Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-270/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Türkiyə Cumhuriyəti, Düzcə şəhəri, Düzcə Universitetində təhsil alan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 5 ədəd üzərində F\M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb şəklində, ümumi miqdarı 0.2 qram olan sintetik narkotik vasitə-metadonu əldə edib özündə saxlamaqla 03 oktyabr 2021-ci il tarixdə H.X2 ərazisinə daşımışdır. Həmin gün saat 18:30-da ATBİ-nin əməkdaşları tərəfindən X-RAY qurğusu ilə şəxsi baxış keçirilən zaman qara rəngli idman şalvarının sol yan cibindən 5 ədəd üzərində F\M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb şəklində, ümumi miqdarı 0.2 qram olan sintetik narkotik vasitə-metadon aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, X3 şəhəri Akçahoco ilçəsi Düzcə Uniiversitetinin beynalxalq əlaqələr fakultəsinin 3-cü kursunda təhsil alır. O, 6 (altı) list umumi 60 ədəd 225 mq-lıq Röyal Tramadol və 5 (beş) ədəd metadonu yaşadığı evin yaxınlığında yerdən taparaq özündə saxlamışdır. Həmin həblərdən 18 ədədini istifadə etmiş, qalan həbləri Türkiyə Cümhuriyətinə gedəndə istifadə etmk üçün özü ilə götürmüşdür. 03 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində İstanbul şəhərinə uçmaq üçün X4 Hava Limanına gələrək yoxlama qurğusundan keçərkən idman şalvarının cibinə qoyduğu winchester siqaret paçkasının içərisində olan həblər aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Təhsilini davam etdirmək üçün azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məhkəmədən nı xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1ariz oğlu göstərdi ki, X4 X1 Baş İdarəsində agent vəzifəsində işləyir. 03 oktyabr 2021-ci il tarixdə, saat 18:35 radələrində sonradan adını bildiyi, Bakı-İstanbul aviareysinin sərnişini Təqsirləndirilən şəxs T1 saylı postda X- REY qurğusundan keçən zaman monitor xüsusi siqnal verdiyindən üzərində olan əşyaların baxışa təqdim etməsini xahiş etmişdir. Sərnişin 2 dəfə monitora üzərində olan əşyaları qoyaraq yoxlama monitorundan keçsə də, aparat yenidən siqnal vermişdir. Ondan üzərində qadağan olunmuş əşyanın olub-olmamasını soruşmuş, o isə cibindən qəpiklər çıxardaraq ona təqdim etmişdir. Təqsirləndirilən şəxs idman şalvarının cib hissəsi şişirdilmiş halda olduğundan cibində nə olduğunu soruşmuş, o isə bir qutu «Vinchester» siqaret qutusunu təqdim etmişdir. O, qutunun içinə baxdıqda selofana bükülmüş vəziyyətdə dərman preparatları aşkar etmişdir. Həmin dərman preparatları onda şübhə yaratdığından bu barədə qrup rəhbəri Şahid2 məlumat vermiş və o, gələrək bu barədə akt tərtib etdikdən sonra sərnişini aeroportda xidmət aparan polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən dərman preparatlarının ağrı kəsici olduğunu və müalicə olunduğunu bildirərək ondan polisə verməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 X1 Baş İdarəsində qrup rəhbəri vəzifəsində işləyən əməliyyat müvəkkili Şahid2 Şahid1ariz oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 6/4370 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş preparatlar, 4 ədəd üzərində ‘’Tramadol 225mg’’ yazılan konvalyutda 40 ədəd bütöv, 2 ədəd 1\2, 1 ədəd 1\4 qırmızı rəngli, dairəvi rəngli formalı həb şəklində, güclü təsir edən ümumi miqdarı 9,281 qram olan güclü təsir edən maddə və 5 ədəd üzərində F\M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb şəklində, ümumi miqdarı 0.2 qram olan sintetik narkotik vasitə-metadondur. Ekspertiza tədqiqatına tramadoldan 3 ədəd bütöv və 1 ədəd 1\2 həb sərf edildikdən sonra 37 ədəd bütöv, 1 ədəd 1/2 və 1 ədəd 1/4 ədəd həb qalmışdır. Ekspertiza tədqiqatına metadondan 1 ədəd sərf edildikdən 4 ədəd qalıq qalmışdır». İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika narkoloji dispanserinin 02 dekabr 2021-ci il tarixli, 4836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 24 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesab olunmuşdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 03 oktyabr 2021-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək 11 (on bir) ay 02 (iki) gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 11 (on bir) ay 02 (iki) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzanı çəkib qurtarması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Hava Nəqliyyatında Baş Polis idarəsinin İB-nin müstəntiqi Emil Quliyevin 17 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində F/M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə metadon 5 ədəd və üzərində “Tramadol 225 mg” yazılan konvalyutada qırmızı rəngli, dairəvi rəngli formalı həb güclü təsir edən maddə olan tramadolun ekpertizadan sonrakı qalığı 40 ədəd bütöv, 2 ədəd 1/2 və 1 ədəd 1/4 ədəd maddi sübut kimi tanınmış və saxlanılması üçün Hava Nəqliyyatında Baş Polis idarəsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Hava Nəqliyyatında Baş Polis idarəsinin İB-nin müstəntiqi Çərkəz Sadıqovun 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində F/M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə metadonun ekpertizadan sonrakı qalığı 4 ədəd və üzərində “Tramadol 225 mg” yazılan konvalyutada qırmızı rəngli, dairəvi rəngli formalı həb güclü təsir edən maddə olan tramadolun ekpertizadan sonrakı qalığı 37 ədəd bütöv, 1 ədəd 1/2 və 1 ədəd 1/4 ədəd maddi sübut kimi tanınmış və saxlanılması üçün Hava Nəqliyyatında Baş Polis idarəsinə təhvil verilməsi nəzərə alınmışdır. X4 X1 İdarəsindən daxil olmuş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Hava Nəqliyyatında Baş Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində F/M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə metadonun ekpertizadan sonrakı qalığı 4 ədəd və üzərində “Tramadol 225 mg” yazılan konvalyutada qırmızı rəngli, dairəvi rəngli formalı həb güclü təsir edən maddə olan tramadolun ekpertizadan sonrakı qalığı 37 ədəd bütöv, 1 ədəd 1/2 və 1 ədəd 1/4 ədəd hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut X4 X1 İdarəsindən daxil olmuş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat olmaqla ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu nəzərə alınaraq ona təyin olunmuş 11 (on bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Hava Nəqliyyatında Baş Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş üzərində F/M40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə metadonun ekpertizadan sonrakı qalığı 4 ədəd və üzərində “Tramadol 225 mg” yazılan konvalyutada qırmızı rəngli, dairəvi rəngli formalı həb güclü təsir edən maddə olan tramadolun ekpertizadan sonrakı qalığı 37 ədəd bütöv, 1 ədəd 1/2 və 1 ədəd 1/4 ədəd hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut X4 X1 İdarəsindən daxil olmuş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 148,70 (yüz qırx səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-270/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-270/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver