Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-27/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Zəngilan rayonu, Qaragöl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Qaragöl kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı dayanacağı, keçid 1349, 4 saylı yataqxanada yaşayan, barəsində polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin aprelmay aylarında “Qan.az” internet saytındə tanış olduğu Zərərçəkmiş şəxs1 aralarında olan söhbət zamanı özbaşına özünü vəzifəli şəxs - Dövlət Təhlükəsizlik Xidmətinin Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən idarəsinin mühəndisi kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin verilməsi müqabilində Zərərçəkmiş şəxs1 Dövlət Təhlükəsizlik Xidmətinin hərbi geyimlərin istehsalı ilə məşğul olan müəssisəsində qarderobçu kimi, oğlu X10 Bakı şəhərində silah düzəldilməsi sahəsində fəaliyyət göstərən İsrail adlı şirkətdə işə düzəldəcəyi, orta məktəb şagirdi olan qızı X6 isə Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul etdirəcəyi barədə həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Zərərçəkmiş şəxs1 ilə sövdələşməklə onu aldatmaq məqsədilə 2019-cu ilin iyun ayında istintaqa məlum olmayan gündə Zərərçəkmiş şəxs1 tapşırığı əsasında cinayətdən xəbərsiz olan sonuncunun qızı X2 Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında “X15 Cəmiyyəti”nin inzibati binasının qarşısında 500 manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə Zərərçəkmiş şəxs1 2019-cu ilin iyun ayında istintaqa məlum olmayan gündə Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 20 ünvanında, “Ulduz” metrostansiyasının qarşısında 500 manat məbləğində pulu əlbəəl almış, daha sonra digər məbləğləri cinayətdən xəbərsiz olan öz anası Şahid3 qızının “xxxx” ASC-nə məxsus **********018494 nömrəli, cinayətdən xəbərsiz olan arvadı Şahid4 “xxxx” ASC-nə məxsus **********267116 nömrəli əməkhaqqı kart hesablarına pulun köçürülməsi ilə bağlı Zərərçəkmiş şəxs1 ilə razılaşdıqdan sonra, sonuncu 02.05.2019-cu il tarixdə 32 manat, 07.05.2019-cu il tarixdə 100 manat, 08.05.2019-cu il tarixdə 400 manat, 11.05.2019-cu il tarixdə 500 manat, 11.05.2019-cu il tarixdə 177 manat, 11.05.2019-cu il tarixdə 8 manat, 14.05.2019-cu il tarixdə 100 manat, 17.05.2019-cu il tarixdə 300 manat, 24.05.2019-cu il tarixdə 300 manat, 31.05.2019-cu il tarixdə 480 manat, 04.06.2019-cu il tarixdə 305 manat, 07.06.2019-cu il tarixdə 150 manat, 08.06.2019-cu il tarixdə 101 manat, 12.06.2019-cu il tarixdə 303 manat, 16.06.2019-cu il tarixdə 233 manat, 18.06.2019-cu il tarixdə 222 manat, 11.07.2019-cu il tarixdə 122 manat, 20.07.2019-cu il tarixdə 51 manat, 05.09.2019-cu il tarixdə 25 manat, cəmi 3909 manat məbləğində pul vəsaitini “xxxx” MMC şirkətinə məxsus olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda quraşdırılmış nağd pul köçürmə xidməti olan “Milliön” ödəniş terminalları vasitəsi ilə Şahid3 “xxxx” ASC-nə məxsus **********018494 nömrəli əməkhaqqı kart hesabına, 21.06.2019-cu il tarixdə 200 manat, 21.06.2019-cu il tarixdə 2 manat, 01.08.2019-cu il tarixdə 21 manat, 05.09.2019-cu il tarixdə isə 150 manat, cəmi 373 manat məbləğində pul vəsaitini isə “xxxx” MMC şirkətinə məxsus olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda quraşdırılmış müxtəlif nağd pul köçürmə xidməti olan “Milliön” ödəniş terminalları vasitəsi ilə cinayətdən xəbərsiz olan öz arvadı Şahid4 “xxxx” ASC-nə məxsus **********267116 nömrəli əməkhaqqı kartına köçürülməsini təmin etdikdən sonra, qeyd olunan ümumilikdə 4282 manat məbləğində pul vəsaitini anası Şahid3 “xxxx” ASC-nə məxsus **********018494 nömrəli və arvadı Şahid4 “xxxx”ASC-nə məxsus **********267116 nömrəli əməkhaqqı kartları vasitəsilə müxtəlif vaxtlarda “xxxx” ASC-nə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən bankomatlarından nəğdləşdirib çıxarmaqla, həmçinin ümumilikdə 1000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 və Sumayə Məmmədovadan əlbəl almaqla şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 vahid niyyətlə xeyli miqdarda 5282 manat məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2009-2010-cu illərdə Müdafiə Sənayesi Nazirliyinin "BAİB" İqlim İstehsalat birliyində dəzgah operatoru vəzifəsində işləmiş, 2010-cu ildən həmin işindən çıxmış, hazırda işsizdir. 2019-cu ilin may ayında “Qan.az” tanışlıq saytında Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, Zəminəyə evli olmadığını, Dövlət Təhlükəsizlik Xidmətinin Badamdar qəsəbəsində yerləşən idarəsində mühəndis olaraq işlədiyini demiş, Zəminə ilə bir neçə gün mobil telefonla danışan zaman sonuncu işsiz olduğunu, maddi çətinliklər çəkdiyini demişdir. Zəminə həmçinin ona ailəli olduğunu, oğlunun və orta məktəb şagirdi olan qızının olduğunu demiş, Zəminəyə köməklik edəcəyini, belə ki, tanışları vasitəsi ilə onu Dövlət Təhlükəsizlik Xidmətinin hərbi geyimlərinin istehsalı ilə məşğul olan müəssisəsinə qarderobçu kimi, oğlu X10 Bakı şəhərində fəaliyyət göstərən İsrailə məxsus silahqayırma zavoduna fəhlə kimi işə düzəldəcəyini, qızı X6 isə Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul etdirəcəyini demiş, Zəminəyə onu və oğlunu yuxarıda qeyd etdiyi işlərə düzəltdirməyi, həmçinin qızını Akademiyaya qəbul etdirməyinə görə müəyyən məbləğdə pul lazım olduğunu, işi düzəldən adama pul verməli olduğunu demiş, Zəminə nə qədər pul lazım olduğunu soruşduqda təxminən 5-6 min manat məbləğində pul lazım olduğunu ona demiş, lakin məqsədi Zəminədən müəyyən məbləğlərdə pul vəsaitləri alıb öz ehtiyaclarına sərf etmək olmuşdur. Zəminəyə özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməkdə məqsədi Zəminədə ona olan inamı artırmaqla müəyyən məbləğlərdə pul vəsaiti əldə etmək olmuş, nə Dövlət Təhlükəsizlik Xidmətində, nə də başqa hüquq-mühafizə orqanlarında tanışı yoxdur. Yəni Zəminəni və övladlarını yuxarıda qeyd etdiyi işlərə düzəltdirmək üçün heç kimdən xahiş etməmiş, və heç kimə pul verməmişdir. Zəminəyə anası Şahid3 qızının “xxxx” ASC-nə məxsus **********018494 nömrəli əməkhaqqı kartının şəkilini “Whatsapp” proqramı vasitəsi ilə göndərərək, verəcəyi pulları həmin hesaba göndərməyini demiş, Zəminə həmin kart hesabına pulu necə köçürməyi barədə soruşduqda isə ona “Milliön” ödəniş terminalları vasitəsi ilə göndərməyini demiş, bundan sonra Zəminə hər dəfə pul əldə edən kimi anası Şahid3 “xxxx” ASC-nə məxsus **********018494 nömrəli kart hesabına pul köçürmüşdür. Belə ki, ilk dəfə həmin hesaba “xxxx” MMC şirkətinə məxsus “Milliön” ödəniş terminalı vasitəsi ilə 2019-cu ilin may ayından başlayaraq müxtəlif məbləğlərdə pul köçürməyə başlamış, həmçinin arvadı Şahid4 məxsus “xxxx”ASC-nə məxsus **********267116 nömrəli ödəniş kartının şəklini də göndərərək həmin hesaba da pul köçürməyini demiş, Zəminə həmin kart hesablarına köçürdüyü pulları işə düzəldən adama veribvermədiyini soruşduqda isə pulu kartdan çıxaran kimi həmin adama verdiyini demişdir. Bundan başqa 2019-cu ilin iyun ayında Zəminəyə yalandan işə düzəldən adamın əlavə pul istədiyini dedikdə o, 500 manat pulu qızı Sumayə vasitəsi ilə göndərəcəyini demiş, həmin vaxt Sumayə ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına, “xxxx” ASC-nin qarşısında görüşüb pulu ondan almış, 2019-cu ilin iyun ayının sonlarında əlavə 500 manat pulu Zəminə ona ünvan 4 ünvanında, “Ulduz” metrostansiyasının qarşısında görüşərək vermişdir. Ümumilikdə Zəminə ona 1000 manat pul vermişdir. Zəminə hər dəfə pul vəsaitlərini ona verən zaman işin nə vaxt düzələcəyini soruşduqda ona əlavə pul verməli olduğunu, onun verdiyi pulları işə düzəltmək üçün köməklik edən adama verdiyini demişdir. Zərərçəkmiş şəxs1 ümumilikdə anası Şahid3 məxsus **********018494 nömrəli və arvadı Şahid4 məxsus **********267116 nömrəli kart hesablarına 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr aylarında təxminən 4000 manatadək pul vəsaiti köçürmüş, 1000 manat pulu isə əlbə-əl, yəni 500 manat pulu özü, 500 manat pulu isə qızı Sumayə vermişdir. Zəminə anası Şahid3 və arvadı Şahid4 kart hesablarına pul vəsaitləri köçürən zaman həmin pul vəsaitlərini çox vaxtı özü çıxarıb ehtiyaclarına sərf etmiş, bir neçə dəfə olmuş ki, anası öz kart hesabına köçürülən pulu bankomatdan çıxarmış və kartına əlavə pul köçürüldüyünü deyən zaman anasına həmin pulun dostu tərəfindən köçürüldüyünü deyərək ondan almışdır. 2019-cu ilin sentyabr ayının sonlarında Zəminə onunla telefonla danışan zaman işin nə vaxt düzəlibdüzəlməyəcəyini soruşduqda ona göndərdiyi pulun az olduğunu, işə düzəldən adamın əlavə pul istədiyini demiş, Zəminə isə onun göndərdiyi pul vəsaitlərini geri qaytarmağını, onu və oğlunu işə düzəltmək, həmçinin qızını akademiyaya qəbul etdirmək istəmədiyini demiş, həmin vaxt başa düşmüş ki, Zəminə ona yalan danışdığını bilir və buna görə də göndərdiyi pul vəsaitlərini geri tələb edir. Lakin, Zəminənin göndərdiyi pul vəsaitlərini öz ehtiyaclarına sərf etdiyinə görə ondan pulu qaytarmaq üçün müəyyən vaxt verməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, dəymiş ziyanı qismən ödədiyini, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Dövlət Təhlükəsizlik Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, təqsirləndirilən şəxsdən şikayətçidirlər və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 1998-ci ildə X11 ilə ailə həyatı qurmuş, birgə nikahlarından Sumayə və Aqil adlı övladları olmuş, əvvəllər Sumqayıt şəhərində yerləşən “Xəlifə” ticarət mərkəzində fərdi ticarətlə məşğul olmuş, 2019-cu ilin may ayından hazıradək işsizdir. 2019-cu ilin aprel-may aylarında “Qan.az” tanışlıq saytında tanış olduğu özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı və Ramil adı ilə təqdim edən, sonradan əsl adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onu Dövlət Təhlükəsizlik Xidmətinin hərbi geyimlərinin istehsalı ilə məşğul olan müəssisəsinə qarderobçu kimi, oğlu X10 Bakı şəhərində fəaliyyət göstərən İsrailə məxsus silahqayırma zavoduna fəhlə kimi işə düzəldəcəyini, qızı X6 isə Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına qəbul etdirəcəyini demiş, Təqsirləndirilən şəxs onu və oğlunu yuxarıda qeyd edilən işlərə düzəltdirməyi, həmçinin qızını Akademiyaya qəbul etdirməyinə görə müəyyən məbləğdə pul lazım olduğunu demiş, ondan nə qədər pul lazım olduğunu soruşduqda təxminən 5-6 min manat məbləğində pul lazım olduğunu demiş, maddi imkanlarının az olduğunu, həmin məbləği verə bilməyəcəyini dedikdə Abbas artıq işi danışdığını demiş, Təqsirləndirilən şəxs anası Şahid3 qızının “xxxx” ASC-nə məxsus **********018494 nömrəli kartın şəkilini “Whatsapp” proqramı vasitəsi ilə göndərərək, ona verəcəyi pulları həmin hesaba göndərməyini demiş, həmin kart hesabına pulu necə köçürməyi barədə soruşduqda isə o, “Milliön” ödəniş terminalları vasitəsi ilə göndərməyini demişdir. Bundan sonra hər dəfə pul əldə edən kimi Təqsirləndirilən şəxs tələbi əsasında anası Şahid3 “xxxx” ASC-nə məxsus **********018494 nömrəli kart hesabına pul köçürmüşdür. Belə ki, ilk dəfə həmin hesaba Sumqayıt şəhərində yerləşən, hazırda adını xatırlamadığı mağazada quraşdırılmış “xxxx” MMC şirkətinə məxsus “Milliön” ödəniş terminalı vasitəsi ilə 2019-cu ilin may ayından başlayaraq müxtəlif məbləğlərdə pul köçürməyə başlamış, həmçinin Təqsirləndirilən şəxs arvadı Şahid4 məxsus “xxxx” ASC-nə məxsus **********267116 nömrəli kartın şəklini də göndərərək həmin hesaba da pul köçürməyini demiş, Təqsirləndirilən şəxs həmin kart hesablarına köçürdüyü pulları işə düzəldən adama veribvermədiyini soruşduqda o, pulu kartdan çıxaran kimi həmin adama verdiyini demişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs “Whatsapp” proqramı vasitəsi ilə başqa kart hesabları göndərsə də, həmin kart hesablarına “Milliön” ödəniş terminalları vasitəsi ilə pulu yükləyə bilməmişdir. Bundan başqa 2019-cu ilin iyun ayında qızı Sumayə Məmmədovaya 500 manat pul verərək Təqsirləndirilən şəxs çatdırması üçün Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanına, “xxxx” ASC-nin qarşısına getməsini demiş, Sumayə həmin gün 500 manat pulu qeyd etdiyi yerdə Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxsla telefonla danışan zaman pulu Sumayədən götürdüyünü, işin düzəlməsi üçün əlavə pul əldə edən kimi ona göndərməyini demişdir. 2019-cu ilin iyun ayının sonlarında əlavə 500 manat pulu Təqsirləndirilən şəxs vermək üçün ünvan 4 ünvanında, “Ulduz” metrostansiyasının qarşısına gedib orada Təqsirləndirilən şəxsla orada görüşərək 500 manat pulu ona vermiş, ümumilikdə Təqsirləndirilən şəxs əlbəəl 1000 manat pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs anası Şahid3 məxsus **********018494 nömrəli və arvadı Şahid4 məxsus **********267116 nömrəli kart hesablarına 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr aylarında 4-5 min manat arası pul köçürmüş, 1000 manat pulu isə Təqsirləndirilən şəxs əlbəəl, yəni 500 manat pulu özü, 500 manat pulu isə qızı Sumayə vermişdir. 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxsla telefonla danışan zaman işlərinin düzəlibdüzəlməməsi barədə soruşduqda o, əlavə pul lazım olduğunu, həmin kart hesablarına əlavə pul köçürməyini demiş, lakin 2019-cu ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs onu aldatdığını bilmiş və buna görə də ondan şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 3402 manat ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 qızı bildirdi ki, 2019-cu ilin yay aylarında əməkhaqqı kartından aylıq əmək haqqını çıxardanda görmüş ki, hesabında əlavə təxminən 200 manat məbləğində pul var. Evə gələndə əməkhaqqı kartına əlavə pul yüklənməsi barədə ərinə və oğlu Abbasa demiş, Abbas ona demişdir ki, həmin pul onundur, dostuna borc kimi verdiyi pulu dostu geri qaytaran zaman karta yükləmişdir. Bundan sonra kartına köçürülən digər məbləğlərin nə vaxt və necə köçürülməsi barədə heç bir məlumatı olmamış, çünki Abbas ondan xəbərsiz əməkhaqqı kartını evdən götürərək, kartına yüklənən əlavə pul vəsaitlərini çıxarmış, 2020-ci ilin yanvar ayında oğlunu Dövlət Təhlükəsizliyi Xidmətinə çağırarkən bilmiş ki, kartına 4000 manatdan yuxarı məbləğdə Zəminə adlı qadın tərəfindən pul köçürülmüş, oğlu Abbas məcbur olub özü etiraf etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Sumqayıt şəhərində yerləşən “Xəlifə” ticarət mərkəzində fərdi ticarətlə məşğul olur. 2019-cu ilin yay aylarında bacısı Zəminəyə 4500 manat məbləğində borc pul vermiş, həmin vaxt Zəminə ona demiş ki, tanışı Ramil adlı şəxs pul müqabilində onu Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi geyimlərinin istehsalı ilə məşğul olan müəssisəsinə qarderobçu kimi işə düzəltməsinə, qızını DTX-nin akademiyasına tələbə kimi qəbul etdirilməsinə, oğlunu Azərbaycanda fəaliyyət göstərən İsrailə məxsus silahqayırma zavoduna fəhlə kimi işə düzəltməsinə söz verib və həmin şəxsə təcili pul verilməlidir. Zəminənin tanışı Ramil adlı şəxsi şəxsən tanımamış, onun harada işləməsi barədə hər hansı məlumatı yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X9 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2019-cu ilin iyun ayında anası Zəminənin tapşırığı ilə 500 manat məbləğində pulu Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında “X14 Cəmiyyəti”nin inzibati binasının qarşısında Ramil adlı şəxsə vermiş, həmin vaxt Ramil adlı şəxs görüşə mülkü geyimdə gəlmişdir. Həmin vaxt anası demiş ki, Ramil onu Dövlət Təhlükəsizliyi Xidmətinin kollecinə (akademiyasına) tələbə kimi, qardaşını hansısa zavoda fəhlə kimi, anasını isə paltar geyimləri tikən hansısa müəssisəyə qarderobçu kimi işə düzəldəcək. Bildiyi qədər anası ümumilikdə 5-6 min manat arasında pul vəsaitini 2019-cu ilin yay aylarında hissə-hissə Ramil adlı şəxsə vermiş, anası pulların 4500 manatını xalası Səbinədən borc almış, qalan hissəsini isə evdən götürmüş, sonradan bilmiş ki, özünü Ramil kimi təqdim edən şəxsin əsas adı Təqsirləndirilən şəxsdur, anası pulların çox hissəsini Abbasın dediyi hesaba köçürmüşdür. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2010-cu ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı övladları vardır. Müdafiə Sənaye Nazirliyinin “BAİB” iqlim zavodunda ştampçı vəzifəsində işləyir. Həyat yoldaşı Təqsirləndirilən şəxs isə işsizdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs Zəminə adlı qadından müəyyən məbləğdə pul vəsaitini alması barədə sonuncu Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət edən zaman bilmiş, həmin vaxt X7 Xidmətinə izahat vermək üçün çağıran zaman özü ona və ailə üzvlərinə etiraf etmişdir. 2019-cu ilin iyun, avqust və sentyabr aylarında ona məxsus əməkhaqqı hesab kartına hazırda xatırlamadığı məbləğlərdə pul vəsaitləri yüklənmiş, həyat yoldaşı Təqsirləndirilən şəxs əməkhaqqı kartına artıq pul vəsaitlərinin yüklənməsi barədə deyən zaman sonuncu, demiş ki, həmin pul onundur, dostuna borc kimi verdiyi pulu dostu geri qaytaran zaman karta yükləmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 04.06.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxx 1987-ci ildə Zəngilan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin Təhlükəsizlikni təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai Təhlükəsizlik, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə təcrübəsinə görə, bir sıra hallarda dələduzluq cinayəti təqsirkar tərəfindən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə törədilir. Məhkəmələrə izah edilsin ki, təqsirkarın belə hərəkəti aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-nin 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-nin 178 və 310-cu maddələri ilə tövsif edilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə əsasən “Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən “Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinə əsasən “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4, 310 və 312.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 312.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14.11.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir.Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 32.4, 312.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi-məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzərəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 01.06.2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-27/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-27/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver