Məhkəmə qərarları › İş №1(003)-269/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-269/2025

25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-269/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx.xx.1986-cı ildə Naxçıvan MR, Şərur rayonu, Dizə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Dizə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 34 A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 05 fevral 2025-ci il tarixdə saat 11:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə müəssisəsinin əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021ci il tarixli, 1(101)-1599/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4-cü və 181.2.5-с1 maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 01 avqust 2022-ci il tarixdə 2 saylı Cəzaçəkmə müəssisəsindən “Ağ ciyər vərəmi” diaqnozu ilə müəssisəyə daxil olmuş məhkum X4 ilə qısa müddətli görüşə gəlmiş X5 “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əşya sayılan, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxil olan — təmiz çəkisi 3,70 qram narkotik vasitə olan qurudulmuş “marixuana”nı yoxlamadan gizlin olaraq məhkum Firudin İsmayılova ötürməyə cəhd etmiş və müəssisənin əməkdaşları tərəfindən Aslan Hüseynzadənin üzərinə və gətirdiyi əşyalara axtarış-baxış tədbirləri keçirilən zaman sonuncunun sağ ayağında olan ayaqqabısının içliyinin alt hissəsindən əvvəlcədən gizlətdiyi qeyd edilən narkotik vasitə aşkar edilərək götürüldüyü üçün, o, iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da X5 Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxış iclası zamanı Dövlət ittihamçısı vəsatət verərək X2 əməlində CM-nin CM-in 29,317-1.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğundan ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, Cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi ilə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə cinayət məsuliyyəti yaradır. Bununla da, hazırkı iş üzrə təqsirləndirilən şəxs X2 əməlində CM-in 29,317-1.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri vardır. Bu səbəbdən də təqsirləndirilən şəxs X2 əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 29,317-1.1 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə baxış iclası zamanı təqsirləndirilən şəxs X5 ifadəsində bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilir, lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cəzaçəkmə müəssisəsinə qohumunu ziyarətə gedərkən ayaqqabısının dabanlıq hissəsində narkotik vasitə olan “marixuana” olmasını yadından çıxartmışdır. Məhkəmə vəsatəti və ona dair proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 16cı bəndinə əsasən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası CM-in 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və X2 əməlinə münasibətdə Azərbaycan Respublikası CM-nin CM-in 29,317-1.1-ci maddəsi ilə yanaşı, həmin Məcəllənin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxs X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Qeyd olunanlardan başqa, Azərbaycan Respublikası CPM-nin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu məsələ ilə bağlı məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsi müzakirə olunarkən işin ibtidai istintaqını aparmış müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin 155, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. X2 Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və X3 daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməz. Hakim: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar