Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-270/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, — məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(010)-160/2025 saylı qərarı ilə Suraxanı RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdə saat 01:10 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus olan “Ocaq” supermarketin ticarət salonuna daxil olaraq içkilər qoyulmuş vitrindən 03 ədəd “Bizon” enerji içkisini götürərək pul ödəmək üçün kassaya yaxınlaşmaqla ciblərinə baxıb pulu olmadığını bildikdən sonra həmin içkiləri kassanın qarşısındakı masanın üzərinə qoyub həmin vaxt içkiləri pulsuz verməsini təklif etdiyi kassir Şahid2 buna etiraz etməsi səbəbindən mübahisə yaratdığı vaxt ona yaxınlaşan supermarketin inzibatçısı Şahid1 da ona içkiləri ödəniş etmədən aparmağın qeyri-mümkün olduğunu irad tutması kimi cüzi səbəbdən aralarında heç bir əsaslı səbəb olmadan yaratdığı mübahisə zəminində onu ticarət salonunda olan müştərilərin və digər işçilərin gözü qarşısında uca səslə söyüb təhqir etməklə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgə davranış, əxlaq və mənəviyyat normalarını, eyni zamanda ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə onu sakitləşdirmək istəyən şəxslərə əhəmiyyət vermədən nalayiq ifadələrini davam etdirməklə əli ilə supermarketin ticarət salonundakı ətir qoyulmuş vitrininin və marketin giriş hissəsindəki pəncərəsinin şüşələrini qəsdən vurub sındıraraq “Ocaq” supermarketin iş fəaliyyətini pozub Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakının zədələnməsi ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Mərdəkan körpüsünün yaxınlığında yerləşən “Şam Bağı” restoranında tanışları ilə oturub spirtli içki pivə içmişlər. Gecə saat 00:30 radələrində restorandan çıxıb dağılışmışlar. Oradan evə gəlmək üçün Binə qəsəbəsinə gəlmiş və sərxoş olduğu üçün yol üstü mərkəzi küçədə yerləşən “Ocaq” supermarketə girmişdir ki, oradan “Bizon” enerji içkisi alıb içsin. Marketdə içki vitrinindən üç ədəd “Bizon” enerji içkisini götürüb kassaya yaxınlaşmışdır. Əlini cibinə salıb görmüşdür ki, pulu yoxdur, hamısını restoranda xərcləyib. Pulu olmadığına görə kassirə demişdir ki, içkiləri ona pulsuz versin, kassir ona pulsuz verə bilmədiyini demiş və bu zaman marketin daxilində bir nəfər şəxs yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Ondan kimliyini soruşmuş və o, marketin administratoru Eyyub olduğunu demişdir. Həmin şəxsdən “Bizon” enerji içkilərini pulsuz verməsini istəmiş, Eyyub ona marketdən heçnə pulsuz verilmədiyini denişdir. Sərxoş olduğundan daha da əsəbləşmiş və onun üstünə qışqırıb vurmaq istəmişdir. Orada olan şəxslər onu bayıra çıxarmaq istəyəndə daha da qıcıqlanmış, ona görə də marketin girişindəki ətir vitrininin şüşəsini və marketin qarşısının şüşəsini yumruqla vurub sındırmışdır. Orada yığışan şəxslər onu marketdən uzaqlaşdırmışlar. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu Xəzər RPİ-nin 3cü PŞ-nə aparmışlar. Hadisə nəticəsində heç kimə xəsarət yetirməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş zərəri ödəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 20 noyabr 2024-cü il tarixdə 01:20 radələrində supermarketdən ona zəng vurub məlumat verilərək bildirilmişdir ki, bir nəfər sərxoş vəziyyətdə marketə gəlib marketin şüşəsini yumruqla vurub sındırmışdır. O, da ona bildirmişdir ki, təcili olaraq bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat verilsin. Sonradan onlar marketin və vitrinin sındırılmış şüşələrini yenisi ilə bərpa etmişlər, bundan sonra marketə dəymiş maddi ziyanı hesablanaraq müəyyən olunmuşdur ki, vitrinin və marketin bayır hissəsinin şüşəsinin sındırılması nəticəsində ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:10 radələrində marketin daxildə kassadan bir qədər aralıda olmuşdur. Birdən eşitmişdir ki, bir nəfər müştəri uca səslə kassanın qarşısında Əfsanə adlı kassirlə kobud formada danışır. Dərhal kassaya yaxınlaşmış və nə baş verdiyini soruşanda Əfsanə ona demişdir ki, “müştəri üç ədəd “Bizon” enerji içkisini vitrindən götürüb kassaya gətirib, lakin pulunu vermək istəmir”. O, hiss etmişdir ki, həmin şəxs spirtli içki qəbul edib, çünki ondan kəskin spirt qoxusu gəlmişdir, buna baxmayaraq ona demişdir ki, “biz bu marketdə işçiyik, sənə o içkini pulsuz verə bilmərik, pulunu ödə sonra apar”. Bunu deyən kimi həmin şəxs daha da uca səslə onunla danışmağa və səbəbsiz mübahisə etməyə başlamışdır. Bu zaman marketin daxilində olan müştərilər də yaxınlaşmışlar və onu marketdən uzaqlaşdırmağa çalışmışlar. Lakin həmin şəxs daha da kobud formada danışmağa və mənimlə mübahisəsini davam edərək onu vurmaq istəmişdir, eyni zamanda ona qarşı nalayiq ifadələr işlətmişdir. Marketdə olan müştərilər onu qapıdan bayıra çıxarsalar da o, yenidən içəri daxil olmuş və onun üstünə gəlmişdir. Səs küyə marketdən bayırda olan şəxslər də yaxınlaşmışlar. Onlar həmin şəxsi yenidən marketdən bayıra çıxaranda marketin girişində sol tərəfdə olan ətir vitrinin şüşəsini yumruqla vurub sındırmışdır. buna baxmayaraq onu qapıdan bayıra çıxarmışlar. O, yənidən marketə daxil olub yenə də Eyyubun üstümə gəlmiş və ona əl-qol atmışdır ki, Eyyub da ona cavab versin, lakin Eyyub ona heç bir cavab verməmişdir, yalnız onu marketi tərk etməyini bildirmikşdir, çünki o, həddindən artıq sərxoş olmuşdur. Bu dəfə ətrafdakılar onu qapıdan bayıra çıxarandan sonra o, bayırdan yumruqla vuraraq marketin girişinin sağ tərəfindəki böyük şüşəni sındırmışdır. Bütün bunlara baxmayaraq o, yenidən marketə daxil olmuş, yenə də təkrar Eyyubla mübahisə etməyə davam etmiş, lakin orada olan şəxslər buna imkan verməmişlər və onu marketdən uzaqlaşdırmışlar. Eyyub bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib həmin şəxsi Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Özü də həmin polis şöbəsinə gedərək ərizə ilə müraciət etmiş və araşdırma zamanı izahat vermişdir. Hadisə təxminən 8-10 dəqiqə davam etdiyini, hadisənin şahidi marketdə kassir işləyən Əfsanə və Xanım adlı şəxslər olmuşdur, bundan başqa həmin vaxt marketin daxilində olan müştərilər və bayırdan səs-küyə toplaşan şəxslər olmuşdur ki, onları da tanımadığını qeyd etmişdir. Hadisə zamanı həmin şəxs onu vurmaq istəsə də, lakin vurmamışdır, yalnız marketin girişində sol tərəfdə yerləşən vitrinin şüşəsini və marketin bayır hissəsində girişin sağ tərəfindənki şüşəsini yumruqla vurub sındırdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:10 radələrində marketin daxildə kassada olduğu zaman bir nəfər müştəri üç ədəd “Bizon” enerji içkisini vitrindən götürüb onun işlədiyi kassanın qarşısındakı masanın üzərinə çırparaq qoymuşdur, hətta elə çırpmışdır ki, onlardan biri yerə düşmüşdür. Həmin şəxsdən kəskin spirt qoxusu gəlmişdir və vitrindən götürdüyü içkiləri ödəniş etmədən aparmaq istədiyini ona bildirmişdir, buna baxmayaraq Əfsanə ona demişdir ki, “bu marketdə kassirəm, sənə o içkini pulsuz vermək ixtiyarım yoxdur, zəhmət olmasa pulunu ödə sonra араг”. Bu zaman marketin administratoru Eyyub yaxınlaşmış və Eyyuba ona qədər baş verənləri danışmış, Eyyub da öz növbəsində həmin şəxs götürdüyü işçkini pulsuz verə bilmədiklərini deyəndə həmin şəxs Eyyubla kobud formada və nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Bu zaman marketin daxilində olan müştərilər də yaxınlaşmışlar və onu marketdən uzaqlaşdırmağa çalışmışlar. O, isə marketdən çıxmaq istəməmişdir, Eyyubun üstünə gələrək hərəkətlərini davam etdirmiş və nalayiq ifadələr də işlətmişdir. Marketdə olan müştərilər onu qapıdan bayıra çıxarsalar da o, yenidən içəri daxil olmuş və Eyyubun üstümə gəlmiş, səs küyə marketdən bayırda olan şəxslər də yaxınlaşmış, onlar həmin şəxsi yenidən marketdən bayıra çıxaranda marketin girişində sol tərəfdə olan ətir vitrinin şüşəsini yumruqla vurub sındırmışdır. buna baxmayaraq onu qapıdan bayıra çıxarmışlar. O, yənidən marketə daxil olub yenə də Eyyubun üstünə gəlmiş, həddindən artıq sərxoş olmuşdur. Bu dəfə ətrafdakılar onu qapıdan bayıra çıxarandan sonra o, bayırdan yumruqla vuraraq marketin girişinin sağ tərəfindəki böyük şüşəni sındırmışdır. Bütün bunlara baxmayaraq o, yenidən marketə daxil olmuş, yenə də təkrar Eyyubla mübahisə etməyə davam etmişdir, lakin orada olan şəxslər buna imkan verməmikş və onu marketdən uzaqlaşdırmışlar. Eyyub da bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Hadisə təxminən 8-10 dəqiqə davam etdiyini, hadisənin şahidi marketdə administrator işləyən Eyyub və kassir işləyən Xanım adlı şəxslər olmuşdur, bundan başqa həmin vaxt marketin daxilində olan müştərilər və bayırdan səs-küyə toplaşan şəxslər olmuşdur ki, onları da tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 01:10 radələrində marketin daxildə kassada olduğu zaman bir nəfər müştəri üç ədəd “Bizon” enerji içkisini vitrindən götürüb onun işlədiyi kassanın qarşısındakı kassada işləyən Əfsanənin kassasının qarşısındakı masanın üzərinə çırparaq qoymuşdur, həmin şəxs sərxoş olmuşdur, ondan kəskin spirt qoxusu gəlmişdir. Həmin şəxs Əfsanəyə demişdir ki, pulu yoxdur və işkiləri pulsuz aparmaq istəyir, Əfsanə isə ona demişdir ki, “mən marketdə kassirəm, sənə o içkini pulsuz vermək ixtiyarım yoxdur, zəhmət olmasa pulunu ödə sonra араг”. Bu zaman marketin administratoru Eyyub yaxınlaşmış və Əfsanə ona qədər baş verənləri danışmışdır, Eyyub da həmin şəxsə götürdüyü işçkini pulsuz verə bilmədiyini deyəndə həmin şəxs Eyyubla kobud formada və nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Bu zaman marketin daxilində olan müştərilər də yaxınlaşmış və onu marketdən uzaqlaşdırmağa çalışmışlar. O, isə marketdən çıxmaq istəməmişdir, Eyyubun üstünə gələrək hərəkətlərini davam etdirmiş və nalayiq ifadələr də işlətmişdir. Marketdə olan müştərilər onu qapıdan bayıra çıxarsalar da o, yenidən içəri daxil olmuş və Eyyubun üstünə gəlmiş, səs küyə marketdən bayırda olan şəxslər də yaxınlaşmışlar, onlar həmin şəxsi yenidən marketdən bayıra çıxaranda marketin girişində sol tərəfdə olan ətir vitrinin şüşəsini yumruqla vurub sındırmışdır. buna baxmayaraq onu qapıdan bayıra çıxarmışlar. O, yənidən marketə daxil olub yenə də Eyyubun üstümə gəlmiş, həddindən artıq sərxoş olmuşdur. Bu dəfə ətrafdakılar onu qapıdan bayıra çıxarandan sonra o, bayırdan yumruqla vuraraq marketin girişinin sağ tərəfindəki böyük şüşəni sındırmışdır. Bütün bunlara baxmayaraq o, yenidən marketə daxil olmuş, yenə də təkrar Eyyubla mübahisə etməyə davam etmişdir, lakin orada olan şəxslər buna imkan verməmiş və onu marketdən uzaqlaşdırmışlar. Eyyub da bu barədə DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlib onu Xəzər RPİ-nin 3-cü PŞ-nə aparmışlar. Hadisə təxminən 8-10 dəqiqə davam etdiyini, hadisənin şahidi marketdə administrator işləyən Eyyub və kassir işləyən Əfsanə adlı şəxslər olmuşdur, bundan başqa həmin vaxt marketin daxilində olan müştərilər və bayırdan səs-küyə toplaşan şəxslər olmuşdur Ki, onları da tanımadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, hadisə Binə qəsəbəsində yerləşən “Ocaq” adlı supermarketdə baş vermişdir. Hadisə yerinə baxış keçiurilmiş və fotoşəkillər çəkilərək oritikola əlavə edilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/10650 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta alkoqol sərxoşluğu müəyyən olunmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 126.2.4-cü maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 10 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək o, CM-nin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 09 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün İdarənin qeydiyyatından çıxarılmışdır; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi ilə bağlı Xəzər RPİ-nin 3-cü PŞnin əməliyyat-müvəkkili Vüsal Hüseynov tərəfindən tutulmuşdur; - Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən məlum olur ki, təqsirləndirilən şəxs ona ümumilikdə 500 manat maddi ziyan vurmuş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(010)-160/2025 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Suraxanı RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə 04 ay müddətinə, yəni xx.xx.2025ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər- min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12), zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini (59.1.13), əməlindən səmimi peşman olmasını (59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və məhkumluğunun ödənilməməsinə baxmayaraq həmin cinayəti yetkinlik yaşına çatmayan şəxs olaraq törətdiyinə görə, həmçinin hazırkı cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab edildiyinə görə müvafiq olaraq CM-nin 18.4.1 və 18.4.2-ci maddələrinə əsasən onun məhkumluğunun ödənilməməsi cinayətin residivini yaratmır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs daha əvvəl də şəxsiyyət əleyhinə olan xüsusilə ağır cinayət törətməkdə təqsirli bilinərək məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. Qeyd olunan halları məhkəmə onun şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alaraq hesab edir ki, o, cəmiyyətdən təcrid olunmadan islah oluna bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməyib), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu vaxt cəzaya hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesabı ilə ona təyin edilmiş cəzaya hesablansın və üzərində 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-270/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-270/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver