəd silah təmizləmək üçün sümbə aşkar olunaraq götürülmüş və qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən həmin əşyaların qablaşdırıldığı paket və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NMB-nin rəisi Şahid2 və Xəzər RPİ CAŞ-nin baş əməliyyat müvəkkili Şahid3 da oxşar, eyni məzmunlu ifadələr verərək, Şahid1göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 011-5974-1220 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 29 ədəd patronlar zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 011-6108-1220 saylı məktubundan görünür ki, qeyd olunan 01 ədəd 7,62 mm kalibrli, N-si silinmiş “TT” Tokarev konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə ambulator psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1073 saylı rəyindən görünür ki: İ Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müəyinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi pozuntu əlamətləri təsvir olunmamış, hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir:
1. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR.
2. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir.
3. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 3/639 saylı rəyindən görünür ki: Tədqiqata təqdim edilmiş silah - 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibirli, yarımavtomatik tapançadır, detallarında konstruksiyasını təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir - yivli odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, lakin zavod işarələrinin bir qismi, o cümlədən seriya-nömrəsi mexaniki təsir vasitəsi ilə kustar üsulla dərin sürtülərək metal qatı ilə birlikdə məhv edildiyinə görə, onun seriya və nömrəsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş 23 (iyirmi üç) ədəd patron - 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrə malik, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı tapançalarda, “PPŞ”, “PPD”, “PPS” markalı tapança-pulemyotlarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar döyüş sursatıdırlar və atəşə (istifadəyə) yararlıdırlar. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manatdır. İş materialları ilə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs əldə etdiyi 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT- Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah hesab edilən 01 ədəd yarımavtomatik tapança, 01 ədəd daraq, 29 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sümbə iş üzrə maddi sübut kimi tanınmış və 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah hesab edilən 01 ədəd yarımavtomatik tapança, 01 ədəd daraq, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 21 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sümbə məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materialları ilə məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki,Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2018-ci il təvəllüdlü İnci və Banu adlı iki əkiz azyaşlı qızı vardır. İş materiallarında olan 26 saylı BŞX tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) xx xxxxxx 2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, 1952-ci il təvəllüdlü X3 xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə qədər həmin xəstəxanada İİ dərəcəli hipertoniya xəstəliyi, baş beyin qan dövranının kəskin pozulması, sağ tərəfli hemiplegiya diaqnozu ilə müalicə olunmuş, müalicəsi başa çatdıqdan sonra həkim-nevropatoloqun nəzarəti altında evə buraxılmışdır. İş materiallarında olan Xəzər RİH Başçısının Binə qəsəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlama cinayətini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq çəkməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində iki azyaşlı uşağının və xəstə atasının olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – 01 ədəd 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibirli yivli odlu silah hesab edilən 01 ədəd yarımavtomatik tapança, 01 ədəd daraq, 29 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sümbə iş üzrə maddi sübut kimi tanınmış və 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibirli yivli odlu silah hesab edilən 01 ədəd yarımavtomatik tapança, 01 ədəd daraq, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 21 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sümbə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaqda 20 saat və və məhkəmə baxışı zamanı göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Xəzər rayon Polis İdarəsində saxlanılan – 01 ədəd 1944-cü ildə zavod üsulu ilə istehsal edilmiş, 1930/33-cü illər nümunəli, “TT-Tulğskiy Tokareva” konstruksiyalı 7,62 mm kalibirli yivli odlu silah hesab edilən 01 ədəd yarımavtomatik tapança, 01 ədəd daraq, eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalan 21 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sümbə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı və yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 74,00 (yetmiş dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Tərlan Əkbərov