Məhkəmə qərarları › İş №1(003)-271/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-271/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-271/2022 25.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxx 1983-cü il tarixdə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Mincivan qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanında yaşayan, barəsində ünvan 2l 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-128/2022 saylı 11 mart 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və 2) xx xxx 1978-cı il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Nərimanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 yaşayan, ünvan 5 il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanan, barəsində seçilmiş həbs qətimkan tədbiri Xəzər rayon prokurorluğunun 30 aprel 2022-ci il tarixli qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmiş - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin xeyli miqdar əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 fevral 2022-ci il tarixdə saat 07:30-da X2 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan qarajın qapısının şüşəsini həyətdən götürdüyü balta ilə qırıb qanunsuz daxil olaraq 3-cü mərtəbədə yataq otağında olan bəzək dolabının üzərindəki mücrüdən dəyəri 960 manat olan 1 ədəd “Kartye” markalı 585 əyar 9 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 1200 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 10 qram çəkidə qadın qızıl boyunbağısını, dəyəri 1300 manat olan 1 ədəd 750 əyar 12 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5,5 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 1400 manat olan 1 cüt 750 əyar 12 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 2800 manat olan 1 cüt “Grazella” markalı 750 əyar 12 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 900 manat olan 1 ədəd “Bvlqard” markalı 750 əyar 9 qram çəkidə qadın qızıl üzüyünü, dəyəri 400 manat olan 1 cüt 585 əyar 5,5 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 700 manat olan 1 ədəd “Tifani” markalı 750 əyar 6 qram çəkidə qadın qızıl boyunbağısını (açar formasında), dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə qadın qızıl üzüyünü, ümumi dəyəri 270 manat olan 1 dəst 585 əyar 3 qram çəkidə qadın qızıl boyunbağısını və kulon dəstini, dəyəri 300 manat olan 1 cüt “Dior” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 170 manat olan 1 cüt 585 əyar 2 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 3 qram çəkidə qadın qızıl üzüyünü, dəyəri 100 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 150 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl boyunbağısını, ümumi dəyəri 2400 manat olan 12 ədəd 750 əyar 24 qram çəkidə qızıl dişləri, dəyəri 600 manat olan 585 əyar 10 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyünü, dəyəri 400 manat olan 585 əyar 5 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyünü, dəyəri 400 manat olan “Versage” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl üzüyünü gizli olaraq talamış, həmin otaqda paltar dolabında olan dəmir seyf ilə birlikdə içərisində olan 2100 ABŞ dollarını, 600 manatı, dəyəri 4500 manat olan 1 ədəd 750 əyarlı 38 qram çəkidə “Tissot” markalı qadın qızıl qol saatını, ümumi dəyəri 2800 manat olan 1 dəst 750 əyar 15 qram çəkidə sırğanı, boyunbağını, kulon dəstini, ümumi dəyəri 1300 manat olan 1 dəst 750 əyar 11 qram çəkidə sırğanı, kulon dəstini, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə kulonu, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5 qram çəkidə kulonu, ümumi dəyəri 400 manat olan 21 ədəd təbii firuzəyi rəngli daşı, dəyəri 900 manat olan mirvari boyunbağını, dəyəri 3000 manat olan qadın qol saatını gizli olaraq talamaqla X2 34440 manat xeyli miqdar maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq özgənin xeyli miqdar əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 fevral 2022-ci il tarixdə saat 07:30-da X2 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz daxil olmuş, evin birinci mərtəbəsində olan qarajın qapısının şüşəsini həyətdən götürdüyü balta ilə qırıb qanunsuz daxil olaraq 3-cü mərtəbədə yataq otağında olan bəzək dolabının üzərindəki mücrüdən dəyəri 960 manat olan 1 ədəd “Kartye” markalı 585 əyar 9 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 1200 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 10 qram çəkidə qadın qızıl boyunbağısını, dəyəri 1300 manat olan 1 ədəd 750 əyar 12 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5,5 qram çəkidə qadın qızıl qolbağını, dəyəri 1400 manat olan 1 cüt 750 əyar 12 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 2800 manat olan 1 cüt “Grazella” markalı 750 əyar 12 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 900 manat olan 1 ədəd “Bvlqard” markalı 750 əyar 9 qram çəkidə qadın qızıl üzüyünü, dəyəri 400 manat olan 1 cüt 585 əyar 5,5 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 700 manat olan 1 ədəd “Tifani” markalı 750 əyar 6 qram çəkidə qadın qızıl boyunbağısını (açar formasında), dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə qadın qızıl üzüyünü, ümumi dəyəri 270 manat olan 1 dəst 585 əyar 3 qram çəkidə qadın qızıl boyunbağısını və kulon dəstini, dəyəri 300 manat olan 1 cüt “Dior” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 170 manat olan 1 cüt 585 əyar 2 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 3 qram çəkidə qadın qızıl üzüyünü, dəyəri 100 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl sırğasını, dəyəri 150 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl boyunbağısını, ümumi dəyəri 2400 manat olan 12 ədəd 750 əyar 24 qram çəkidə qızıl dişləri, dəyəri 600 manat olan 585 əyar 10 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyünü, dəyəri 400 manat olan 585 əyar 5 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyünü, dəyəri 400 manat olan “Versage” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl üzüyünü gizli olaraq talamış, həmin otaqda paltar dolabında olan dəmir seyf ilə birlikdə içərisində olan 2100 ABŞ dollarını, 600 manatı, dəyəri 4500 manat olan 1 ədəd 750 əyarlı 38 qram çəkidə “Tissot” markalı qadın qızıl qol saatını, ümumi dəyəri 2800 manat olan 1 dəst 750 əyar 15 qram çəkidə sırğanı, boyunbağını, kulon dəstini, ümumi dəyəri 1300 manat olan 1 dəst 750 əyar 11 qram çəkidə sırğanı, kulon dəstini, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə kulonu, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5 qram çəkidə kulonu, ümumi dəyəri 400 manat olan 21 ədəd təbii firuzəyi rəngli daşı, dəyəri 900 manat olan mirvari boyunbağını, dəyəri 3000 manat olan qadın qol saatını gizli olaraq talamaqla X2 34440 manat xeyli miqdar maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 10 ildir ki, tanıyır, onunla normal münasibəti vardır, bir yerdə şirkətdə işləmiş və orada tanış olmuşlar. Bu ilin fevral ayının əvvəllərində İsmayıl zəng vurub onu Nərimanov rayonu ərazisinə çağırmış və söhbət zamanı aldığı təcili yardım maşınını klinikalara verib ayda 4-5 min manat pul qazanmalarını ona təklif etmişdir. O, bu qədər pulunun olmadığını demişdir. Sonra İsmayıl demişdir ki, “bir yer bilirəm, sən heç nəyə qarışma”. Həmin yerə gedəndə İsmayıl kənardan evi ona göstərib həmin evə girib oğurluq etmələrini təklif etmiş, o da razılaşmışdır. 04 fevral 2022-ci il tarixdə səhər saat 7 radələrində həmin evə gəlmişlər və kənardan ev sahiblərinin işə getməsini gözləmişlər. Saat təxminən 8-ə işləmiş ev sahibləri maşınla evdən ailəvi çıxmışlar. Onlar orada təxminən 5-10 dəqiqə gözləmiş, saat 07:30-da boş torpaq sahəsindən həmin həyətə hasardan aşaraq keçmişlər. Haradan evə daha rahat daxil olmağı öyrənmək üçün həyətdə evin ətrafına fırlanmışlar və o, evin 1-ci mərtəbəsində qarajın əsas qapısının yanında olan plastik qapını əli ilə itələyib açmışdır. İçəridə olan 2ci şüşəli qapının bağlı olduğunu görüb oradan götürdüyü balta ilə həmin qapının şüşəsini sındırmış və əlini salıb içəridən qapını açmış, bundan sonra birlikdə evin 1-ci mərtəbəsində olan qaraja daxil olmuşlar. Qarajdan evə göz gəzdirərək yuxarı 2-ci mərtəbəyə qalxmışlar. Lakin mətbəx və qonaq otağı olduğuna görə oraları axtarmadan yataq otağını axtarmışlar və 3-cü mərtəbədə olduğunu görmüşlər. Yataq otağında siyirtmələri və rəfləri, paltar dolabını axtarmışlar. Paltar dolabında balaca ölçülü dəmir seyf görüb onu götürmüşlər. İsmayıl bəzək dolabında olan mücrüdən bir topa zinət əşyalarını götürmüş, lakin o, həmin mücrünün içərisində konkret olaraq hansı qızıl olduğunu bilməmişdir. Seyfi birlikdə götürüb oradan çıxıb kənarda saxladıqları, idarə etdiyi, dostuna məxsus qara rəngli “Audi A5” markalı avtomobilə qoymuş və İsmayıla məxsus Xətai rayonu Mehmandarov 96 mənzil 32 ünvanına gətirmişlər. Evdə seyfi birlikdə laqunda ilə kəsmişlər. Seyfdən 2000 ABŞ dolları pul, adını unutduğu müxtəlif sənədlər, pasportlar, həmçinin adını bilmədiyi müxtəlif qızı-zinət əşaları çıxmışdır. 2000 ABŞ dolları pulu yarı bölmüşlər. Zinət əşyalarını satmamaq üçün İsmayılın mücrüdən götürdüyü zinət əşyaları ilə bir yerə qarışdırıb seyfdən çıxan ağ rəngli parça torbaya qoyaraq götürüb aparmışdır. Sonra birlikdə seyfi İsmayılın mənzilindən həyətə düşürmüşlər və onun maşını nasaz olduğundan İsmayıla məxsus “Nissan Sunny” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşlar. İsmayıl onu aparıb yaxınlıqa olan 133 nömrəli avtotəmir məntəqəsinə maşının yanına qoymuşdur. İsmayıla demişdir ki, seyfi buralara tullama ki, problem olmasın. Pasport və sənədlər də İsmayılda qalmışdır. Qızılları aparıb yaşadığı evdə paltar dolabında gizlətmiş, sonradan həmin qızılları və üzərində olan 700 ABŞ dolları və 340 manat pulu polis əməkdaşlarına təhvil vermişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 10 ildir ki, tanıyır, onunla normal münasibəti vardır, bir yerdə şirkətdə işləmiş və orada tanış olmuşlar. Bu ilin fevral ayının əvvəllərində Elnurla Nərimanov rayonu “Life Centre” həyətində oturub çay içərkən pulsuzluqdan gileylənmişlər. Elnur ilə oğurluq etmək barədə razılaşmışlar. O, demişdir ki, pul götürməyə yer tanıyır, Mərdəkan qəsəbəsində dənizə yaxın villadır. Elnur onunla razılaşmışdır. Bir neçə gün sonra həmin evə gedib onu Elnura göstərmişdir. Həmin vaxt evin həyətinə daxil olmamışlar. Uzaqdan göstərmiş və çıxıb getmişlər. 04 fevral 2022-ci il tarixdə səhər saat 7 radələrində həmin evə gəlmiş və kənardan ev sahiblərinin işə getməsini gözləmişlər. Saat təxminən 8-ə işləmiş ev sahibləri maşınla evdən ailəvi çıxmışlar. Onlar təxminən 5-10 dəqiqə gözləmiş, saat 07:30-da boş torpaq sahəsindən həmin həyətə hasardan aşaraq keçmişlər. Haradan evə daha rahat daxil olmağı öyrənmək üçün həyətdə evin ətrafına fırlanmışlar. Evin 1-ci mərtəbəsində qarajın əsas qapısının yanında olan plastik qapını əli ilə itələyib açmışlar. İçəridə olan 2-ci şüşəli qapının bağlı olduğunu görüb oradan götürdüyü balta ilə Elnur həmin qapının şüşəsini sındırmış və əlini salıb içəridən qapını açmış, birlikdə evin 1-ci mərtəbəsində olan qaraja daxil olmuşlar. Qarajdan evə göz gəzdirərək yuxarı 2-ci mərtəbəyə qalxmışlar. Lakin mətbəx və qonaq otağı olduğuna görə oraları axtarmadan Elnurun təklifi ilə yataq otağını axtarmış və 3-cü mərtəbədə olduğunu görmüşlər. Yataq otağında siyirtmələri və rəfləri, paltar dolabını axtarmışlar. Paltar dolabında Elnur balaca ölçülü dəmir seyf tapmış və onlar onu götürmüşlər. O, bəzək dolabında olan mücrüdən bir topa zinət əşyalarını götürmüş, lakin içərisində konkret olaraq hansı qızıl olduğunu bilmədən cibinə yığmışdır. Seyfi birlikdə götürüb oradan çıxıb getmiş, kənarda saxladıqları, Elnurun idarə etdiyi qara rəngli “Audi” markalı avtomobilə qoyaraq ona məxsus Xətai rayonu Mehmandarov 96 mənzil 32 ünvanına gətirmişlər. Seyfi birlikdə onun evində laqunda ilə kəsmişlər. Seyfdən 2000 ABŞ dolları pul, adını unutduğu müxtəlif sənədlər, pasportlar, həmçinin adını bilmədiyi müxtəlif qızı-zinət əşaları çıxmışdır. 2000 ABŞ dolları pulu yarı bölmüşlər. Elnur zinət əşyalarının qızıla oxşamadığını deyib yoxlamaq üçün onun evdən mücrüdən götürdüyü zinət əşyaları ilə bir yerə qarışdırıb seyfdən çıxan ağ rəngli parça torbaya qoyaraq götürüb aparmışdır. Sonra birlikdə seyfi onun mənzilindən həyətə düşürmüşlər və Elnurun maşını nasaz olduğundan ona məxsus “Nissan Sunny” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə qoymuşlar. Elnuru aparıb yaxınlıqda olan 133 nömrəli avtotəmir məntəqəsinə maşının yanına düşürmüşdür. Özü isə avtomobili ilə Xətai ayonu Ə.Şıxlinski 42 ünvanında “Araz” marketin yanında olan yol kənarındakı zibil qutusuna seyfi tullamışdır. Həmçinin seyfin içərisindən çıxan pasport və sənədləri də yanaşı olan ayrı zibil qutusuna tullamışdır. Bir neçə gün sonra polis əməkdaşları zəng edib onu Xəzər RPİ 1-ci PŞ-nə dəvət etmişlər. O, səhəri gün gələcəyini desə də, polis əməkdaşları onu yaşadığı binanın blokunda saxlamışlar. PŞ-də məcbur olub qızılların Elnurda olduğunu etiraf etmişdir. İlk dəfə törətdiyi əməlindən peşman olmuş və hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X8 göstərdi ki, yaşadığı ev 3 mərtəbədən ibarətdir, böyük həyətyanı sahəsi varsır. 04 fevral 2022-ci il tarixdə təxminən saat 07:30 radələrində həyat yoldaşı X5 və oğlu X6 ilə birlikdə evdən çıxmışlar. Həmişə olduğu kimi, ondan sonra evə bağbanı X3 və xadiməçi X9 gəlmişlər. Saat 16:44 radələrində oğlu İsmayıl telefonla həyat yoldaşına və ona məlumat verərək bildirmişdir ki, evin anbarının qapısının şüşəsi sındırılmış, bağban Araz isə düşünüb ki, özləri sındırmışlar və həmin şüşələri yığışdırmışdır. İlk dəfə oğlu İsmayıl 3-cü mərtəbədə yataq otağının dağınıq vəziyyətdə olduğunu demişdir. O və həyat yoldaşı 3-cü mərtəbəyə yataq otağına qalxanda aydın olmuşdur ki, otaq dağınıq vəziyyətdədir və paltar dolabının içində olan seyf yerində yoxdur. Dərhal DİN “102” xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişlər. Aydın olmuşdur ki, oğrular seyf ilə birlikdə içərisində 2100 ABŞ dolları, 600 manat, dəyəri 4500 manat olan 1 ədəd 750 əyarlı 38 qram çəkidə “Tissot” markalı qadın qızıl qol saatı, ümumi dəyəri 2800 manat olan 1 dəst 750 əyar 15 qram çəkidə sırğa, boyunbağı, kulon dəsti, ümumi dəyəri 1300 manat olan 1 dəst 750 əyar 11 qram çəkidə sırğa, kulon dəsti, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə kulon, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5 qram çəkidə kulon, ümumi dəyəri 400 manat olan 21 ədəd təbi firuzəyi rəngli daşlar, dəyəri 900 manat olan mirvari boyunbağı, dəyəri 3000 manat olan qadın qol saatı oğurlamışlar. Həmçinin seyfdə həyat yoldaşı Bəhram Atabəyliyə məxsus İsveç Krallığı pasportu, İran İslam Respublikası pasportu, İran İslam Respublikası doğum haqqında şəhadətnamə, İran İslam Respublikası şəxsiyyət vəsiqəsi, ona məxsus ümumvətəndaş pasportu, oğlu İsmail Atabəyliyə məxsus ümumvətəndaş pasportu, İsveç Krallığına məxsus pasport olmuş, seyflə birgə oğurlanmışdır. Həmçinin bəzək dolabının üzərində olan mücrüdən dəyəri 960 manat olan 1 ədəd “Kartye” markalı 585 əyar 9 qram çəkidə qadın qızıl qolbağı, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağı, dəyəri 760 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağı, dəyəri 1200 manat olan 1 ədəd “Tifani” markalı 585 əyar 10 qram çəkidə qadın qızıl boyunbağı, dəyəri 1300 manat olan 1 ədəd 750 əyar 12 qram çəkidə qadın qızıl qolbağı, dəyəri 400 manat olan 1 ədəd 585 əyar 5,5 qram çəkidə qadın qızıl qolbağı, dəyəri 1400 manat olan 1 cüt 750 əyar 12 qram çəkidə qadın qızıl sırğası, dəyəri 2800 manat olan 1 cüt “Grazella” markalı 750 əyar 12 qram çəkidə qadın qızıl sırğası, dəyəri 900 manat olan 1 ədəd “Bvlqard” markalı 750 əyar 9 qram çəkidə qadın qızıl üzüyü, dəyəri 400 manat olan 1 cüt 585 əyar 5,5 qram çəkidə qadın qızıl sırğası, dəyəri 700 manat olan 1 ədəd “Tifani” markalı 750 əyar 6 qram çəkidə qadın qızıl boyunbağısı (açar formasında), dəyəri 200 manat olan 1 ədəd 585 əyar 2 qram çəkidə qadın qızıl üzüyü, ümumi dəyəri 270 manat olan 1 dəst 585 əyar 3 qram çəkidə qadın qızıl boyunbağısı və kulon dəsti, dəyəri 300 manat olan 1 cüt “Dior” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl sırğası, dəyəri 170 manat olan 1 cüt 585 əyar 2 qram çəkidə qadın qızıl sırğası, dəyəri 200 manat olan 1 ədəd 585 əyar 3 qram çəkidə qadın qızıl üzüyü, dəyəri 100 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl sırğası, dəyəri 150 manat olan 1 ədəd 585 əyar 1 qram çəkidə qadın qızıl boyunbağısı, ümumi dəyəri 2400 manat olan 12 ədəd 750 əyar 24 qram çəkidə qızıl diş, dəyəri 600 manat olan 585 əyar 10 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyü, dəyəri 400 manat olan 585 əyar 5 qram çəkidə brilyant qaşlı qadın qızıl üzüyü, dəyəri 400 manat olan “Versage” markalı 585 əyar 4 qram çəkidə qadın qızıl üzüyü oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixli, 9/914-9/1045 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 15449,0 manat təşkil edir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120,00 (bir yüz iyirmi) manatdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 02 mart 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 fevral 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 326.2, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində ünvan 2l 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-128/2022 saylı 11 mart 2022-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 07 fevral 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində ünvan 5 il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 fevral 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri Xəzər rayon prokurorluğunun 30 aprel 2022-ci il tarixli qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Maddi sübutlar – cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd 750 əyarlı “Tissot” markalı qadın qızıl qol saatının, 1 dəst 750 əyar sırğa, boyunbağı, kulon dəstinin, 1 dəst 750 əyar sırğa, kulon dəstinin, 1 ədəd 585 əyar kulonun, 1 ədəd 585 əyar kulonun, 21 ədəd təbii firuzəyi rəngli daşın, mirvari boyunbağının, 1 ədəd “Kartye” markalı 585 əyar qadın qızıl qolbağının, 1 ədəd “Tifani” markalı 585 əyar qadın qızıl qolbağın, 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağının, 1 ədəd “Tifani” markalı 585 əyar qadın qızıl boyunbağının, 1 ədəd 750 əyar qadın qızıl qolbağının, 1 ədəd 585 əyar qadın qızıl qolbağının, 1 cüt 750 əyar qadın qızıl sırğasının, 1 cüt “Grazella” markalı 750 əyar qadın qızıl sırğasının, 1 ədəd “Bvlqard” markalı 750 əyar qadın qızıl üzüyünün, 1 cüt 585 əyar qadın qızıl sırğasının, 1 ədəd “Tifani” markalı 750 əyar qadın qızıl boyunbağısının (açar formasında), 1 ədəd 585 əyar qadın qızıl üzüyünün, 1 dəst 585 əyar qadın qızıl boyunbağı və kulon dəstinin, 1 cüt “Dior” markalı 585 əyar qadın qızıl sırğasının, 1 cüt 585 əyar qadın qızıl sırğasının, 1 ədəd 585 əyar qadın qızıl üzüyünün, 1 ədəd 585 əyar qadın qızıl sırğasının, 1 ədəd 585 əyar qadın qızıl boyunbağısının, 12 ədəd 750 əyar 24 qram çəkidə qızıl dişin sahibi X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 120,00 (bir yüz iyirmi) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X4, X7, Müdafiəçi2 və Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X4 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 10 (on) iş saatına görə 60,00 (altmış) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X7 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 07 fevral 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 03 (üç) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 07 fevral 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 (iki) ay 23 (iyirmi üç) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (beş) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 8 ünvanını axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar – cinayət işi üzrə istintaq zamanı Təqsirləndirilən şəxs1 götürülmüş 1 ədəd 750 əyarlı “Tissot” markalı qadın qızıl qol saatının, 1 dəst 750 əyar sırğa, boyunbağı, kulon dəstinin, 1 dəst 750 əyar sırğa, kulon dəstinin, 1 ədəd 585 əyar kulonun, 1 ədəd 585 əyar kulonun, 21 ədəd təbii firuzəyi rəngli daşın, mirvari boyunbağının, 1 ədəd “Kartye” markalı 585 əyar qadın qızıl qolbağının, 1 ədəd “Tifani” markalı 585 əyar qadın qızıl qolbağın, 1 ədəd “Tifani” markalı 585 əyar 8 qram çəkidə qadın qızıl qolbağının, 1 ədəd “Tifani” markalı 585 əyar qadın qızıl boyunbağının, 1 ədəd 750 əyar qadın qızıl qolbağının, 1 ədəd 585 əyar qadın qızıl qolbağının, 1 cüt 750 əyar qadın qızıl sırğasının, 1 cüt “Grazella” markalı 750 əyar qadın qızıl sırğasının, 1 ədəd “Bvlqard” markalı 750 əyar qadın qızıl üzüyünün, 1 cüt 585 əyar qadın qızıl sırğasının, 1 ədəd “Tifani” markalı 750 əyar qadın qızıl boyunbağısının (açar formasında), 1 ədəd 585 əyar qadın qızıl üzüyünün, 1 dəst 585 əyar qadın qızıl boyunbağı və kulon dəstinin, 1 cüt “Dior” markalı 585 əyar qadın qızıl sırğasının, 1 cüt 585 əyar qadın qızıl sırğasının, 1 ədəd 585 əyar qadın qızıl üzüyünün, 1 ədəd 585 əyar qadın qızıl sırğasının, 1 ədəd 585 əyar qadın qızıl boyunbağısının, 12 ədəd 750 əyar 24 qram çəkidə qızıl dişin sahibi X2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 120,00 (bir yüz iyirmi) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X4 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 10 (on) iş saatına görə 60,00 (altmış) manat, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X7 25 (iyirmi beş) iş saatına görə 150,00 (bir yüz əlli) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 420,00 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar