Məhkəmə qərarları › İş №1(003)-27/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-27/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-27/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs1 xx xxxxx 1977-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilmiş, Lerik rayonu, Anbu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri Təqsirləndirilən şəxs2 xx xxxxxx 1973-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbacan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmiş, həmçinin hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2018-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 0,020 ha ölçüdə torpaq sahəsi verib orada yaşayış sahəsi inşa etdirəcəyinə dair yalandan vəd edərək, 2018-ci il iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun 20 Yanvar stansiyasının qarşısında 4200 manat, təxminən 1 həftə sonra Bakı şəhəri, Nərimanov rayonu ərazisində, metronun Gənclik stansiyasının qarşısında 3000 manat pulunu alıb verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 7200 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqarda ziyan vurmaqla dələduzluq etmişdir. Habelə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Zərərçəkmiş şəxs2 eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd «Abşeron rayonu donuzkökəltmə sovxozunun ərazisindən Zərərçəkmiş şəxs2 fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə xx.xx.1989-cu il tarixli 135№-li əmrdən çıxarış hazırlayıb 06 aprel 2019-cu il tarixdə Binə qəsəbəsinin mərkəzində təqdim etməklə saxta sənədi hazılayaraq sonuncuya vermişdir. Bundan başqa o, təkrarən tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində 0,020 ha torpaq sahəsi verib və orada hasar inşa etdirəcəyinə dair yalandan vəd verərək 13 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzində istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Zərərçəkmiş şəxs1 eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd «Abşeron rayonu südçülük sovxozunun ərazisindən Zərərçəkmiş şəxs1 fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə 09 dekabr 2000-ci il tarixli 16 №-li əmrdən çıxarış hazırlayıb təqdim etməklə 200 manat, 15 fevral 2020-ci il tarixdə eyni ünvanda 2105 manat, 27 fevral 2020ci il tarixdə eyni ünvanda 200 manat, 02 mart 2020-ci il tarixdə eyni ünvanda 200 manat, 16 mart 2020-ci il tarixdə eyni ünvanda 200 manat, 20 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-qum yaşayış sahəsində 300 manat pulunu alıb verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3205 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbəğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, cavabdeh kimi ondan 10000 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3 ödənilməsinə dair Lerik rayon Məhkəməsinin 2(048)-670/2018 saylı, 14 avqust 2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-502/2021 saylı, 29 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 26 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində 0,020 ha torpaq sahəsi verib və orada hasar inşa etdirəcəyinə dair yalandan vəd edərək 13 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzində istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq Zərərçəkmiş şəxs1 eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd «Abşeron rayonu südçülük sovxozunun ərazisindən Zərərçəkmiş şəxs1 fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə 09 dekabr 2000-ci il tarixli 16 №li, əmrdən çıxarış hazırlayıb təqdim etməklə 200 manat, 15 fevral 2020-ci il tarixdə eyni ünvanda 2105 manat, 27 fevral 2020ci il tarixdə eyni ünvanda 200 manat, 02 mart 2020-ci il tarixdə eyni ünvanda 200 manat, 16 mart 2020-ci il tarixdə eyni ünvanda 200 manat, 20 mart 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-qum yaşayış sahəsində 300 manat pulunu alıb verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3205 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbəğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs2 tanımır və onunla heç vaxt əlaqəsi olmamışdır. Aygündən heç bir məbləğdə pul almamış və aygün heç vaxt ondan şikayət etməmişdir. Müstəntiq də, bildirmişdir ki, Aygün pulu Emin Ramazanova vermişdir. Bundan başqa bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə həmkəndlidir. Zərərçəkmiş şəxs1 2020-ci ildə torpaq sahəsi almaq istədiyi üçün Asifə müraciət etmişdir. Asif də, Bəylər adlı maklerə müraciət etmiş və həmin makler onlara 2 sot torpaq sahəsini göstərmişdir. Sonra Bəylər saxta sənəd hazırlayıb Asifə vermiş, Asif də, həmin sənədi Leylaya vermiş və Leyladan torpaq üçün aldığı pulu Bəylərə vermişdir. Lakin Leyla sənədin saxta olduğunu bilib pulunu tələb etmiş və Asif də, Leyladan aldığı pulu özü geri qaytarmışdır. Asif Leyladan aldığı puldan ona heç nə verməmişdir. Sonradan Bəylər tutulmuşdur. Həmçinin bildirdi ki, onun qətnamə üzrə heç kimə borcu yoxdur və Leyri rayon Məhkəməsinin qətnaməsini qanunsuz hesab edir. Həmin qətnamədən şikayət vermiş və apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Həmin qətnamədən hazırda Ali Məhkəməyə şikayət verəcəkdir. O, latın qrafikasını bilmədiyi üçünistintaq zamanı müstəntiq onu aldadıb bütün sənədlərə imza etdirmişdir. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç vaxt torpaq alqı-satqısı ilə məşğul olmamışdır. 2020-ci ilin fevral ayının əvvələrində Zərərçəkmiş şəxs1 qohumu vasitəsi ilə ona müraciət edərək torpaq almaq istədiyini demişdir. O, da Bəylər adlı maklerə müraciət etmiş və makler kitabında Təqsirləndirilən şəxs1 Binə qəsəbəsində, Hövsan südçülük sovxozunun ərazisində satışa çıxartdığı 4 sot torpaq sahəsi barədə Leylaya məlumat vermişdir. Sonra Bəylərlə birlikdə torpağı Leylaya göstərməyə getmişlər. Torpaq sahəsinin yerini bilmədiyi üçün Mahiri çağırmış və sonuncu torpağın 2 sotunun qiymətini Leyla ilə 3000 manata razılaşmışlar. O, Mahirdən torpağın həqiqətən ona məxsus olub-olmadığını soruşmuş, Mahir də, onlara torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Leyla torpağı almağa razılıq vermiş və Mahirə 2200 manat pul vermiş, qalan 800 manatı isə bir aya ödəyəcəyini demişdir. O, arada sadəcə vasitəçilik etmişdir. Həmçinin Mahir torpağa aid sənəd düzəldəcəyini deyərək bunun üçün Leyladan əlavə 200 manat pul və şəxsiyyət vəsiqəsini götürmüşdür. Sonra həmin pulu və şəxsiyyət vəsiqəsinin surətini sənədi düzəltmək üçün Bəylərə vermişdir. Bir müddət sonra Bəylər torpağa dair sənədi Mahirin yanında ona vermiş, Mahir də, onun satdığı torpağın sənədi olduğunu demişdir. Sonra Leyla ona zəng edərək aldığı torpaq sahəsinə hasar çəkməyə icazə verilmədiyini demişdir. O, Mahirə zəng edərək onunla görüşmüş və satdığı torpaq sahəsi ilə bağlı problem olduğunu və polislərin gəlib tikintini dayandırdığını demişdir. Sonra Mahirin verdiyi sənədin saxta olduğu məlum olmuşdur. Buna görə də, Leyla pulunu tələb etmiş, lakin Mahir pulu qaytarmadığı üçün o, özü məcbur olub Leylanın pulunu özündən qaytarmışdır. O, yazmaq və oxumaq bilmədiyi üçün istintaq zamanı heç bir sənədi oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs1 təqsiri iş üzrə məhkəmədə və istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, Təqsirləndirilən şəxs2 ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs2 təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, istintaq zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 2015-ci ilin yay aylarında rəhmətlik atası Naib vasitəsi ilə tanımışdır. 2015-ci ilin iyun ayının 1-də Təqsirləndirilən şəxs1 ondan 10000 manat məbləğində pulu qaytarmaq şərti ilə borca istəmişdir. O, Mahirin atasını və özünü tanıdığına görə etibar etdiyi üçün ona borc pul vermişdir. Mahir həmin məbləği ona bir ay müddətinə qaytarmalı olsa da, bir neçə ay keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək məbləği ödəməkdən yayınmışdır. Sonradan məcburiyyət qarşısında qalaraq 04 sentyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə 50 saylı dövlət notariat kontoruna gedərək borcun etirafı barədə aralarında müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə əsasən Mahir həmin məbləği 04 dekabr 2015-ci il tarixədək qaytaracağını öz öhdəsinə götürmüşdür. Müddət başa çatandan sonra bir neçə dəfə Mahirdən pulu tələb etsə də, borcunu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ilin iyun ayında idda ərizəsi ilə Lerik rayon Məhkəməsinə müraciət etmişdir. Həmin rayon məhkəməsi tərəfindən 10000 manat məbləğində borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsinə dair 14 avqust 2018-ci il tarixli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi icra olunmasından ötrü aidiyyəti üzrə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Mahirin adına daşınar və daşınmaz əmlaklar olmadığından Təqsirləndirilən şəxs1 barəsində inzibati qaydada protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəməyə göndərilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs tənbeh tədbiri tətbiq edilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 yenə də, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs1 qarşı şikayətçi olduğunu, dəymiş ziyandan heç bir ödəniş etmədiyini bildirərək ona ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının əvvələrində torpaq alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs2 müraciət edərək Binə qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini bildirmişdir. Asif ona 3000 manata 0.002 ha torpaq sahəsinin satıldığını bildirib onu torpaq sahəsinin sahibi Təqsirləndirilən şəxs1lə görüşdürmüşdür. Mahir torpağı ona göstərmiş və o, torpağı bəyəndiyi üçün 2 sotunu 3000 manata razılaşmışlar. Mahir ilkin sənədlərin düzəlməsi üçün Asifin vasitəsi ilə ona 200 manat çatdırmasmı istəmişdir. O, da 13 fevral 2020-ci il tarixdə Asifin ofisinə gələrək ona 200 manat pul vermişdir. Asif isə ona guya onun 2000-ci ildən “Südçülük Sovqoxunda” işləməsi və həmin torpaq sahəsini ona Sovxoz tərəfindən veriməsi barədə sənəd vermişdir. 15 fevral 2020-ci il tarixdə yenə də, Asifin ofsinə gələrək 2000 manat, torpağa daş alınıb tökülməsi üçün əlavə 105 manat pul vermişdir. Bundan sonra o, Asifə 27 fevral 2020-ci il tarixdə 200 manat, 02 mart 2020-ci il tarixdə 200 manat, 16 mart 2020-ci il tarixdə 200 manat və 20 mart 2020-ci il tarixdə 200 manat pul vermişdir. Sonuncu pulu Asif ondan yaşadığı Qızıl Qum adlanan ərazidə yerləşən kirayə yaşadığı evdə almışdır. Həmin gün Asif ondan pulu bayram olduğu üçün 100 manata bir maşın mişar daşının satıldığını deyib almışdır ki, torpağına əlavə daş tökdürsün. Beləliklə o, Asifə cəmi 3305 manat vermişdir. 22 mart 2020-ci il tarixdə aldığı torpaq sahəsinə gedib hasar çəkmək istəyərkən bir nəfər şəxs oraya gələrək həmin torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. O, Asifi və Mahiri ora çağırmış, Asif ona Mahirdən aldığı sənədləri gizlətməsini xahiş etmişdir. Bundan sonra o, Asif və Mahirdən şikayət edəcəyini bildirdikdə onlar pulu qaytaracaqlarına söz vermişlər. Təxminən may ayında Asif ona 900 manat, sonra isə 700 manat olmaqla ümumilikdə 1600 manat vermiş, qalan 1705 manatı pulu isə Mahirin qaytarmalı olduğunu demişdir. 14 sentyabr 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan Asif tərəfindən tam ödənilmişdir, onunla barışmışdır. Onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Ona dəymiş ziyan Asif tərəfindən ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs1 cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclaslarında səhhəti ilə bağlı gələ bilməyəcək və nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayının ortalarında tanışı X3 ona 7200 manata onun üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2 sot torpaq alıb orada ev tikdirməyi təklif etmişdir. O, da razılaşıb ayda «Kapital Bank»ın Balakən rayon filialından 4200 manatkreditə pul götürərək Bakı şəhərində 20 yanvar metrostansiyasının yanında Eminə vermişdir. Bundan 10 gün sonra yenidən həmin bankın filialından 3000 manatlıq kredit kartı götürüb Bakı şəhərində Gənclik metrostansiyasının yanında kartı Eminə vermiş və şifrəsini bildirmişdir. Emin onun ad gününə, yəni oktyabr ayının 19-na qədər evin təhvil veriləcəyini demişdir. Oktyabr ayının əvvəllərində Emindən evin vəziyyətini soruşarkən sonuncu hələ işlər tamamlanmadığını, bir qədər gözləməli olacağını demişdr. 2018-ci ilin əvvəlinədək gözlətdikdən sonra Emindən şübhələndiyi üçün ondan aldığı torpağı və orada hansı işlər görüldüyünü göstərməsini tələb etmişdir. 2019-ci ilin aprel ayını əvvəllərində Binə qəsəbəsində Emin, onu Təqsirləndirilən şəxs1lə tanış etmiş və ondan aldığı pullarını hamısını Mahirə verdiyini, torpağın alınmasını və tikintinin aparılmasını Mahirin icra etdiyini bildirmişdir. Mahir də, Eminin sözlərini təsdiq edərək onu Binə qəsəbəsində boş əraziyə aparıb orada hər küncünə bir mişar daşı qoyulan boş torpaq sahəsini göstərərək may ayının sonunadək onun üçün iki otaqlı ev tikdirib hasarını 4 cərgə hördürüb təhvil verəcəyini demişdir. Bundan sonra o, Mahir və Eminlə birlikdə kafedə yeyib içərkən bu məsələ ilə bağlı danışmışlar. Bir neçə gün sonra Emin torpağa daş tökülüb işə başlandığını bildirmişdir. O, tez-tez Mahirlə və Eminlə telefonla danışmış, üzə-üzə görüşüb işlərin nə yerdə olduğunu soruşmuş, onlar işlər qaydasında olduğunu bildirmişlər. Növbəti dəfə görüşərkən Mahir torpağa alıb tökdürdüyü 1000 manat dəyərində daşların oğurlandığını demişdir. 01 iyun 2019-cu il tarixdə onların evi təhvil vermədiyini görüb Eminlə birlikdə Binə qəsəbəsinə gəlmiş, poçtun yanında Mahirlə görüşüb pulunu qaytarmasını tələb etmişdir. Mahir isə Eminin ona 2000 manat pul verdiyini demişdir. 21 sentyabr 2022-ci il tarixdə məhkəmənin mail ünvanın elektron ərizə göndərərək qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, lakin ondan şikayətçi deyildir. Rayonda yaşadığı üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcək. Onun iştirakı olmadan işə baxıb qərar qəbul edilməsinə etiraz etmir. Ona ağır cəza verilməsini xahiş edir. Şahid X2 məhkəmə iclasında iştirak etmədiyindən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin məktubundan görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, YYS ünvanında fərdi evdə yaşayan X1 yaşadığı ünvanda yerini müəyyən etmək olmadığından məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 06 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxx 1977-ci ildə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 1) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 sentyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 2) Azərbaycan Respublikası CM-nin 320.1.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi Suraxanı RPİ-nin İŞ tərəfindən 06 iyul 2020-ci ildə məhkəməyə göndərilmişdir. İş materiallarında olan Suraxanı RPİ-nin 19 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, 2020-ci il tarixdə ********* nömrəli cinayət işi məhkəməyə göndərilməmiş və iş üzrə icraata dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 05 yanvar 2023cü il tarixli məktubundan görünür ki, 2018-2022-ci illərdə Təqsirləndirilən şəxs1 barəsində mülki və ya cinayət icraatı üzrə işlərə baxılmamış və eyni xarakterli işlərdə iştirakçı olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair tələbnaməsindən görünür ki, xx xxxxxx 1973-ci ildə Lənkəran şəhərində anadan olmuş Təqsirləndirilən şəxs2 məkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onların həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Zərərçəkmiş şəxs1 şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, zərərçəkmiş şəxslərin heç birinə dəymiş ziyandan ödəniş etməməsini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanmalıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 barəsində cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə özünü təqsirli bilmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini Aygün Fəxrəddinovnaya münasibətdə 06 aprel 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs1 münasibətdə isə 13 fevral 2020-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu Məcəllənin 75.2-ci maddəsinə əsasən «Müddətlər cinayətlərin törətdiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır...». Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinaət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü cıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinməklə ona həmin maddə ilə cəza təyin olunmamalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarında olan Xəzər rayon prokuroru Fəxri Ələsgərovun 10 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək həbsdə və 23 fevral 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 3 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 26 yanvar 2023-cü il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)- 550/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 istintaq zamanı yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanmaqla o, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 dekabr 2021-ci il tarixdən 23 fevral 2022-ci il tarixədək həbsdə və 23 fevral 2022-ci il tarixdən 10 mart 2022-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 3 (üç) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə «həbs» qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar